Məhkəmə qərarları › İş №2(102)-1392/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1392/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1392/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və müqavilələrə xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(105)-161/2024 nömrəli 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 255.000 manat (150.000 ABŞ dolları ekvivalentində) borc verir, borc alan krediti xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. 2. xx.xx.2021-ci il tarixli qəbzə əsasən, Cavabdeh 255.000 manat pulu imza edərək 11 saylı notariat şöbəsinin depozitindən qəbul etmişdir.

3. X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh imzası ilə təsdiqlənmiş ərizəsinə əsasən, X5 həyat yoldaşı Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin girov qoyulmasına razıdır. 4. xx.xx.2021-ci il tarixli, 3M-506 nömrəli ipoteka müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixli, 3M/505 nöməli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi ta mülkiyyət üzrə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsi İddiaçı qarşısında ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 300.000 manat məbləğində müəyyən edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmişdi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat pulun onun xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən 402,9 kv.m olan fərdi yaşayış evinə, həmin ünvanda yerləşən 0.0788 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehin borcu həcmində yəni, 255.000 manat məbləğində pulun ona ödənilməsi və bağlanmış müqavilələrə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaç ı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bu günədək ondan götürdüyü pul vəsaitini qaytarmamışdır. Belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, müqavilə bağlanmış 11 saylı Notariat Kontoru tərəfindən cavabdehə **********786 nömrəli bildiriş göndərilməsinə baxmayaraq bir nəticə əldə olunmamışdır. O, cavabdehdən pulunu istədikdə hər dəfə yalan vədlər verməklə ona vaxt verməsini və pulu qaytaracağını söz vermiş, lakin ödəməmişdir. Bu yaxınlarda ona bəlli olmuşdur ki, cavabdeh ipotekaya qoyduğu evini başqa şəxsə satmaq istəmişdir. Bundan xəbər tutan kimi dərhal DƏDRX-nin Xaçmaz ərazi İdarəsinə müraciət etmişdir. Həmin ərizəsində Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli 3M/506 reyest r nömrə ilə təsdiq olunmuş ipoteka müqaviləsinə əsasən Quba rayonu, Timiryazev kəndində yerləşən, ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0.0788 ha olan torpaq sahəsinin üzərində yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Müqavilədə ipoteka predmetinə tutmanın yönəldilməsini özündə ehtiva edən 9-cu bəndin müddəaları əks olunmuşdur. Daha sonra o, mediasiya xidməti ilə müqavilə bağlayaraq cavabdehə xəbərdarlıq etsə də, o bunun əvəzində evi başqa şəxsə sataraq onu aldatmaq qərarına gəlmişdir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M/505 reyestr nömrəli kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıq lı iddia üzrə iddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi bağlanan tarixə kimi Vüqarı tanımamış və ümumiyyətlə bu şəxslə arasında müqavilədə qeyd olunan və ya hər hansı başqa məbləğdə borc münasibəti olmamışdır. O, Vüqarın qardaşı Abbası tanıyır və bu günə kimi onunla da real borc münasibəti olmamışdır. Mübahisələndirdiyi kredit və ipoteka müqaviləsi Abbasla iş münasibəti quran şəxsi Abbasla tanış etdiyi üçün Abbasın xahişi ilə bağlamış və real nəticələrə əsaslanmır. Eyni zamanda Abbas ona bildirmişdir ki, bu müqavilələrin bağlanması formal xarakterlidir və gələcəkdə ona qarşı heç bir tələbi olmayacaqdır. Lakin xx.xx.2021-ci il tarixdə ünvanına **********786 saylı bildirişi gələndə başa düşmüşdür ki, Abbas onu aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, Abbasla tanış etdiyi şəxs arasında iş münasibəti alınmadığı üçün Abbasın şikayəti əsasında şəxs barəsində cinayət işi başlanılmış və o, həmin cinayət işi üzrə şahid qismində dindirilmişdir. Cinayət işi hal-hazırda Bakı Ağır Cinayətlər məhkəməsinin icraatındadır. Göründüyü kimi İddiaçı ilə aralarında bağlanılmış kredit müqaviləsi müqavilədə nəzərdə tutulmuş nəticəyə, yəni reallıqda borcun verilməsi ilə nəticələnmir və hər iki müqavilə görüntü üçün bağlanmış əqddir. 9. “X8 və Ekspertiza Mərkəzi” MMC-nin 212 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Quba rayonu, Timirzayev kəndində yerləşən ümumi sahəsi 402.90 kv.m olan yaşayış evinin ilkin satış (likvid) qiyməti təqribən (250000*90%) 225000, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin ilkin sat ış (likvid) qiyməti təqribən (120000*90%) 108000 manat təşkil etdiyi müəyyən edilmişdir.

10. Quba Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(027)-90/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) ilk iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı xeyrinə 150.000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin dən **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 225.000 manat məbləğində, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 108.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsinin təmin edilməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X8 və Ekspertiza Mərkəzi” MMC-nin 212 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alınaraq, ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşa yış evinin ilkin satış (likvid) qiyməti 225.000 manat məbləğində, Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsi ilkin satış (likvid) qiyməti 108.000 manat məbləğində müəyyən edilməlidir.

13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Bundan başqa, cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M/505 reyestr nömrəli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə cavabdeh tərəfin qeyd etdiklərini sübut növü kimi qəbul etmir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli 3M/505 reyestr nömrəli kredit və xx.xx.2021-ci il tarixli 3M/506 reyestr nömrəli ipoteka müqavilələrində qeyd olunan imzaların onun təfərindən icra edilmədiyini qeyd edir. Lakin, mübahisə predmetini təşkil edən müqavilələr tam rəsmi qaydada hazırlanmış, notariat qaydada notariusun və tərəflərin iştirakı ilə təsdiq edilmişdir. Cavabdeh iddiaçını tanımadığını qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla (tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-438 saylı kredit müqaviləsi) tərəflər arasında ticarət münasibətlərinin mübahisə predmetini təşkil edən müqavilələrdən əvvəldə olması sübuta yetirilmişdir. Daha sonra, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehə məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin cav abdehin həyat yoldaşının razılıq ərizəsi olmadan ipoteka ilə yüklü edilməsini bildirsə də, AR-İİ 295053 saylı, xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X1 etibarnamə üzrə Cavabdeh etibar etmiş, xx.xx.2021-ci il tarixli ərizə əsasında isə qeyd olunan razılıq ərizəsi X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh mübahisə predmetini təşkil edən müqavilələrin uydurma və pərdələnmiş əqd olduğunu, qeyd etsə də məhkəməyə sübut təqdim etməmişdit. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M/505 saylı saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsi hər iki tərəfin razılığı və iradələri ilə notariat qaydada bağlanmışdır.

14. Birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək, qüvvə də olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, lakin, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

15. Birinci instansiya məhkəməsi ona görə də hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Çünki kredit və ipoteka müqaviləsi tərəflər arasında notariat orqanında bağlanmış, müqavilə bağlayan tərəflər fəaliyyət qabiliyyətli olmuş və müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Kredit müqaviləsi üzrə pulu cavabdeh qəbul etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4, 279, 295, 317.1, 319.1, 337, 340.1, 340.2, 421.2, 442, 443.1, 445.1, 445.2, 448.1, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 39.3.3, 41.1, 41.2, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd və qarşılıqlı iddanın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəməyə verdiyi izahatında İddiaçı ümumiyyətlə tanımadığını və bu şəxslə arasında hər hansı məbləğdə borc olmadığını bildirməklə yanaşı, onun qardaşı Nümayəndə tanıdığını və onunla da arasında real borc münasibətinin olmadığını bildirmişdir. Eyni zamanda Cavabdeh müqavilə bağlamaq təklifinin Nümayəndə gəldiyini və bununda səbəbi kimi Abbasla onun tanış etdiyi şəxsin iş münasibətinin təminatı üçün olduğunu, sonradan Abbasla həmin şəxs arasında iş münasibətinin alınmadığı üçün Abbasın şikayəti əsasında həmin şəxs barəsində cinayət işinin başlanıldığını və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Cavabdeh da şahid qismində dindirildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Cavabdeh Bakı istintaq Təcridxanasından nümayəndəsi vasitəsi ilə məhkəməyə ünvanladığı vəsatətində müqavilələrdə olan imzaların ona məxsus olmadığını bildirməklə yanaşı iş üçün vacib əhəmiyyət kəsb edən bu halların müəyyən edilməsi üçün iş üzrə məh kəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş və işdə olan notarial qaydada təsdiq edilmiş formal müqavilələri nəzərə alıb ilkin iddia ərizəsinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə öz qulluq mövqeyindən istifadə edərək ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını və qanunvericiliyin tələbini pozub əsassız və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə normanın tələbini pozaraq hər iki tələbə sübutlar əsasında deyil, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və özünün əsaslandırılmamış izahatı və öz mülahizəsi əsasında qiymət vermişdir. İş materialından göründüyü kimi ilkin iddia tələbi üzrə istinad edilm iş hallar sübut edilməmiş, formal müqavilələrə əsaslanılmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan yekunda əsaslandırılmamış qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə müqavilələrdə olan imzaların Cavabdeh aid oluğunu müqavilələrdən müəyyən etsə də, Cavabdeh imzaların ona məxsus olmaması barədə vəsatətinə münasibət bildirməmiş və nəticədə iş üçün əhəmiyyətli olan bu halı araşdırmamışdır. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə yeni sübut təqdim etməsə də, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı müqavilələrdə olan imzaların ona məxsus olmaması və iş üçün vacib əhəmiyyət kəsb edən bu faktın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etsə də məhkəmə vəsatəti təmin etməmiş və qəbul etdiyi qətnamədə buna münasibət bildirməmişdir.

19. Maraqlarına toxunan şəxs X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması yolu ilə qəbul edilmiş, onun və uşaqlarının maraqlarına toxunan bu qətnamə ləğv edilməli və ilkin iddia rədd edilməlidir. İpotekaya qoyulmuş fərdi yaşayış evi və torpaq sahəsi birgə nigah dövründə əldə edilmiş və o, uşaqları ilə birlikdə orada qeydiyyatda olmaqla yanaşı uzun müddət yaşamışlar. Buna görə də hazırkı qətnamə ilə onun və uşaqlarının qanuni məhafeləri pozulmuşdur. Məhkəmə isə qətnamə qəbul edən zaman bu əmlaklardan istifadə hüququ olan şəxs kimi qanuni mənafelərini nəzərə almamışdır. Hörmətli kollegiyanın nəzərinə onu da çatdırır ki, əri ilə aralarında olan söz-söhbətlərə görə 2 ildən artıqdır ki, Bakı şəhərində yaşayır və ərinin birgə nikah dövründə əldə etdikləri və ondan xəbərsiz əmlaklarını ipotekaya qoymasından məlumatı olmayıb və o, buna icazə verməmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 4/426 nömrəli ekspert rəyinin tədqiqatının nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 17 aprel 2021-ci il tarixli “İpoteka müqaviləsi”nin 3-cü vərəqində “İpoteka qoyan-borc alan” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunm uşdur.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-161/2024 nömrəli 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.M.Süleymanova (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və M.M.Hüseynov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın təmin edilən xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” hissədə iddia tələbi təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşmış və qeyd etmi şdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı düzgün (ipoteka müqaviləsinə xitam verilməsi hissəsi istisna olmaqla) qətnamə qəbul edilmişdir.

24. Apellyasiya icraatı zamanı nümayəndə və Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, kredit müqaviləsinin predmetini təşkil elən pul məbləği iddiaçıya məxsus deyildir, pulun sahibi İddiaçı qardaşı Nümayəndədir, sonuncu ilə Cavabdeh arasında şərikli iş birliyi olmuşdur, Cavabdeh həmin pul məbləğini borc almamışdır, kredit müqaviləsi formal olaraq İddiaçılə bağlanmışdır, həmin pul məbləği Abbasın göstərişi ilə iş birliyi ilə əlaqədar İqbal adlı şəxsə verilmişdir. Nümayəndə qeyd olunanların Bakı A ğır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli hökmündə zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə ifadəsində göstərilən məlumatlarla öz təsdiqini tapdığını qeyd etmişdir. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, Cavabdeh pul məbləğinin Nümayəndə məxsus olduğunu bilsə də, həmin kredit müqaviləsinin İddiaçılə bağlanmasına etiraz etməmişdir.

25. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli hökmünə əsasən, zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, “tanışı Cavabdeh artıq 4-5 ildir ki, qardaşı İddiaçı vasitəsi ilə tanımışdır. Kamalla Vüqar birlikdə işləmiş və Rusiya Federasiyasında meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşlar…..,. O, Bakı şəhərində olm adığı üçün Cavabdeh məxsus ev onun adına deyil, qardaşı İddiaçı adına girova qoyulmuş, Vüqar borc kimi Kamala 150000 ABŞ dolları borc vermiş, ev isə pulun zəmanəti kimi qeydə alınmışdır. Əslində isə pul Vüqara deyil, ona məxsus olmuş, o, 120000 ABŞ dollarını Bakı şəhərində yaşayan Firqət adlı dostundan, 100000 ABŞ dolları məbləğində pul vəsaitini isə əmisinin qaynı oğlu Bəhrəmdən borc kimi almışdır. Həmin pulları o, özü şəxsən deyil, qardaşı Vüqarın vasitəsi ilə borca almış, Sonradan Firqətdən aldığı 120000 ABŞ dolları borcu tamamilə qaytarmışdır. Bəhrəm adlı qohumuna olan borcundan isə 50000 ABŞ dolları ödəmiş, 50000 dollar isə borcu qalmışdır. Kamala verilən 150000 ABŞ dolları həmin iki şəxsdən borca götürdüyü pulların içərisindən verilmişdir. O, özü 17 aprel 2021-ci il tarixdə notariusd a olmamış, lakin orada həmin gün sənədləşmə aparılıb kredit müqaviləsi bağlandıqdan sonra Kamal özü ona zəng edərək sənədləşdirilmənin yekunlaşdığını demişdir. Kamal həqiqətən də 150000 ABŞ dolları pulu aldıqdan sonra qardaşı Vüqara vermiş, lakin həmin pulu Vüqara notariusun içərisində və ya çölündə, ya da hansısa başqa yerdə verilməsini bilməmişdir. O, bu barədə nə Kamaldan, nə də ki, Vüqardan heç nə soruşmamış, əvvəlcədən Kamal da onunla birlikdə Dubaya getməli olduğundan aralarında razılaşma belə olmuşdur ki, lazım olan anda Vüqar Bakıda pulu İqbala verəcəkdir ki, sonuncu pulu Dubaya göndərsin. Onun qardaşı İddiaçılə Cavabdeh arasında ilk dəfə 50000 manatla bağlı borc müqaviləsi bağlanmış, Kamal öz meyvətərəvəz biznesi ilə əlaqədar həmin pulu borc kimi ondan istəmişdir. O, özü şəhərdə o lmadığı üçün Bakı şəhərində olan qardaşı Vüqara demişdir ki, Kamala pul verib müqavilə bağlansın. Həmin pulun İqballa olan iş birliyinə heç bir aidiyyəti olmamış, Kamal həmin pulu şəxsən özünə istəmişdir. Bundan bir müddət sonra isə 150000 (yüz əlli min) ABŞ dollarının ekvalentində 255000 (iki yüz əlli beş min) manat pulla bağlı ikinci müqavilə bağlanmış, həmin pul da Vüqarın vasitəsi ilə İqbala verilmişdir”. Həmin hökmün məzmunundan görünmüşdür ki, məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, “Abbas təklif eləmişdir ki, onunla şərikinə pul yatırımı etsin. O, isə Abbasa nağd pulu olsaydı sonuncuya heç nə demədən özü İqballa işə başlayacağını demişdir. Abbas bildirmişdir ki, onun yerinə 150000 (yüz əlli min) ABŞ dolları pul qoymağa razıdır, o da əvəzində zəmanət kimi nəyisə mülkiyyət versin. O da bu barədə fikirləşib şərik olmağa razılıq verərək özünə məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən iki mərtəbəli evini zəmanət kimi girova verə biləcəyini bildirmişdir. Mənzildə olan vaxt İqbal yenidən çoxlu sayda sənədləri Abbasa göstərərək biznesi ilə bağlı olan mövzuda müxtəlif söhbətlər etmişdir. O, həmin söhbətləri dəqiqliyi ilə xatırlamamış, həmin görüş zamanı nəticə olaraq iş birliyinin qurulması və əldə olunacaq qazancın 3 bərabər yerə bölünməsi qənaətinə gəlmişlər. Bundan sonra görüş bitmiş və o, Abbasla birgə İqbalın evindən çıxıb rayona getmiş, yolda olan vaxt Abbas təklif etmişdir ki, bir neçə gün sonra Bakıya gəlib notariusda onun evinin girov qismində qoyulub guya borca 150000 (yüz əlli min) ABŞ dolları pul verilməsi ilə bağlı sənəd ləşməni aparsınlar. 12 aprel 2021-ci il tarixdə o, Abbas, Namiq və İqbal birlikdə Bakı şəhərinin Nərimanov rayonu, “Montin” qəsəbəsi adlanan ərazidə yerləşən kafedə yenidən görüşmüşlər. Görüş zamanı ilkin olaraq Dubaya kimlərin getməsi müəyyən edilmiş, qərara alınmışdır ki, Dubaya Namiq, Abbas və İqbalın qızının nişanlısı Adəm adlı oğlan getsinlər. Həmin görüşdən bir neçə gün sonra o, rayonda olarkən Abbasla əlaqə saxladıqda sonuncu bildirmişdir ki, öz işləri olduğu üçün Bakıya gələ bilmir, qardaşı İddiaçılə görüşüb notariusla bağlı məsələni həll etsin. Belə ki, İqbalın Dubaydakı biznesi ilə əlaqədar həmin pul Dubaya göndərilməli olmuşdur. O da buna etiraz etməyib 17 aprel 2021-ci il tarixdə Bakı şəhərinə gələrək, saat 11-12 radələrində Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat ofisinə getmişdir. O, orada Vüqarla görüşmüş həmin vaxt Abbasın əmisi Firudin də orada olmuş, o özü ilə gətirdiyi Qubadakı evinin çıxarışını notariusa təqdim etmişdir. Bundan sonra orada onunla Vüqarın arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı kimi isə onun Qubadakı evi göstərilmişdir. Sənədləşmə aparıldıqdan sonra bank tərəfindən aparatla sayılaraq 150000 (yüz əlli min) ABŞ dollarının ekvivalentində 255000 (iki yüz əlli beş min) manat pul bank xidmətinin əməkdaşı tərəfindən ona verilmiş, eyni anda da o, həmin pulu yanında dayanan Abbasın qardaşı Vüqara vermişdir. Pul Vüqar və ya Firudin tərəfindən banka verilməmiş, bankın kimdən pulu alaraq hansı qaydada pulu qeydiyyata almaqla ona verməsindən xəbəri olmamışdır. Həmin müqaviləni Abbas sadəcə görüntü üçün tərtib etmiş, yəni öz yatırımını sığortalasın deyə bu addımı atmışdır. Yekunda isə o, şəxsən özünə məxsus hər-hansı məbləğdə pul yatırımı etməmişdir. Bundan sonra o, evinin sənədini də götürüb Bakıdan rayona qayıtmış, notarius məsələsinin həll edilməsi barədə Abbasa məlumat vermişdir”.

26. Bakı Ağır Cinayətlər Məhkəməsinin AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə xx.xx.2023-cü il tarixdə ünvanladığı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 1(101)-113/2023 nömrəli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi şikayətin qeyd olunan dəlili kredit müqaviləsinin subyektiv tərəfinin mübahisələndirilməsi, borc verilmiş pul məbləğinin İddiaçı deyil, qardaşı Nümayəndə məxsus olması ilə bağlıdır.

27. Kollegiya şikayətin dəlilini əsaslı hesab etməmiş və bununla bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı dindirilən İddiaçı həmin pul məbləğinin ona məxsus olduğunu, qardaşı Abbasın xahişi ilə Cavabdeh borc verdiyini, Kamal və Abbas arasında iş birliyi və s. ilə bağlı razılaşmaları barədə məlumatsız olduğunu, bu məsələnin ona aidiyyətinin olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən Abbas Allahverdyev borc verilmiş pul məbləğinin İddiaçı məxsus olduğunu bildirdi. Adı çəkilən hökmdəki ifadəsində göstərilən məlumatları təsdiq etməmişdir. Həmçinin bildirmişdir ki, onun özü də Kamala ayrıca xeyli miqdarda pul borc vermişdir, lakin həmin borcun iddia olunan borc məbləğinə aidiyyəti yoxdur.

28. Mə hkəmə kollegiyası hesab etmişdir ki, borc verilmiş pul məbləğinin Nümayəndə məxsus olduğunu qəbul etsək belə, bu hal kredit müqaviləsinin subyektiv tərəfinin qüsurlu olması nəticəsinə gəlməyə əsas vermir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borc verilmiş pul məbləğinin Nümayəndə məxsus olduğunu qəbul etsək, müəyyən olunur ki, kreditor (pul sahibi Nümayəndə) tələb hüququnu İddiaçı güzəşt etmiş, borclu bunu bilmiş, tələb hüququnun Vüqar Allverdiyevə keçməsinə etiraz etməmiş və tərəflər arasında mübahisələndirilən kredit müqaviləsi bağlanılmışdır.

30. Yuxarıda adı çəkilən hökmun məzmunundan görünür ki, Cavabdeh ifadəsində göstərmişdir ki, «Abbasla əlaqə saxladıqda sonuncu bildirmişdir ki, öz işləri olduğu üçün Bakıya gələ bilmir, qardaşı İddiaçılə görüşüb notariusla bağ lı məsələni həll etsin. Belə ki, İqbalın Dubaydakı biznesi ilə əlaqədar həmin pul Dubaya göndərilməli olmuşdur. O da buna etiraz etməmişdir. 17 aprel 2021-ci il tarixdə Bakı şəhərinə gələrək saat 11-12 radələrində Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat ofisinə getmişdir».

31. Apellyatorun digər dəlili Cavabdeh tərəfindən kredit müqaviləsinin predmeti olan pul məbləğinin qəbul edilməməsi, real müqavilə olmaması ilə bağlı olmuşdur.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, araşdırılan məsələnin qanuni həlli baxımından tərəflər arasında bağlanmış kredit müqavilələrinin real və ya mücərrəd müqavilə olması məsələsinə aydınlıq gətirilməsi böyük əhəmiyyət kəsb edir.

33. Mülki qanunvericiliyə görə real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) ve rilməsindən sonra əmələ gəlir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Müqavilə əsas etibarı ilə şəxslər arasında müəyyən bir hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Bu baxımdan demək olar ki, iki tərəfin müqavilə anlayışını əmələ gətirən meyar öhdəlikdir. Belə ki, əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə iki tərəfli müqavilə deyilir. Borc müqaviləsi iki tərəfli müqavilədir. Borc müqaviləsi iki tərəfli müqavilə olmaqla müasir mülki hüquq sistemində olan yanaşmaya görə Borc alanın geri qaytarma öhdəliyinin yaranması üçün əvvəlcə borc verənin b orc predmetini Borc alana verməsi lazımdır. Borc müqaviləsi bağlandığı andan yalnız Borc verən üçün öhdəlik yaranır. Qarşı tərəfin öhdəliyi müqavilənin bağlanması nəticəsində deyil, Borc verənin bu öhdəliyini yerinə yetirməsinin nəticəsi olaraq əmələ gəlir.

34. Apellyasiya isntansiyası məhkəməsi qeyd etmişdir ki, araşdırma zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi mübahisələndirilən müqavilə üzrə borc məbləğinin borcalana verilməsi, tərəflər arasında real kredit müqaviləsinin bağlanması və müqavilə öhdəliyinin yaranması öz təsdiqini tapır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Kredit müqaviləsində, mətndən kənar, Borc alan qrafasının aşağı hissəsində «pulu aldım», «borc müqaviləsi iradəmə uyğundur» qeydləri yazılmışdır. Həmin qeydlər cavabdeh tərəfindən məhkəmə araş dırmaları zamanı mübahisələndirilməmişdir.Daha sonra qeyd olunmalıdır ki, məhkəmə sorğusu nəticəsində əldə edilmiş notariat işinin materiallarından, mədaxil qəbzindən görünür ki, iddia edilən məbləğ həmin kredit müqaviləsi üzrə borcalana verilməsi üçün notariusun depozit hesabına qoyulmuşdur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlmatdan görünür ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Göründüyü kimi yoxlanılan mübahisə üzrə borc məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülməklə kredit müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır. Həmçinin qeyd olunmalıdır ki, adı çəkilən Hökmun məzmunundan görünür ki, Cavabdeh ifadəsində göstərmişdir ki, «Abbas bildirmişdir ki, onun yerinə 150000 (yüz əlli min) ABŞ dolları pul qoymağa razıdır, o da əvəzində zəmanət kimi nəyisə mülkiyyət versin. O da bu barədə fikirləşib şərik olmağa razılıq vermişdir…. Sənədləşmə aparıldıqdan sonra bank tərəfindən aparatla sayılaraq 150000 (yüz əlli min) ABŞ dollarının ekvivalentində 255000 (iki yüz əlli beş min) manat pul bank xidmətinin əməkdaşı tərəfindən ona veri lmiş, eyni anda da o, həmin pulu yanında dayanan Abbasın qardaşı Vüqara vermişdir».

36. İşin mübahisələndirilən digər halı iddia edilən pul məbləğinin Cavabdeh və Nümayəndə şəriki iş birliyi ilə əlaqədar İqbal adlı şəxslə verilməsi ilə bağlı olmuşdir.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh və Nümayəndə arasında hər hansı iş birliyinin olması, bu iş birliyi ilə əlaqədar Cavabdeh tərəfindən pul məbləğinin verilməsi araşdırılan iddia tələbinin əsassız olması, kredit müqaviləsinin etibarsız əqd olması nəticəsinə gəlməyə əsas vermir. Tədqiq edilmiş sübutlardan da göründüyü kimi Cavabdeh cinayəti təqibi zamanı vermiş olduğu ifadəsidə göstərmişdir ki, «Abbas bildirmişdir ki, onun yerinə 150000 (yüz əlli min) ABŞ dolları pul qoymağa razıdır, o da əvəzində zəmanət kimi nəyisə mülkiyy ət versin. O da bu barədə fikirləşib şərik olmağa razılıq verərək özünə məxsus Quba rayonu, Timiryazev kəndində yerləşən iki mərtəbəli evini zəmanət kimi girova verə biləcəyini bildirmişdir».

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş halları belə qeyd etməyə əsas vermişdir ki, Cavabdeh şərikli iş birliyinə razılıq vermiş, sonuncunun pul vəsaiti olmadığı üçün Nümayəndə onun yerinə pul qoymağı təklif etmiş, başqa sözlə deyilsə borc pul verməyi təklif etmiş, Cavabdeh da bununla razılaşmış, nəticədə mübahisələndirilən kredit müqaviləsi bağlanılmış və həmin borc öhdəliyinin təminatı olaraq daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Göstərilən halların məcmusu belə nəticəyə gəlməyə əsas vermişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi real müqavi lə olmaqla, borc pul məbləğinin cavabdehə verilməsi öz təsdiqini tapır.

39. Kollegiyanın qənatincə cavabdeh həmin pul məbləğini qəbul etdikdən sonra üzərində sərəncam hüququna malik olmaqla, iş birliyi ilə əlaqədar üçüncə şəxs verməsi halı tərəflər arasında borc münasibətlərinin yaranmasını istisna edən hal kimi qiymətləndirilə bilməz.

40. Apellyasiya şikayətinin başqa bir dəlili iş üçün vacib əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xəttşnaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi və məhkəmə qətnaməsində həmin hala münasibət bildirilməməsi ilə bağlı olmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli 4/426 nömrəli ekspert rəyi rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 17 aprel 2021-ci il tarixli “İpoteka müqaviləsi”nin 3-cü vərəqində “İpoteka qoyan-borc alan” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, məhkəməxəttşünaslıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

42. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa d a, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

88. Kollegiya həmçinin qeyd edir ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununa əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş, nə apellyasiya şikayətində, nə də apellyasiya icraatı zamanı ipoteka predmetinin ilkin satış qiyməti cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

43. Maraqlarına toxunan şəxs X3 apellyasiya şikayətinin dəlilləri isə mübahisə predmeti olan ipoteka müqaviləsindən məlumatsız olması, onun evi və torpaq sahəsini ipotekaya qoymaq niyyəti olmaması ilə bağlı olmuşdur. Mülki iş materiallarından görünmüşdür ki, AR-İİ 295053 saylı, xx.xx.2021-ci il tarixli etibarnamə ilə X2 Kamal Ənvər oğluna ipoteka müqaviləsinə dair əqdlər bağlamaq və s. dair səlahiyyətlər vermişdir. xx.xx.2021-ci il tarixli X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən verilmiş və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, X5 həyat yoldaşı Cavabdeh mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən ümumi sahəsi 402.9 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07888 ha olan torpaq sahəsinin girov qoyulmasına razıdır. İşin faktiki və mübahisəsiz hallarından göründüyü kimi mübahisələndirilən ipoteka müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır, həmin əqdin etibarsız hesab edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Eləcə də Nübar Həsənova tərəfindən notariat qaydada etibarnamə verilməklə onun adından sərəncam vermək və s. ilə bağlı səlahiyyətlər Cavabdeh etibar edilmişdir. Kollegiya qeyd edir ki, etibarnamə verən şəxs etibar edilən səlahiyyətlərin riskini daşıyır. Bu baxımdan verilmiş səlahiyyətlərə dair risk Maraqlı şəxs üzərində olmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, etibarnaməyə xitam verilməsinə dair Mülki Məcəllənin 365-cı maddəsində nəzərdə tutulmuş əsaslar da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə əriz ə təqdim edərək «bağlanmış müqavilələrə xitam verilməsini» xahiş etmişdir.

100. Kollegiya hesab etmişdir ki, müqavilələrə xitam verilməsi hissədə iddia tələbinin dəqiqləşməsinə zərurət vardır və bu baxımdan iddiaçı tərəflə qeyd olunan məsələ müzakirə edilmiş, iddiaçı tərəf ərizə təqdim edərək «müqavilələrə xitam verilməsi» tələbinin «kredit və ipoteka müqavilələrinə xitam verilməsi kimi» nəzərdə tutulmasını xahiş etmişdir.

46. Kollegiya qeyd etmişdir ki, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyin təminatını aradan qaldırır. İpoteka müqaviləsinə xitam verilməsi iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsi ilə uzlaşmamaqla, həmin hissədə tələbin təmin edilməsini istisna etmiş olur. Bu baxımdan məhkəmə kollegiyası araşdırması zamanı iddiaçı tərəfin bununla bağlı fi kirləri aydınlaşdırılmış, iddiaçının əsl niyyətinin əsas öhdəliyin təminat üsuluna xitam verilməsi ilə bağlı olmaması, ipoteka müqaviləsinə xitam vermək yolu ilə tələbin ipoteka predmetinə yönəldilməsini arzu etməsi ilə bağlı olduğu müəyyən edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan hissədə əsl niyyətini və iradə ifadəsini aydınlaşdırmamış, tələbin ipoteka predmetinə yönəldilməsini qət etməklə yanaşı həm də ipoteka müqaviləsinə xitam verilməsini qət etmişdir ki, bu da maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərişlərini nəzərə alaraq hesab etmişdir ki, həm ipoteka müqaviləsinə xitam verilməsi, həm də ipoteka predmetinə tələbin yönəl dilməsi ilə bağlı tələblər bir-biri ilə uzlaşmadığından və qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə qətnaməsi «xx.xx.2021-ci il tarixli, 3M-506 saylı ipoteka müqaviləsinə xitam verilsin» hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

49. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, tələb olunan borcun miqdarı hissədə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə təqdim edilən ərizənin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 ABŞ dolları ekvivalentində 255.000 manat pulun onun xeyrinə tutulmasnı xahiş edilmişdir.

50. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünmüşdür ki, “kredit müqaviləsi üz rə Cavabdeh İddiaçı xeyrinə 150.000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutularaq ödənilməsi” qət edilmişdir.

51. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 269.4, 270.1, 317, 319, 385.1, 386.1, 442, 448.1 və 739-cu, “İpoteka haqqında” Qanunun 1, 34.1.1, 39, 59-cü, MPM-in 217.1, 217.3, 372, 384.0.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

53. Kassasiya şikayət i Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 60-cı, MPM-in 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində olan mövqeyini qəbul edib qətnaməyə köçürməklə işini bitmiş hesab etmiş, özü də qeyd etdiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamalı olduğu halda bu vəzifəsini yerinə yetirməmiş, borc verilən pulun kimə məxsus olduğunu və mübahisələndirlən müqavilənin etibarsız olduğunu möhtəbət subutlarla müəyyən etdiyi halda qanunvericiliyin tələbini pozub qarşılıqlı iddianın rədd olunması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mötəbər sübuti (qanuni qüvvəyə minmiş məhkəmə hökmünü) nəzərə almamış, mövqeyini sübutlar əsasında deyil, iddiaçının əsassız izahatı və qeyri-mötəbər sübutlarla əsaslandırmış, işdə olan sübutları mülki işin digər halları ilə əlaqəli şəkildə təhlil etməmişdir. b)

54. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

55. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

56. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

57. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçiri lir.

58. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

59. Maddə 319.6. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

60. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

61. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

62. Maddə 739.1.və 7 39.2.(tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun

63. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və r əsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;

64. Maddə 1.0.7. İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

65. Maddə 1.0.9. İlkin satış qiyməti ipoteka predmetinin likvid qiymətidir.

66. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

67. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.

68. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qəra rda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

69. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.

76. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, iş ə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

77. İşin məhkəmjə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş etibarlı kredit müqaviləsi bağlanmış, xx.xx.2021ci il tarixdə kreditin geri qaytarılması ilə bağlı öhdəliyin icra müddəti çatdığı halda borcalan tərəfindən öhdəlik icra edilməmiş, belə olan halda kreditorun kredit öhdəliyi üzrə tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini tələb etmək hüququ yaranmışdır.

78. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 60-cı maddələrinə istinad edərək bu maddələrin pozuntusunu belə əsaslandırmışdır ki, məhkəmə verilən borc un kimə məxsus olduğunu və borc müqaviləsinin etibarsız olduğunu sübutlarla müəyyən etdiyi halda kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianı əsassız olaraq rədd etmişdir.

79. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, məhkəmə tərəfindən işə baxılarkən və mübahisələndirilən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının şikayətdə qeyd edilmiş normalarının pozuntusuna yol verilməmişdir.

80. Kredit müqaviləsi bağlanarkən verilmiş vəsaitin kredit verənin özünə məxsus olmaması əsası ilə müqavilənin etibarsız hesab edilməsi barədə kassatorun dəlili ilə bağlı kollegiya qeyd edir ki, kredit verənin öz vəsaiti hesabına deyil, başqa hüquqi və fiziki şəxslərdən əldə etdiyi ( mülki hüquqi müqavilələr əsasında və ya əvəzsiz) vəsait hesabına borc verməsi mülki qanunvericiliklə qadağan edilmədiyindən bu hal kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi kredit olaraq verilmiş pulun İddiaçı qardaşına məxsus olduğunu müəyyən etsə də, düzgün olaraq qeyd etmişdir ki, borc verən və qardaşı arasında olan münasibətlər əqdin etibarsızlığı üçün əsas olmamaqla yanaşı cavabdehi notarial qaydada təsdiq edilmiş müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından azad etmir.

81. İşə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verildiyi müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə, izahatlara və təqdim edilmiş sübutlara hüquqi qiymət verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

82. Göstərilənlərə əsasən məhkəmə kollegiya sı belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilməməli, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

83. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(105)-161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar