Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1380/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X10 ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabde h2na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1158/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Ağdaş Rayon Məhkəməsinin 9 iyul 2019-cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X11, Qurbanov Elman Paşa oğluna, X3, X4, İddiaçı, X13 və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddiası qismən təmin edilərək, 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış 16411,12 manat borc və 3000 manat cərimə borcu olmaqla, cəmi 19411,12 manat borcun cavabdeh X6 alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh Qurbanov Elman Paşa oğluna məxsus ünvan 1 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X12 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh Qurbanov Elman Paşa oğluna məxsus ünvan 1 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış, evinin hərracda ilkin satış qiymətinin 72000 manat məbləğində v ə cavabdeh X12 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin X8 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19411,12 manat məbləğində borcunun ödənilməsinə yönəldilməsi, cavabdeh Qurbanov Elman Paşa oğluna məxsus ünvan 1 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun cavabdeh X6 alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(107)-783/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Qurbanov Elman Paşa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 9 iyul 2020-ci il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə hesablanmış 3000 manat cərimə borcu və ümumi məbləğ hissəsində dəyişdirilərək, cərimə borcu 500 manat həddində və ümumi məbləğ 16911,12 manat müəyyən edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1619/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarı ilə i ddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-783/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, cavabdeh Qurbanov Elman Paşa oğlunun kassasiya şikayəti təmin edilməmiş, qətnamə kassatorlara aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1101/2021 nömrəli, 3 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 9 iyul 2019-cu il tarixli, 2(014)-59/2019 nömrəli q ətnaməsi ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh Qurbanov Elman Paşa oğluna məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən edilməklə dəyişdirilmiş, qətnamə Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci km-nin sol tərəfində, istifadədə olan 0,01 ha torpaq sahəsi üzərində yerləşən, X12 xüsusi mülkiyyətində olan 92,93 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza, ticarət) hazırkı bazar qiyməti nəzərə alınmaqla likvid qiymətinin 55000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2043/2022 nömrəli 25 aprel 2022-ci il tarixli qərarı ilə cavabdeh Qurbanov Elman Paşa oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 noyabr 2021-ci il tarixli, 2(107)-1101/2020 nömrəli qətnaməsinin qismən, yəni ipotekaya qoyulmuş Qurbanov Elman Paşa oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipotekaya qoyulmuş Qurbanov Elman Paşa oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 70300 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qurbanov Elman Paşa oğlu ilə Bank ara sında bağlanmış 30 iyul 2013-cü il tarixli 3M-73 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Qurbanov Elman Paşa oğlu ilə Bank 30 iyul 2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə Notariat Kontorunda təsdiq edilmişdir. Müqaviləyə əsasən Qurbanov Elman Paşa oğlunun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi Bank qarşısında yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc vaxtında ödənmədiyindən, Bank məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin 9 iyul 2019-cu il qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. İpoteka müqaviləsi imzalanarkən iddiaçının xx.xx.2009-cu il təvəllüdlü qızı X2 hüquqları kobud şəkildə pozulmuşdur. Evə dair Notariat Kontorunda ipoteka müqaviləsi bağlanarkən notarius həmin evdə yaşayan şəxslər barədə arayış tələb etməmişdir. Arayış tələb olunacağı təqdirdə, həmin evdə azyaşlı qızının yaşadığı məlum olardı. Mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubu olmalı idi.
8. Cavabdeh Bankın nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, mübahisələndirilən ipoteka müqaviləsinə digər qətnamə və qərarlarda qiymət verilmişdir. İddia ərizəsində irəli sürülmüş məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan, hazırkı iş üzrə icraata xitam verilməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4139/2022 nömrəli iş üzrə 24 noyabr 2022-ci il tarixli qə rardadı ilə (hakim Rəşid Səmədov) iddiaçının cavabdehlər Bank və Notariat Kontoruna qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi halla bağlı (ipoteka müqaviləsi) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil etmişdir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələyə (ipoteka müqaviləsinin etibarlı olmasına) artıq hüquqi qiymət verilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 261.0.2 və 262.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Komme rsiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 nömrəli qərardadına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayət verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1158/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçı tərəfindən verilən şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanıl mışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində istinad olunmuş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə bağlı hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, hazırki iddia ilə məhk əmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni əsaslarla olmamışdır. Belə ki, hazırki iddia uşaq hüquqları, yəni iş üzrə yeni şəxslər olan azyaşlı X7 və X5 hüquqlarının pozuntusu ilə bağlı olmuşdur. Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubunun olub-olmamağı barədə məlumat əldə olunması üçün Ağdaş Rayon İcra Hakimiyyətinə vəkil sorğu ünvanlanmış, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 28 noyabr 2022-ci il tarixli, 08-1014 nömrəli cavab məktubunda “ipotekanın predmeti olan ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklənməsinə razılıq verilməsi barədə Qəyyumluq və Himayəçilik komissiyasında heç bir məlumat yoxdur” qeyd edilmişdir. Məhkəmə qərar qəbul edərkən ipoteka ilə yüklü edilmiş evdə yaşayan azyaşlı X2 və X5 hüquqlarını nəzərə alm amışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
22. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadı
25. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, mülki iş baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
29. İşdən görünür ki, İddiaçı Qurbanov Elman Paşa oğlu ilə Cavabdeh1 ASC arasında Elman Qurbanova məxsus ünvan 2 ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü olunmasına dair 30 iyul 2013-cü il tarixlə 3M-73 saylı müqavilənin etibarsızlığı barədə iddia ərizəsi vermiş və ərizə onu n tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinin məzmunundan görünür tələb İddiaçı hüquq və mənafelərinin deyil, onun ipotekanın predmeti olan evdə yaşayan övladları, 25 mart 2009cu il təvəllüdlü X7 və X5 hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş, iddiaçı azayaşlı uşaqlarının maraqlarından çıxış etmişdir.
30. Mülki Prosessual Məcəllənin 170.1, 261.0.2 və 262.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadına əsaslanmaqla iş üzrə icraata xitam verilməsi qənaətinə gələn aşağı instansiya məhkəmələri hazırkı iş üzrə müba hisələndirilən ipoteka müqaviləsinin etibarlılığına İddiaçı da iştirak etdiyi digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verildiyini əsas gətirmiş, lakin yuxarıda göstərilən halları nəzərə almamış, iddia tələbinə İddiaçı məhdud fəaliyyət qabiliyyəti uşaqlarının adından çıxış etməsi baxımından qiymət verməmişdir.
31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsini qərardadı ləğv edilməli, iş həmin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-1158/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.