Məhkəmə qərarları › İş №2(102)-1381/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1381/2020

11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1381/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Kərimov İmran Kərim oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(011)-5085/2019 saylı qətnaməsi ilə iddia t ələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən, məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, 2(103)-11962/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(011)-5085/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda x1 ilə x2 arasında bağlanmış “borcun etirafı haqqında” əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kas sasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə işt irak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Kərimov İmran Kərim oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkə məsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, həmçinin iddiaçı qanunla ona müqavilənin etibarsızlığı üçün verilmiş müddəti ötürdüyündən iddia tələbi təmin ediləmişdir. Apellyasiya instansiyası məhkəməsi mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razı laşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) İlk olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində müqavilənin etibarsızlığını onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış müqavilə yalan əqd olmuş və eyni zamanda vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli, 1(103)- 43/2018 saylı qərarının məzmununa əsasən cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən zərərçəkmiş şəxs x2 məhkəmə kollegiyasına notarial qadada təsdiq olunmuş ərizə təqdim edərək, cinayət nəticəsində ona dəymiş ziyanın işin apellyasiya baxışı ərəfəsində məhkumun qohumları tərəfindən ödənildiyini, məhkuma qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayac ağını göstərərək hökmlə məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilib, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya instasiyası məhkəməsi də, o cümlədən zərərçəkmiş şəxsin həmin ərizəsini nəzərə alaraq, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını cərimə cəzası ilə əvəz etmiş və həbsdən azad etmişdir. İddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayətində ərinin cavabdehə hər hansı borcunun olmamasını, apellyasiya instansiyası məhkəməsinin cinayət kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə bu halın təsdiq olunmasını və ona bəraət verilməsi (təqsirli olmaması) göstərsə də, həmin hallar iş materialları ilə öz əksini tapmamışdır. Əksinə müəyyən olu nmuşdur ki, x3 həbsdən bəraət alınması ilə əlaqədar deyil, cinayət qanunvericiliyində olunmuş dəyişikliklə əlaqədar əməlinin daha yüngül maddəyə tövsif olunması və zərərçəkmiş şəxsin şikayətinin olmaması əsası ilə azad olunmuşdur. Bununla da, onun zərərçəkmiş şəxs x2 qarşı dələduzluq cinayət törətməsi öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının cavabdehdən borca pul almaması müqavilənin etibarsızlığı üçün əsas deyildir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında borc (kredit) müqaviləsi deyil, borcun etirafı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) ya lnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin cinayət işi üzrə verdiyi ərizəsinə əsasən məhkumun qohumları tərəfindən ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar sonuncuya qarşı şikayətindən imtina etdiyi halda, hazırki iddianın təmin edilməs i ilə cavabdeh əsassız və qanunsuz olaraq əlverişsiz vəziyyətə düşəcəkdir ki, bu vicdanlılıq prinsipinə ziddir. Belə ki, Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Nəhayət məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilənin etibarsızlığını tələb etm ək üçün müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin tərəflər arasında müqavilə 28 noyabr 2017-ci il tarixdə bağlanıldığı halda, iddiaçı hazırki iddia ərizəsini təxminən 1 il 5 aydan sonra, 22 aprel 2019-cu il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar