Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-140/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin Cavabdeh qarşı; Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli, 2(103)961 9/2021 nömrəli qərardadından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi Cavabdeh qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafiz ə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı qarşılıqlı iddia qaldıraraq, Bakı şəhəri, Xocalı prospekti 28 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin iddia tələbi qanunsuz və əsassız olduğuna görə rədd edilməsi, qarşılıqlı iddia tələbi qanuni və əsaslı olduğuna görə onun tam şəkildə təmin olunmaqla, cavabdehdən onun xeyrinə 100.000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) 24 iyun 2021-ci il tarixli, 2(00 1)-359/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2021-ci il tarixli, 2(103)9619/2021 nömrəli qərardadı ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-359/21 saylı 24 iyun 2021-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 74.2-ci və 363-cü maddələrinə istinad edərək mövqeyini belə əsasl andırmışdır ki, “...apelyasiya şikayəti nümayəndə Əziz Şahtaxtinskiy tərəfindən imzalansa da, Əziz Şahtaxtinskinin adindan imzalamasına səlahiyyətli olmasına dair etibarnamə əlavə etməmişdir.”. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını, apellyasiya şikayətinin icraata qəbul edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “iş materiallarından görünür ki, apelyasiya şikayəti nümayəndə Əziz Şahtaxtinskiy tərəfindən imzalansa da, Əziz Şahtaxtinskinin adindan imzalamasına səlahiyyətli olmasına dair etibarnamə əlavə etməmişdir”. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsində olan icraat zamanı apellyasiya şikayətini imzalamış “Neft Kəmərləri” İdarəsinin Hüquq şöbəsinin rəisi X1 nümayəndə qismində məhkəmə iclasında iştirak etmiş, müvafiq olaraq etibarnamə təqdim etmiş, həmin etibarnamə 31.12.2021-ci il tarixədək qüvvədədir və həmin etibarnamədə nümayəndəyə məhkəmə aktından şikayət hüququ verilmişdir. Buna görə də apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə təqdim edilmiş eyni etibarnamənin əlavə edilməsinə ehtiyac olmamışdır. Ona görə də, apellyasiya instansiyası tərəfindən yalnız işin faktiki hallarının araşdırılmaması və iş materiallarını öyrəni lməməsi nəticəsində belə bir əsaslandırma ortaya qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi:
13. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
14. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlid ir.
15. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
16. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Kassator sözügedən apellyasiya şikayətini imzalayan Əziz Şahtaxtinskiyin səlahiyyətli olmasına dair etibarnamənin əlavə edilməməsi barədə apellyasiya məhkəməsinin mövqeyini mübahisələndirir. Kassator bildirir ki, birinci instansiya məhkəməsində olan icraat zamanı apellyasiya şikayətini imzalamış “Neft Kəmərləri” İdarəsin in Hüquq şöbəsinin rəisi X1 nümayəndə qismində məhkəmə iclasında iştirak etmiş, müvafiq olaraq etibarnamə təqdim etmiş, həmin etibarnamə 31.12.2021-ci il tarixədək qüvvədədir və həmin etibarnamədə nümayəndəyə məhkəmə aktından şikayət hüququ verilmişdir. Buna görə də apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə təqdim edilmiş eyni etibarnamənin əlavə edilməsinə ehtiyac olmamışdır. Eyni zamanda sözügedən etibarnamə kassasiya şikayətinə əlavə olunmuşdur.
20. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələnin düzgün həlli üçün iddiaçının göstərdiyi dəlillər tam və hərtərəfli yoxlanılmalı, zəruri olduqda bu xüsusat məhkəmə iclasında çəkişmə prinsipinə uyğun olaraq tərəflərin iştirakı ilə araşdırılmalı, sözügedən dəlillər əsassız olduğu halda məhkəmə onlar la niyə razılaşmadığını əsaslandırmalı və apellyasiya şikayətinin mümkün olub-olmamasına yekun hüquqi qiymət verməlidir.
21. Ona görə də, qərardad ləğv edilməli və iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli, 2(103)9619/2021 nömrəli qərardadı ləğv edilsin və iş iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Ab