Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1390/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması tələbinə dаir ilk, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit vəsaitindən istifadə haqqı, ipoteka predmetinin ilkin satış qiyməti, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı «X2 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, "xxxx" QSC-yə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması tələbinə dаir ilk, iddiaçı "xxxx" MMC-nin cavabdeh «X2 Azərbaycan» QSC-yə qarşı müqavilənin dəyişdirilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 48/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı «X2 Azərbaycan» QSC, cavabdehlər Cavabdeh1 hüquqi varisi Əkbərova İlhamə Əli qızı, "xxxx" QSC, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi ilə «X2 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 24 ay müddətinə 941160 manat məbləğində kredit xətti ayrılmışdır. 2. 26 iyul 2013-cü il tarixli 4 ədəd zaminlik müqaviləsi ilə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 bank qarşısında maddi məsuliyyəti öz üzərlərinə götürmüşlər. 3. 26 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi ilə, «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımç ı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi və 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi «X2 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 4. xx.xx.2014-cü il tarixdə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 24273/1 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 5 saylı kredit sazişdə qeyd olun muşdur ki, bank tərəfindən "xxxx" MMC-yə 8 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 1.153.873,25 dolları məbləğində kredit verilmişdir. Sazişə əlavə edilmiş ödəmə qrafikindən görünür ki, götürülmüş kredit 8 ay ərzində hər ay 125433,93 ABŞ dolları (sonuncu ay 163804,58 ABŞ dolları) olmaqla qaytarılmalıdır. 5. 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 13 8.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi və 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir.
6. «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öh dəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi və 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinə dair «X2 Azərbaycan» QSC-nin ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı «X2 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, "xxxx" QSC-yə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması tələbinə dаir ilk iddia ərizəsi, sonradan isə (xx.xx.2022-ci il ta rixdə) tələbin artırılması (dəqiqləşdirilməsi) ilə məhkəməyə müraciət edərək, - cavabdehlərdən müştərək qaydada 746300.72 ABŞ dolları əsas, 793400.39 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 1428677.31 ABŞ dolları cərimə, 12.50 manat poçt xərci, 180 manat ipotekaya dair bildirişin qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 2968378.42 ABŞ dolları və 222.50 manat borcun ödənilməsi; - tələbin ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksindəki 0.1117 ha torpaq sahəsində yerləşən ev A/55, 2) 0.1261 ha torpaq sahəsində yerləşən ev B/06, 3) 0.1216 ha torpaq sahəsində yerləşən ev B/06, 4) 0.0865 ha torpaq sahəsində yerləşən ev B/38, 5) 0.1427 ha torpaq sahəsində y erləşən ev B/56 və 6) 0.1305 ha torpaq sahəsində yerləşən ev C/20 ünvanındakı yaşayış sahələrinə yönəldilməsi; - ipoteka predmetlərinin ilkin satış qiymətinin xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, tərəflər arasında razılaşdırılmış 1) 240000 manat, 2) 262000 manat, 3) 262000 manat, 4) 262000 manat, 5) 262000 manat və 6) 310000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlakları hesabına təmin edilməsi; - mübahisəli yaşayış evlərində qeydiyyatda olan və yaşayanların istifadə hüquqlarına xitam verilməklə həmin ünvanlardan çıxarılmaları və həmin yaşayış evlərinin boşadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İ lk iddia tələbi bununla əsaslandırılmışdır ki, 26 iyul 2013-cü il tarixdə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Kredit xətti müqaviləsinin şərtlərinə görə "xxxx" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə 941160 manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqaviləyə) dair 5 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 8 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 1153873.25 dolları məbləğində kredit verilmişdir. Borcalanın 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 29 iy ul 2013-cü il tarixində bank ilə borclalan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqavilələri bağlanmışdır. Bağlanmış İpoteka müqavilələrinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 1) 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən İbarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, 2) 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi, 3) 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, 4) 0.0865 ha torpaq sahəsind ə yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, 5) 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi, 6) 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m ümumi, 143.5 kv.m yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi «X2 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 01,08.2013-cü il tarixili yüklülük barədə RX seriyalı 0229144, 0229146, 0229145, 0229104, 0229147, ***** ** saylı müvafiq çıxarışlar təqdim edilmişdir. Bununla yanaşı, borcalanın 24273/1 saylı kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 tlham oğlu və Cavabdeh6 QSC ilə bank arasında 26 iyul 2013-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağa dair öhdəlik götürmüşlər. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, "xxxx" MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh lərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyalann) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X2 Azərbaycan» QSC-ə olan borclarını ödəməmişlər. Borcalanın «X2 Azərbaycan» QSC-yə 26 iyul 2013-cü il tarixli 24273/1 saylı Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə əsas borcu -896820.83 USD (səkkiz yüz doxsan altı min səkkiz yüz iyirmi ABŞ dolları səksən üç sent); əsas məbləğə hesablanmış faiz borcu -164397.40 USD (bir yüz altmış dörd min üç yüz doxsan yeddi ABŞ dolları qırx sent); hər gecikdirilmiş günə görə cərimə borcu -242 722.51 USD (iki yüz qırx iki min yeddi yüz İyirmi iki ABŞ dolları əlli bir sent); cəmi borc: 1 303 940.74 USD (bir milion üç yüz üç min doqquz yüz qırx ABŞ dolları yetmiş dörd sent) təşkil edir. 9. "xxxx" MMC «X2 Azərbaycan» QSC-yə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli 24273/1 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixdə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 24273/1 saylı kredit müqaviləsinə dair 5 saylı kredit sazişinin dəyişdirilməsi, 1 ABŞ dollarının 0.7836 manat ekvivalentində hesablanaraq "xxxx" MMC tərəfindən «X2 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 iyul 2013-cü il tarixdə “X2 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı k redit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətti "xxxx" MMC-yə 24 ay müddətinə 941160 manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə “X2 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsinə dair 5 №-li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 8 ay müddətinə kreditdən istifadəyə görə illik 14% olmaqla 1153873,25 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kreditlər üçün borcalana bərpa edilən kredit xətti açmış, borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarılmasını öhdəsinə götürmüşdür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə al ınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra borcalana bu müqavilənin 1.2 və 1.3-cü maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi imkanı başa düşülür. Kredit borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə əsasən hissə-hissə verilir. Qarşılıqlı razılığa əsasən kreditlər daxilində AR Mərkəzi Bankının həmin günə olan rəsmi məzənnəsinə müvafiq konvertasiya edilərək digər valyutalarda da verilə bilər. Müqavilə bağlandıqdan sonra ilk iddia üzrə iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək pul məbləğini vaxtında ödəmişdir. Ona görə də 01 may 2014- cü il tarixdə “X2 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında yeni bir müqavilə bağlanmış və kredit xəttinin məbləği artırı lmışdır. Lakin 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan Respublikasında manatın devalvasiyasının olması səbəbindən ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən özündən asılı olmayan səbəblərdən ödənişlərdə müəyyən gecikmələr yaranmışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən müqavilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı iddia üzrə cavabdeh “X2 Azərbaycan” QSC ilə dəfələrlə şifahi danışıqlar aparılsa da heç bir nəticə əldə edilməmişdir. Tərəflər arşında müqavilə bağlanarkən 1 ABŞ dolları 0.7836 manat ekvivalentində olmuşdur. Hər kəsə bəllidir ki, 2015-ci il ərzində 2 dəfə devalvasiya olmuş və ABŞ dollarının manat nisbətində məzənnəsi kəskin artmışdır. Bu hal qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-ni ağır maddi durum qarşısında qoymuşdur. Müqavilə bağlanarkən ABŞ dollarını n manat qarşısında kəskin bahalaşması və bir il ərzində iki dəfə devalvasiyanın baş verməsi ilə bağlı dəyişikliyin olmasını "xxxx" MMC 26 iyul 2013-cü il tarixli və 01 may 2014-cü il tarixli müqavilələrini bağlayarkən nəzərə ala bilməzdi. Müqavilə bağlandıqdan sonra bir il ərzində ABŞ dollarının kəskin bahalaşması ilə bağlı olan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi "xxxx" MMC-ni müqavilə bağlanarkən əldə edəcəklərindən məhrum etməklə, öz öhdəliklərini yerinə yetirməyə imkan vermir. Müqavilə bağlanarkən "xxxx" MMC-yə ABŞ dollarının kəskin bahalaşması bəlli olsaydı, müqaviləni fərqli şərtlərlə bağlayardı və yaxud həmin şərtlərlə, ümumiyyətlə bağlamazdı. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir.
11. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(012)-1/2024 nömr əli qətnaməsi ilə 12. - ilk iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən, "xxxx" QSC-dən, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 əsas borca görə 711.299,98 ABŞ dolları (yeddi yüz on bir min iki yüz doxsan doqquz dollar doxsan səkkiz sent) və cəriməyə görə 8700,02 ABŞ dolları (səkkiz min yeddi yüz dollar iki sent) olmaqla, cəmi 720000 ABŞ dolları (yeddi yüz iyirmi min dollar) (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və məhkəmə xərclərinə görə cəmi 222,50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat pul vəsaitinin iddiaçı «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan 0,1261 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış e vi-likvid dəyəri 500480 manat, ünvan 7 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1427 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 500480 manat, ünvan 8 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1216 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 500480 manat, ünvan 9 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1305 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 323,7 kv. m. olan fərdi yaşayış evi likvid dəyəri 596160 manat, ünvan 10 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1117 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 236,48 kv. m. olan fərdi yaşayış evi-likvid dəyəri 435160 manat, ünvan 11 ünvanında, xüsusi mülkiyyətdə olan 0,0865 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. ol an fərdi yaşayış evi-likvid dəyəri 500480 manat olmaqla açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitdən cəmi 720000 ABŞ dollar borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və məhkəmə xərclərinə görə cəmi 222,50 manat pul vəsaiti «X2 Azərbaycan» QSC-nin hesabına keçirilməsi, - «X2 Azərbaycan» QSC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, - Qeyd edilən fərdi yaşayış evlərinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 ipoteka predmetləri olan fərdi yaşayış evlərini boşaldaraq 1 (bir) ay sonra həmin fərdi yaşayış evindən çıxarılması, - Ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 300 (üç yüz) (200+100) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, "xxxx" MMCdən, "x xxx" QSC-dən, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, 900 (doqquz yüz) manat "xxxx" MMCnin, 900 (doqquz yüz) manat “X1” MMC-nin hesabına köçürülməsi, - İlk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 26 iyul 2013-cü il tarixdə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 24273/1 saylı kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Kredit xətti müqaviləsinin şərtlərinə görə "xxxx" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə 941160 (doqquz yüz qırx bir min yüz altmış) manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə «X2 Azərbaycan» QSC ilə "xxx x" MMC arasında 24273/1 saylı kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqaviləyə) dair 5 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 8 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 1153873.25 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə iş materiallarında qeyd olunan ipoteka müqavilələri bağlanmış və müvafiq əmlaklar «X2 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 01,08.2013-cü il tarixili yüklülük barədə RX seriyalı 0229144, 0229146, 0229145, 0229104, 0229147, ******* saylı müvafiq çıxarışlar təqdim edilmişdir. Bununla yanaşı, borcalanın 24273/1 saylı kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" MMC-nin 3 nəfər təsisçisi Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, o cümlədən Cavabdeh6 QSC ilə bank arasında 26 iyul 2013-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən işə əlavə olunmuş bilidirişlərdən, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xə bərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, "xxxx" MMC-nin iddiaçı banka borcu yaranmışdır. Bank yaranmış borcu özünün maliyyə arayışları ilə (sonuncu xx.xx.2022-ci il tarixli) hesablamışdır. Lakin işin daha obyektiv həll edilməsi baxımından məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və məlum olmuşdur ki, məlum kredit müqaviləsi və sazişi üzrə əsas borc 711299,98 ABŞ dolları təşkil edir və bu müqavilə üzrə faiz borcu yoxdur. Məhkəmə ekspert rəyini hazırki mübahisə üzrə mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, yaranmış borc rəydə göstərilən məbləğdədir. Məhkəmə iddia tələbinin cavabdehlərdən tutulası borc məbləğini məhz qeyd olunan ekspert rəyindəki məbləğdə müəyyən edilməsi qənaətin ə gəlmişdir.
14. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edib ki, iddia tələbində Cavabdeh1 məxsus fərdi yaşayış evlərinin ilkin satış qiyməti göstərilmədiyindən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin müəyyən edilməsindən keçən 11 il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli, ƏEM/D 11- 824122 saylı və “X1” MMC-nin 15 may 2023-cü il tarixli, LBC008/2023 saylı rəylərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, parallel şəkildə qiymətləndirib nəzərə alır və ipoteka predmeti olan daşınmaz əmlakların 05 dekabr 2022 -ci il tarixli rəydəki likvid qiymətləri götürülməklə açıq hərracda satılması qərarına gəlib. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 saylı fərdi yaşayış evləri açıq hərraca çıxarılıb satıldıqdan bir ay sonra fərdi yaşayış evlərindən Cavabdeh1 çıxarılmalı, fərdi yaşayış evləri boşaldılaraq alıcıya təhvil verilməlidir.
15. Məhkəmə "xxxx" MMC-nin «X2 Azərbaycan» QSC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə mövqeyini bu cür əsaslandırıb ki, qarşılıqlı iddiaçının əsas dəlili kimi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi göstərilmişdir ki, məhkəmə manatın devalvasiyası nəticəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə " xxxx" MMC-nin dəlilini əsaslı hesab etməmiş və hesab edib ki, qarşılıqlı iddia tələbi təmin olunmamalıdır.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 385.1, 425.1, 442, 445, 448.1, 467, 472.1, 472.2, 472.3, 739, 739.2, maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 393.3.3, 47.2, 47.4, 59.3, 59.1, 59.4-cü maddələrinə və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 88, 101.3, 103.1, 707, 119.1, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. Qətnamədən iddiaçı «X2 Azərbaycan» QSC və cavabdehlər "xxxx" QSC, Cavabdeh5 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
18. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1/2024 saylı qətnaməsinin qismən əsas, faiz, cərimə kredit borcu və əmlakların ilkin satış qiyməti hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi borc məbləğinə münasibətdə və əmlakların ilkin satış qiyməti hissəsində əsassızdır. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə-mühasibatlıq və əmlak qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2022-ci il tarixə əsas borc 711.299.98 ABŞ dolları, faiz borc 0.00 ABŞ dolları, faiz borcu (5%) 156.632.29 ABŞ dolları məbləğində müəyyən etmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ƏEM/S 11-824/22 nömrəli rəy alınmışdır. Həmin rəydə Abşeron rayonu, Saray qəs., “Villa Badam” yaşayış kompleksi, ev B/06, B/56, B/25, C/20, A/55 və B/38 ünvanında yerləşən fərdi yaşayış evlərin ümumi dəyərləri bazar dəyəri 3.297.000.0 manat, likvid 3.033.240.0 manat olaraq müəyyən edilmişdir. Məhkəmədən iddiaçı tərəfindən ekspertiza rəylərinə etiraz verilərək təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verilmişdir. Həmin vəsatətdə rəyinin açıq-aşkar ziddiyyətli olduğuna, ekspertlərin gəldiyi nəticənin yanlış olduğuna dair qeydlər verilmişdir. Təkrar təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən xx.xx.2022-ci il tarixə əsas borc 711.299.98 ABŞ dolları, faiz borc 0.00 ABŞ dolları, faiz borcu (5%) 156.632.29 ABŞ dolları məbləğində müəyyən etmişdir. Həmin rəydə birinci rəyin təkrarlanmasından ibarət olmuş və hər hansı tədqiqat aparılmamışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışının ekspert rəyi ilə müqayisəsində açıq aşkar görünür ki, ekspert bank tərəfindən hesablamanın düzgün aparılıb-aparılmaması yoxlamamış, özünə uyğun kredit üzrə silinmələr aparmışdır. Buna görə də iddia tələbində tələb olunan borc məbləği ilə ekspert rəyi arasındakı məbləğdə əsaslı fərq yaranmışdır. Məhkəmə isə bunu nəzərə almamışdır. Buna baxmayaraq, məhkəmə həmin rəyi mötəbər sübut növü kimi qəbul etmişdir.
20. Təkrar təyin edilmiş ekspertiza üzrə “X1” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, LBC-008/2023 nömrəli rəy alınmışdır. Bu rəydə ünvan 3, B/56, B/25, C/20, A/55 və B/38 ünvanında yerləşən fərdi yaşayış evlərin ümumi dəyərləri bazar 2.969.000.0 mana t, olaraq müəyyən edilmişdir. Göründüyü kimi bu rəydə ekspert qarşısında yalnız bazar dəyərinin müəyyən edilməsi ilə bağlı sual qoymuşdur. Əmlakların likvid dəyərinin müəyyən edilməsi barədə təkrar vəsatətimizi məhkəmə təmin etsə də, icra etməmiş və qətnamədə isə əsassız olaraq ilkin rəy olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunan ümumi likvid dəyəri olaraq 3.033.240.0 manatı ilkin satış dəyəri kimi qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış müqaviləyə müvafiq olaraq iddia tələbinin əsas, hesablanmış faiz, cərimə və ipoteka predmetlərinin dəyərinin müəyyən olunmasını ancaq ekspertiza rəylərinə istinad etməklə işə yekun qərar vermişdir. Belə olan halda, Mülki Məcəllənin 390.1-ci maddəsinin və tələblərinin pozulduğu aşkard ır. Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər subut kimi qəbul edərək yalnız ekspert rəyinə əsaslanaraq, borcalanın kredit üzrə bank qarşısında yaranmış faiz borcunun hesablanması ilə bağlı məhkəməyə təqdim edilmiş subutları nəzərə almamışdır. Həmçinin məhkəmə cərimə borcunu 8700.02 manat müəyyən etmişdir ki, bu hissədə də işin halları nəzərə alınmamış əsas borca mütənasib qaydada hesablanma aparılmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. 21. "xxxx" QSC, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri eynilik təşkil etməklə, hər biri ayrı - ayrılıqda özlərinə münasibətdə qətnamənin, ilk iddianın onlara münasibətdə təmin olunmuş hissəsinin ləğv olunaraq, təmin olunmamasını xahiş etmişlər
22. Cavabdeh "xxxx" QSC-nin apel lyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnamənin qət etdi hissəsində (nəticə hissəsində) cavabdehlərin adlarını ümumi şəkildə qeyd etsə də əsaslandırma hissəsində qətnamənin 17-ci səhifəsində qeyd etmişdir ki: “işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən "xxxx" MMC iddiaçı «X2 Azərbaycan» QSC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, zaminlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, o cümlədən “"xxxx" QSC isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da, cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Bunun davamında tutulmalı borc məbləğinə münasibətdə o da cavabdehlər sırasında olduğundan, qətna mə birbaşa mənafeyinə toxunur, bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermişdir. Hesab edir ki, iddiaçı bank tərəfindən "xxxx" QSC-nə qarşı verilmiş iddia ərizəsi əsassızdır, təmin edilməməli idi. Belə ki, iş üzrə iddia tələbi kredit münasibətlərindən irəli gələn işdir, əsas borclu ilə birlikdə zaminlər də cavabdeh qismində göstərilibdir. "xxxx" QSC-nin nümayəndəsi zamin olaraq birinci instansiya məhkəməsində bildirmişdir ki, hazırki işdə QSC cavabdeh ola bilməz. Belə ki, QSC-ilə zaminlik müqaviləsi bağlanarkən yalnız ilkin 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən (kredit xəttinin açlması barədə müqavilə) irəli gələn «X2 Azərbaycan» QSC tərəfindən "xxxx" MMCyə 24 (iyirmi dörd) ay müddətinə 941160 (doqquz yüz qırx bir min yüz altmış) manat məbləğində kredit xə tti ayrılması öhdəliyinə zamin olmuşdur, lakin digər valyutada, müddətdə və şərtlərlə olan əlavə razılaşma üzrə zamin olmamışdır. 01 may 2014-cü il tarixdə iddiaçı “X2 Azərbaycan” QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanan 24273/1 saylı kredit müqaviləsinə dair 5 №-li kredit sazişi üzrə "xxxx" MMC-yə 8 ay müddətinə kreditdən istifadəyə görə illik 14% olmaqla 1153873,25 ABŞ dolları məbləğində kredit məbləğinə zamin olmamışdır. Lakin işə baxan məhkəmə öz qətnaməsində iddiaçı «X2 Azərbaycan» QSC ilə borcalan "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi və sazişi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh6 QSC-nin bank ilə bağladığı zaminlik müqavilələrinə əsasən cavabdehin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması faktını müəyyən etmiş və borcun qayta rılması öhdəliyində QSCnin müştərək öhdəliyini təsbit etmişdir. Halbuki 26 iyul 2013-cü il tarixli zaminlik müqaviləsində zaminin təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Əks halda, zamin hansı öhdəlik üçün hansı müddətə və hansı həcmdə məsuliyyəti öz üzərinə götürdüyünü bilmir, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə dair müddəalarının tələbləri pozulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Q anununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarında qeyd olunur ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə zami nin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına səbəb olduqda xitam verilir. Hazırki işdən isə açıq-aydın görünür ki 01 may 2014-cü il tarixdə iddiaçı “X2 Azərbaycan” QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanan 24273/1 saylı kredit müqaviləsinə dair 5 №-li kredit sazişindən cavabdeh QSC-nin məlumatı olmayıb, sazişin şərtləri barədə onun razılığı alınmayıb. Belə olan halda Abşeron Rayon Məhkəməsinin 2(012)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun yuxarıda qeyd etdiyi qanunvericilik normaları ilə qorunan hüquqları pozulubdur və o əsassız olaraq məhkəmə qətnaməsi ilə borclanmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
23. Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri "xxxx" Qapalı Səhmdar Cəmiyyəti nin apellyasiya şikayətinin dəlilləri ilə analoji məzmunda tərtib edilmiş və əsaslandırılmışdır.
24. Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri yenə digər cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri ilə analoji məzmunda tərtib edilmiş və əsaslandırılmışdır. Şikayətdə əsas olaraq göstərilmişdir ki, Cavabdeh4 iddiaçı «X2 Azərbaycan» QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılan 24273/1 saylı kredit müqaviləsinə dair 5 №-li kredit sazişin bağlanılmasından məlumatsız olmuş və sazişin şərtləri barədə razılıq verməmişdir. İşə baxan məhkəmə qeyd olunan hal üzrə faktiki olaraq araşdırma aparmamış, yalnız iddiaçı tərəfindən verdiyi izahatı əsas götürmüşdür. Bu da məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamasını təsdiq edir. Göstəri lənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 9/4329 nömrəli ekspert rəyinə əsasən: (Müqavilə üzrə ödənilmiş 434.881,98 ABŞ dolları məbləğində kredit ödənişi hesablanacaq illik 5%-lə faiz borcudan sonra isə əsas borcdan silinməklə) "xxxx" MMC-nin krediti üzrə "X2 Azərbaycan” QSC-nə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, 24273/1 saylı Kredit Xətti Müqaviləsinin, xx.xx.2014-cü il tarixli, 5 saylı Kredit Sazişinin şərtləri nəzərə alınmaqla və illik 14%-lə, müqavilə müddətindən sonra illik 5%-lə faiz borcu hesablanmaqla "xxxx" MMC-nin “X2 Azərbaycan" QSC-nə xx.xx.2014-cü il tarixə (sualda göstərilən tarix) olan əsas və faiz borcu 1.025.758,72 ABŞ dolları məbləğində, xx.xx.2015-ci tarixə (sualda göstərilən tarix) olan əsas, faiz və əldən çıxmış fayda borcu 945.227,23 ABŞ dolları məbləğində və xx.xx.2022- ci il tarixə (sualda göstərilən tarix) olan əsas, faiz və əldən çıxmış fayda borcu borcu 868.327,44 ABŞ dolları məbləğində müəyyən edilir (Müqavilə üzrə ödənilmiş 434.881,98 ABŞ dolları məbləğində kredit ödənişi hesablanacaq illik 5%-lə faiz borcudan silinməməklə yalnız əsas borcdan silinməklə.) 26. "xxxx" MMC-nin krediti üzrə “X2 Azərbaycan” QSC-nə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, 24273/1 i saylı Kredit Xətti Müqaviləsinin, 01 05.2014-cü il tarixli, 5 saylı Kredit Sazişinin şərtləri nəzərə alın maqla və illik 14%-lə, müqavilə müddətindən sonra illik 5%-lə faiz borcu hesablanmaqla “Meqa Makina" MMC-nin “X2 Azərbaycan” QSC-yə xx.xx.2014-cü il tarixə (sualda göstərilən tarix) olan əsas və faiz borcu 1.025.758,72 ABŞ dolları məbləğində, xx.xx.2015-ci tarixə (sualda göstərilən tarix) olan əsas, faiz və əldən çıxmış fayda borcu 945.193.29 ABŞ dolları məbləğində və xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) olan əsas, faiz və əldən çıxmış fayda borcu borcu 835.689.54 ABŞ dolları məbləğində müəyyən edilir.
27. Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2024-cü il tarixli hesabatında Abşeron rayonu Saray qəsəbəsi “Villa badam” yaşayış kompleksi ünvanında yerləşən mənzillərin hazırkı tarixə likvid dəyərləri aşağıdakı kimidir: B/06 nömrəli fərdi yaşayış evi 291 000 manat, B/25 nöm rəli fərdi yaşayış evi-291 000 manat, B/38 nömrəli fərdi yaşayış evi-527 000 manat C/20 nömrəli fərdi yaşayış evi-302 000 manat, A/55 nömrəli fərdi yaşayış evi-512 000 manat, Hesabatda həmçinin qeyd olunub ki, qərardadın ikinci sualı üzrə yəni mübahisəli fərdi yaşayış evlərinin ipoteka ilə yüklü edilən zamana dair dəyərlərinin müəyyən edilməsi, həmin dövrə aid evlərlə bağlı hər hansı sübut təqdim edilmədiyindən həmin sualın cavablandırılması mümkün olmamışdır.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-48/2025 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin olunmamış, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi “ilk iddianın təmin olunmuş hissəsində” ləğv edilərək, həmin hissəd ə yeni qətnamə qəbul edilmiş, cavabdehlər "xxxx" MMC, "xxxx" QSC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada əsas borc üzrə 590.876.74 ABŞ dollar, 244.812.80 ABŞ dollar (illik beş faiz hesablanmaqla), cəmi 835.689.54 (səkkiz yüz otuz beş min altı yüz səksən doqquz dollar 54 sent) ABŞ dollar (ödəniş günü üçün manata məzənnəsi ilə) və məhkəmə xərclərinə görə cəmi 222,50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat pul vəsaiti iddiaçı «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulsun.
29. Tələb ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” yaşayış kompleksində - 0.1261 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan B/06 nömrəli fərdi yaşayış evi likvid dəyəri-291 000 manat; - 0.1216 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan B/ 25 nömrəli fərdi yaşayış evi likvid dəyəri-291 000 manat; - 0.0865 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan B/38 nömrəli fərdi yaşayış evi likvid dəyəri-527 000 manat; - 0.1305 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 323.7 kv. m. olan C/20 nömrəli fərdi yaşayış evi likvid dəyəri-302 000 manat; - 0.1117 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 236.48 kv. m. olan A/55 nömrəli fərdi yaşayış evi likvid dəyəri-512 000 manat olan əmlaklara yönəldilsin. Həmin ipoteka predmeti olan əmlaklar açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 835.689.54 (səkkiz yüz otuz beş min altı yüz səksən doqquz dollar 54 sent) ABŞ dollar (ödəniş günü manata məzənnəsi üzrə) məhkəmə xərclərinə görə cəmi 222,50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat pul vəsaitinin iddiaçı «X2 ASC-nin xeyrinə tutulsun. Fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılmaqla, ev boşaldılsın.
30. Məhkəmə kollegiyası mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır: 31. iş üzrə həm ilk iddia, həm də qarşılıqlı iddia tələbi mövcuddur. Hazırki halda qarşılıqlı iddia tələbi mübahisələndirilmir. Eyni zamanda müəyyən edilir ki, ilk iddia bir neçə hissədən ibarət olub, mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun, əldən çıxmış faydanın) cavabdehlərdən alınması; - tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, - həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması; - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılması barədədir. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmış, müqavilə şərtlərinə görə "xxxx" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə 941160 (doqquz yüz qırx bir min yüz altmış) manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC ar asında 24273/1 saylı kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqaviləyə) dair 5 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 8 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 1153873.25 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə yuxarıda göstərilən ipoteka müqavilələləri bağlanmış və müvafiq əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka hüququ DƏDRX-ninAbşeron Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarışlar verilmişdir. Eyni zamanda borcalanın 24273/1 saylı kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" MMC-nin 3 nəfər təsisçisi Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, o cümlədən Cavabdeh6 QSC ilə Bank arasında 26 iyul 2013-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Tədqiq olunan işdən müəyyən edilmişdir ki, iddiaçı tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdeh tərəfə vermiş, lakin cavabdeh sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir.
32. İş materialları ilə təsdiq olunur ki, iddiaçı həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, müvafiq bildirişlərin göndərilməsinə baxmayaraq, sonuncular Banka heç bir cavab ve rməmiş və mövcud borcun Banka qaytarılmasında maraqlı olmamışlar. Odur ki, cavabdeh tərəfin iddiaçı qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
33. Mübahisələndirilən qətnamədən görünür ki, ilk iddiaçının yuxarıda sadalanan tələbləri qismən təmin edilmiş, qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
34. Kollegiya ilk olaraq iddiaçı Bankın vermiş olduğu apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq aşağıdakıları qeyd edir.
35. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində əsas, faiz, cərimə borcunun, həmçinin ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) dəyərinin düzgün müəyyən olunmadığını bəyan edir.
36. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya hesab etmişdir ki, göstərilən dəlillərin obyektiv araşdırılması xüsusi bilik tələb edən ekspertlərin rəyi ilə aradan qaldırıla bilər. Məhz bu kontekstdən yanaşılaraq kollegiya tərəfindən yenidən iş üzrə məhkəmə mühasibatlıq espertizası, həmçinin mübahisəli əmlakların likvid dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin edilmiş və ekspert (mütəxəssis) qarşısında qanunvericiliyə uyğun yeni suallar qoyulmuşdur.
37. İş üzrə qətnamənin 21 və 22-ci bəndlərində qeyd olunan rəylər əldə edilmişdir. Kollegiya iş üzrə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024- cü il tarixli, 9/4329 nömrəli rəyini digər rəylərə münasibətdə daha mötəbər sübut kimi qəbul edir və bu barədə mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Belə ki, təqdim olunmuş rəydən görünür ki, ekspert tərəfindən “müqavilə üzrə ödənilmiş 434.881.98 ABŞ dolları məbləğində kredit ödənişi hesab lanacaq illik 5%-lə faiz borcundan silinməklə yalnız əsas borcdan silinməklə” tədqiqat aparılmış (i/m 6-cı cild, səh. 104-112) və bu zaman xx.xx.2014-cü il tarixə, əsas borc üzrə 982.945.96 ABŞ dollar əsas, 42 812.76 dollar faiz borcu, cəmi 1.025.758.72 ABŞ dollar, xx.xx.2015-ci il tarixə, əsas borc üzrə 928.298.72 ABŞ dollar əsas, əldən çıxmış fayda borcu-16.894.57 (illik 5%), cəmi 945.193.29 ABŞ dollar, xx.xx.2022-ci il tarixə, əsas borc üzrə 590.876.74 ABŞ dollar əsas, əldən çıxmış fayda borcu-244.812.80 (illik 5%), cəmi 835.689.54 ABŞ dollar müəyyən edilmişdir.
38. Ekspert tədqiqatının təsviri - əsaslandırma hissəsinə nəzər saldıqda müəyyən edilir ki, (i/m 6-cı cild səh. 108-109) xx.xx.2024-cü il tarixdən, yəni müqavilə müddəti bitəndən sonra, ayrı-ayrı vaxtlarda, konkret halda xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək 434.881.98 ABŞ dollar məbləğində ödəniş edilmişdir. Cədvəllərdəki hesablama qaydasına görə xx.xx.2022-ci il tarixə, əsas borc üzrə 590.876.74 ABŞ dollar əsas, əldən çıxmış fayda borcu-244.812.80 (illik 5%), cəmi 835.689.54 ABŞ dollar müəyyən edilmişdir.
39. Kollegiyanın qənaətinə görə ekspert tərəfindən verilmiş hazırki rəy, digərlərinə münasibətdə həm də ona görə daha mötəbər sayılır ki, ekspert öz hüquqlarından istifadə edərək (Məhkəmə ekspertizası fəaliyyəti haqqında AR Qanununun 12-ci maddəsi) qarşısında qoyulmuş suallarla yanaşı, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmiş, eləcə də müqavilə müddəti bitdikdən sonra da aparılmış ödənişlər nəzərə alınmaqla müvafiq tədqiqat aparmışdır. Bu baxımdan yanaşan kollegiya hesab edir ki, sonuncu ekspert rəyi iş üçün daha mötəbər sübut kimi qiymətləndirilməli, yaranmış əsas və faiz borcu da həmin rəyə uyğun müəyyən edilməlidir.
40. Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətinin digər dəlilinə, yəni mübahisə predmeti olan əmlakların hazırki likvid dəyərinin müəyyən edilməsi ilə bağlı da qiymətləndirmə keçirmiş və Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2024-cü il tarixli hesabatında Abşeron rayonu Saray qəsəbəsi “Villa badam” yaşayış kompleksi ünvanında yerləşən mənzillərin hazırkı tarixə likvid dəyərləri aşağıdakı kimi müəyyən edilmişdir:
41. B/06 nömrəli fərdi yaşayış evi -291 000 manat,
42. B/25 nömrəli fərdi yaşayış evi-291 000 manat,
43. B/38 nömrəli fərdi yaşayış evi-527 000 manat
44. C/20 nömrəli fərdi yaşayış ev i-302 000 manat,
45. A/55 nömrəli fərdi yaşayış evi-512 000 manat,
46. Bu qiymətləndirmə hesabatının (rəyinin) təsviri-əsaslandırıcı hissəsindən müəyyən edilir ki, (i/m 6-cı cild səh. 45-88 ) konkret olaraq mübahisəli əmlaklara yerində baxış keçirilmiş və hesabat təqdim edilərkən qanunvericiliklə yanaşı, həm də Milli Qiymətləndirmə Standartlarına (AMQS 3, AMQS 5), Tikinti Norma və Qaydalarına (TSN və Q, SNİP, QOST), həmçinin digər normativ sənədlərə, eləcə də müasir metodologiyaya istinad olunmuşdur. Hazırki hesabatın əvvəlki hesabatlarla müqayisəli təhlili aparılarkən həm də mübahisəli evlərdən üçünün B06, B25 və C20 nömrəli mənzillərin təmirsiz olması və qiymətləndirmənin də məhz real vəziyyətə uyğun həyata keçirilməsi müəyyən edilmişdir. Əvvəlki hesabatlarda isə həmin mənzillərin təmirs iz olması ilə bağlı hər hansı məlumatlara rast gəlinməmişdir.
47. Kollegiya cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin eyniliyini nəzərə alaraq ümumilikdə qeyd etmişdir ki, şikayətlərdə qeyd olunanlar formal mülahizələr olmaqla yanaşı, həm də işin süni şəkildə uzadılmasına xidmət edir.
48. Öyrənilən işdən, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdehlər iddiaya, sonradan isə qəbul edilmiş qətnaməyə etiraz edir və etirazlarını onunla əsaslandırırlar ki, onlar hazırki iş üzrə zamin-cavabdeh ola bilməzlər.
49. Belə ki, onlar 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit xətt müqaviləsinə zamin durmuş, həmin müqavilədə də Bank tərəfindən ödəniləcək məbləğ manatla, müddət isə 24 ay göstərilmişdir. Yəni onlar digər valyutaya, müddət və şə rtlərə zamin durmamışlar. 01 may 2014-cü il tarixli sazişdə isə bu ABŞ dolları ilə, müddət 8 ay, faiz isə 14% olaraq ifadə olunmuşdur. Bundan əlavə 26 iyul 2013-cü il tarixli, Zaminlik müqaviləsində isə məbləğ, müddət və illik faiz öz əksini tapmamışdır.24273/1 saylı kredit xətt müqaviləsində ümumiyyətlə faiz göstərilməmişdir. Halbuki zaminlik aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində aydın göstərilməli idi.
50. Cavabdehlərin apellyasiya şikayətləri üzrə geniş araşdırma aparmağı lüzum görməyən kollegiya qeyd edir ki, şikayətlərdə qeyd olunan həmin dəlillər daha öncə müvafiq məhkəmə mübahisəsinin predmeti olmuş və buna dair uzunsürən məhkəmə araşdırmaları aparılmış və artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur (Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-2718/2021 və xx.xx.2021-ci il tarixli, 2(102)6534/2021 nömrəli Qərarları, i/m 3-cild, səh.4-27).
51. Demək ki, apellyatorların (cavabdeh-zaminlərin) mübahisələndirdiyi dəlillər (faktlar) üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, həmin hallara yenidən məhkəmə müstəvisində qiymət verilə bilməz.
52. Belə olan halda kollegiyanın qənaətinə görə, cavabdehlərin (apellyatorun) hazırkı dəlillərinə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş və həmin dəlillərə yenidən hüquqi qiymət verilməsinə və sübut olunmasına Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən yol verilmir.
53. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fa ktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
79. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
54. Öyrənilən işdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən digər cavabdehlərlə yanaşı, Cavabdeh1 da pulun tutulması müəyyən edilmişdir. Lakin araşdırılan işin mübahisə olunmayan hissəsindən müəyyən olunur ki, sonuncu hazırki iş üzrə kredit alan və ya zamin olmamaqla, yalnız mülkiyyətində olan ev ləri ipoteka qoyan şəxs olmuşdur.
55. Ona görə də kollegiya belə hesab etmişdir ki ki, birinci instnasiya məhkəməsi digər cavabdehlərlə birgə Cavabdeh1 da pulun tutulması qənaətinə gəlməklə səhvə yol vermiş, bu hissədə tərəflər arasındakı qarşılıqlı münasibəti düzgün qiymətləndirməmişdir.
56. Kollegiya bu qənaətə gəlmişdir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iddiaçı bank tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(012)1/2024 nömrəli qətnaməsi “ilk iddianın təmin olunmuş hissəsində, eləcə də əlaqəli olaraq xx.xx.2024-cü il tarixli yanlışlıq barədə qərardadı” ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia qismən təmin edilməlidir. Kassasiya şik ayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
57. İddiaçı (Vəkil6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə-yəni, müqavilənin qüvvədə olduğu müddət üçün cərimə faizlərinin təmin olunmamış hissəsində və müqavilənin ləğvindən sonra pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsi ilə bağlı 5% məbləğin təmin olunmayan hissəsində ləğv edilərək, iddianın həmin hissələrdə də təmin edilməsinə, müstəqil qiymətləndirmənin icrası ilə əlaqədar 1500 manat hesab xərcinin «X2 Azərbaycan» QSCdən tutulması hissəsində ləğv edilərək, həmin məbləğin mütənasib bölüşdürülməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
58. İddiaçı şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, cavabdehlərin müqavilədən i rəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçı bankın həmin müqavilə şərtlərinə uyğun hesablanmış əsas, faiz və cərimə borclarının tələb edilməsi hüququ yaranmışdı və yaranmış mübahisə də məhz cavabdehlərin iddiaçı qarşısında yaranmış öhdəliklərinin müqavilədə müəyyən olunmuş şərtlər, həmçinin qanunvericiliyin imperativ tələbləri həddində həll edilməli, iddia tələbi də qeyd olunanlara uyğun həll edilməli idi. Lakin apellyasiya məhkəməsi, öhdəlik yaradan müqavilənin şərtlərini və həmin şərtlər əsasında bankın təqdim etdiyi sübut və dəlillərə əhəmiyyət vermədən, Mülki Məcəllənin bir sıra maddələrinə formal istinad etməklə, iddia tələbinin cüzi hissəsini təmin etməklə, xüsusilə də müqavilənin qüvvədə olduğu müddət üçün cərimə faizlərinin müqaviləyə uyğun olaraq hesablanmalı olma sını nəzərə almadan həmin məbləğləri cüzi hissəsində təmin etmiş, həmçinin yeganə mötəbər sübut kimi istinad etdiyi 23 avqust 2024-cü il tarixli ekspert rəyində Mülki Məcəllənin 432.4-cü maddəsinin yol vermədiyi tərzdə aparılmış hesablamanı əsas götürməklə həmin hissədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
59. Şikayətin digər dəlilinə görə, apellyasiya məhkəməsi Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərini nəzərə almadan, ekspertin təklif etdiyi həmin 2 müxtəlif hesablama variantından, Mülki Məcəllənin həmin maddəsi ilə qadağan edilən qaydada hesablanmış variantı- yəni, ”Müqavilə üzrə ödənilmiş 434.881,98 ABŞ dolları məbləğində kredit ödənişi hesablanacaq illik 5%-lə faiz borcundan silinməməklə yalnız əsas borcdan silinməklə” variantını əsas götürməklə qətnamə çıxarmışdır. Apell yasiya məhkəməsinin qəbul etdiyi variantda (yəni, Mülki Məcəllənin 432.4-cü maddəsinə zidd olan hesablama üsulu ilə) borcludan tutulmalı olan məbləğ 835.689.54 ABŞ dolları təşkil edirsə, Mülki Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulan qaydada aparılmış hesablama üzrə ekspert borcludan tutulmalı olan məbləği 868.327,44 ABŞ dolları müəyyən etmişdir. Yalnız bu epizod üzrə bank 32 637,9 ABŞ dolları məbləğindən məhrum edilmişdir.
60. İddiaçı şikayətinin sonuncu dəlilini Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, iddia tələbi qismən təmin edilmişdir və bu səbəbdən də Mülki Prosessual Məcəllənin istinad edilən normasının tələblərinə görə məhkəmə xərcinə daxil olan 1500 manat qiymətləndirmə xərci də mütənasib bölünməli idi.
61. Cavabdehin hüquqi vari si Əkbərova İlhamə Əli qızı (Vəkil7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
62. İ.Əkbərova kassasiya şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, məhkəmə ipoteka qoyanın mülkiyyət hüquqlarına hədsiz müdaxilə edərək borcun qaytarılması üçün alternativ vasitələri nəzərdən keçirməmiş və konstitusion hüquqların məhdudlaşdırılması ilə bağlı məhkəmə presedentlərini pozmuşdur. Digər tərəfdən ipoteka predmetinin məcburi hərraca çıxarılmasından əvvəl məhkəmə borcun qaytarılması üçün aşağıdakı alternativ vasitələri nəzərə almalı idi: 1) Borcun yenidən restrukturizasiyası 2) Borclu tərəfindən borcun mərhələli şəkildə ödənilməsi üçün yeni qrafik tərtib edilməsi 3) Bor clunun öz əmlakını özü sataraq borcunu daha əlverişli şərtlərlə ödəməsi 4) Kredit təşkilatı ilə yeni ödəmə planı üzrə razılıq əldə edilməsi. Bu isə mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Nəzərə almaq lazımdır ki, ipoteka qoyan vəfat etmişdir və borclu ilə onların arasındakı sövdələşmədən heç bir məlumat yoxdur. Bundan başqa, iş üzrə müştərək qaydada borcun tutulmalı olması olan şəxslər də mövcuddur. Məhkəmə tərəfindən borcun birbaşa ipoteka predmetinə yönəldilməsi ipoteka qoyanın konstitusion hüquqlarını pozur. Müxtəlif təşkilatlar tərəfindən verilmiş bazar qiyməti və likvid dəyərləri arasında kəskin fərqlər mövcud olsa da, məhkəmə tərəfindən məhz aşağı likvid dəyər əsas götürülmüşdür. B/56 saylı ev ipoteka predmetindən çıxarılsa da, apellyasiya məhkəməsi işin bu halına qiymə t verməmişdir.
63. Cavabdehin 3-cü dəlilinə görə, X2" ASC ilə "xxxx" MMC arasında ilkin kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlansa da, sonradan xx.xx.2014-cü il tarixli 5 saylı kredit sazişi də bağlanmış və əlavə vəsait cəlb edilmişdir. Bu sazişdən isə ipoteka qoyanın heç bir məlumatı olmamışdır. Mülki Məcəllənin 325-ci maddəsinə əsasən, ipoteka müqaviləsində dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Əgər ipoteka müqaviləsi bağlanandan sonra borcun məbləği artırılıbsa və ya şərtlər dəyişdirilibsə, ipoteka qoyan şəxsin razılığı olmadan bu yeni öhdəliklər ona aid edilə bilməz. Bankın və borc alan tərəfin razılığı ilə müqavilənin dəyişdirilməsi, ipoteka qoyan şəxsin hüquqi vəziyyətini ağırlaşdırırsa, bu dəyişikliklərin ona aid olması hüquqi baxımdan etiba rsızdır.
64. Cavabdeh4 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ona münasibətdə ləğv edilməsini, ilkin iddia ərizəsinin ona münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
65. Şikayət belə əsaslandırılmışdır ki, onunla zaminlik müqaviləsi bağlanarkən o, “Meqa Makina» MMC-yə 24 ay müddətinə 941.160 manat məbləğində kredit xətti ayrılması öhdəliyinə zamin durmuş, lakin digər valyutada - "xxxx" MM-ə 8 ay müddətinə kreditdən istifadəyə görə illik 14% olmaqla 1.153.873,25 ABŞ dolları məbləğində kredit məbləğinə zamin durmamışdır. Apellyasiya məhkəməsi isə işin bu halına qiymət verməyərək, həmin borcun müştərək qaydada iddiaçının xeyrinə tutulması qənaətə gəlmişdir.
66. Cavabdeh6 QSC (Vəkil5) kassasiya şikayəti verərək apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
67. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin cavabdeh "xxxx" QSC-nin yalnız 26 iyul 2013-cü il tarixli 24273/1 saylı kredit xətt müqaviləsinə zamin durduğunu qeyd etsə də, qərar qəbul edilərkən həm də xx.xx.2014-cü il tarixli sazişlə yaranmış öhdəliyi cavabdeh "xxxx" QSC-nin üzərinə vəzifə kimi qoymuşdur.
68. Cavabdeh5 (Vəkil5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
69. Cavabdeh3 şikayəti Cavabdeh6 QSC-nin şikayəti ilə analoji qaydada əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Cavabdehin hüquqi varisi Əkbə rova İlhamə Əli qızının vəkili qarşı tərəfin qarşı tərəfin kassasiya şikayətinə qarşı öz kassasiya şikayətinin məzmununda etiraz ünvanlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
71. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
72. Maddə
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün g irov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
73. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
74. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.
75. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfi ndən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.
76. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
77. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
78. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.
79. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
80. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəli yin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
81. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunu
82. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmeti nə tutma yönəldilə bilər.
83. Maddə 34.1.Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.
84. Maddə 39.1.İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
85. Maddə 59.1.Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
86. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaş ayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
87. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;
88. Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
89. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş ya şayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
90. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
91. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
92. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
93. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
94. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
95. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
96. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
97. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
98. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşır. 9
9. Belə ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, cavabdehlər "xxxx" MMC, Cavabdeh6 QSC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada əsas borc üzrə 590.876,74 ABŞ dolları, 244,812,80 ABŞ dolları (illik beş faiz hesablanmaqla), cəmi 835.689,54 (səkkiz yüz otuz beş min altı yüz səksən doqquz dollar 54 sent) ABŞ dolları (ödəniş günü üçün manata məzənnə ilə) və pul vəsaitinin “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı pr osessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, qeyd olunan hissələr istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir.
101. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
102. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətinin dəlillərində göstərilir ki, işə apellyasiya qaydasında baxılan zaman təyin edilmiş ekspertiza üzrə 23 avqust 2024-cü il tarixli ekspert rəyinə ekspert tərəfindən seçilməsi məhkəmənin mülahizəsinə buraxılmış 2 variantda hesablama aparılmışdır: - müqavilə üzrə ödənilmiş 434.881,98 ABŞ dolları məbləğində kredit ödənişi hesablanacaq illik 5%-lə faiz borcundan, sonra is ə əsas borcdan silinməklə, - müqavilə üzrə ödənilmiş 434.881,98 ABŞ dolları məbləğində kredit ödənişi hesablanacaq illik 5%-lə faiz borcundan silinməklə yalnız əsas borcdan silinməklə. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərini nəzərə almadan, ekspertin təklif etdiyi həmin 2 müxtəlif hesablama variantından, Mülki Məcəllənin həmin maddəsi ilə qadağan edilən qaydada hesablanmış variantı, yəni “Müqavilə üzrə ödənilmiş 434.881,98 ABŞ dolları məbləğində kredit ödənişi hesablanacaq illik 5%-lə faiz borcundan silinməklə yalnız əsas borcdan silinməklə” olan variantı əsas götürməklə qətnamə çıxarmışdır.
103. Məhkəmə tərkibi iddiaçının göstərilən dəlili ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsini tələbinə görə əgər borclu əsas öhdəliyin icrasınd an başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
104. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin qəbul etdiyi variantda (yəni, Mülki Məcəllənin 432.4-cü maddəinə zidd olan hesablanma üsulu ilə) borcludan tutulmalı olan məbləğ 835.689,54 ABŞ dolları təşkil edirsə, Mülki Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulan qaydada aparılmış hesablama üzrə ekspert borcludan tutulmalı olan məbləği 868.327,44 ABŞ dolları müəyyən edilmişdir.
105. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlildən aydın olur ki, apellyasiya instansiya məhkəməsinin maddi hüquq normasını düzgün tətb iq etməməsi səbəbindən bank 32.637,9 ABŞ dolları məbləğdən məhrum olmuşdur.
106. Məhkəmə tərkibi qeyd edir ki, bu qərarın 101-ci bəndində göstərilən normada əsas öhdəliyin icrasından başqa borclunun faiz öhdəliyinin olması da müəyyən olunduğundan, ilkin olaraq xərc və faiz, daha sonra isə əsas öhdəliyin icrası təmin olunmalıdır. Bu qaydadan kənara çıxma isə yolverilməzdir. Lakin apellyasiya instansiya məhkəməsi göstərilən qaydadan kənarda aparılmış hesablamanı seçərkən öz mövqeyini hər hansı maddi hüquq norması ilə əsaslandırmamış, belə məcburi qaydanın olmasını nəzərə almamaqla maddi hüquq normasının tələbini pozmuşdur.
107. Bu baxımdan məhkəmə tərkibi "xxxx" MMC, Cavabdeh6 QSC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada əsas borc üzrə 590.876,74 ABŞ dolları, 244,812,80 ABŞ dollar ı (illik beş faiz hesablanmaqla), cəmi 835.689,54 (səkkiz yüz otuz beş min altı yüz səksən doqquz dollar 54 sent) ABŞ dolları (ödəniş günü üçün manata məzənnə ilə) pulu tutulmasını hissəsində qətnamənin ləğv olunmasını zəruri hesab edir.
108. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsi ilə «X2 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 24 ay müddətinə 941160 manat məbləğində kredit xətti ayrılmışdır. 01 may 2014-cü il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında 24273/1 kredit müqaviləsinə (kreit xəttinin açılması barədə müqavilə) dair 5 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə "xxxx" MMC-yə 8 ay müddətinə, kreditdən istifadəyə görə illik 14 % olmaqla 1.153.873,25 ABŞ dolları məbləğində kredit verilmişdir. 26 iyul 2013-cü il tarixli 4 ədəd zaminlik müqaviləsi ilə «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 bank qarşısında maddi məsuliyyəti öz üzərlərinə götürmüşlər. 26 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi ilə, «X2 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli, 24273/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 0.1117 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 236.48 kv.m ümumi, 116.01 kv.m yaşayış, 120.47 kv.m yardımçı sahələrdən ibarət olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi (müqavilə müəy yən olunmuş ilkin satış qiyməti 240000 manat ), 0.1261 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m. yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan Abşeron rayonu, Saray qəsəbəsi, “Vİİla Badam” yaşayış kompleksi (müqavilə müəyyən olunmuş ilkin satış qiyməti 262000), ev B/06 ünvanında yerləşən yaşayış sahəsi, 0.1216 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi (müqavilə müəyyən olunmuş ilkin satış qiyməti 262000), ev B/25 ünvanında yerləşən yaşayış sahəsi, 0.0865 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m ümumi, 134.1 kv.m. yaşayış, 138.0 kv.m yardımçı sahələrdən ibarət olan Abş eron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi (müqavilə müəyyən olunmuş ilkin satış qiyməti 262000), ev B/38 ünvanında yerləşən yaşayış sahəsi, 0.1427 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 272.1 kv.m. ümumi, 134.1 kv.m yaşayış, 138.0 kv.m. yardımçı sahələrdən ibarət olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi (müqavilə müəyyən olunmuş ilkin satış qiyməti 262000), ev B/56 ünvanında yerləşən yaşayış sahəsi və 0.1305 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 323.7 kv.m. ümumi, 143.5 kv.m. yaşayış, 180.2 kv.m yardımçı sahələrdən ibarət olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi (müqavilə müəyyən olunmuş ilkin satış qiyməti 310000), ev C/20 ünvanında yerləşən yaşayış sahəsi «X2 Azərbaycan» QSC-nin xeyrin ə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır.
109. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün aşağıda göstərilən rəylər alınmışdır:
110. Birinci instansiya məhkəməsinin icraatı: "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli, ƏEM/D 11- 824122 saylı rəyi - ünvan 13 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1261 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evibazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat, ünvan 7 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1427 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv. m. olan fərdi yaşayış evi-bazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat, ünvan 8 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1216 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv.m. olan fərdi yaşayış evi bazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat, ünvan 9 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1305 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 323,7 kv.m. olan fərdi yaşayış evi-bazar dəyəri 648000 manat, likvid dəyəri 596160 manat, ünvan 10 ünvanında, xüsusi mülkiyyətdə olan 0,1117 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 236,48 kv. m. olan fərdi yaşayış evi-bazar dəyəri 473000 manat, likvid dəyəri 435160 manat, ünvan 11 ünvanında, xüsusi mülkiyyətdə olan 0,0865 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 272,1 kv.m. olan fərdi yaşayış evi-bazar dəyəri 544000 manat, likvid dəyəri 500480 manat. Beləliklə də, Abşeron rayonu Saray qəsəbəsi "Villa Badam" yaşayış kompleksi ünvanında yerləşən B/06, B/56, B/25, C/20, A/55 və B/38 nömrəli fərdi yaşayış evlərinin 05 dekabr 2022-ci il tarixinə bazar dəyəri: 3 297 000,00 (üç milyon iki yüz doxsan yeddi min) manat, likvid dəyəri: 3 033 240 (üç milyon otuz üç min iki yüz ırx) manat təşkil edir. 111. “X1” MMC-nin 15 may 2023-cü il tarixli, LBC-008/2023 saylı qiymətləndirmə hesabatı - ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1261 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 272,1 kvm. olan fərdi yaşayış evi-490000 manat, ünvan 5 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1427 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 272,1 kvm. olan fərdi yaşayış evi-490000 manat, ünvan 15 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1216 ha torpaq sahəsində yerləşən, ümumi sahəs i 272,1 kvm. olan fərdi yaşayış evi- 490000 manat, ünvan 6 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1305 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 323,7 kvm. olan fərdi yaşayış evi-583000 manat, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan, 0,1117 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 236,48 kvm. olan fərdi yaşayış evi- 426000 manat, ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan, 0,0865 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 272,1 kvm. olan fərdi yaşayış evi-490000 manat.
112. Apellyasiya instansiya məhkəməsinin icraatı: Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2024-cü il tarixli hesabatında Abşeron rayonu Saray qəsəbəsi “Villa badam” yaşayış kompleksi ünvanında yerləşən mənzillərin hazırkı tarixə likvid dəyərləri aşağıdakı kimidir: B/06 nömrəli fərdi yaşayış evi -291 000 manat, B/25 n ömrəli fərdi yaşayış evi-291 000 manat, B/38 nömrəli fərdi yaşayış evi-527 000 manat C/20 nömrəli fərdi yaşayış evi-302 000 manat, A/55 nömrəli fərdi yaşayış evi-512 000 manat, Hesabatda həmçinin qeyd olunub ki, qərardadın ikinci sualı üzrə yəni mübahisəli fərdi yaşayış evlərinin ipoteka ilə yüklü edilən zamana dair dəyərlərinin müəyyən edilməsi, həmin dövrə aid evlərlə bağlı hər hansı sübut təqdim edilmədiyindən həmin sualın cavablandırılması mümkün olmamışdır.
113. Cavabdeh kassator İlhamə Əkbərovanın dəlillərindən biri ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin düzgün müəyyən olunmaması, yəni müxtəlif təşkilatlar tərəfindən verilmiş rəylərdə bazar qiyməti və likvid dəyərləri arasında kəskin fərqlərin mövcud olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsinin düzgü n olmayaraq daha az məbləğ müəyyən edilən qiyməti əsas götürməsi ilə bağlı olmuşdur.
114. İşin halları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) qiymətlərinin müəyyən edilməsi məqsədilə qiymətləndiricilər dəvət edilmiş və bu qərarın 108-109-cu bəndlərində göstərilən rəylər alınmış və birinci instansiya məhkəməsi 05 dekabr 2022-ci ildə verilmiş rəyi əsas götürərək ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən etmişdir.
115. Birinci instansiya məhkəməsinin ipoteka predmetlərinin qiymətləndirməsi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi həmin icraat müddətində xx.xx.2024-cü il tarixli rəy almış olsa da, həmin rəylə birinci instansiya məhkəməsinin müəyyən etdiyi bazar və likvid qiyməti ilə bağlı əhəmi yyətli fərqlərin olmasına baxmayaraq daha az məbləğ müəyyən edən rəydəki qiyməti əsas götürmüş, lakin gəldiyi həmin nəticəni əsaslandırmamışdır.
116. Məhkəmə kollegiyası hesab edir ki, borclu öz öhdəliklərini vaxtında və lazımınca icra etməli olduğu halda, axıra qədər və vaxtında üzərinə kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərini icra etmədiyi təqdirdə ipoteka saxlayan ipoteka predmetlərinin satılmasını tələb etmək hüququndan istifadə etməkdə haqlı olsa da, apelyasiya instansiyası məhkəməsi kreditin təminatı olan ipoteka predmetlərinin ipoteka müqavilələrin bağlandığı xx.xx.2013-cü il tarixdən uzun müddətin keçməsini nəzərə almayaraq ilkin satış qiymətlərini müəyyən edərkən qiymətləndirici rəylərinə işin digər sübutları (digər qiymətləndirici rəyləri, zəruri olduğu halda təkrar qiymət ləndirici cəlb etməklə rəylər arasında ziddiyyətin aydınlaşdırılması) ilə yanaşı düzgün hüquqi qiymət verməmişdir.
117. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
118. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
119. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
120. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
121. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı cavabdeh İ.Əkbərovanın kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bil məz. Ekspert (qiymətləndirici) rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. 122. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5, 6 və 8-ci maddələrinə əsasən məhkəmənin qərarının təmin edilməsi məqsədi ilə əmlak qiymətləndirilərkən qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən aparılır. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağlanan müqavilədir. Qiymətləndirici hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
123. Həmin Qanunun 7-ci maddəsinin İ bəndinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.
124. Həmin Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyi nə riayət etmək qiymətləndiricinin vəzifəsidir.
125. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarına əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təminatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır.
126. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartl arı tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutlan prinsiplər əsasında işlənməlidir.
127. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymələndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətlənd irmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. 128. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır.
129. Həmin Qanunun “Ekspertin vəzifələri” adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.
130. Həmin Qanunun 26-cı maddəsinə əsasən məhkəm ə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir.
131. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert (qiymətləndirici) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər. 132. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi ü çün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
133. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, likvidlik biznesdə iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Aktivlərin pula çevrilmə imkanı əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur. Daşıdığı ümumi anlamdan əlavə bu terminin daha konkret mənalarda işləndiyi məqamlar da vardır. Bank, müəssisə, qiymətli kağızlar, bazar, yatırımlar və s. ilə münasibətdə işlənməsindən asılı olaraq həm likvidliyin müəyyən edilməsi üsulları, həm də terminin özünün izah variantları bir-birindən fərqlənir. Likvidlik – sadəcə maddi dəyərləri pul a çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Bu nisbi parametrlərdən asılı olaraq likvidliyin nisbi kəmiyyətini müəyyən edirlər. Yaxşı likvidlik göstəricisi və qeyri likvidlik kifayət qədər şərti xarakter daşıyır. Bu zaman bir sıra faktorlar nəzərə alınmalıdır. Borcalan və kreditor münasibətlərində də likvidlik anlayışı mövcuddur, bu zamanda nəzərdə ödəmə qabiliyyəti tutulur. Bu borcalanın maliyyə vəsaitlərini vaxtında geri qaytara bilib-bilməyəcəyini müəyyən edir. Sözügedən situasiya daha çox banklarda aktualdır. Qiymətləndirmə sifarişçinin mülahizəsindən asılı olaraq müxtəlif dəyərlərin (bazar dəyəri, likvid dəyəri, balans dəyəri, inventar dəyəri və s.) müəyyən edilməsinə yönələ bilər. Həmin dəyərlərin müəyyə n edilməsi üçün qiymətləndirici, qiymətləndirmə fəaliyyətinin beynəlxalq təcrübədə qəbul olunmuş üsul və metodlarından istifadə etməkdə müstəqildir. Daha doğrusu onun seçdiyi metod əsasən sifarişçinin şərtlərindən asılı olur. Əmlakın qiymətinin müəyyən edilməsi barədə qiymətləndiricinin əldə etdiyi nəticələr, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda göstərildiyi kimi, çox ciddi əhəmiyyət kəsb edir. Həmin nəticələr yalnız məhkəmə qaydasında ləğv edilə bilərlər. Bazar iqtisadiyyatının müasir şəraitində isə əmlakın bazar dəyəri daha çox əhəmiyyət kəsb edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda həmin gerçəklik nəzərə alınaraq bazar dəyərinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Belə ki, qanunun müxtəlif maddələrində qiymətləndirmə fəaliyyətinin əmlakın bazar və ya digər dəyərinin müəyyən olunmasına yönəldiyi göstərilir.
134. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən ipoteka predmetlərinin ilkin satış (ilkvid) qiymətinin müqavilənin bağlanmasından keçən müddət ərzində eyni səviyyədə, yaxud həmin qiymətlərin aşağı düşməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmələrin almış olduqları qiymətləndirmə rəyləri ilə də müəyyən olunur ki, daşınmaz əmlak bazarında baxılan iş üzrə ipoteka ilə yüklü edilmiş evlərin (villaların) qiymətləri nisbətən artan tendensiya ilə müşahidə olunmuşdur.
135. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən ipoteka predmetlərinin ilkin satış (ilkvid) qiymətlərinin reallığa uyğun bazar qiymətləri ilə göstərilməməklə qiymətləndiricinin bu qiymətlərlə bağlı əsaslandırmasının tam olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin almış olduğu rəylər arasında əhəmiyyətli uyğunsuzluq olmasına baxmayaraq məhkəmə yuxarıda göstərildiyi kimi daha az qiyməti özündə əks etdirən qiyməti qəbul etmiş, digər qiyməti isə qəbul etməməsinin səbəblərini göstərməmişdir. Qeyd edilməlidir ki, məhkəmələr fərqli qiymətləri özündə əks etdirən rəylərin mövcud olması halında təkrar qiymətləndirmə cəlb etməklə belə fərqin yaranma əsaslarını müəyyən etmək imkanı olduğu halda bu imkandan istifadə etməmişdir.
136. Avropa İnsan Hüquqları Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişd ir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.
137. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbə rliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.
138. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. M əhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
139. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
140. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edi lmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
141. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: “X2 Azərbaycan” QSC, Cavabdeh1 hüquqi varisi Əkbərova İlhamə Əli qızının kassasiya şikayətləri qismən təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli qətnaməsi qismən - cavabdehlər "xxxx" MMC, Cavabdeh6 QSC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada əsas borc üzrə 590.876,74 ABŞ dolları, 244,812,80 ABŞ dolları (illik beş faiz hesablanmaqla), cəmi 835.689,54 (səkkiz yüz otuz beş min altı yüz səksən doqquz dollar 54 sent) ABŞ dolları (ödəniş günü üçün manata məzənnə ilə) və pul vəsaitinin “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə ləğv edilsin, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh6 QSC, Cavabdeh4, Cavabdeh5 kassasiya şikayətləri təmin olunmasın. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.