Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1385/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1385/21 (Açar sözlər: mirasın qəbulu müddətinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh, vəkilləri Vəkil və X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(103)4122/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə 06 aprel 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, 24 may 2016-cı ildə ölmüş anası X1 miras qalmış Bakı şəhəri, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması, habelə notariat kontoru tərəfindən cavabdehin adına verilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini belə əsaslandırıb ki, X3 şəkərli diabet xəstəliyindən əziyyət çəkib və onun qanun üzrə yeganə vərəsəsi o, olub. Lakin “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əldə edə bilmir. Çünki X3 23 may 2016-cı il tarixdə notariat kontorunda bütün əmlakını, o cümlədən Bakı şəhəri, İnşaatçılar prospekti, 31 saylı evin, 65 saylı mənzilini cavabdehə vəsiyyət edib. Cavabdeh vəsiyyətnamənin yazılmasının səbəbi kimi onun X3 ilə dostluq etməsini göstərib. Lakin cavabdehin əsas niyyəti sözügedən mənzili ələ keçirmək olub. Belə ki, cavabdeh X3nın şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildiyi halda ona zərərli dərmanlar, qidalar verib və ona hədə-qorxu gələrək 23 may 2016-cı il tarixli vəsiyyətnamənin yazılmasına nail olub. Hətta X3nın sağlamlıq durumu pisləşdiyi üçün 3 saylı “ASAN Xidmət” Mərkəzinin tibb əməkdaşları ona ilkin tibbi yardım da göstərib. X3 həmin vəsiyyətnaməni öz hərəkətlərinin mənasını başa düşə bilmədiyi, hərəkətlərin i idarə edə bilmədiyi və müvəqqəti psixi pozuntu vəziyyətində imzalayıb. Bu məsələ ilə bağlı cavabdehlə aralarında müxtəlif instansiya məhkəmələrində məhkəmə çəkişmələri olub. Bu müddət ərzində mütəmadi olaraq stress keçirdiyi üçün əsəbləri pozulub və X3dan miras qalmış mənzilə dair vaxtında “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ala bilməyib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.M.Həsənov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil Svetlana Qladilinaya məxsus olub və sonuncu 23 may 2016-cı ildə öz sağlığında mənzili cavabdehə vəsiyyət edib. Svetlana Qladilinanın 24 may 2016- cı ildə ölməsi ilə ondan miras qalmış mənzilə vərəsəlik açılıb və iddiaçı onun qanun üzrə, cavabdeh isə vəsiyyətnamə üzrə vərəsələri olub. Cavabdeh vəsiyyətnamə üzrə vərəsəliyi qəbul etsə də, iddiaçı nə mirasın açıldığı yer üzrə notariat kontoruna miras mənzili qəbul etməsi barədə ərizə verməklə, nə də miras mənzilə sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməyib. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının hazırki iddia tələblərində göstərdiyi məsələlərə artıq hüquqi qiymət verilib. Həmin məhkəmə aktlarında iddiaçının miras mənzili qəbul etməsi ilə bağlı imkanlarından qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada istifadə etmədiyi müəyyən edilib. Qətnamə ilə eyni zamanda cavabdehin həmin mənzilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ tan ınıb və mənzilə dair onun adına “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilib, iddiaçı tərəfindən 24 may 2016-cı ildə ölmüş X3dan miras qalmış Bakı şəhəri, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzilindən ibarət miras əmlakın qəbul edilməsi müddətinin (məcburi pay almaq üçün) ötürülməsi üzrlü hesab edilərək miras əmlakın qəbul edilməsi müddətinin uzadılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddia tələbini “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində rədd etməklə düzgün nəticəyə gəlib. Çünki bu tələbə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq hüquqi qiymət verilib və cavabdehin miras mənzilə vərəsəlik hüququ tanınıb. Cavabd eh mənzilə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alıb. Buna görə də iddia tələbinə bu hissədə və apelyasiya şikayətinə hüquqi qiymət vermir. Eyni zamanda iddia tələbində iddiaçı həm də məcburi pay almaq üçün mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edib. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, o halda uzada bilər ki, gecikdirmənin səbəbini üzrlü saysın. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyib və həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxıb. Hazırki halda iddiaçı, miras mənzilə vərəsəlik işinin açılmalı olduğu vaxtdan 4 ay sonra məhkəməyə müraciət edib və mirasın qəbulu istiqamətində aktiv hərəkətlərə başlayıb, yəni iddiaçı mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan edib. Buna görə də mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən ötürülmüş müddət 4 ay qəbul edilməli və həmin müddətin ötürülməsi səbəbləri üzrlü sayılaraq uzadılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1248.1-ci maddəsinin, MPM-nin 82.3-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilm əsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh, onun vəkilləri Vəkil və Radmila Abılova kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və üçüncü şəxslər Bakı şəhəri, 03 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri və nümayəndələrini məhkəmə iclasına göndərmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM- nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 12431-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mad dəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, cavabdeh isə kasasiya şikayətinin nəticə hissəsində qətnamənin bütövlükdə ləğv vedilməsini xahiş etsə də, əslində onu iddianın təmin olunan hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəmə hesab edir ki, cavabdehin kasasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünən olduğundun qətnamənin əsaslılığı cavabdehin kasasiya şikayətinin dəlilləri hüdudlarıda yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin h issədə işin hallarını düzgün müəyyən etsə də, həmin hallara maddi hüquq normasının tələblərini düzgün tətbiq etməyib və maddi hüquq normasının təfsirində səhvə yol verib. Belə ki, işdən görünür ki, 01 iyul 1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzili Svetlana Qladilinanın mülkiyyətində olub, 23 may 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən mənzili Cavabdeh vəsiyyət edib və 24 may 2016-cı ildə “ürəyin xroniki işemiya” xəstəliyindən ölüb. 24 iyul 2016-cı ildə Cavabdeh yazılı ərizə ilə 3 saylı “Asan xidmət” Mərkəzinin notariat kontoruna müraciət edərək mərhum Svetlana Qladilinadan miras qalmış mənzilə dair onun adına “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş e dib və notariusun 27 noyabr 2016-cı il tarixli qərarı ilə mirası qoyan Svetlana Qladilinanın birinci növbəli vərəsəsi oğlu İddiaçı olduğundan və sonuncu ilə Cavabdeh arasında mübahisə yarandığından, Valentinə Kitayevanın adına “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verməkdən imtina edib. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı “miras mənzilə vərəsəlik hüququnun tanınması və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinin notariat kontoruna həvalə edilməsi” barədə ilk iddiası təmin, İddiaçı Cavabdeh və digərlərinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması və miras mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariat kontoruna həvalə edilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, mərhum Svetlana Qladilina tərəfindən qoyulmuş 23 may 2016-cı il tarixli vəsiyyətnamə üzrə sözügedən mənzilə Cavabdeh vərəsəlik hüququnun tanınması və onun adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariat kontoruna həvalə edilməsi qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Qətnamədən kasasiya şikayəti verilməyib. 17 aprel 2017-ci ildə qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilib. 08 may 2018 -ci ildə 3 saylı “Asan xidmət” Mərkəzinin notariusu ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə izah verilməsini xahiş edib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, həmin məhkəmənin 07 avqust 2017-cı il tarixli qətnaməsinin nəticə hissəsinin 3-cü abzasına “X3nın əmlakından məcburi pay almaq hüququ olsa da, bu barədə qanunverciliklə nəzərdə tutulmuş müddət ərzində 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat kontoruna müraciət etmədiyinə, mübahisəli mənzildə yaşamadığına, habelə miras mənzili faktiki olaraq qəbul etmədiyinə, buraxılmış müddətin uzadılması barədə məhkəməyə müraciət etmədiyinə görə X4 Kitayevaya və digərlərinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ver ilməsi barədə qarşılıqlı iddiası təmin olunmasın” kimi izah verilib. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsi 17 aprel 2018-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra notariat kontoru tərəfindən Cavabdeh adına 18 may 2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, Reyestr Xidməti tərəfindən isə mülkiyyət hüququ haqqında 06 iyun 2018-ci il tarixli Çıxarış verilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma barədə” iddiası təmin edilərək, Viktor Lapinin Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 saylı evin 65 saylı mənzilindən çıxarılması qət edilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı “məcburi pay hüququnun tanınması və miras mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi barədə iddiası rədd edilib. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur ki, İddiaçı X3nın 24 may 2016-cı il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən mənzilə vərəsəlik açılsa da, vərəsə İddiaçı nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə yazılı ərizə verməklə, nə də miras mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməsini şəksiz nümayiş etdirməyib. İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi də onu n vərəsəliyə çağırıldığını bildiyi vaxtdan üç ərzində mirası qəbul etməməsini təsqid edir. Bu fakt işin mübahisə olunmayan halıdır və apelyasiya instansiyası məhkəməsi özü də bu halı inkar etməyib və İddiaçı həqiqətən mirası qəbul etmə müddətini dörd ay ötürməsi nəticəsinə gəlib. Əvvəla, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, yuxarıda qeyd olunan faktlar hazırki işdə iştirak edən şəxslərin iştirak etdikləri sözügedən mülki işlər üzrə çıxarılmış və qanun i qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən, həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyət daşıdığından işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş sözügedən məhkəmə aktları ilə müəyyən edilmiş faktları nəzərə almadan, iddianı mübahisələndirilən hissədə təmin etməklə mirasın qəbul edilməsini; mirasın qəbul edilməsi müddətini; habelə mirasın qəbul edilməsi müddətinin uzadılmasını tənzimləyən Mülki Məcəllənin 1243, 1246, 1248-ci maddələrinin tələblərini pozub və həmin maddələrin təfsində səhvə yol verib. Belə ki, sadalanan normaların tələblərinə görə, miras açıldığı anadan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm q anun, həm də vəsiyyət üzrə vəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoy anın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Eyni zamanda, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edildiyi kimi, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın qəbulu və qəbulundan imtina müddətləri kəsici müddətlər sırasına aiddir. Kəsici müddətlər dedikdə- mülki hüquqların həyata keçirilməsi üçün qanunla müəyyən olunan müddətlər başa düşülür. Göstərilən müddət ərzində səlahiyyətli şəxs özü ona məxsus olan hüquqları həyata keçirə bilər və ya borclu şəxslərdən müəyyən hərəkətlərin yerinə yetirilməsini tələb edə bilər. Müddətin ötürülməsi isə səlahiyyətli şəxsin hüquqlarını həyata keçirə bilməs i imkanını məhdudlaşdırır. Həmçinin, iddia müddətindən fərqli olaraq bu hüquqların müdafiəsi imkanlarına xitam verir. Daha sonra, iddia müddətlərindən fərqli olaraq mirasın qəbulu müddətlərinə iddia müddətinin dayandırılması, kəsilməsi və bərpası qaydaları tətbiq olunmur. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin, Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur. Ona görə də kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, əgər mirasın qəbulu müddəti üç aydırsa və altı ay keçdikdən sonra qanun onun qəbuluna yol vermirsə, o, zaman ötü rülmüş müddət üç aydan sonra altı ay tamamına qalan müddət ərzində uzadıla bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, mərhum Svetlana Qladilinanın öz sağlığında miras mənzili cavabdehə vəsiyyət etməsinə, sonuncunun onun ölümündən iki sonra mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə mirası qəbul etməsinə, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə miras mənzilə bütövlükdə cavabdehin vərəsəlik hüququ tanınmaqla, onun adına həmin mənzilə dair “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsinə, həmçinin həmin məhkəmə aktları ilə iddiaçının miras mənzilə dair onun adına “Qanun üzrə vərəsəlik hüquq haqqında” Şəhadətnamə verilməsi və həmin mənzilə məcburi pay hüququnun tan ınması barədə iddia tələblərinin əsassız olduğundan rədd edilməsinə əhəmiyyət vermədən, miras mənzildən məcburi pay alması üçün iddiaçının hazırki iddia tələbini qismən təmin edərək, müddətin ötürülməsini üzrlü sayıb, miras mənzilin qəbul edilməsi müddətini uzatmaqla əslində Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələblərini pozub. Çünki, həmin maddənin mənasına görə, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddət məhkəmə tərəfindən o, vaxt uzadıla bilər ki, gecikmə, müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermiş olsun. Hazırki işdə, iddiaçı vərəsəliyə çağırıldığını X3nın öldüyü vaxtdan, yəni 24 may 2016-cı il tarixdən bildiyi və ya bilməli olduğu halda, kəsici müddəti ötürüb məhkəməyə 25 aprel 2017-ci il tarixdə müraciət etməklə, əslində onun müddəti uzatmaq hüququnun müdafiəsi imkanlarına xitam verilib. Apelyasiya instansiyası məhkəməsi mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən ötürülmüş müddəti üzrlü hesab edib həmin müddəti qeyri-müəyyən müddətə uzatmaqla Mülki Məcəllənin 1248.1-ci maddəsinin təfsirində də səhvə yol verib. Həmin maddənin, o cümlədən Mülki Məcəllənin 1246-cı maddəsinin mənasına görə, mirasın qəbulu müddəti üç ay müəyyən edildiyindən və altı ay keçdikdən sonra qanun onun qəbuluna yol vermədindən, iddiaçı tərəfindən ötürülmüş müddət üç aydan sonra altı ay tamamına qalan müddət ərzində uzadıla bilərdi. Hazırki halda isə, iddiaçı X3dan miras qalmış mənzilə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən on aydan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrini n tələblərinə görə, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətna məsi qisməniddianın təmin olunan hissəsində ləğv edilməli, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia həmin hissədə də rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(103)-4122/2020 saylı qətnaməsi qismən- iddianın təmin olunan hissəsində yəni İddiaçı tərəfindən 24 may 2016-cı ildə ölmüş anası X1 miras qalmış Bakı şəhəri, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzilindən ibarət miras əmlakın qəbul edilməsi müddətinin (məcburi pay almaq ü çün) ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması hissəsində ləğv edilsin, həmin hissədə də iddia rədd olunsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1385/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1385/2021
06.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver