Məhkəmə qərarları › İş №2(102)-1376/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1376/2021

09.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1376/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh2-ə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1376/21 (Açar sözlər: MPM 261.0.1-ci maddəsinə əsasən icraata xitam verilib) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh2nə qarşı “orderin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7224/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qə rardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İşin halları

1. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 490 №-li bağ sahəsi ilə bağlı mübahisə qaldırılıb və 2 tələb irəli sürülüb: 1) Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13/585 №-li qərarına əsasən X1 və İstismarı Birliyi tərəfindən Cavabdeh1 adına verilmiş 17 №-li order etibarsız hesab edilsin 2) cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş ******* №-li, RX seriyalı reyestr çıxarışı etibarsız hesab edilsin və reyestr qeydi dövlət reyestrindən çıxarılsın.

2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ə.Səmədov) iddia tələbinin təmin olunması, Cavabdeh1 adına verilmiş 17 nömrəli order, cavabdeh 2 tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarış etibarsız hesab edilməsi və qeyd dövlət reyestrindən çıxarılması qət edilmişdir.

3. Məhkəmə iddia tələbini təmin edərkən AR Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: N.Cəfərov, Ş.Məmmədova və E.Mehdiyev) hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh2nə qarşı “orderin və reyestr çıxarışının e tibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah olunmuşdur ki, o, inzibati mübahisənin həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət edə bilər.

5. Apelyasiya məhkəməsi qərardadını Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki,həmin işə inzibati icraat qaydasında baxılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı apelyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdə qeydiyyatı əks etdirən sənəd olduğu üçün inzibati akt kimi qiymətləndirilə bilməz. Ona görə məhkəmə mübahisəyə inzibati icraatda baxılmalı olması barədə gəldiyi nəticə əsassızdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.

10. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əs asən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. İnzibati-Prosessual Məcəllə

12. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı.

15. Maddə

416. Kassasiya instan siyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Apelyasiya instansiyası məhkəməsi iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalı olmaması barədə qənaətə gəlməkdə haqlı olmuşdur.

18. Qərarın 14-cü bəndində qeyd olunan qərara əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-nin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

19. Hazırkı işdə əslində inzibati orqanın vermiş olduğu aktın etibarsızlığı tələb olunur. İddiaçı orderi və reyestr çıxarışını mübahisləndirir, bu sənədlərin qanunvericiliyin pozulması ilə verildiyini iddia edir. Həmin sənədləri verən orqanlar inzibati orqan ol duğuna görə mübahisə inzibati mübahisə sayılır. İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

20. Göründüyü kimi, inzibati mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Ona görə Apelyasiya Məhkəməsi MülkiProssesual Məcəllənin 261.0.1-ci maddəsini tətbiq etməklə iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur.

21. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7224/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tar ixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar