Məhkəmə qərarları › İş №2(102)-1387/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1387/2020

11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1387/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin, etibarnamələrin etibarsız hesab olunub ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının X5 nömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin, etibarnamələrin etibarsız hesab olunub ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 08.05.2018-ci il tarixdə atası X13 ilə arvadı Cavabdeh1 arasında daşınmaz əmlakın bağışlanılması müqaviləsi bağlanıb imzalanmış və müqavilə Bakı şəhəri, 3 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə atası X5a məxsus olmuşX5, ev 7-də yerləşən, ümumi sahəsi 40,6 kv.m., yaşayış sahəsi 23,8 kv.m., yardımçı sahəsi 16,8 kv.m. təşkil edən, 1 otaqlı, 15 nömrəli mənzil atasının ikinci arvadı Cavabdeh1 mülkiyyətinə verilmiş və sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18.05.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 3 saylı Bakı «ASAN Xidmət» X11 tərəfindən 07.03.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, atası X5 03.02.2019-cu il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməmiş insult nəticəsində dünyasını dəyişmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.02.2019-cu ilin tarixdə qeyd aparılmışdır. Səbail rayonu, 149 saylı MKİS-in 20.02.2019-cu il tarixli arayışı ilə təsdiq olunur ki, X5 nömrəli mənzilində 01.04.1994cü il tarixdən nənəsi X5, 02.09.1994-cü il tarixdən atası X5 qeydiyyatda olmuş, nənəsinin vəfatından sonra atası mənzildə tək özü yaşamış və onu öz adına özəlləşdirmişdir. Bundan sonra 07.02.2016-cı il tarixdən mənzildə atasının iki nci arvadı Cavabdeh1 da qeydiyyatda olub, atası ilə bir ailədə yaşamış, lakin mənzil onların ümumi mülkiyyətində yox, atasının mülkiyyətində olmuşdur. O, X5un qanun üzrə birinci növbəli vərəsəsidir və atasından qalmış mənzildə onun miras payı vardır. O, atasına məxsus mənzilin atasının ikinci arvadı Cavabdeh1 bağışlanması faktını onun ölümündən, yəni 03.02.2019-cu il tarixdən sonra bilmişdir və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X2 arvadı Cavabdeh1 arasında bağlanmış 08.05.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunub ləğv edilməli, tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdırlar. Xüsusi mülkiyyət hüququ əsasında atası X5a məxsus olmuş «Hyundai Tucson» markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, 6 saylı notari at ofisində, 08.03.2018-ci il tarixdə verilmiş baş etibarnaməyə əsasən 1 il müddətinə, 08.03.2018-ci il tarixədək Cavabdeh2 verilmiş və sonuncu həmin avtomobildən istifadə etmişdir. Etibarnamədə atasının adından icra olunmuş imza onun imzasına oxşamır, həqiqi olmasına əsaslı şübhələr yaranır. Bundan sonra 17 may 2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin avtomobil Bakı şəhəri, 44 saylı notariat kontorunda təsdiq olunmuş baş etibarnaməyə əsasən X3 verilmişdir. Elə həmin gün avtomobil X9 tərəfindən 44 saylı notariat kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X12 verilmişdir. AR DİN-nin Baş X21 İdarəsindən sorğuya əsasən verilmiş 29.04.2019-cu il tarixli məktubundan görünür ki, avtomobil eyni gündə X15 tərəfindən Cavabdeh2 satılmış və sonuncunun mülkiyyətindədir. Beləliklə, həqiqiliyi şübhə doğuran 08.03.2018-ci il tarixli baş etibarnamədən suiistifadə edilməklə, mülkiyyət hüququna əsasən atasına məxsus olmuş avtomobil alqı-satqı adı ilə Cavabdeh2 mülkiyyətinə keçmişdir ki, bu da yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 08.05.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunub ləğv edilməsi,X5, ev 7-də yerləşən 15 nömrəli mənzil atası X5 adına keçirilməsi, “Hyundai Tucson” markalı, **-GS-*** dövlət nömrəli minik avtomobilinin Cavabdeh2 verilməsi barədə 08.03.2018ci il tarixli həmin avtomobilin X3 verilməsi barədə 17.05.2018-ci il tarixli, həmin avtomobilin X12 verilməsi barədə 17.05.2018-ci il tarixli etibarnamələr, avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız sayılıb ləğv edilməsi, avtomobil X5 adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) X5 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 15.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, at ası X13 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi, ondan vərəsə kimi razılıq əldə edilməsi deyil, bağışlama müqaviləsi bağlanarkən X5 həmin notariat əməliyyatında iştirak edib-etməməsi, müqavilədə olan imzanın onun tərəfindən həyata keçirilməsinin şübhəli olduğunu və həmin zaman şəxsin fəaliyyət qabiliyyətinin olmamasını iddia etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi ədalət və bərabərlik prinsipini pozaraq, belə mühüm məsələ də, öz mülahizələrini əsas gətirib, qarar qəbul etmişdir. İddia ərizəsinə əlavə edilən xəstəliyi təsdiq edən sənədlərdən də görünür ki, X13 "Erkən Alsheymer xəstəliyi, Alsheymer xəstəliyi zamanı demensiya və nitq pozğunluqları" xəstəliklərindən əziyyət çəkirdi. Hətta cavabdehin məhkəmədə məlumatlar üzərindən yan k eçməsinə və hətta təqdim etdiyi etirazda buna münasibət bildirməməsinə baxmayaraq, sonradan məlum olub ki, X13 25.02.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra "TSEK") tərəfindən müayinə edilmiş və ona 2-ci qrup əllilik dərəcəsi təyin edilmişdir və şəxs 2-ci qrup əlil kimi pensiyada almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 25 noyabr 2013-cü il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş "Demensiyanm Diaqnostikası və Müalicəsi üzrə" Klinik Protokola əsasən, Demensiva - baş beynin xronik və ya proqressivləşən xəstəliyi nəticəsində əmələ gələn psixi fəaliyyətin pozulmasıdır Bu zaman idrak prossesləri (yaddaş, təfəkkür, qavrama, nitq), eyni zamanda mülahizə etmə qabilliyəti kimi ali qabıq funksiyalarının pozulması bas verir. Göstərilən koqnitiv p ozuntular kifayət qədər ciddi olub, ən azı son 6 ay ərzində insanın gündəlik həyatına təsir edir. Alshevmer xəstəliyi (A tipli senil demensiya) - MSS-nin degenerativ prosesləri ilə əlaqəli olub demensiyanm daha çox rast gəlinən formasıdır. Demensiya əlamətləri, o cümlədən koqnitiv proseslərin və digər funksiyaların artan enməsi baş beynin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronlarm və sinaptik əlaqələrin məhvi ilə əlaqədardır Demensiya zamanı yaddaşın orta və ağır dərəcəli pozulması halları baş verir. Yaddaşın pisləşməsi, yeni informasiyanın yadda saxlanılması pozulur. Daha ağır hallarda isə əvvəllər yadda olan informasiyanın reproduksiyası pozulur. Pozuntu həm verbal, həm də qeyri-verbal materiala aid edilir. Yaddaşın enməsi obyektiv etibarlı anamnezlə təsdiq olunmalı və imkan daxilində koqnitiv funksiyaların kəmiyyətcə qiymətləndirilməsi və neyropsixoloji testləşmənin nəticələri əlavə edilməlidir. Yaddaşın orta dərəcəli pozulması: xəstənin gündəlik həyat tərzinə ciddi təsir göstərir. Xəstəyə çox yaxın olan material yadda qalır. Yeni informasiya təsadüfi və ya qısa müddətə yadda qala bilər. Xəstə harada yaşadığını, nə etdiyini, yaxınlarının adını unuda bilər. Yaddaşın ağır pozulması: Xəstə hətta ən yaxın olan insanları tanımır. Heç bir informasiyanı yadda saxlaya bilmir. Koqnitiv funksiyaların enməsi - tənqidin və təfəkkürün enməsidir. Xəstədə təşkilatçılıq və planlaşdırma xüsusiyyətləri enir. Bütün bu əlamətlər obyektiv anamnezlə və neyropsixoloji testləşdirmə ilə təsdiq olunmalıdır. Alshevmer xəstəliyi zamanı demensiya olduqdan aşağıdakı əlamətlər mö vcud olur: qabıq funksiyalarının cəlb olunması: afaziya, apraksiya və ya aqnoziya - motivasiya və meyillərin enməsi (bu isə apatiyaya səbəb olur) - qıcıqlılıq və sosial davranışın tormozlanması - serebral atrofiyanm mövcudluğunu göstərən xüsusi müayinənin göstəriciləri - daha ağır hallarda parkinsona bənzər ekstrapiramid hallar (loqokloniya və epileptik tutmalar); kəskin başlanğıcın və proqressivləşmənin olması haqda məlumatyaddasm pozulması ilə yanası afaziya (amnestik və ya sensor), aqrafiya, aleksiya, akalkuliya və ya apraksiya. Hətta Protokolda qeyd edilib ki, Həkim aşağıdakı məlumatları ailə üzvlərinə bildirir: Yaddaşın pozulması və çaşqınlıq davranışda problemlər yarada bilər (həyəcan, şübhəlilik, qəzəb təzahürləri, əlaqə qurmaqda çətinliklər). Pasiyent yeni məlumatları yadda saxla maqda çətinlik çəkir, pasiyentin tanımadığı şəraitə və vəziyyətə düşməsindən çəkinmək lazımdır. Protokoldan göründüyü kimi X6 mövcud olan xəstəlik zamanı ən azı qeyd edilənlərlə yanası yaddaş, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmə qabiliyyəti kimi ali qabıq funksiyalarının pozulması baş verir. Qeyd edilənlərə əsasən X5 düşünmə qabiliyyəti olmamışdır. Bu xəstəlik X6 01.04.2010-cu il tarixdə başlamışdır (şikayətə əlavə edilmiş arayışdan görsənir) və 2018-ci ilədək ən azı 8 il davam etmişdir. TSEK-ə müraciət etməzdən öncə də, 05.05.2015-ci il tarixdə və 16.01.2016-cı il tarixdə də eyni xəstəlik ilə əlaqədar xəstəxanaya müraciət etmişdir. Bununla yanası arayışdan görsənir ki, X7 - Dəqiqləşdirilməmiş ensefalopativa (bas beynin müxtəlif etiologiyalı xroniki, tədricən proqressivləs ən beyin qan dövranının pozulması nəticəsində zədələnmə sidir), serebral ateroskleroz (üzrək damar xəstəliyi olaraq, ölümcül nəticələrə gətirib axarda bilir), Stenokardiva, erkən depolvarizasiya, ürəyin ateroskletorik xəstəliyi və essensial hipertenziva 2 dərəcə xəstəlikləri də mövcud idi. Yuxarıda göstərilən xəstəlikləri olan X5 08 may 2018-ci il tarixli bağışlama müqaviləsini imzalamaq halında olmadığı müəyyən edilir. Şikayətə əlavə edilmiş diskdə oğlu İddiaçı atası Rəcəbin yanında olarkən onun videosunu çəkmiş (həmin video müqavilənin bağlanması ərəfəsinə təsadüf edir). Videodan da görünür ki, Yoldaşov Rəcəb notariusda hər hansı əməliyyat aparmaq iqtidarında olmamış. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilənlərə münasibəti ondan ibarətdir ki, iddiaçı 2010-cu ildən sonra banklar da çalışmış və göstərilən xəstəlik olsaydı, şəxs mühüm vəzifələri icra edə bilməzdi. Bununla bağlı qeyd edilmişdir ki, Yoldaşov Rəcəbin işdən azad olunmasının səbəbi elə xəstəliyi olmuşdur. Bununla bağlı onun işdən azad olunması ərizəsi sübut olaraq məhkəməyə təqdim edilmiş (ərizədə səbəb olaraq, xəstəlik qeyd edilmiş). Digər tərəfdən 2010-cu il ilə 2018-ci il arasında 8 il fərq var və apellyasiya şikayətində də qeyd edilib ki, xəstəlik təqribən 2010-cu ildən başlayıb və 8 ildən sonra, şəxsin həyatına son qoyub. Məhkəmə öz mülahizəsinə uyğun bunu qeyd etsə də, iddiaçı tərəfindən Səhiyyə Nazirliyinin xəstəliklərlə bağlı protokolları əlavə edilmişdir. Yəni bu sahənin peşəkarlarının yazaraq, təsdiq etdikləri, nəzərə alınmır, ancaq mülahizələr nəzərə almır. Bakı Apellyasiya məhkəməsi tərəfində n qəbul edilən qətnamədən görünür ki, əsas notarial tərəfindən daxil olan məktubdur. Əlbəttə ki, bu belə deyil Notariat ofisinin yazdığı məktubda göstərilənlərin heç biri hər hansı qayda və qanunda nəzərdə tutulmayıb. Notariat ofisi tərəfindən Notariat kitabından çıxarış və ordakı imza məhkəməyə təqdim edilməmiş. İddia ərizəsinə hətta bağışlama müqaviləsində olan imzanın Yoldaşov Rəcəbin imzasının olmamasını sübut edən sənədlərdə əlavə edilmişdir. X5 "xxxx" ASC və "xxxx" ASC-dən daxil olan sənədlər arasında X5 şəxsən imzaladığı və Əli ilə yazdığı sənədlər mövcuddur. Hətta 18.07.2000-ci il tarixdə Rabitə müəssisələri ilə istifadəçilər arasında xidməti müqaviləni də şəxsən imzalamışdır. Bu sənədlərdəki imzalar ilə müqavilə və etibarnamədəki imzalar tamamilə fərqlənir. Notariusdan daxil olan məktubda yazılanların həqiqəti əks etdirib-etdirməməsi şübhəli haldır. Müqaviləni çap ediblər, şəxslər isə sonradan gəlib imzalayıb mövqeyinə inanmaq üçün, müşahidə kameralarının görüntüsünü əlavə etməli idilər. Əks halda yazılanların heç biri sübut hesab edilə bilməz. SUBUT-müqavilədir və həmin müqavilə iş rejimindən əvvəl saat 08:00 radələrində imzalanıb. Bu dəqiqə saat 08:00 da notariusa getsək, notarius işləməyəcək ki, iş rejimi 09:00-da başlayır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə atası X5 imzalarını özündə əks etdirən digər sənədləri, atasının xəstəliyi sübut edən arayışları məhkəməyə təqdim etmişdir. Əlavə olaraq, hətta məhkəmədə şifahi vəsatət qaldıraraq, imzaların həqiqiliyini yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini tələb etmiş. Bu elə qətnamənin 2-ci səhifəsində qeyd edilən, izahatdan da görünür. İzahat da qeyd edilib ki,...imzalarının həqiqi olmasına şübhələr var... Hətta qarşı tərəfinə vəkili də etiraz təqdim edərək, iddiaçının imzaların həqiqi olmaması fikrinə dair öz mövqeyini bildirmiş. X5 İmzalarını özündə əks etdirən sənədlər də məhkəməyə təqdim edilib. Xüsusi mülkiyyət hüququ X10 məxsus olmuş Hyundai Tucson" markalı, 90GS119 dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, 6 saylı notariat ofisində, 08.03.2018-ci il tarixdə verilmiş baş etibarnaməyə əsasən 1 il müddətinə, 08.03.2019-cu il tarixinədək, Cavabdeh2 verilmişdir. Bundan sonra 17.05.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin nəqliyyat vasitəsi X3 etibar edilmiş, elə həmin gün elə həmin notariusda avtomobil X12 etibar edilmiş və elə həmin gün nəqliyyat vasitəsi Quliyev Anar tərəfindən yenə də Cavabdeh2 satılmış. İlk öncə 08.03.2018-ci il tarixdə X13 tərəfindən imzalanması bildirilən etibarnamədəki imza və 08.05.2018-ci il tarixli X13 tərəfindən imzalanması bildirilən imza çox fərqlidir. İddiaçı tərəfindən bu bir necə dəfə bildirilib və cavabdeh tərəfindən etirazda da bu göstərilib. İkinci tərəfdən Bağışlama müqaviləsinin bağlanma tarixi ilə nəqliyyat vasitəsinin etibar edilməsi və alqı-satqı prosesi arasında 9 gün vaxt var (çıxarışın əldə edilməsini nəzərə alsaq elə həmin gün 17.05.2018- 18.05.2018. Üçüncü tərəfdən Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bakı Apellyasiya məhkəməsinin qətnaməsində qeyd edilib ki, Cavabdeh2 təmsilçi ola raq Yoldaşov Rəcəbin təqdim etdiyi etibarnamə üzrə səlahiyyətləri icra etmiş. Yoldaşov Rəcəb isə təmsilçi vasitəsi ilə nəqliyyat vasitəsini özgəninkiləşdirmiş və sonradan da bunu mübahisə etməmişdir. Bu əslində apellyasiya şikayətində qeyd edilənləri sübut edir, yalnız yenə də mülahizələr əsas götürülür. Məhkəmə bütün əhəmiyyətli halları araşdırmadığına görə, düzgün nəticəyə gəlməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçi ları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, X5ndə yerləşən 7 saylı evin 15 saylı mənzili mülkiyyət hüququ əsasında X10 məxsus olmuş və o, həmin mənzili 08 may 2018-ci il tarixdə B akı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh1 hal - hazırda mübahisəli mənzilin mülkiyyətçisidir. Eyni zamanda, X13 tərəfindən 08.03.2018-ci il tarixdə Bakı şəhəri, 6 saylı notariat kontorunda təsdiq edilmiş “Hyundai Tucson” markalı, **-GS-*** saylı dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnamə 1 il müddətinə, yəni 08.03.2019-cu il tarixədək Cavabdeh2 verilmişdir. 17.05.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin avtomobil Bakı şəhəri, 44 saylı Notariat Kontorunda təsdiq olunmuş etibarnaməyə əsasən X3 verilmişdir. Həmin tarixdə mübahisəli avtomaşın X9 tərəfindən etibarnamə əsasında X12 verilmiş, həmin tarixdə sonuncu tərəfindən mübahisəli avtomobil Cavabdeh2 satılmış və Cavabdeh2 hal-hazırda mübahisəli avtomobilin mülkiyyətçisidir. İşin materiallarından görünür ki, X13 ilə Cavabdeh1 arasında nikah 09.09.2005-ci il tarixdə bağlanılmışdır. İddiaçı X5 birinci nikahdan olan övladı, Cavabdeh1 isə onun ikinci həyat yoldaşıdır. X13 03.02.2019-cu il tarixdə ölmüşdür. İddiaçı bağışlama müqaviləsinin, etibarnamələrin etibarsız hesab olunmasını mübahisələndirmiş, bunu onunla əsaslandırmışdır ki, o, atası X5un qanun üzrə birinci növbəli vərəsəsidir və atasından qalmış mənzildə onun miras payı vardır. Lakin atasına məxsus mənzilin atasının ikinci arvadı Cavabdeh1 bağışlanması faktını onun ölümündən, yəni 03.02.2019-cu il tarixdən sonra bilmişdir. İddiaçı tərəf bağışlama müqavilənin mərhum atası tərəfindən imzalanma dığını, müqavilə imzalanarkən atasının iradəsinin olmadığını və tibbi vəziyyəti ona bu müqaviləni imzalmağa imkan vermədiyini göstərir. Bununla bağlı olaraq müvafiq tibb sənədlərini, atası tərəfindən imzalandığını göstərdiyi iddia etdiyi müxtəlif bankların sənədlərini və digər sənədləri təqdim etmişdir. Xüsusi mülkiyyət hüququ əsasında atası X5a məxsus olmuş «Hyundai Tucson» markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilin Bakı şəhəri, 6 saylı notariat ofisində, 08.03.2018-ci il tarixdə verilmiş 1 il müddətinə, 08.03.2018-ci il tarixədək Cavabdeh2 verilməsinə dair etibarnamədə atasının adından icra olunmuş imza onun imzasına oxşamır, həqiqi olmasına əsaslı şübhələr yaranır. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3, 364.1 390.1, 337.1,666.1, 668.1.1-ci maddələrinə istinad etməklə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, X5 tərəfindən Cavabdeh2 adına verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə ötürülməsi hüququ etibar olunana verilmişdir. Bu səbəbdən Cavabdeh2 həmin etibarnamə əsasında ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməkdə tam səlahiyyətli olmuşdur. Mübahisəli avtomaşın iddiaçının atasının sağlığında özgəninkiləşdirilmiş və həmin əqdlər mərhum X5 tərəfindən mübahisələndirilməmişdir. Həmçinin apellyasiya şikayətinin dəlillərinə əsasən bağışlama müqaviləsi bağlanarkən X5un həmin notariat əməliyyatında iştirak edib-etməməsi, müqavilədə olan imzanın onun tərəfindən həyata keçirilməsinin şübhəli olduğunu və həmin zaman şəxsin fəaliyyət qabiliyyətinin olmamasını iddia etmişdir. Əldə olunmuş tibb sənədlərindən görünür ki, X5un xəstəliyi ilə bağlı olaraq düşünmə qabiliyyəti olmamışdır. X8 01.04.2010-cu il tarixdə başlamışdır və 2018-ci ilədək ən azı 8 il davam etmişdir. 05.05.2015-ci il tarixdə və 16.01.2016-cı il tarixdə də eyni xəstəliklə əlaqədar müraciət etmişdir. Bağışlama müqaviləsində olan imzanın X5un imzasının olmamasına aid sübutlar iddia ərizəsinə əlavə edilmişdir. X5un «xxxx» və «xxxx» ASC-dən daxil olan sənədlər arasında X5un şəxsən imzaladığı və əli ilə yazdığı sənədlər mövcuddur. Hətta 18.07.2000-ci il tarixdə Rabitə müəssisələri ilə istifadəçilər arasında xidməti müqaviləni də şəxsən imzalamışdır. Bu sənədlərdəki imzalarla müqavilə və etibarnamədəki imzalar tamamilə fərqlənir. Bu imzaların uyğunlu ğunun yoxlanması üçün məhkəmə xətşünaslıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Həmçinin də 08.03.2018-ci il tarixli etibarnamədə olan imza ilə 08.05.2018-ci il tarixli imzalanması bildirilən imza ilə çox fərqlidir. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin bu dəlili üzrə mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə bağlanarkən mərhum R.Yoldaşov notariat kontorunda şəxsən iştirak etmiş və müqavilənin bağlanması zamanı müqavilənin şərtləri ona elə həmin vaxt elan olunmuşdur. Belə olan halda R.Yoldaşovun müqavilənin bağlanmasında iradəsinin olmamasına dair iddiaçının göstərdiyi dəlillərin əhəmiyyətsiz olması aşkar olaraq müəyyən olunmuş olur. İmzaların fərqli olmasına münasibətdə isə qeyd edilməlidir ki, həmin sənədlərdəki imzaları mərhuma məxsus olmaması və onun tərəfindən icra edilməməsinə dair hər hansı sübut mövcud deyildir. Faktiki olaraq müqavilənin bağlanmasından bir ildən artıq olan müddətdə R.Yoldaşov mənzili bağışladığı şəxslə birlikdə yaşamış, göstərilən əsaslarla hər hansı bir iddiası olmamış və hər hansı formada müqaviləni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iş materiallarına əsasən mərhum R.Yoldaşovun müqavilənin bağlanması zamanı notariat ofisində iştirak etməsi bağışlama müqaviləsinin məzmunundan aydın şəkildə görünsə də, apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, iddiaçı mərhum atasının notariat ofisində müqavilənin bağlanmasında iştirakını deyil, onun bu müqavilənin bağlanmasında iradəsinin olmamasını mübahisələndirir və bunu atasının həmin vaxt uzun müddət davam edən xəstəliyi ilə bağlı fəaliyyət qabiliyyəti olmaması ilə əsaslandırmağa çalışır. Apellyasiya instansiyası məhkəməsi isə mərhumun müqavilə bağlanan vaxt onun xəstəliyinin müqaviləni rəsmləşdirməyə imkan verməməsi, onun məzmununu başa düşməməsinə dair dəlilləri əsassız sayaraq bunu həmin dəlillərə dair heç bir əsasların müəyyən olunmaması, mərhumun sağlığında müxtəlif banklara müvafiq vəzifələri icra etməsi, ciddi xəstəliyə malik olan şəxsin həmin vəzifələrin icrasını həyata keçirmək mümkünsüz olması, mərhumun təqdim edilmiş şəklində onda hər hansı xəstəliyin izlərini müəyyən etmək və ya onun hərəkəts iz olması müəyyən edilməməsi, bir sözlə iddiaçının bu dəlillərinin formal mülahizələr olması kimi qiymətləndirmişdir. Halbuki işin materiallarında olan tibbi sənədlərdən görünür ki, mərhum R.Yoldaşova «Erkən Alsheymer xəstəliyi, həmin xəstəlik zamanı demensiya və nitq pozğunluqları» diaqnozu qoyulmuş, o, 2010-cu ildən dəfələrlə müxtəlif xəstəxanalarda müalicə olunmuş və sonuncu dəfə 25.02.2016cı il tarixdə TSEK tərəfindən müayinə edilərək ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından belə bir diaqnozla müalicə olunan şəxsin yaddaş, təfəkkür, qavrama, nitq, eyni zamanda mülahizə etmək qabiliyyəti kimi funksiyalarında pozuntusu olan şəxsdə mülkiyyətində olan əmlaklara dair müqavilə bağlamağa iradə ifadəsinin həqiqətən də olubolmamasını müəyyənləşdirmək üçün iş materiallarında olan tibbi sənədlər əsasında məhkəmə tibbi (psixiatrik) ekspertizasının təyin edilməsinin zəruriliyini müzakirə etməmiş, bu barədə verilmiş vəsatəti əsassız olaraq təmin etməmişdir. Həmçinin də, kollegiya qeyd edir ki, mübahisələndirən əqd və etibarnamədəki mərhumun imzalarının onun xəstəlikdən əvvəl imzaladığı və təqdim edilmiş sənədlərdə olan imzaları ilə vizual baxımından da fərqlənməsinə apellyasiya məhkəməsi diqqət yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin bu hallarının müəyyənləşdirmək üçün verilmiş vəsatətlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi onları əsassız olaraq təmin etməmiş və eləcə də, həmin əqdlərin mərhum X5 tərəfindən mübahisələndirilməməsinə istinad etməklə iddianın əsassız olmasına dair səhv hüquqi nəticəyə gəlmişdir. Kollegiyanın qənaətinə görə mübahisələndirilən əqdləri bağlamağa iradə ifadəsi mülkiyyətçinin öz hərəkətlərinin mənasını başa düşməməsi ilə bağlı olduğu təqdirdə məntiqlə onun həmin əqdləri mübahisələndirmək iqtidarı da ola bilməzdi. Kollegiya həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hər bir halda apellyasiya şikayətinin dəlillərinin əsaslılığını yoxlayarkən özünün ehtimalları əsasında deyil, iş üzrə xüsusi bilik tələb olunduğu üçün müvafiq ekspertiza yolu ilə həll edib, müəyyən edilmiş hallara və ekspertiza rəylərin işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənaf eləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1 ) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqa uyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Kollegiya qeyd edir ki, hər hansı əqdin (o cümlədən, bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu nun üçün isə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məq amlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin qərarın 3.2-ci bəndində qeyd edilmişdir ki, qətnamədə Azərbaycan Respublika sının MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi X5 tərəfindən Cavabdeh2 adına verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə ötürülməsi hüququnun etibar olunmasını və Cavabdeh2 həmin etibarnamə əsasında ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməkdə tam səlahiyyətli olmasını qeyd etməklə yanaşı, sonunda avtomaşının yenidən etibar edilmiş şəxs tərəfindən Cavabdeh2 adına sənədləşdirilməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələblərinə uyğun olubolmamasına düzgün qiymət verməmişdir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli avtomaşın iddiaçının atasının sağlığından özgəninkiləşdirilsə də, Cavabdeh2 tərə findən həmin avtomobil etibarnaməyə əsasən X3 verildikdən sonra onun tərəfindən yeni etibarnamə X12 verilmiş, sonuncu da mübahisəli avtomobil Cavabdeh2 satmışdır. Apellyasiya instansiyası məhkəməsi hər 3 əməliyyat eyni tarixdə, yəni, 17.05.2018-ci il tarixdə baş verməsinə diqqət yetirməmiş, bu əməliyyatların eyni tarixdə göstərilən qaydada aparılmasının əsil səbəblərinə qiymət verməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin 29.04.2019-cu il tarixli məktubundan görünür ki, DİN-nin Baş X21 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə “Hyundai Tucson” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.05.2018ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X5un adından qeydiyyatdan çıxarılmış və yeni 90VA-310 dövlət qeydiyyat nişanlı təhkim olunaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına təkrar dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələb lərinə riayət etməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, düzgün təfsir etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar