Məhkəmə qərarları › İş №2(102)-1385/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1385/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1385/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiya məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7799/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzili İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu Məmmədzadə ilə rəsmi nikahda olub, onların bu nikahdan üç uşaqları doğulub. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 11 may 2017-ci il tarixli qətnaməsi əsasında Cavabdeh iddiaçının mülkiyyətində mənzilə istifadə hüququ tanınmış və sonuncu azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə qeydiyyata alınmışdır. İddiaçının cavabdehə qarşı məhkəmə mübahisəsi üzrə 15000 manat kompensasiya ödənilməklə, mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməyib. Qətnmə qüvvəyə minib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı hazırki iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən Cavabdeh istifadə hüququna 20000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, sonuncunun yetkinlik yaşına çatmayan 3 uşağı ilə birlikdə həmin mənzildən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının mülkiyyətində olan evdə cavabdehin qeydiyyata düşərək yaşaması mülkiyyətçi kimi iddiaçının hüququnu məhdudlaşdırır. Bu səbəbdən cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi zərurəti yaranıb. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddənin 1-ci və 3-cü hissəsinə, Mülki Məcəllənin 152.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh da cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (sonradan tələbini dəyişməklə əlavə ərizə) verərək İddiaçı ilə oğlu Məmmədzadə arasında olan şifahi müqaviləyə əsasən ödənilən pul məbləği nəzərə alınmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilinin müqabilində 130000 manat məbləğində pul vəsaitinin ödənilməsi və mənzilin boşaldılması prosesinin eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, X6 ilə ailə qurduqdan son ra qeyd edilən mənzilə köçmüş və orada yaşamışdır. Həm qayınatası İddiaçı, həm də qayınlarının hər birinin ayrı-ayrılıqda evləri və torpaq sahələri vardır. ona bildirmişdir ki, qardaşı və atası ilə razılıq əldə etmişdir ki, hallallıq kimi onlara 20000 ABŞ dolları məbləğində pul göndərsin və mənzil onların mülkiyyətinə keçirilsin. 2012-2013-cü illər ərzində Rusiya Federasiyasından həm onun adına, həm də atası Arifin və qardaşı Maarifin adına pul göndərmişdir. O, adına verilmiş pulları qayınatasına vermiş, sonuncu isə qəbzlərin arxasında hesablama və qeydlər aparmışdır. Rusiya Federasiyasından ümumilikdə təxminən 18000 ABŞ dolları məbləğində pul göndərmiş, sonradan işlərində ciddi problemlər yarandığından qalan 2000 ABŞ dolları məbləğində pulu göndərə bilməmişdir. Buna görə də onların arasın da söz-söhbət olmuş və qaynı Maarifin təkidi ilə mübahisələrə zəmin yaranmışdır. Qayınatası Arif və qaynı Maarif Rasifin gönərdiyi pulla, qayınatasına məxsus evin üzərində ümumi sahəsi 90 kvadrat metr olan yaşayış sahəsi inşa etdirmişlər və ona 30000 manat məbləğində pul və həmin yaşayış sahəsində yaşamağı təklif etmişlər. Lakin o, bu təkliflə ona görə razılaşmamışdır ki, onun himayəsində psixoloji cəhətdən sağlam olmayan uşağı vardır. Bundan başqa, həmin tikili söküntü zonasına düşür və söküntü baş tutduğu zaman ona təklif olunacaq kompensasiya məbləği 130000 manatdan çox təşkil edəcəkdir. Ona təklif olunan 30000 manat məbləğ də həmin məbləğə əlavə olunarsa, ümumilikdə 160000 manat təşkil edir. Lakin o, hazırda ona 130000 manat verildiyi təqdirdə həmin mənzildən çıxmağa razıdır. Birinci instansiya məhkəməsinin qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilinin real bazar qiymətinin nə qədər olması və həmin mənzilin yerləşdiyi ərazidə şəraiti, sahəsi, habelə texniki göstəricisi baxımından bu mənzilə uyğun olan mənzilin orta aylıq kirayə haqqının nə qədər olması barədə suallar qoyulmuşdur. "xxxx" MMC-nin 14 oktyabr 2019-cu il tarixli LP-158/19 nömrəli rəyinə əsasən Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilin real bazar dəyəri 86000 manat, orta aylıq kirayə haqqı 370-420 manat təşkil edir. Binəqədi Rayon Məhkəməsinin (hakim Fərrux Qasımov) 18 oktyabr 2019-cu il tarixli 2(001)-4395/2019 saylı qətnaməsi ilə ilkin iddia t ələbi təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 20000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və Cavabdeh 3 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən çıxarılması, onların mənzildən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın təmin olunması üçün hüquqi əsas mövcuddur və bu zaman mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əml akdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləği ilə bağlı ekspert rəyinə əsasən qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş 14 oktyabr 2019- cu il tarixli, LP-158/19 saylı rəydə qeyd olunanları nəzərə alaraq hesab edib ki, təklif olunan 20000 manat kompensasiya məbləği istifadəçiyə təxminən 4 ildən artıq müddətdə həmin mənzildə xas olan şəraitə malik digər yaşayış sahəsində yaşamaq imkanı verir və buna görə də ilkin iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı Feyziyev tərəfindən yaşayış sahəsinin inşa olunması üçün 18000 ABŞ dolları məbləğində pul göndərilmiş və həmin vəsait İddiaçı tərəfindən evin inşasına sərf olunmuşdur, lakin qeyd olunan xüsusat A..Məmmədovun üzərinə gələcəkdə evin söküldüyü təqdirdə veriləcək kompensasiyanın hazırda İ ddiaçı tərəfindən ödənilməsi üçün əsas ola bilməz və buna görə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddələrinə və hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etmişdir. Cavabdeh X1 qətnamədən apelyasiya şikayəti verib. Apelyasiya şikayətinin dəlilləri: - cavabdehə 18 min ABŞ dolları verməsi barədə cavabdeh öz xətti ilə qeydlər aparıb, cavabdeh yazının məxsus olmasını bildirsə də, qətnamədə bu barədə heç nə yazılmayıb; - məhkəməyə şahid dəvət edilməsi barədə vəsatəti rədd edilib; - qarşılıqlı iddia üzrə heç bir araşdırma aparılmayıb; - iddianının təmin edilməsi qanunsuz olub. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkə məsi mülki kollegiyasının (hakimlər: İkram Şirinov sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Elşən Kazımov) 17 yanvar 2020 il tarixli 2(103)817/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və ilkin iddia tələbi təmin edilməmiş, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması, cavabdehə iddiaçıya ödədiyi pulla bağlı əsassız varlanma barədə iddia tələbi ilə ayrıca ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüs umunun iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin də istinad etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının ist ifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 20000 manatı ağlabatan kompensasiya kimi hesab etməklə, Mülki Məcə llənin 228.2-ci maddəsinin tələblərini səhv təfsir etmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə və mövcud şəraitdə iddiaçı tərəfindən mübahisəli evə dair istifadə hüquqlarına xitam verilməsi ilə əlaqədar cavabdehə 3 uşağı ilə birlikdə təklif olunmuş və məhkəmə tərəfindən də təmin edilmiş 20000 manat miqdarında kompensasiya məbləği cavabdeh və 3 uşağına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə yaşamaq üçün yetərli, ağlabatan və ədalətli deyildir. Apelyasiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Bununla belə, apellyaisya məhkəməsi hesab edib ki, cavabdehə iddiaçıya ödədiyi pulla bağlı əsassız varlanma barədə iddia tələbi ilə ayrıca ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə İddiaçı kasasiya şikayəti verərək, qətnamənin onun iddia tələbi üzrə sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: İlqar Xələfov sədrlik edən və məruzəçi) Gündüz Quliyev, Zaur Əliyev) 2(102)-4022/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır. Kassasiya instansiyası məhkəməsinin işə yenidən baxan məhkəmə üçün göstərişi ondan ibarət olmuşdur ki, istifadə hüququna xitam verilməsi üçün baz ar qiyməti müəyyən edilməli, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Azad İmanov) 2(103)-7711/2020 nömrəli, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə əsasən qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “kompensa siya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia tələbi təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaqda haqlı olması barədə birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab etsə də, təklif olunan kompensasiya məbləğini yetərli, ədalətli və ağlabatan hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranm ası əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası iş üzrə sübutları qiymətləndirərək hesab edib ki, İddiaçı Cavabdeh təklif etdiyi 20000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Apellyasiya instansiyası işin ikinci dəfə apelyasiya baxı şı zamanı iddiaçı tərəfə kompensasiyanın daha artıq məbləğə qaldırılması təklifini irəli sürmüşdür. Apellyasiya instansiyası qeyd etmişdir ki, Cavabdeh üç uşağı var, onlar yetkinlik yaşına çatmamışlar, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqlar da mübahisəli yaşayış sahəsində mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onlar 13 ildən artıq müddətdir mübahisəli mənzildə fasiləsiz yaşayırlar. Qeyd olunan halları, uşaqların mənafeyini nəzərə alaraq apellyasiya məhkəməsi kompensasiya məbləğinin qaldırılmasını təklif etmiş, buna baxmayaraq iddiaçı tərəf daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmamışdır. Təklif olunan kompensasiyanın məbləği ilə də apellyasiya məhkəməsi razılaşmamış və hesab etmişdir ki, həmin məbləğ yuxarıda qeyd olunanlar nəzərə alı nmaqla daha artıq olmalıdır. Lakin iddiaçı rəsmi olaraq daha artıq məbləğdə kompensasiya təklif etmək niyyətində olmadığı üçün onun iddia tələbi təmin oluna bilməz. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. İddiaçı (vəkil X4) qətnamədən kassasiya şi kayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Ali Məhkəmənin Mülki Kollegiiyasının (hakimlər: Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva, Elşad Şamayev) 2(102)-2407/21 saylı, 24 may 2021-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7711/2020 saylı, 03.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, əvvəla, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4022/2019 nömrəli, 19 avqust 2020-cu il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməmişdir. Halbuki kassasiya in stansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Üstəlik, qeyd edilən göstərişlərə əməl edilməsi mübahisənin qanuni və əsaslı həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 20000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmamasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi 20000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması nəticəsinə gəlsə də, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını müəyyən etməməklə səhvə yol vermişdir. Baxmayaraq ki, hazırki iş üzrə Ali Məhkəmə yuxarıda qeyd edilən qərarında məhz apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməməsini, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmasını düzgün saymamışdır. Bundan başqa, birinci apellyasiyanın qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsindən kassasiya ş ikayəti verilməyib. Belə olan halda, Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarı ilə yalnız iddianın təmin edilən hissəsi apellyasiya baxışının predmeti olsa da, apellyasiya instansiyası qətnamənin nəticə hissəsində bir daha qarşılıqlı iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamaqla məhkəmə baxışının predmetindən kənara çıxmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər:– Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Aida Hüseyn və Vidadi Məmmədov) 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh 30000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh 3 uşağı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış və məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək 30000 manat kompensasiya verilərək cavabdeh X2 3 uşağı ilə birlikdə mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, tərəflərin izahatlarına və Ali Məhkəmənin göstəri şlərinə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmişdir. Həmin qiymətləndirmə rəyinə əsasən, sözügedən mənzilin real bazar dəyərinin 86000 manat məbləğində olması müəyyən edilmişdir. Bundan əvvəl kompensaisya məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 20000 manat müəyyən edilməsi, Cavabdeh ilə birlikdə həmin mənzildə 3 uşağın 2017- ci ildən qeydiyyatda olmaqla yaşaması, digər tərəfdən də İddiaçı mülkiyyətçi hüquqlarını nəzərə alaraq apellyasiya instansiyası məh kəməsi hesab etmişdir ki, Cavabdeh 30000 manat məbləğində kompensasiya verilməsi bazar qiymətinə uyğun hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının Cavabdeh 30000 manat kompensasiya verməsi sonuncuya müəyyən müddət daxilində başqa yerdə əvvəlki şəraitə uyğun yaşamaq imkanı verir. Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İddiaçı nümayəndəsi X5 30000 manat məbləğində kompensasiya verilməsinə öz yazılı ərizəsi ilə razılıq verdiyindən, 30000 manat məbləğində kompensasiyanın ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Cavabdeh (vəkil X 9) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Aapellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəfimizdən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş sübutlar ümumiyyətlə nəzərə alınmamışdır Beləliklə də tam təsdiq olunur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbləri pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehi n - Cavabdeh zərərinə qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi öz təşşəbüsü ilə kompensasiya məbləğini 30000 manat məbləğində müəyyən edərkən onun və himayəsində olan, həm də onun kimi mübahisəli mənzildən istifadə hüququ olan 3(üç) nəfər azyaşlı, bir nəfər daun (ruhi xəstə) simdomlu xəstə uşağının mənafeyi nəzərə alınmamışdır. Məhkəmənin təyin etdiyi 30000 manat kompensasiya məbləği 4 nəfərin mənzildən istifadə hüququna xitam verilməsi və uşaqlarının saxlanması üçün yetərli deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür. Həmçinin kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı nümayəndəsi X5 30000 manat kompensasiya verilərək, cavabdeh X2 3 uşağı ilə birlikdə mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirdiyindən və kompensasiyanın məbləği bazar qiymətinə uyğun olduğundan kompensasiyanın məbləği artırılmalıdır. İddiaçı tərəfindən Cavabdeh 30000 (otuz min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh 3 uşağı ilə birlikdə Bak ı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7799/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar