Məhkəmə qərarları › İş №2(102)-140/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-140/2020

08.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-140/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkiloğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(006)2890/2018 saylı qətnaməsi ilə “əqdin etibarsız hesab edilməsi” barədə iddia təmin edilməmişdir (hakim E.Ə.Mehdiyev). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi İ.K.Xəlilov, hakimlər V.N.Sadıqov və A.N.İmanov, iş № 2(103)10424/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli 2(006)-2890/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri X Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 28 aprel 2017-ci il tarixdə kredit müqavil əsi bağlamışdır. Həmin müqaviləyə əsasən, o, Cavabdeh2 3 ay müddətinə, yəni 27 iyul 2017ci il tarixdə qaytarmaq şərti ilə pul almışdır. Lakin onun Cavabdeh2 ilə hər hansı bir münasibətləri olmamışdır. Onun Cavabdeh2 ilə nə şərikli işi, nə tanışlığı olmuş, nə də Cavabdeh2 kredit müqaviləsi ilə hər hansı bir məbləğdə pul almamışdır. Hazırkı kredit müqaviləsi Cavabdeh2 təzyiqi ilə onun qohumu ilə arasında olan pul münasibətlərindən dolayı bağlanılmışdır. Lakin sonradan Cavabdeh2 hazırkı kredit müqaviləsini real qəbul edərək ondan vermədiyi pulu tələb edir. Göstərilənlər nəzərə alınaraq, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Həmçinin, Cavabdeh2 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddia ərizəs i üzrə cavabdeh İddiaçı 45250 manat məbləğində borcun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qərardadı ilə hazırkı mülki işin Cavabdeh2 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə bağlı olan hissəsinin icraatına xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkiloğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırarkən işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri, reallıqda pul məbləğinin verilib verilməməsi kimi hallar ətraflı araşdırılmamış və nəticədə də işə düzgün hüquqi qiymə t verilməmişdir. Hazırki kredit müqaviləsi Cavabdeh2 təzyiqi ilə onun qohumu ilə arasında olan pul münasibətlərindən dolayı bağlanılmışdır. Lakin sonradan cavabdeh X3 hazırki kredit müqaviləsini real qəbul edərək ondan vermədiyi pulu tələb edir. Məhkəmə işi tam və ədalətli şəkildə araşdırmadığından düzgün nəticəyə gəlməmiş və bu səbəbdən tətbiq etdiyi maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10424/201X 20.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilib, təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müva fiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına də lalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri X Notariat Kontorunda təsdiq edilmiş 28 aprel 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı 27000 ABŞ dolları, həmin günə manatla kurs üzrə 47250 manat məbləğində pul vəsaiti vermiş və İddiaçı həmin borc məbləğini 27 iyul 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İsmayıllı rayonu Notariat Kontoru tərəfindən 07 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 xeyrinə İddiaçı 27 iyul 2017-ci il müddət üçün vaxtında ödənilməmiş 27000 ABŞ dolları, yəni həmin günə manatla kurs üzrə 46440 manat məbləğində pulun tutulması barədə icra qeydi verilmişdir. Birinci instansiya məhkəməsində iştira k edən cavabdeh tərəf Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən həmin icra qeydi üzrə görülmüş icra tədbirlərinin nəticəsində borcun bir hissəsinin qismən ödənildiyini və hazırda İddiaçı 45250 manat qaytarılmamış borcu qaldığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında notariatda təsdiq olunmuş kredit müqaviləsi mövcuddur. Notariatda təsdiq olunmuş müqavilənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda təsdiq olunmuş müqavilə), yəni imza həqiqətən də sənəddə göstərilən şəxslərə məxsusdursa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən s ala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeydşərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı notariatda təsdiq olunmuş müqavilənin məzmununun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər öz iradələrinə uyğun olaraq müqavilə bağlayaraq məzmununu müəyyən etmiş və razılaşmışlar. İddiaçı müqavilənin etibarsızlığına səb əb olan hallar barədə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə gör ə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiq inə lazımi şərait yaratmış, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermiş, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar