Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1385/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi və X19 (üçüncü şəxs X32 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1385/24 (Açar sözlər: alqı-satqı müqaviləsi (daşınmaz əşyaların alqı-satqısı, satın almaqda üstünlük hüququ), daşınmaz əşyalar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq, əqdin etibarsızlığı (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi), sübutetmə vəzifəsi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi və X19 qarşı (üçüncü şəxs X32 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-876/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 17 yanvar 1998-ci il tarixdə X4 adına texniki pasport tərtib edilərək müəssisənin baş planında olan 1101,9 kv.m tikililərin texniki göstəriciləri əks olunmuş, istifadədə olan torpaq sahəsinin ölçüsü 16919 kv.m göstərilmişdir. Müəsissə "xxxx" ASC (bundan sonra – iddiaçı) kimi xx.xx.2007-ci il tarixdə, 0507-M7-1346 nömrə ilə qeydiyyatdan keçmiş, xx ünvandakı dövlət mülkiyyətində olan 1210,8 kv.m torpaq sahəsinin üzərində yerləşən 1101.9 kv.m sahədən ibarət qeyri-yaşayış tikililəri üzərində hüquqlar əldə etməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 yanvar 2008-ci il tarixli şəhadətnamə verilmişdir. 2. xx Rayon İcra Hakimiyyəti Başçısının xxx 1999-cu il tarixli, xxx nömrəli sərəncamı ilə Masallı şəhərin də X7 tikəcəyi qazdoldurma məntəqəsinin altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhəd olan sahədən sonuncuya 800 kv.metr torpaq sahəsi verilmişdir. Sərəncamda göstərilmişdir ki, verilmiş torpaq sahəsi şimaldan Mircavad bəy prospektinin piyada yolu, cənubdan və şərqdən avtonəqliyyat müəssisəsinin ərazisi ilə, qərbdən isə avtonəqliyyat müəssisəsinin ərazisi və mövcud bina ilə həmsərhəddir. Sərəncam əsasında 2000-ci il tarixdə X7 adına yanacaqdoldurma məntəqəsinin texniki pasportu tərtib edilmiş, 04 yanvar 2005-ci il tarixdə Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx rayonu, xx küçəsində yerləşən qeyri-yaşayış binası X8 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdı r.
3. İddiaçı tərəfindən 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağının protokolundan müəyyən edilir ki, səhmdarların ümumi yığıncağı ASC-nin istifadəsində olan, texniki pasportda göstərilən 1,69 ha torpaq sahəsindən 1,20 ha sahənin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən kənar şəxslərə satılmasına razı olduğunu qərara almış, ƏMDK-nin xx rayon şöbəsinə məktub ünvanlanaraq iddiaçının həmin torpaq sahəsini digər şəxslərə dəyəri ödənilmək şərti ilə satılmasına və ya icarəyə verilməsinə razı olduğu göstərilmişdir. Tərtib edilmiş protokolda gündəlikdə duran məsələnin səbəbi olaraq göstərilmişdir ki, iddiaçının istifadəsində olan 1,69 ha torpaq sahəsindən halhazırda istifadə etmək olmur, belə ki, ərazinin köhnə hasarları uçulmuş, ümumi mühafizəsi çətinləşmişdir. ASC-yə məxsus i nzibati binanın və texniki təmir zonasının yerləşdiyi torpaq sahəsi ASC-nin fəaliyyəti üçün kifayət edir.
4. İddiaçının qanuni istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi xx bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı ilə X16 (cavabdeh X17 atası) satılmışdır. Sonuncu həmin torpaq sahəsində tikinti işləri aparmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sözügedən qərarın, torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və orada aparılmış tikililərin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia irəli sürmüş, Şirvan İnzibatiİqtisad Məhkəməsinin 12 mart 2012-ci il tarixli, 2-2(86)-17/2012 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi k ollegiyiasının 7 mart 2013-cü il tarixli, 2-1(106)-03/2013 nömrəli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilərək iddia təmin edilmiş, Masallı rayonu Davda bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi, Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində 6 dekabr 2005-ci il tarixdə 133 nömrə ilə qeydiyyata alınmış “torpaqların alqı-satqısına dair” aktın etibarsız hesab edilməsi, torpaq sahəsində aparılmış yarımçıq tikililərin və daş hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, X12 iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 sentyabr 2013-cü il tarixli 2-1(102)-274/2013 nömrəli qərarı ilə cavabdeh X20 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən verilən ka ssasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icra edilmiş, icra sənədində göstərilmiş torpaq sahəsində aparılmış yarımçıq tikililər sökülmüş və torpaq iddiaçıya təhvil verilmişdir.
5. Yuxarıda göstərilən məhkəmə aktlarında göstərilmişdir ki, ASC haqqında məlumatlardan, özəlləşdirmə planına 18 Nli əlavədən və texniki pasportdan iddiaçının qanuni əsaslarla istifadəsində olan və səhmdar cəmiyyəti özəlləşdirilərkən onun yerləşdiyi torpaq sahəsinin 16919 kv.m, bina və tikililərin ümumi sahəsinin 1101,09 kv.m-dir, 19771983-cü illərdə tikilməsi müəyyən edilir. 6. 27 sentyabr 2016-cı il tarixdə X9 xx küçəsində dövlət mülkiyyətində olan 0,0033 ha torpaq sahəsinə istifadə hüququ və həmin torpaq sahəsi üzərində yerləşən 30,6 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsinə mülkiyyə t hüququ dövlət reyestrində qeydə alınmışdır.
7. X13 20 oktyabr 2016-cı il tarixdə mülkiyyətindəki 30,6 kv.metr sahəsi olan qeyriyaşayış sahəsini alqı-satqı yolu ilə X21ə 59000 manata satmış, 26 yanvar 2017-ci il tarixdə sözügedən hüquqlar X17 adına dövlət reyestrində qeydə alınmışdır. 8. 28 mart 2017-ci il tarixdə X24 ilə bağlanmış 141 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin” alqı-satqısı müqaviləsinə əsasən ünvan 2 ünvanındakı X17 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçən 30,6 kv.m qeyri-yaşayış binasının altında yerləşən dövlət mülkiyyətində olan 800 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X19 16000 manata satılmış, torpaq sahəsinin dəyəri a lıcı tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilmişdir.
9. Sözügedən torpaq sahəsi X24 tərəfindən qeyri-yaşayış sahəsi sökülməklə xx.xx.2017-ci il tarixdə alqı-satqı yolu ilə 4500 manata X5 və həmin torpaq sahəsi xx.xx.2018-ci ildən sonuncunun mülkiyyətindədir. Alqı-satqı həyata keçirilərkən X24 torpaq sahəsində yerləşən tikilinin özü tərəfindən sökülməsinə dair ərizə təqdim etmişdir.
10. Masallı şəhərində “DOST” mərkəzinin inzibati binasının tikintisi məqsədilə başqa ərazidən torpaq sahəsinin ayrılması mümkün olmadığından özəlləşdirilmiş dövlət əmlakının yerləşdiyi "xxxx" ASC-nin istifadəsində olan 1,0 hektar və istifadə edilməyən 0,2 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətinə aid 1,2 hektar torpaq sahəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasına dair rəy bildiri lməsi ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, sonuncu tərəfindən həmin müraciətə verilmiş 5 may 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin razılığına əsasən ASC-nin istifadəsində olan 1,0 hektar torpaq sahəsinin, eləcə də istifadə edilməyən 0,2 hektar torpaq sahəsinin ayrılmasına etiraz etmədiyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" ASC cavabdeh ƏMDX yanında DƏDRX- nin 8 saylı Ərazi İdarəsi tərəfindən X17 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X24 arasında xx küçəs ində yerləşən 800 kv.m torpaq sahəsinin alqı-satqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cəmiyyətin adına verilmiş 17 yanvar 1998-ci il tarixli texniki pasportda mövcud tikililərin qeyd olunan texniki göstəriciləri əksini tapmışdır. Buna baxmayaraq, iddiaçının qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinin bir hissəsi, guya xx istifadəsində olan 30.6 kv.m daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və bu barədə həmin şəxsin adına Seriya RX ******* nömrəli, 26 yanvar 2017-ci il tarixli çıxarış verilmişdir. Halbuki, həmin ərazidə yalnız 1977-19 83-cü illərdə tikilmiş tikililər mövcuddur ki, həmin tikililər də onların mülkiyyətindədir. Yəni, sözügedən ərazidə xx və onun ailəsinə məxsus faktiki olaraq əvvəllər heç bir tikili olmamış, bu hal məhkəmə mübahisəsi zamanı qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti sözügedən çıxarışı təqdim etməklə xxx süni şəkildə satınalmada üstünlük yaradaraq cəmiyyətin istifadəsində olan daha artıq torpaq sahəsinin ona satılm0ası üçün zəmin yaratmışdır. Belə ki, məhz həmin çıxarış alındıqdan 2 ay sonra cəmiyyətin istifadəsində olan torpaq sahəsinin daha 800 kv.m hissəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 mart 2017-ci il tarixli, 141 saylı müqaviləyə əsasən qanunsuz olaraq xx satılmı şdır.
13. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi bildirmişdir ki, “ünvan 3 ünvanında yerləşən 1101,9 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsinə icarə və digər hüquq yaradan rəsmi sənədləşmə yoxdur. Bununla belə, "xxxx" ASC-nin torpaq sahəsini satın almaqda üstünlük hüququ vardır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsi xxx satılmaqla "xxxx" ASC-nin satın almaqda üstünlük hüquqları pozulmuşdur. Belə ki, bu barədə müəssisəyə rəsmi məlumat verilməli olduğu halda verilməmişdir.
14. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X18 izahatında bildirmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi ilə bağlı hərəkətləri tam qanuni olmuşdur. Əvvəla, xxx rayon İcra Hakimiyyəti başçısının 9 dekabr 1999-cu il tarixli, xx saylı sərəncamı ilə Masallı şəhərində X7 tikəcəyi qazdoldurma məntəqəsi altına şəhərin xx prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhəd olan sahədən 800 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin üzərində “Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və 4 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə isə həmin qeyri-yaşayış sahəsi X2 və 26 yanvar 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsini almaq üçün xxx müraciət etmiş və bu barədə ƏMDX tərəfindən iddiaçıya rəsmi məlumat verilmişdir. İddiaçının 10 iyun 2009-cu il tarixli iclas protokolundan çıxarış 25 iyun 2009-cu il tarixli göndəriş məktubu ilə ƏMDK-nə göndərilmiş və həmin protokol və məktubda "xxxx" ASC-nin 1,69 ha torpaq sahəsindən 1,29 ha hissənin satılmasına və ya icarəyə verilməsinə razı olduqları qeyd olunmuşdur. Bu səbəbdən, 28 mart 2017-ci il tarixli, 141 nömrəli müqavilə tam qanunidir və etibarsız hesab edilməsi üçün əsas yoxdur. Göstərilən əsaslara görə iddianın rədd olunması xahiş olunmuşdur.
15. Cavabdeh X17 nümayəndəsi və vəkili Vəkil2 izahatında iddianı qəbul etmədiklərini bildirmişdir. 800 kv.m torpaq sahəsi hələ xx rayon İcra Hakimiyyəti başçısının 9 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə xx şəhərində X7 tikəcəyi qazdoldurma məntəqəsi üçün ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində “Maye qaz doldurma məntə qəsi” inşa edilmiş və 4 yanvar 2005-ci ildə xx nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə isə həmin qeyri-yaşayış sahəsi X2 və 26 yanvar 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir. "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixli iclas protokolundan çıxarışda və 25 iyun 2009-cu il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC 1,69 ha torpaq sahəsindən 1,29 ha hissəsinin satılmasına və ya icarəyə verilməsinə etiraz etmir. Ona görə də, 28 mart 2017-ci il tarixli, 141 nömrəli müqavilə tam qanunidir və etibarsız hesab edilməsi üçün əsas yoxdur. Bundan başqa, həmin torpaq sahəsi sonradan X3. Hal-hazırda Fxxxx heç bir mülkiyyət hüququ yoxdur.
16. Üçüncü şəxs X32 izahatında iddia tələbinin onun mülkiyyət hüquqlarını pozduğunu bildirmişdir. Be lə ki, o vicdanlı alıcı kimi X14 24 dekabr 2017-ci il tarixli, AN-xxx nömrəli alqı-satqı müqaviləsi ilə 0,08 ha torpaq sahəsi almış və onun adına 15 yanvar 2018-ci il tarixli, **********18 reyestr nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Ötən müddət ərzində "xxxx" ASC-nin səlahiyyətli şəxsləri ona heç bir etiraz bildirməmişlər. xxx bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunarsa, onun da mülkiyyət hüquqlarını təsdiq edən hüqüqmüəyyənedici sənədlərə təsir edəcəkdir. 17. "xxxx" MMC-nin 6 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, X2 800 kv.m torpaq sahəsinə dair plan ölçü sənədi təqdim olunmadığından kənar nöqtələrin yerini təyin etmək mümkün olmamışdır. İş materiallarında olan X19 məxsus RX seriyalı, ******* saylı çıxarışda göstərilən qeyri-y aşayış binası hal-hazırda naturada mövcud deyil. Təqdim olunmuş digər sənədlərin araşdırılması zamanı X29 məxsus RX seriyalı, ******* saylı çıxarış və ona əlavə olunan plan ölçü sənədində göstərilən koordinatların yerləşməsi müəyyən olunmuşdur. Plan ölçü sənədi üzrə torpaq sahəsi 0,08 ha-dan ibarətdir. Lakin həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olan 1,7 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıya məxsus 1,70 ha torpaq sahəsinə dair 1998-ci ildə Əmlak Komitəsi tərəfindən texniki pasport tərtib edilmişdir. İddiaçı hal-hazırda həmin sənədlərdə göstərilən 1,7 ha torpaq sahəsində yerləşir.
18. Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 nömrəli 1 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov) iddia təmin olunmamışdır.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ASC-nin 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağı ilə 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsinin ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi barədə qərar qəbul edilmiş və bu barədə protokol xx.xx.2009-cu il tarixli məktubla ƏMDK Cəlilabad rayon şöbəsinə göndərilmişdir. Həmin sənədlər notariat qaydada təsdiq edilmiş və ƏMDX-də saxlanılır. Göründüyü kimi, həmin yığıncaqda qəbul edilmiş qərarla "xxxx" ASC torpaq sahəsini satın almaq hüququndan imtina etmiş və torpaq sahəsinin kənar şəxslərə satılmasına razılığını ifadə edilmişdir.
20. İddiaçı məhz 1,69 ha torpaq sahəsinin istifadəsində olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 1998-ci il tarixli texniki pasportda müəssisənin baş planında torpaq sahəsi 16919 kv.m qeyd olun sa da, “ünvan 4 ünvandan yerləşən 1101,9 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi barədə xx.xx.2008-ci il tarixli, 000707 saylı Şəhadətnaməyə əlavədə tikintialtı torpaq sahəsi 1210,8 kv.m qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Masallı rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********24 nömrəli məktubdan da görünür ki, "xxxx" ASC-nin istifadəsində olan 1 ha, istifadə edilməyən 0,20 ha, ümumilikdə 1,20 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Göründüyü kimi, tədqiq olunan sübutlarla 1,69 ha torpaq sahəsinin "xxxx" ASC-nin qanuni istifadəsində olması da öz təsdiqini tapmır.
21. İşin faktiki və mübahisələndirilməyən halları ilə müəyyən olunmuşdur ki, mübahisəli müqa vilə və çıxarış üzrə 800 kv.m torpaq sahəsi hələ Masallı rayon İcra Hakimiyyəti başçısının 9 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə ayrıldıqdan sonra orada maye qaz doldurma məntəqəsi inşa edilərkən xx.xx.1998-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" ASC fəaliyyət göstərmiş və heç bir etiraz edilməmişdir. Bunun da hüquqi nəticəsi olaraq, həmin əmlak xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış və bununla da ilk mülkiyyətçi Rafael Məmmədovun, daha sonra xxxxun tikintialtı torpaq sahəsini satın almaq hüquqları yaranmışdır.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçının göstərmiş olduğu əsaslar sübuta yetirilmir və mübahisəli alqı-satqı müqaviləsi və çıxarış üzrə 800 kv.m torpaq sahəsinin xxxxa satılması iddiaçının hüquq və mənafelərini-subyektiv hüquqlarını pozmur. İddianın əsasları üzrə etibarsızlığı tələb olunan alqı-satqı müqaviləsi qanunun tələblərinə uyğun bağlanmış, hüquqmüəyyənedici çıxarış qanunauyğun verilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 152.1, 178.1, 238.1, 238.2, 243.1, 245, 337.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında “ Əsasnamənin 2, 3, 4 və 11-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti ve rərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur.
26. Apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 4 noyabr 2023-cü il tarixli 3-6-xx-xx/7500 saylı ekspert rəyində göstərilir ki,
27. İ- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəx sin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4937/2023 saylı mütəxəssis rəyinə əsasən, “Masallı Avtonəqliyyat" ASC-nin istifadəsində olan qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.
28. İİ - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4937/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyətinin 9 dekabr 1999-cu il tarixli 649 saylı sərəncamı əsasında X11 ayrılmış 800 kvadrat metr torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.
29. İİİ - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4937/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyətinin 9 dekabr 1999-cu il tarixli 649 saylı sərəncamı əsasında X15 ayrılmış 800 kv.m torpaq sahəsində yarım tikilinin mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin planına əsasən, ərazidə **********07 nömrə ilə X6 mülkiyyətinə verilmiş faktiki istifadə etdiyi 0,0756 ha torpaq sahəsi, Masallı RİH-nin 9 dekabr 1999-cu il tarixli 649 saylı sərəncamı ilə X10 ayrılmış və elektron baza məlumatlarında **********18 reyestr nömrəli çıxarışla X25 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi, **********34 reyestr nömrəli Çıxarışla Masallı Rayon İcra Hakimiyyətinin balansına verilmiş 1,00 ha torpaq sahəsi və baza məlumatlarına əsasən "xxxx" ASC-nin yerləşdiyi 1,94 ha torpaq sahəsi mübahisəli ərazidə yerləşir.
30. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-876/2023 nömrəli mülki iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Kollegiya qeyd etmişdir ki, əgər iddiaçı onun hüququnun pozulmasında X17 adına olan çıxarışın qanunsuz verilməsini əsas kimi göstərirsə, onda o, ilk növbədə Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X7 tikəcəyi qazd oldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhəd olan sahədən 800 kv.m torpaq sahəsi verilməsi barədə qərarın, həmin qərar əsasında xxxxun adına verilmiş çıxarışın, daha sonra isə xx ilə xx arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb etməli idi və yalnız bundan sonra X17 adına Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsızlığı, yaxud çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsızlığı nəticəsində ******* nömrəli, xx.xx.2017-ci il tarixli qeydin düzgün aparılmaması halı müəyyən oluna bilərdi.
32. Məhkəmə kollegiyası cavabdeh xx vicdanlı əldə edən alıcı kimi tanıyaraq qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi barəsində xx ilə xx arasında 20 oktyabr 2016-cı il tarixdə “Daşınmaz əmla kın alqı-satqı müqaviləsi” bağlanarkən həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reystrində satıcı X7 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu halda alıcı olaraq xx qeyri-yaşayış sahəsinin satıcıya məxsus olmasına güvənib etimad etməsinə hüquqi əsası olmuşdur.
33. Beləliklə, iddiaçı cavabdeh X17 adına olan Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışı mübahisələndirsə də, həmin çıxarışın verilməsinədək mövcud olmuş X7 adına verilmiş Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı və onun əsasında verilmiş 04 yanvar 2005-ci ildə 260 nömrəli çıxarışın qanuniliyini mübahisələndirmədən yalnız işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışlarını bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda, MPM-in 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni, iddiaçının mübahisəli torpaq sahəsinə verilmiş sərancamın və həmin sərəncam əsasında qeyri-yaşayış sahəsinə xxxn adına verilmiş çıxarışı mübahisələndirmədiyi halda həmin sənədlərin qanunsuz verilməsini bildirməsi, cavabdeh X17 adına olan Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinin qanuni əsası kimi qəbul oluna bilməz.
34. Məhkəmə kollegiyasının iddiaçının ikinci xahişi, yəni cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X24 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, xxsaylı alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq qeyd etmişdir ki, həmin müqavilənin etibarsız hesab edilməsi tələbinin əsası kimi iddia ərizələrində gələcəkdə mübahisəli torpaq sahəsini satınalmaqda üstün hüququndan istifadə etmələrindən məhrum olmalarını göstərsə də, bunun təsdiqi barədə məhkəməyə sübut təqdim edə və cavabdeh xx adına hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin onların hansı hüquqlarının pozmasını da əsaslandıra bilməmişlər. İşin məhkəmə araşdırması zamanı əldə olunmuş sübutlardan isə müəyyən edilmişdir ki, iddiaçının hüquqları və qanunla qorunan mənafeyinin pozulması halı nəinki baş verməmiş, əksinə iddiaçının mülkiyyətində olan daşınmaz əmlak olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi "xxxx" ASC-ni n 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağının iclas protokoluna əsasən Texniki pasportda göstərilən 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsinin ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi barədə qərar qəbul edilmişdir.
35. Belə olan halda iddiaçının cavabdehin ona məxsus olan "xxxx" ASC-nin Əmlak Kompleksi kimi istifadəsində torpaq sahəsinin satınalmaqda üstün hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddia tələbi irəli sürməsi əsassızdır. Çünki "xxxx" ASC-in mübahisəli torpaq sahəsinin kənar şəxslərə satılması barədə 10 iyun 2009-cu il tarixli protokol qərarı qüvvədədir və həmin qərar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X24 arasında Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və f iziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
36. Göründüyü kimi "xxxx" ASC-nin qeyd olunan sənədə əsaslanaraq mövcud iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır.
37. Kollegiya hesab etmişdir ki, Masallı Rayon İcra Hakimiyyətinin 9 dekabr 1999-cu il tariixli sərəncamı əsasında X15 ayrılmış 800 kv.m torpaq sahəsində yarım tikilinin mövcud olması ona (bu hal ekspertin verdiyi rəyində də, öz təsdiqini tapmışdır.) dəlalət edir ki, Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 141 saylı müqaviləsi əsasında Masallı şəhəri, xx yerləşən xx.xx.2017-ci il tarixli, ********** nömrəli DƏDRX-dən çıxarışa əsasən xxxxun adına qeydiyyata alınmış qeyri-yaşayış binasının altında yerləşən 800 kv.m torpaq sahəsi 16000 manat müqabilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 üçün qanuni əsaslar mövcud olmuşdur.
38. Kollegiya həmçinin qeyd etmişdir ki, hazırkı mübahisədə iddiaçının mübahisəli torpaq sahəsinin istifadəçisi kimi qəbul edilməsi üçün, onunla dövlət arasında müvafiq dövlət qeydiyyatından keçmiş müqavilə (qərar) mövcud olmalıdır. Qanunvericiliyin bu qaydalarına əməl edilmədən iddiaçının hər hansı istifadə hüququnun mövcudluğunun qəbul edilməsi, torpağın istifadəçisi kimi hüquqlarının dövlət tərəfindən təminat altına alınması yolverilməzdir. Belə olan halda isə iddiaçının mübahisəli torpaq sahə sinin satınalmaqda üstünlük hüququndan söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi məhz bu səbəbdən də, haqlı olaraq hesab etmişdir ki, satılan torpaq sahəsinin qeyriyaşayış sahəsinin mövcud olduğu dövrdə, istifadəsində olan 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsinin ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi halında, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yarana bilməz.
39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 135.4, 139.1, 140, 146.1, 149.2, 152.1, 152.5, 178.1, 245, 337-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar;n çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh təşkilatın təqdim etdiyi sənədlər əsasında sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində olduğu və müvafiq reyestrdə də qeydə alınmış olduğunun müəyyən olunmasına baxmayar aq, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmişdir. Həmçinin məhkəmə qətnaməsində mübahisəli 800 kv.m torpaq sahəsinin X7 adına Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli xx saylı sərəncamı ilə ayrıldığına və "xxxx" ASC-nin 10 iyul 2009-cu il tarixli ümumi yığıncağın protokoluna istinad olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən istifadəsində olan torpaq sahəsinin 1.20 ha hissəsinin kənar şəxslərə satılmasına dair razılıq 2009-cu il tarixdə verilmişdirsə, həmin torpaq sahəsinin bundan 10 il əvvəl, yəni 1999-cu il tarixdə bu əsasla başqa şəxsin adına ayrılması barədə sərəncam verilə bilməzdi. Tarixlərdən açıq şəkildə görünür ki, müvafiq fərmanla yalnız iddiaçıya satılmalı olan torpaq sahəsi, süni şəkildə və bir-birini təkzib edən sənədlər əsasında başqa şəxslərə satılma qla onlara satınalmada üstünlük hüquqları yaradılmış və bununla da iddiaçının sahiblik və istifadə, eləcə də gözlənilən mülkiyyət hüquqları pozulmuşdur.
42. Eyni zamanda "xxxx" ASC-nin 10 iyul 2009-cu il tarixli ümumi yığıncağın protokolunun əsaslılığı və mövcud olması onlara məhkəmə iclasında bəlli olmuşdur. Məlum olduğu kimi Səhmdar Cəmiyyəti haqqında Qanuna əsasən ümumi yığıncağın keçirilməsinin qaydası müəyyən edilmiş və yalnız həmin prosedur daxilindən və səhmdarların iştirakı ilə keçirilən yığıncağın protokolu mötəbər hesab edilə bilər. Hər bir halda bu sənədi qəbul edən və məhkəməyə təqdim edərək onlara istinad edən Dövlət Əmlak Komitəsi bu prosedurun qanuni keçirilməsinə dair sənədləri (bütün səhmdarların məlumatlandırılması) və elanları (qəzet) tələb etməli və həmin sənədin mötəbə rliyini müəyyən etməli idi. Lakin, cavabdeh təşkilat bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmiş, məhkəmə kollegiyası tərəfindən də buna əhəmiyyət verilməyərək sözügedən sənədlər mötəbər sübut kimi nəzərə alınmışdır. Yalnız bu əsasla ki, həmin sənədlər komitənin arxivindədir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən də işin zəruri əhəmiyyət kəsb edən bu faktiki halları araşdırılmamış və mövcud ziddiyyətlər aradan qaldırılmadan iddianın rədd olunması barədə əsassız nəticəyə gəlinmişdir.
43. İş üzrə Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-876/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunsa da, həmin qərardadda ekspert qarşısında qoyulan suallar işin mübahisəli hallarının müəyyən edilməsi üçün kifayət olm amışdır. Bundan əlavə, hazırkı iş üzrə ekspert rəyinin verilməsi üçün tələb olunan mütəxəssis rəyi iş üzrə cavabdeh olan DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən hazırlanmışdır. Halbuki, dəfələrlə, buna etirazlarını bildirmiş və məhkəməyə ünvanlamışlar. Lakin, aşkar şəkildə maraqlı ola biləcəyi nəzərə alınmadan həmin təşkilatın verdiyi mütəxəssis rəyi əsas götürülmüş və hakim bunu görməzdən gəlmişdir.
44. Məhkəmə kollegiyası tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırkı işin hallarına düzgün hüquqi qiymət verilməmiş, Mülki Məcəllənin göstərişləri pozulmuş, mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim etdikləri dəlillərə heç bir qiymət verilməmişdir. İşə baxan məhkəmə qətnamədə toplanmış sübutları tədqiq etdiyini qeyd etsə də, hansı sübutu tədqiq edib və ona hansı maddi hüquq normasını tətbiq etməklə necə qiymət verdiyini göstərməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış və apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
46. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
47. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir
48. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notar iat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
49. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
50. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmə k və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
52. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
53. Maddə
245. Müvafiq olaraq torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
54. Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Torpaq Məcəlləsi
55. Maddə
66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllə
56. Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası və etirazlarının kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlill əri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.
69. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən xx ilə xxx arasında 20 oktyabr 2016-cı il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanarkən həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reystrində satıcı X7 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı "xxxx" ASC cavabdeh X17 adına olan Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışı mübahisələndirsə də, həmin çıxarışın verilməsinədək mövcud olmuş X7 adına verilmiş Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı və onun əsasında verilmiş 0 4 yanvar 2005-ci ildə 260 nömrəli çıxarışın qanuniliyini mübahisələndirməmişdir.
70. Həmçinin, iddiaçı "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağının protokolundan müəyyən edilir ki, səhmdarların ümumi yığıncağı ASC-nin istifadəsində olan, texniki pasportda göstərilən 1,69 ha torpaq sahəsindən 1,20 ha sahənin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən kənar şəxslərə satılmasına razı olduğunu qərara almış, ƏMDK-nin Cəlilabad rayon şöbəsinə məktub ünvanlanaraq iddiaçının həmin torpaq sahəsini digər şəxslərə dəyəri ödənilmək şərti ilə satılmasına və ya icarəyə verilməsinə razı olduğu göstərilmişdir. Tərtib edilmiş protokolda gündəlikdə duran məsələnin səbəbi olaraq göstərilmişdir ki, iddiaçının istifadəsində olan 1,69 ha torpaq sahəsindən hal-hazırda istifadə etm ək olmur, belə ki, ərazinin köhnə hasarları uçulmuş, ümumi mühafizəsi çətinləşmişdir. ASC-yə məxsus inzibati binanın və texniki təmir zonasının yerləşdiyi torpaq sahəsi ASC-nin fəaliyyəti üçün kifayət edir.
71. Beləliklə, məhkəmələr işdə olan sübutlara əsaslanaraq iddianı rədd edərkən maddi hüquq normasının tətbiqində səhvə yol verməmişlər.
72. Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı və onun əsasında verilmiş 04 yanvar 2005-ci ildə 260 nömrəli çıxarışın qanuniliyini mübahisələndirilmədən iddianın təmin edilməsinin mümkünsüzlüyü baxımndan kollegiya kassasiya şikayətinin digər dəlillərinə qiymət verməyi zəruri hesab etmir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tər əflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-876/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.