Məhkəmə qərarları › İş №2(102)-14/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-14/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-14/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1xxxx” Açıq Səhmdar Cəmiyyətinə və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutetmə yükü (vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh1xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1674/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixl i qətnaməsindən Cavabdeh1xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti (bundan sonra – kreditor və ya Kredit təşkilatı) xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) illik 28 faiz ödəmək şərti ilə 60 ay müddətinə 21.000 ABŞ dolları kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi sonuncu, mülkiyyətində olan xxxxxxxxxxxmənzilini (bundan sonra – ipoteka predmeti və ya mənzil) kreditorun xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflərin razılaşmasına əsasən ipoteka müqaviləsində mənzilin qiyməti 50.000 manat müəyyən edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-234/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçıdan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 20.321,60 ABŞ dolları əsas borc, 8.415,57 ABŞ dolları faiz borcu, 8.862 ABŞ dolları cərimə olmaqla, cəmi 37.599,17 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq kreditora ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçının kreditora olan borcunun ödənilməsi və iddiaçının əşyaları ilə birlikdə mübahisəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6301/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə i poteka predmetinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilmiş, mənzilin satışından əldə olunmuş vəsait hesabına tələb tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6301/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında icra vərəqəsi verilməklə, icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən Kredit təşkilatına 21.000 ABŞ dolları ödəniş edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 18695 0/18-18-14 nömrəli sifariş məktubu ilə icra sənədi “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – Hərrac Mərkəzi) göndərilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə hərracdan satılması barədə sifariş verilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə satışa çıxarılsa da, keçirilən iki hərraclar baş tutmadığına görə əmlakın ilkin satış qiyməti olan 50.000 manat 15% və 25% aşağı salınmaqla əmlakın son satış qiyməti 31.875 manat müəyyən edilmiş, hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y95 nömrəli yekun protokola əsasən kreditor (ipoteka saxlayan) mənzili həmin qiymətə əldə etmiş və tələb məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci insta nsiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmetinə dair keçirilmiş hərracın nəticələri haqqında Hərrac Mərkəzinin xx.xx.2019-cu il tarixli Y-95 nömrəli yekun protokolunun və həmin protokol əsasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, maddi çətinliklər və devalvasiya səbəbindən o, ödəniş qrafikinə uyğun ödəniş edə bilməmiş, kreditorun rəhbərliyi ilə danışmış, onlar da əsas borcu ödəsə, faiz və dəbbə pulunu siləcəklərini və mənzilin ipotekadan çıxarılacağını bildirmişlər, o da bu razılaşmaya əsasən 21.000 ABŞ dolları əsas borcu ödəmiş, lakin kreditorun rəhbərliyi vədinə əməl etməmiş, sonradan ona faiz və dəbbəni də ödəməli olduğunu bildirmiş, daha sonra evə gələn icra məmurlarından xəbər tutmuşdur ki, onun mənzilini hərracda kreditor 31.875 manata almışdır, halbuki mənzilin real dəyəri 120.000 manatdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-5685/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – V.Hacıyev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmuşdur, o, bu faktı özünün iddia ərizəsində etiraf etmişdir. İddiaçı hərracın xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə keçirilməsi barədə bildirişləri şəxsən almışdır. Lakin üzrlü səbəblər olmadan keçirilmiş hərracda işti rak etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus olan ipoteka predmeti olan mənzilin qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə açıq hərraça çıxarılması və daha sonra qiymət aşağı salınmaqla 31.875 manata hərracdan satılması qanunvericiliklə müəyyən edilmiş qaydalara əmək edilməklə həyata keçirilmiş, hərracın etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 317.2, 414.2, 414.3, 415.5, 416.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanu n) 41.2, 42.1, 43.4, 43.5, 43.7, 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 53.2, 61.1, 61.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş xxxxxx ifadəsində göstərmişdir ki, Kredit təşkilatında problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləyir, iddiaçı ilə bir-birlərini çoxdan tanıyırlar. İddiaçını Kredit təşkilatında görəndə onun problemi ilə maraqlanmış və ona kömək edə biləcəyini demiş, onu rəhbərliyə təqdim etmiş, rəhbərlik əsas borcun birdəfəyə ödəniləcəyi təqdirdə iddiaçıya güzəşt oluna biləcəyini bildirmiş, iddiaçı götür-qoy etdikdən sonra ona yaxınlaşaraq həmin təklifə razı olduğunu, lakin bunun üçün özünə məxsus torpaq sahəsini satacağını, bunun da bir az vaxt aparacağını bildirmişdir. Bu razılaşma təxminən 2018-ci ilin sentyabr ayının əvvəllərində olmuş, xx.xx.2018-ci il tarixində, o, razılaşdırılmış 21.000 ABŞ dollarını Kredit təşkilatına gətirərək ona təqdim etmiş, o, pulu qəbul etməkdən imtina edərək iddiaçıya izah etmişdir ki, onlar nəğd pul qəbul etmirlər, pulu bank vasitəsi ilə onların hesabına köçürmək lazımdır, iddiaçı da onun işçisi ilə birlikdə qonşuluqda yerləşən “xxxxxxBank vasitəsi ilə onların hesabına 21.000 ABŞ dolları ödəniş etmişdir, lakin həmin məbləğin ödənilməsindən sonra iddiaçıya mənzilin ipotekadan azad olunacağına dair məktub veriləcəyi barədə aralarında razılaşma olmamışdır, sonradan borcun qalan hissəsi ödənilmədiyinə görə onun mənzili hərraca çıxarılmışdır. Kredi torun nümayəndəsi apellyasiya instansiya məhkəməsində izahatında məhkəmə qətnaməsindən sonra tərəflər arasında borcun ödənilməsi ilə bağlı danışıqların aparılmasını və əsas borcun birdəfəyə ödənilməsinə dair razılıq əldə olunduğunu, həmin razılığa əsasən iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixində 21.000 ABŞ dollarının birdəfəyə ödənildiyini, lakin tərəflər arasında razılaşmanın əsas borcun birdəfəyə ödənilməsi müqabilində iddiaçının digər – faiz və dəbbə borcunun silinməsi və mənzilinin ipotekadan azad olunması barədə deyil, onun qalan borcunun ödənilməsinə müddət verilməsi ilə bağlı olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1674/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (haki mlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia təmin edilərək, ipoteka predmeti olan mənzilə dair keçirilmiş hərracın nəticələri haqqında Hərrac Mərkəzinin xx.xx.2019-cu il tarixli Y-95 nömrəli yekun protokolu və həmin protokol əsasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hərracın təşkilatçısı olan Hərrac Mərkəzinin qanunvericiliyin tələblərinə əməl edib-etməməsinə əhəmiyyət verilmədən, xüsusən də qəbul edilmiş məhkəmə qətnamələrindən sonra tərəflər arasındakı razılaşmalar yetərincə araşdırılmadan, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədən əsassız olaraq iddia tələbi rədd edilmişdir. Məhkəmə vurğulamışdır ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi iddiaçıdan borcun tutulmasına dair qəbul olunmuş xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsindən sonra tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin müəyyən olunmasından asılıdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı borcun tutulması barədə qətnamədən sonra kreditorla danışıqlar aparıldığını və 21.000 ABŞ dolları ödəyəcəyi halda qalan borcun silinəcəyi və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə etdiklərini və məhz həmin razılaşmaya əsasən də 21.000 ABŞ dollarını əldə edib, birdəfəyə ödədiyini bi ldirmiş, tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair MPM-in 77.1-ci maddəsinin tələbinə müvafiq sübutlar – öz izahatı, həmin halı əsasən təsdiq edən kreditorun nümayəndəsinin izahatı və şahid ifadəsi, habelə xx.xx.2018-ci il tarixində 21.000 ABŞ dollarının ödənilməsini təsdiq edən yazılı sənəd təqdim etmişdir. Kreditor isə iddiaçı tərəfindən 21.000 ABŞ dollarının ödənilməsindən sonra borcun qalan hissəsinin silinməsi və mənzilin ipotekadan azad olunması ilə bağlı razılığın əldə olunmasına dair iddiaçının dəlillərinə etiraz edərək borcun qalan hissəsi ilə bağlı fərqli razılaşmanın olduğunu bildirsə də, etirazının əsası kimi istinad etdiyi halla bağlı məhkəməyə kifayət qədər güclü, aydın və konkret olan, əsaslı şübhədən kənar sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən ap ellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə kreditor arasında məhkəmə qətnaməsinə əsasən cəmi 37.599,17 borcun ödənilməsi ilə bağlı danışıqlar aparılmış və iddiaçı tərəfindən 21.000 ABŞ dollarının, həm də birdəfəyə ödəniləcəyi halda onun qalan borcunun güzəşt olunacağı – bağışlanacağı barədə razılaşma əldə olunmuş, iddiaçı bundan sonra həmin razılaşmaya əsasən özünə məxsus torpaq sahəsini dəyərindən xeyli aşağı qiymətə sataraq həmin pulun 21.000 ABŞ dollarını xx.xx.2018-ci il tarixində kreditorun hesabına ödəmiş, bununla da tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, qanuna əsasən tərəflər arasında mövcud müqavilə öhdəliklərinə xitam verilməsi öhdəliyin təminat üsulu kimi ipotekanın da xitamına səbəb olduğundan, xx.xx.2018-ci il tarixindən sonra iddiaçının mənzilinin hərraca çıxarılması və bununla bağlı bütün sonrakı hərəkətlərin qanuni əsası olmamış, başqa sözlə, iddiaçının mənzilinin hərraca çıxarılması, hərracın keçirilməsi və həmin hərracın nəticəsində mənzilin alqı-satqısına dair kreditorla bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə də əhəmiyyətsiz (puç) əqd olmaqla, bağlandığı andan etibarsızdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 389.1, 389.2, 404.1, 404.2, 416.1, 416.2, 527.1-ci maddələrinə, MPM-nin 14.2, 76, 77.1-ci maddələrinə, "İpoteka haqqında" Qanunun 42.3, 44, 46.1, 48-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlil ləri Kreditor (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qüvvədə olan maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, ziddiyyətli nəticəyə gəlmişdir. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən hərracın keçirilməsi barədə bildirişlərin tərəflərə vaxtında çatdırılıbçatdırılmamasını deyil, tərəflərin “razılaşmasına” əsasən kredit öhdəliklərinin və bununla da ipotekanın xitamını qeyd etmişdir. Məhkəmə mövcud olmayan “razılaşmanın” qeyrimüəyyən müddəalarını rəhbər tutub, subyektiv mülahizələr əsasında iddia təl əbini təmin etmişdir. Halbuki, kreditorla iddiaçı arasında 21.000 ABŞ dolları məbləğində pul ödənilməklə iddiaçının borcdan azad olunacağı barədə hər hansı “razılaşma” olmamışdır, bunu sübut edən hər hansı yazılı və digər sübut mövcud deyildir. Bundan başqa, iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə dair sübut təqdim olunmamışdır. Həmin kredit borcunu müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, ipoteka öhdəliklərinin xitamından söhbət gedə bilməz. Kassator qeyd etmişdir ki, barəsində şikayət verilmiş qətnamə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldiməsi haqqında qətnamə ilə ziddiyyət təşkil edir. İpoteka predmetinin hərraca çıxarılması və satılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də, hərracın nəticələrinin ləğvi üçün hər hansı əsas yoxdur. İddiaçı tələbində müqavilənin ləğvini xahiş etsə də, məhkəmə iddia tələblərindən kənara çıxaraq müqaviləni etibarsız hesab etmişdir. Bundan başqa, məhkəmə iddiaçının özünə məxsus torpaq sahəsini xeyli aşağı qiymətə sataraq kreditorun hesabına pul ödəməsini bildirsə də, bağ evini hansı şərtlərlə və nə məqsədlə satması, satış qiyməti ilə bağlı hansı sübutlara əsaslanmasını qeyd etməmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə sübut etmə vəzifəsinin bölgüsünü düzgün aparmamışdır. Belə ki, iddiaçı hər hansı “razılaşmanın” mövcudluğunu sübut edə bilməmişdir. Buna görə də, cavabdehdən bunun əksini, yəni mövcud olmayan əqdin həqiqətən də mövcud olmamasını sübut etməyi tələb etmək yolverilməzdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 337.4, 423.1, 424.3, MPM-nin 77.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassatorun nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələblərinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmaya raq iş üzrə digər cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüqu qi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (maddə 527.1). Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın (maddə 546). “İpoteka haqqında” Qanun Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipote kaqoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər (maddə 42). Hərraca iki nəfərdən az alıcı gəldikdə: hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə: hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkr ar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmus qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər (maddə 43). MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlil lərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaş ı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etd irsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Baxılan iş üzrə iddiaçı borcun tutulması barədə qətnamədən sonra kreditorla danışıqlar aparıldığını və 21.000 ABŞ dolları ödəyəcəyi halda qalan borcun silinəcəyi (bağışlanacağı) və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə etdiklərini və məhz həmin razılaşmaya əsasən də 21.000 ABŞ dollarını əldə edib Kredti Təşkilatına birdəfəyə ödədiyini bildirmişdir. Kredit Təşkilatının nümayəndəsi, həmçinin hal-hazırda da həmin təşkilatda işləyən və iş üzrə şahid qismində dindirilmiş Nofəl İbrahimov qətnamə icraya yönldildikdən sonra iddiaçı ilə Kredit Təşkilatı arasında danışılqar apardığını və qətnamə icra mərhələsində olduğu zaman iddiaçı tərəfindən onlara 21000 ABŞ dolları ödədiyini bildirsələr (etiraf etsələr) də, tərəflər arasında qalan borcun silinəcəyi (bağışlanacağı) və mənzilinin ipotekadan azad olunacağına dair razı laşma əldə olunmadığını bildirmişlər. Həmçinin tərəflər arasında belə şərtlərlə yazılı razılığın olmadığı işin mübahisəsiz halıdır. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 9.3, 106.1 və 88-ci maddələrinin tələblərinə zidd olaraq belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflər arasında qalan borcun silinəcəyi və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə edildiyi müəyyən edilmişdir. Məhkəmə, həmçinin MPM-in 77.1-ci maddəsinin tələbinə zidd olaraq iddiaçının istinad etdiyi və cavabdehin mövcudluğunu mübahisələndirdiyi halları sübut etmək yükünün cavabdehin üzərində olduğu barədə nəticəyə gəlmiş və hesab etmişdir ki, cavabdeh tərəf həmin halı, yəni iddiaçının qalan borcunun silinəcəyi (bağışlanacağı) və mənzilinin ipotekadan azad olunacağına dair razılaşma əldə olunmadığın ı sübut edə bilməmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1674/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar