Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1388/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qının katibliyi, İddiaçı1 və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «əmanət müqaviləsinə bank tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş k assasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh ASC-nin Nəsimi filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında və İddiaçı2 ilə Cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilələrə bank tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliklərin etibarsız hesab edilməsi və əmanət üzrə faizlərin müddətin sonunadək cavabdehlə bağlanmış müqavilələrin şərtlərinə uyğun hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov v ə F.Babayev) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh ASC-yə qarşı «əmanət müqaviləsinə bank tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh ASC-nin Nəsimi filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında və X2 ilə Cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilələrə bank tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi və əmanət üzrə faizlərin müddətin sonunadək cavabdehlə bağlanmış müqavilələrin şərtlərinə uyğun hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə mübah isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı1 ilə Cavabdeh ASCnin Nəsimi filialı arasında xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı1 tərəfindən illik 11,4 % olmaqla 5 il mü ddətinə 50.000 ABŞ dolları məbləğində pul vəsaiti banka depozitə qoyulmuşdur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı2 ilə Cavabdeh ASC-nin Nərimanov filialı arasında xx.xx.2013-cü il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı2 tərəfindən illik 10,6 % olmaqla 5 il müddətinə 50.000 ABŞ dolları məbləğində pul vəsaiti banka depozitə qoyulmuşdur. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC-nin Nəsimi filialı əmanətçi İddiaçı1 məktub ünvanlayaraq, Mülki Məcəllənin 422.1-ci maddəsinə istinad etməklə və bankın öz durumu və ölkə iqtisadiyyatının durumu ilə bağlı subyektiv mülahizələri qeyd etməklə, xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin faizlərlə bağlı şərtlərinin bank tə rəfindən xx.xx.2017-ci il tarixdən etibarən Mülki Məcəllənin 422-ci maddəsinə əsasən birtərəfli qaydada dəyişdirildiyi və müqavilə üzrə ABŞ dolları ilə olan depozitin illik faiz dərəcəsinin 2 %-ə endirilməsi bildirilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı2 heç bir xəbərdarlıq edilmədən xx.xx.2017-ci il tarixdən onunla bağlanmış müqaviləyə əsasən banka qoyulmuş əmanət üzrə illik faiz dərəcəsi 2 %-ə endirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1- ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli ) ola bilər. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdiriiməlidir. Mülki Məcəllənin 337.1, 337.2-ci maddəsinə əsasən bu Məcəllədəmüəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçi rilir. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Mülki Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan halla r baş verdikdə qaytarılmaq şərtlən ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci m addəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəlləninadətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda qeyd edilmş hər iki müqavilənin 3.6-cı bəndinə əsasən əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcəsi yalnız müqavilənin 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Göründüyü kimi, faiz dərəcələrinin dəyişdirilməsinə yalnız müqavilə müddəti uzadıldıqda və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlananda icazə verilir. Lakin iş materiallarından görünür ki, hazırkı iş üzrə müqavilələrin müddəti bitməmiş və iddiaçılardan razılıq alınmadan belə bir dəyişiklik edilmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, bu cür dəyişiklik Azərbaycan Respublikasının Qanunvericiliyinə və müqavilə şərtlərinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası devalivasiyanın baş verməsinin fors-major halı hesab ediməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövcud qərarlarına əsaslanaraq qeyd edir ki, ölkədə devalvasiyanın baş verməsi, sonuncunu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir və devalivasiyanın baş verməsi fors-major halı hesab edilə bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1388/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1388/2020
12.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver