Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1399/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:qeyri-yaşayış sahəsinin boşaldılması) 19.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2610/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 19 aprel 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkə mədə Cavabdeh qarşı iddia qaldıraraq, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının cavabdehin qanunsuz sahibliyindən geri alınması və həmin binanın boşaldılaraq ona təhvil verilməsi, həmçinin qətnamə icra olunan günədək əldən çıxmış fayda kimi hər ay 8.000 manat icarə haqqı hesablanmaqla cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının cavabdehin qanunsuz sahibliyindən geri alınması, həmin binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən mad di ziyan olaraq 35.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 01 sentyabr 2020ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda, istifadədə olan 0,052920 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1460,70 kv.metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh həmin qeyri-yaşayış sahəsini əvvəlki mülkiyyətçidən hər ay 5.000 manat ödəmək şərti ilə icarəyə götürüb. Cavabdehin deməsinə görə icarəyə götürdükdən sonra təmirsiz oluğu üçün həmin binanın təmir olunmasına xeyli vəsait xərcləyib və çəkdiyi xərclərin ona qaytarılacağı təqdirdə qeyriyaşayış binasını təhvil verəcəkdir. Qeyri-yaşayış binasının hazırkı dövrə aylıq kirayə haqqı isə 8.000-10.000 manat civarındadır. Göründü yü kimi sözügedən qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətində olduğundan sonuncu mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. Eyni zamanda, cavabdehin hər ay əvvəlki mülkiyyətçiyə 5.000 manat icarə haqqı ödəməsi nəzərə alınaraq sözügedən qeyri-yaşayış binasının iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan qətnamənin qəbul edildiyi günədək, yəni 30 mart 2021-ci il tarixədək olan 7 ay müddət üçün cavabdehdən maddi ziyana görə 35.000 manat pul tutulub iddiaçıya verilməklə iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi qismən- cavabdehdən maddi ziyana görə 35.000 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 01 sentyabr 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda, istifadədə olan 0,052 920 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1460,70 kv.metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh həmin qeyri-yaşayış sahəsini əvvəlki mülkiyyətçidən hər ay 5.000 manat ödəmək şərti ilə icarəyə götürüb. Cavabdehin deməsinə görə icarəyə götürdükdən sonra təmirsiz oluğu üçün həmin binanın təmir olunmasına xeyli vəsait xərcləyib və çəkdiyi xərclərin ona qaytarılacağı təqdirdə həmin qeyri-yaşayış binasını təhvil verəcəkdir. Qeyri-yaşayış binasının hazırki dövrə aylıq kirayə haqqı isə 8.000-10.000 manat civarındadır. Göründüyü kimi sözügedən qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətində olduğundan sonuncu mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olub. Lakin, birinci instansiya məhkəməsi ca vabdehdən maddi zərərə görə 35.000 manat pulun tutulub iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmayıb. Belə ki, mübahisəli qeyri-yaşayış binasının kirayəyə verilməsinə dair tərəflər arasında kirayə müqaviləsi bağlanmayıb və həmin qeyriyaşayış binasının kirayəyə verilməsi, habelə aylıq kirayə haqqına dair tərəflər arasında hər hansı razılaşma olmayıb. Cavabdehin əvvəlki mülkiyyətçiyə hər ay 5.000 manat kirayə haqqı ödəməsinə dair izahatına gəlincə isə o, hazırda bu halı mübahisələndirir, aylıq kirayə haqqının 5.000 manat deyil, 500 manat olduğunu bildirir və bu barədə məhkəmə iclas protokoluna qeydlər verib. Eyni zamanda cavabdehin deməsinə görə qeyri-yaşayış binasını öz vəsaiti hesabına təmir etdirib və əvəzində qeyri-yaşayış binasından 10 il müddətində kirayə haqqı ödəmədən istifadə edə cəyinə dair əvvəlki mülkiyyətçi ilə razılığa gəlib. Göründüyü kimi cavabdehdən iddiaçının xeyrinə maddi ziyan olaraq 35.000 manat pulun tutulması qanunsuz olub. Ona görə də iddia bu hissədə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsinə icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırı lıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahbiliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərizində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 699.1-ci maddəsində göstərilir ki, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansi yası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tə ləblərini pozub. Belə ki, işdən görünür ki, 01 sentyabr 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda, istifadədə olan 0,052920 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1460,70 kv.metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının cavabdehin qanunsuz sahibliyindən geri alınmasını, həmin binanın boşaldılaraq ona təhvil verilməsini, həmçinin qətnamə icra olunan günədək əldən çıxmış fayda kimi hər ay 8.000 manat icarə haqqı hesablanmaqla cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə mübahisəli qeyri-yaşayış binasını əvvəlki sahibi Müşfiqdən müqavilə üzrə hər ay 500 manat ödəmək şərti ilə icarəyə götürdyünü, onun təklifi ilə obyektə dair 19 aprel 2019-cu il tarixli icarə müqaviləsi bağladığını, obyektin təmiri üçün 250.000 manat pul xərclədiyni, razılaşmaya görə təmir xərclərinin əvəzinə obyektin 10 ilə yaxın müddətdə onun icarəsində qalacağını və sair göstərib, iddiaya etiraz edir. Apellyasiya şikayətinin dəlillərindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ceyran Əhədova və Nailə İsmayılova 19 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasını 2 il müddətinə Cavabdeh icarəyə verməyi, sonuncu isə həmin obyekti qəbul edib əvəzində hər ay Ceyran Əhədova və Nailə İsmayılovaya 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürüb. Həmçinin 19 aprel 2019-cu il tarixli icarə müqaviləsinin 4.3-cü bəndindən görünür ki, müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə eyni şərtlərlə 1(bir) il müddətinə uzadılmış hesab edilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahbiliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərizində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı haq qı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 699.1-ci maddəsində göstərilir ki, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli qeyri-yaşayış binasının kirayəyə verilməsinə dair tərəflər arasında kirayə müqaviləsinin bağlanmamasını, həmin qeyriyaşayış binasının kirayəyə verilməsi, habelə aylıq kirayə haqqına dair tərəflər arasında hər hansı razılaşmanın olmamasını əsas tutub, iddianı mübahisələndirilən hissədə tam rədd edərkən, sadalanan maddələrin tələblərini pozub, əvvəlki mülkiyyətçilərlə cavabdeh arasında ba ğlanmış 19 aprel 2019-cu il tarixli icarə müqaviləsinin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrin tələbləri baxımından təfsir etməyib, həmin müqavilənin 2 il müddətinə bağlanmaqla 19 aprel 2021-ci il tarixədək qüvvədə saylımasını, müqavilənin 4.3-cü bəndində müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda müqavilənin eyni şərtlərlə 1(bir) il müddətinə uzadılmış hesab edilməsinin göstərilməsini nəzərə almayıb. Halbuki, həmin maddələrin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsin i nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli obyekt cavabdehə kirayəyə verildikdən sonra ona mülkiyyət hüququnun əvvəlki kirayəyə verənlərdən iddiaçıya keçməsi iddianın mübahisələndirilən hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd olunan normanın mənasına görə mübahisəli obyektə mülkiyyət hüququ iddiaçıya keçdiyi andan o, əvvəlki kirayəyə verənləri əvəz etmiş və kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olmuş olur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlil lərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən maddi ziyan tələbinə görə 35.000 manat pul tələbinə aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2610/2021 saylı qətnaməsi qismən maddi ziyana görə 35.000 manat pulun Cavabdeh tutulub İddiaçı verilməsinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbu
Məhkəmə qərarları › İş №2(102)-1399/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1399/2022
19.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver