Məhkəmə qərarları › İş №2(102)-1390/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1390/2020

13.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1390/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkilləri X13 oğlunun, Məmmədova Yeganə Bayram qızının, Cavabdeh2 Arif oğlunun, vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X.X.X.nun iştirakları ilə, İddiaçı və vəkili X13 oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-1179/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(011)170/2018 saylı qətnaməsi ilə (hakim F.Ə.Məmmədov) İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı-xx.xx.2014-cü il tarixli öhdəliyin tələblərinə uyğun olaraq Xətai rayonu, M.Hadi küçəsində, «xxxx» MMC-nin inşa etdiyi binanın 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157.8 kv.m. olan, 3 otaqlı 84 saylı mənzilin ona qaytarılması barədə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)3033/2019 saylı qətnaməsi ilə (hakim A.N.Həsənova) İddiaçı cavabdehlər “xxxx” MTK-ya və Cavabdeh2 Arif oğluna qarşı “öhdəliyin ləğv edilməsi, müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, “ xxxx” MTK-nın İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə və Cavabdeh2 Arif oğlunun İddiaçı qarşı “müqavilənin və ondan irəli gələn sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddialarının təmin edilməsi, İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, “xxxx” MTK-dan 78.900 manatın alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-9327/2019 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi Z.Ə.Əliyev, R.Ə.Eyvazov, E.Y.Şamayev) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icaatında olan İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 Arif oğluna qarşı “öhdəliyin ləğv edilməsi, müqavilə və maliyy ə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilkin, “xxxx” MMC-nin İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə və Cavabdeh2 Arif oğlunun İddiaçı qarşı “müqavilənin və ondan irəli gələn sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair 2(103)9327/2019 saylı mülki işin İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin qaytarılması tələbinə dair 2(103)-1179/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-1179/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.A.Cəmilova, İ.Ə.Kərimli, A.Q.Hüseynov) İddiaçı tərəfindən verilmiş hər iki apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-170/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(011)-3033/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci mülki iş üzrə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli öhdəliyin tələblərinə uyğun olaraq Xətai rayonu, M.Hadi küçəsində «xxxx» MTK-nin inşa etdiyi binanın 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157.8 kv.m. olan 3 otaqlı mənzilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respubllikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli öhdəliyin tələblərinə uyğun olaraq Xətai rayonu, M.Hadi küçəsində «xxxx» MMC-nin inşa etdiyi binanın 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157.8 kv.m. olan 3 otaqlı 84 saylı mənzilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2012-ci il tarixdə «xxxx» MTKnın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində tikilməkdə olan yaşayış binasından 3 otaqlı, ümumi sahəsi 157,8 kv.m. olan, 18-ci mərtəbədə yerləşən 84 saylı mənzili 78.900 (yetmiş səkkiz min doqquz yüz) manata almışdır. Elə həmin gün də mənzilin dəyərini tam ödəyərək bununla bağlı MTK-dan maliyyə arayışı almışdır. xx xxxx 2014-cü ildə «xxxx» MTK ilə aralarında olan razılaşmaya əsasən ona məxsus 84 saylı mənzili 102570 (yüz iki min beş yüz yetmiş) manat məbləğin qarşılığında MTK-ya təhvil vermişdir. Aralarında olan yazılı öhdəliyə əsasən MTK 2 ay müddətində qeyd edilən məbləği ona verməli idi. Yalnız MTK göstərilən məbləği ona ödədikdən sonra onun adına verilmiş mənzil müqaviləsi və maliyyə arayışı etibarsız hesab olunmalı idi. Lakin həmin vaxt dəfələrlə müraciət etdikdə, ona pulun yaxın zamanlarda qaytarılacağını bildirmişlər. Sonuncu dəfə isə 2017-ci ilin may ayında «xxxx» MTK-ya yazılı şəkildə müraciət etsə də, bu günkü günə kimi ona heç bir cavab verilməmişdir. Göründüyü kimi, 3 ilə yaxın müddətdə «xxxx» MTK nə onun pulunu, nə də evini qaytarmamışdır. Bununla da, cavabdeh yazılı şəkildə imzaladığı öhdəliyin icrasından heç bir səbəb göstərmədən yayınmışdır. İkinci mülki iş üzrə İddiaçı cavabdehlər “xxxx” (MTK) MMC-yə və Cavabdeh2 Arif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK adından ona xx xxxxx 2012-ci il tarixli müqavilə əsasında “xx xx” MTK-ya məxsus Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilən binadan satılmış 84 saylı mənzilə aid MTK-nın xx xxxx 2014-cü il tarixli yazılı öhdəliyinin xx xxxxxx 2014-cü il tarixdə müddətinin bitməsinin, öhdəlikdə vəd edilən mənzilin dəyərinin ödənilmədiyini, bu mənzil üzərində hüquqlarının və pay hüququnun qüvvədə olmasının, mənzilin başqa şəxslərin adına keçməsinə aid heç bir razılığının olmamamasını nəzərə alaraq öhdəliyin ləğv edilməsi, həmin mənzilin özbaşına Cavabdeh2 satılması barədə cavabdehlər arasında bağlanmış xx xxx 2014-cü il tarixli, alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MTK xx xxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasınd a MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən 84 saylı mənzilin tam dəyərini ödəməklə almışdır. 2014-cü ilin iyun ayında MTK-nın rəhbəri C.Alışov bu mənzilin hər kvadrat metri üçün 650 manat ödəmək şərti ilə mənzilin ümumi dəyəri kimi 102.570 manat ödəmək şərti ilə müqavilə və maliyyə arayışının etibarsız hesab olunmasını iddiaçıdan xahiş etmişdir. Aralarında hər hansı yazılı müqavilə imzalanmamışdır, iddiaçı xahişi nəzərə alaraq 2 ay müddətinə təklif edilən 102.570 manat iddiaçıya verildiyi halda mənzil müqaviləsinin, maliyyə arayışının və mənzilin özünün MTK-ya qaytarılmasına etiraz etməmişdir. Lakin bu öhdəlik C.Alışov tərəfindən yerinə yetirilməmiş, iddiaçıya heç bir dəyər ödənilməmiş, mənzil və mənzilin sənədləri iddiaçının özündə qalmışdır. 2018-ci ildə iddiaçıya məlum olmuşdur ki, C. Alışov tərəfindən iddiaçının sahibliyində və adında olan 84 saylı mənzil mülkiyyət hüququ pozulmaqla onun tərəfindən xx xxx 2014-cü il tarixli müqavilə ilə başqa bir şəxsə -Cavabdeh2 Arif oğluna verilmişdir. İddiaçının qanuni payçısı olduğu mənzilin başqa şəxsə satılması özbaşınalıq və qanunsuz hərəkətdir. “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 Seymur Akif oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı “xxxx” MMC-nin iddiasının təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi (Ukrayna dairəsi), 18-ci mərtəbə, ümumi sahəsi 157.8 kv.m. olan 3 otaqlı 84 saylı mənzilə dair “xxxx” MTK-nin sədri X.Y.Baxışov ilə alıcı İddiaçı ara sında bağlanmış xx xxxxx 2012-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 157,8 kv.metr olan 84 saylı mənzilə onun istifadə və sahiblik hüququnun tanınması və həmin 84 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(011)-170/18 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hazırda qətnamədən İ ddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və iş üzrə icraat dayandırılmışdır. Bu qətnamə ilə müəyyən edilmişdir ki, X.X.X.nun “xxxx” MTK-nin Bakı şəhəri, Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasındakı xx xxx 2008-ci il tarixdə X3 adına rəsmiləşdirilmiş 157,8 kvadrat metr sahəsi olan 84 saylı mənzili xx xxxxx 2012-ci il tarixli saxta müqavilə ilə İddiaçı 78.900 manata satması müəyyən olunmuşdur. Eyni zamanda X.X.X.nun xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh2 Arif oğlunun adına rəsmiləşdirilmiş 87,9 kv.m. sahəsi olan 28 saylı mənzili xx xxxx 2012-ci il tarixli saxta müqavilə ilə X10 40.000 manata satması, Cavabdeh2 Arif oğlunun adına rəsmiləşdirilmiş 81,6 kv.m. sahəsi olan 36 saylı mənzili xx xxxxxx 2012-ci il tarixli saxta müqavilə ilə X8 30.100 manata satma sı halı müəyyən olunur. Bundan başqa, həmin hökmdən həmçinin görünür ki, zərərçəkmiş şəxs İddiaçı ifadəsində hazırda Xaləddin Bağışovdan şikayət və tələbinin olmadığını bildirmişdir. Göründüyü kimi mübahisəli mənzilin iddiaçıya saxta müqavilə əsasında satılması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-715/14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli hökmü ilə müəyyən olunmuşdur. Cavabdeh2 Arif oğlu yuxarıda qeyd olunan binadan 2 ədəd mənzil almışdır. Həmin mənzillərin 1 ədədi 1 otaqlı, digəri isə 2 otaqlı olmuşdur. Cavabdeh2 məxsus və digər şəxslərə məxsus mənzilləri X.Bağışov başqa şəxslərə satdığından bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sonuncu barəsində cinayət işi başlanmış və o həbs edilmişdir. Bu iş üzrə Cavabdeh2 zərə rçəkmiş şəxs qismində tanınmışdır. X.Bağışov barəsində qaldırılmış cinayət işinin məhkəmə baxışı gedişində X.Bağışov Cavabdeh2la razılıq əldə etmiş və formal müqavilə əsasında Seymura məxsus (əslində isə özünün olan, belə ki, İddiaçı binanın gözətçisi olmuşdur) mübahisəli 3 otaqlı mənzilə dair Cavabdeh2 adına müqavilə yazmışdır. Həmin müqaviləni razılıq əsasında C.Alışov da imzalamışdır. Lakin, hazırda İddiaçı əhəmiyyətsiz müqavilədən istifadə edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, onu iddia qaldırmağa vadar edən şəxs X.Bağışovdur. Bütün göstərilən hallar bir daha təsdiq edir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi (Ukrayna dairəsi), 18-ci mərtəbə,ümumi sahəsi 157.8 kv.m. olan 3 otaqlı 84 saylı mənzilə dair “xxxx” MTK-nin sədri X.Y.Bağışov ilə alıcı İddiaçı arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı etibarsızdır. Cavabdeh2 Arif oğlu İddiaçı qarşı müqavilənin və ondan irəli gələn sənədlərin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın Cavabdeh2 Arif oğluna aid xx xxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində rədd edilməsini, İddiaçı ilə “xxxx” MTK-da gözətçi adından ünvan 2, 84 saylı mənzilə dair xx xxxxx 2012-ci il tarixli müqaviləsi və ona aid maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi irəli sürən İddiaçı eyni predmetlə bağlı ikinci dəfə “xxxx” MTK ilə xx xxxxx 2 012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 84 saylı mənzilin tam dəyərini ödəməklə aldığını iddia edən tərəf həmin mənzilin dəyərini tam ödədiyini qeyd edərək mənzilin tam hüquqlu sahibi və payçısı olmasının məhkəmə qaydasında təsdiq edilməsinə nail olmaq istəyir. İddia tələbinə əlavə edilmiş sənədlərdən və 1(101)- 715/14 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli hökmdən göründüyü kimi xx xxxxxx 1961-ci il təvəllüdlü Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Bağırov Xaləddin Vəkil oğlunun AR CM-nin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirli bilinmiş və barəsində ittiham hökmü çıxarılaraq məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, “xxxx” MTK-nın sədri i şləyərkən Cavabdeh2 Arif oğluna məxsus mənzili ikinci dəfə başqa şəxsə satmışdır. İş materiallarında olan 1(101)-715/14 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli hökmdən göründüyü kimi, həqiqətən ilkin cavabdeh hazırkı iddiaçı Cavabdeh2 pay xərcini tam şəkildə ödəyərək mənzili vicdanlı əldə etmişdir. İddiaçı faktiki olaraq Xaləddin Bağışovla eyni adam olması onunla təsdiq olunur ki, qeyd olunan cinayət işi üzrə zərərçəkən qismində cəlb edilsə də, zərərçəkən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. Yəni şəxs faktiki olaraq payından imtina edərək, ona aid əmlakı başqa şəxsə satdığını qəbul etmişdir. Əgər şəxsin tələbi əsaslı olsaydı bu iddia ərizəsi ilə 2019-cu il tarixdə deyil, 2015ci il tarixdə müraciət edərdi. Göründüyü kimi qohumu X.Bağışovun məhkumluğunun ödənilməsini Azərbaycan R espublikası CM-nin 83-cü maddəsində qeyd olunan hüquqi nəticənin aradan qalxamasını gözlədiyi ehtiva edilir. İddiaçı bildirmişdir ki, guya 2014-cü ilin iyun ayında MTK-nın rəhbəri C.Alışov bu mənzilin hər kvadrat metri üçün 650 manat, mənzilə ümumi 102.570 manat ödənilmək şərti ilə müqavilə və maliyyə arayışının və mənzilin iddiaçı tərəfindən MTK-ya qaytarılacağına etiraz etməmişdir. Ümumiyyətlə, İddiaçı hər hansı pulu ödəməsi şübhə doğurur, belə ki, aydın olduğu kimi şəxs həmin kompleksdə gözətçi qismində işləmiş və onun 100.000 manat pulunun olduğu heç bir sənədlə təsdiq edilmir. Faktiki olaraq ödənilmiş vəsaiti haradan əldə etdiyi bu günədək keçirilmiş məhkəmələrdə göstərilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegi yasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili X13 oğlu kassasiya şikayətini apellyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübut lar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X.X.X. vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilləri X13 oğlu və Məmmədova Yeganə Bayram qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 Arif oğlu və vəkili Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən dig ər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkilləri X13 oğlunun, Məmmədova Yeganə Bayram qızının, Cavabdeh2 Arif oğlunun, vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən e dilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, ”xxxx” MMC ”xxxx” MTK-nin hüquqi varisidir. X.X.X. xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ”xxxx” MMC-nin direktoru olmuş, xx.xx.2014-cü il tarixdən hazırkı tarixədək isə qanuni təmsilçi X2r. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində tikilməkdə olan yaşayış binasından 28 saylı mənzili xx.xx.2009cu il tarixli müqaviləyə əsasən “xxxx” MTK-nin sədri X.X.X. Cavabdeh2 Arif oğluna verməyi öhdəsinə götürmüşdür. “xxxx” MTK-nin sədri X.X.X. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində tikilməkdə olan yaşayış binasından 18-ci mərtəbədə yerləşən 84 saylı mənzili İddiaçı 78.900 manat müqabilində verməyi öhdəsinə götürmüş, həmin məbləğ ödənilərək bu barədə maliyyə arayışı da ve rilmişdir. MTK-nin sədri X4 xx.xx.2014-cü il tarixli müqavilə ilə sözügedən 84 nömrəli mənzili Cavabdeh2 Arif oğluna verməyi öhdəsinə götürmüş, Cavabdeh2 Arif oğlu tərəfindən mənzilin dəyəri kimi 102.570 manat ödənilməsi maliyyə arayışı ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli öhdəlikdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 17-ci mərtəbədə yerləşən 84 saylı mənzilin tam hüquqlu payçısı İddiaçıdur, payçı mənzili MTK-na təhvil verməyi, MTK isə mənzilin dəyəri olaraq 102.570 manatı 2 ay ərzində payçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə X.X.X. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələrində nəzərdə tutulan cinay ət əməlini törətməkdə təqsirli bilinmiş, 07 il 10 ay 18 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilən azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmdə qeyd olunur ki, Xaləddin Bağışov Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində tikilməkdə olan yaşayış binasından 84 saylı mənzili xx.xx.2008-ci il tarixdə Quliyev Etibar Bahadur oğlunun adına rəsmiləşdirmiş, həmin müqavilə qüvvədə olduğuna baxmayaraq, xx.xx.2012-ci il tarixli saxta müqavilə ilə İddiaçı satmışdır. Həmçinin İddiaçı Xaləddin Bağışovdan şikayətinin olmaması da hökmdə göstərilir. Hökmdə zərərçəkmiş şəxs Cavabdeh2 Arif oğlunun adına xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş 28 saylı və 36 saylı mənz illərin də saxta müqavilələr əsasında digər şəxslərə satılması faktı müəyyən olunmuşdur. İşdə olan sübutlarda 84 saylı mənzilin yerləşdiyi mərtəbə gah 17, gah da 18-ci mərtəbə qeyd edilsə də, mübahisələndirilən müqavilələr əsasında əldə olunan mənzilin eyni mənzil olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi tələbinə dair hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 354.1 və 354.2-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, İddiaçı qanunvericilikdə müqavilənin etibarsızlığı üçün müəyyən edilən kəsici müddət olan 1 illik müddəti ötürdüyündən onun bu barədə iddiası təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 2(011)-3033/2019 saylı mülki iş üzrə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir.Onların tətbiqi üçün cavabdehin müddətin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Buna baxmayaraq, iş materiallarından müəyyən olunur ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə təqdim etdiyi “iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi" barədə ərizəsində iddia müddətinin buraxıldığını bildirmiş, dolayısı ilə müddətin ötürülməsi əsası ilə iddianın təmin edilməməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə müqavilənin etibarsızlığı nı tələb etmək üçün müddətin axımı İddiaçı hüquqlarının pozulduğunu bildiyi andan başlanır. İşdə olan hökmdən də göründüyü kimi, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs olmuş, ona satılmış mənzilə dair bağladığı müqavilənin saxta olduğunu bilmiş, lakin hüquqlarının müdafiəsi üçün 4 ildən sonra məhkəməyə müraciət etmiş, başqa sözlə, qeyd edilən 1 illik müddəti ötürmüşdür. Bu keçən müddətdə isə Cavabdeh2 əmlaka vicdanlı sahiblik etmiş, hətta həmin mənzili təmir etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2014-cü il tarixli öhdəliklə bağlı qeyd etmişdir ki, həmin öhdəliyin məzmunundan da göründüyü kimi, tərəflər bağlanmış müqavilənin etibarsız olmasını qəbul etmişlər. Təsadüfi deyildir ki, həmin “öhdəlik” imzalanarkən xx.xx.2014-cü il tarixli müqavilə Cavabdeh2 ilə bağlanmış, ev o nun istifadəsinə verilmiş, İddiaçı isə bu illər ərzində buna heç bir etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və y a göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 ilə bağlanan müqavilənin etibarsız hesab edilməsi üçün yuxarıda qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulan “əqdin etibarsız sayılması” üçün hər hansı əsas yoxdur və həmin müqavilənin bağlanması zamanı qanunvericiliyin tələbləri də pozulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin mübahisəsiz halları ilə təsdiq olunur ki, İddiaçı ilə xx.xx.2012-ci il tarix li müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Həmin əqd mülki qanunvericiliyin tələbləri baxımından etibarsız əqd kimi qiymətləndirilir. Buna görə də əqdin etibarsızlığının hüquqi nəticələrinin tətbiqinə görə tərəflər ilkin vəziyyətə qaytarılmalı və bu məqsədlə də İddiaçı MTK-ya ödədiyi 78.900 manat ona qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı “mənzilin qaytarılması” tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmə k hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkə məsi belə qənaətə gəlmişdir ki, İddiaçı iddia tələbinin əsasını təşkil edən xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən onun “mənzilin təhvil erilməsi” ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququ mövcud deyildir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız cavabdehin təqdim etdiyi sənədlərin nəzərə alındığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticə nin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-1179/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar