Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-140/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-140/2024 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməy ən üçüncü şəxslər X3, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5108/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə X4 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Tərəflərin birgə nikahları dövründə "xxxx" Firmasının direktoru X5 ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər Bakı ş əhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, İİ məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, 10 mərtəbəli, şərti olaraq binasında İİİ mərtəbədə 1 otaqlı, ümumi yaşayış sahəsi 52 kv.metr olan 12 saylı izolə olunmuş mənzilin satılması və bunun müqabilində mənzilin hər 1 kv.metrinin dəyərini razılaşdırılmış qiymətlərlə, müqaviləyə 1 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməsi barədə razılaşmışlar. 3. 20 dekabr 2008-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı tərəfindən mənzilə görə 14.040 manat məbləğində pul "xxxx" Firmasına ödənilmişdir.
4. İddiaçılə Samirə Mehdiyeva arasındakı nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. 5. "xxxx" Firması ilə Samirə Mehdiyeva arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzili sonuncuya satılmışdır. 6. 04 iyul 2019-cu il tarixli maliyyə arayışında "xxxx" Firması tərəfindən qeyd olunmuşdur ki, mübahisə predmeti olan mənzil üçün Samirə Mehdiyeva 11.310 manat ödəniş etmişdir.
7. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Samirə Mehdiyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10058/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Əvəz X1rşı “birgə nikah dövründə əldə edilmiş mənzildən payların müəyyən edilməsi, həmin mənzildən İddiaçı payına düşən 1/2 hissəsinin dəyərinin Samirə Mehdiyevadan alınaraq ona ödənilməsi” tələbinə dair iddiası qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Firmasına (bundan sonra cavabdeh Firma), mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 (bundan sonra üçüncü şəxs Samirə Mehdiyeva), Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraci ət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 k.m. olan bir otaqlı 12 saylı mənzilin Samirə Mehdiyevanın adına qeydiyyata alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Sonradan, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Firma tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 kv.m. olan bir otaqlı 12 saylı mənzilin alğısatqısına dair Samirə Mehdiyevaya verilmiş yeni müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında göstərilən mənzilin Samirə Mehdiyevanın adına qeydiyyata alınması barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11 sentyabr 2004-cü il tarixdə Samirə Mehdiyeva ilə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə yaşayış dövründə onların 2006-cı ildə iki uşaqları doğulmuşdur. Evləndikdən sonra, 29 avqust 2005-ci il tarixdə, birgə nikah dövründə cavabdeh Firma ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 kv.m. olan bir otaqlı 12 saylı mənzil alınmışdır. Həmin mənzilin alınması barədə cavabdeh Firma ilə 29 avqust 2005-ci il tarixdə müqavilə onunla bağlanmış, onun tərəfindən imzalanmış və mənzilin dəyəri onun tərəfindən ödənilmişdir. Firmanın 20 dekabr 2008-ci il tarixli maliyyə arayışı da onun adına yazılmışdır. Samirə Mehdiyeva ilə bir müddət bir yerdə yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-629/2014 nömrəli, 15 iyul 2014-cü il tarixli qətnaməsi ilə onunla Samirə Mehdiyevanın nikah qeydi ləğv edilmişdir. 2020-ci ildə onun Samirə Mehdiyevaya qarşı əmlak bölgüsü barədə iddia ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, S amirə Mehdiyeva cavabdeh vasitəsi ilə bütün sənədləri onun adına qeydiyyata alınmış göstərilən mübahisəli mənzili qanunsuz olaraq öz adına rəsmiləşdirmiş və 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Yuxarıda göstərildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 kv.m. olan bir otaqlı 12 saylı mənzilin alınması barədə cavabdeh Firma ilə 29 avqust 2005-ci il tarixli müqavilə onunla bağlanmış, onun tərəfindən imzalanmış və mənzilin dəyəri onun tərəfindən ödənilmişdir.
12. Cavabdeh Firmanın nümayəndəsi və vəkili X7 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh Fir ma arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, şərti olaraq “A” binasında, 3-cü mərtəbədə, 1 otaqlı, ümumi sahəsi 52 kv.metr olan, 12 saylı izolə olunmuş mənzil İddiaçı satılmışdır. Həmin Müqaviləyə 1 saylı əlavəyə əsasən mənzilin ümumi dəyəri 15.600 ABŞ dolları müəyyən olunmuş və müqavilə bağlanan gün 2.500 ABŞ dolları ilkin ödəniş edilmişdir. İlkin ödəniş edildikdən sonra yerdə qalan 13.100 ABŞ dolları pul vəsaiti hissə-hissə ödənilmiş və 08 oktyabr 2008-ci il tarixdə sonuncu ödəniş edilmişdir. 2019-cu ilin iyul ayında Samirə Mehdiyeva cavabdeh Firmaya müraciət edərək bildirmişdir ki, iddiaçı həmin mənzilə dair bağlanmış 29 avqust 2005ci il tarixli müqavilənin onun adına də yişdirilməsinə razıdır və özü burda olmadığına görə mənzilə dair müqavilənin onun adına dəyişdirilməsinə dair razılıq ərizəsini hal-hazırda onlara təqdim edə bilmir, iddiaçının həmin razılıq ərizəsini Firmaya təqdim edəcəkdir. İddiaçı mənzilə dair mülkiyyət hüququna dair tezliklə çıxarış alınması üçün müqavilənin onun adına dəyişdirilməsinə etiraz etmir. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı Fərmanına əsasən çoxmənzilli binalarda olan mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kütləvi şəkildə aparılırdı və həmin Fərmanın qüvvədə olma müddəti 01 yanvar 2020-ci il tarixədək müəyyən edilmişdir. Məhz bu səbə bdən də, 2019-cu ildə cavabdeh Firma tərəfindən inşa olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli “A” binasında yerləşən mənzillərə də çıxarışlar verilməsinə başlanılmışdır. Həmçinin qeyd olunmalıdır ki, Samirə Mehdiyeva ilə iddiaçı arasında olan nikahın pozulmasından onların məlumatları olmamışdır. Buna görə də, Samirə Mehdiyeva yuxarıda qeyd olunan sözləri ilə (“iddiaçı həmin mənzilə dair bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin onun adına dəyişdirilməsinə razıdır, iddiaçı burda olmadığına görə mənzilə dair müqavilənin onun adına dəyişdirilməsinə dair razılıq ərizəsini hal-hazırda onlara təqdim edə bilmir, iddiaçı həmin razılıq ərizəsini Firmaya təqdim edəcəkdir, iddiaçı mənzilə dair mülkiyyət hüququna dair tezliklə çıxa rış alınması üçün müqavilənin onun adına dəyişdirilməsinə etiraz etmir”) cavabdeh Firmanın rəhbərliyini inandırmış, eləcə də, cavabdeh Firmanın rəhbərliyinin Samirə Mehdiyeva ilə iddiaçı arasında olan nikahın pozulmasından məlumatı olmadığına, onların ər-arvad olduğunu bildiyinə görə iddiaçı ilə cavabdeh Firma arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqaviləni Samirə Mehdiyevanın adına dəyişdirərək 04 iyul 2019-cu il tarixli müqavilə bağlanmış və maliyyə arayışı verilmişdir. Samirə Mehdiyeva tərəfindən həmin mənzilə görə cavabdeh Firmaya hər hansı məbləğdə ödəniş edilməmiş, həmin maliyyə arayışı mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün tələb olunduğuna görə Samirə Mehdiyevaya verilmiş maliyyə arayışı iddiaçı tərəfindən mənzi lin dəyəri kimi ödənilmiş ödənişlər əsasında tərtib edilmişdir. Təxminən 2020-ci ilin sonlarında onlara məlum olmuşdur ki, Samirə Mehdiyeva ilə iddiaçı arasında olan nikah 2014-cü ildə pozulmuş və Samirə Mehdiyeva cavabdeh Firmanın rəhbərliyini aldadaraq 2019-cu ilin iyul ayında həmin mənzilə dair müqavilənin öz adına dəyişdirilməsinə nail olmuşdur.
13. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Samirə Mehdiyeva birinci instansiya məhkəməsinə iddia ərizəsinə dair etiraz təqdim edərək, etirazında göstərmişdir ki, iddiaçının çıxarışın ləğvinə dair iddia tələbi tam əsassız və yanlış iddia tələbidir. Belə ki, iddiaçının bundan əvvəl sözügedən mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsinə dair iddia tələbinə Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyası tərəfindən, o cümlədən apellyasiya instansiya məhkəməsi tərəfindən baxılıb hüquqi qiymət verilmişdir. Hər iki Məhkəmə Kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçı ona qarşı əmlakın bölgüsü tələbi üzrə sözügedən müdahisəli mənzilə iddia etmək üçün 3 illik iddia müddətini ötürmüşdür və həmin mənzilə iddia etmək hüququnu itirmişdir. Belə ki, həmin mübahisəyə baxılan zaman iddiaçı işə baxan məhkəmə tərkibini yanıldaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair işin baxılmamış saxlanması barədə” qərardadını məhkəmə tərkibindən gizlətmiş və bununla da məhkəmə tərkibinin iddia müddətinin axımını düzgün müəyyən edə bilməməsinə nail olmuşdur. Lakin onlar tərəfindən Bakı şəhəri Qarad ağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qərardadı Ali Məhkəməyə təqdim edildikdən sonra, Ali Məhkəmə ədalətli və obyektiv qərar qəbul edərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etmişdir. O cümlədən, apellyasiya instansiya məhkəməsi də Ali Məhkəmənin qərarındakı göstərişlərə riayət edərək, iddiaçının birgə nikah dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi, həmin mənzildən iddiaçının payına düşən 1/2 hissəsinin dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətmanə qəbul etmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək sözügedən mübahisəli mənzilə hazırkı iddiaçının payının müəyyən olunmaması barədə məhkəmə qərarları olduğu halda iddiaçının bu cür iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməsi məhkəmənin boşuna vaxtını almaqdan başqa bir şey deyil. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti isə hazırkı iddia tələbi üçün görünüş yaratmaqdan başqa bir şey deyil. Adi insan məntiqi yertər anlasın ki, Azərbaycan Respublikası Ali Məhkəməsi bir mübahisə üzrə iki fərqli mövqe nümayiş etdirməz. Bunu anlamaq üçün nə hüquqşünas, nə də vəkil olmağa ehtiyac yoxdur. Qeyd olunmalıdır ki, iddiaçı məcburi şəkildə uşaqlarına ödədiyi 600 manat alimentdən onun imtina etməsi üçün 3 ildir ki, bu cür əsassız iddialarla çıxış edib məhkəmələrə və vəkillərə xərclədiyi pulu alimentə ödəsə idi, hazırda aliment vermək öhdəliyindən azad olunmuş olardı. Yuxarıda qeyd o lunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(002)-310/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilərək, cavabdeh Firma ilə Samirə Mehdiyeva arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilənin, mənzilə dair Samirə Mehdiyevanın adına verilmiş 04 iyul 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzilinə dair Samirə Mehdiyevanın adına verilmiş 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi m övqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Firma ilə Samirə Mehdiyeva arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə və mənzilə dair Samirə Mehdiyevanın adına verilmiş 04 iyul 2019-cu il tarixli maliyyə arayışı birmənalı şəkildə etibarsızdır. Belə ki, Samirə Mehdiyeva öz marağını təmin etmək üçün cavabdeh Firmaya yalan məlumat verməklə, bağlandığı andan etibarsız olan müqavilənin bağlanmasına və maliyyə arayışı almasına nail olmuşdur. cavabdeh X6 verdiyi məlumata inanaraq, iddiaçı ilə əlaqə saxlamadan, Samirə Mehdiyevanın verdiyi məlumatları yoxlamaq imkanı olmasına baxmayaraq, sonuncunun verdiyi yanlış məlumat əsasında etibarsız müqavilə bağlamış, Samirə Mehdiyeva pulunu ödəmədiyi halda mənzilin pulunun sonuncu tərəfindən ödənilməsinə dair etibarsız maliyyə arayışı vermişdir. c avabdeh Firma özü də qeyd olunan halları təsdiq etmişdir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
17. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Samirə Mehdiyeva apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında bu mübahisənin predmeti olan mənzilin birgə nikah dövründə əldə olunması ilə əlaqədar əmlak bölgüsünə dair iş olmuşdu r. Həmin iş üzrə də iddiaçı ona qarşı əmlak bölgüsü tələbi irəli sürərək mənzilə 1/2 payının tanınması və payına uyğun olaraq 20.000 manatın ona tutulub verilməsini tələb etmişdir. Həmin vaxt da işə Qaradağ rayon Məhkəməsində baxılıb iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir. Baxmayaraq ki, o, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir və nikahlarının ləğvindən artıq 5 ilin keçdiyini bildirmişdir. Həmin işin nəticəsi qısa olaraq belə olmuşdur ki, yuxarı instansiya məhkəmələri Qaradağ Rayon Məhkəməsinin qətnaməsini qanunsuz hesab edərək iddiaçının iddiasının təmin edilməməsi barədə qərar vermişlər. Həm də, həmin vaxt iddiaçı onun mənzilə dair çıxarışı 2019-cu ildə aldığını nəzərə alaraq iddia edirdi ki, hüququnun pozulduğunu 2019-cu ildə bilib, ona görə indi məhkəməyə müraciət edir. Bununla belə, iddiaçı tərəfindən əqdin etibarsızlığı tələbi qoyulmamışdır. İşə yuxarı məhkəmə instansiyaları tərəfindən baxılıb yekun qiymət verilmiş, iddiaçının əmlak tələbi rədd edilmişdir. Yəni hazırda Ali Məhkəmənin kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən, 14 iyun 2022-ci il tarixdə qəbul etdiyi 02/2022 saylı Qərardadının 54, 55 və 56-cı maddələrinə əsasən hazırkı işə xitam verilməlidir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-7155/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmişdir.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Firma mübahisəli əmlaka- Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzilinə mülkiyyəti iddiaçıya vermişdir. Başqa sözlə, müqavilənin icra edilməsi ilə əlaqədar cavabdeh Firma həmin mənzilə dair hüquqlarını itirmişdir. Lakin buna baxmayaraq, cavabdeh Firma mənzilin qanuni sahibi olan iddiaçının iradə ifadəsi olmadan, həmin mənzilə dair iddianın keçmiş arvadı olan üçüncü şəxs Samirə Mehdiyeva ilə yeni müqavilə bağlamışdır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Firmanın bu hərəkətləri mülki qanunvericiliyin tələbləri baxımından qanunsuz olmuş, onun həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olmamışdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Firma ilə üçüncü şəxs Samirə Mehdiyeva arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqa vilə qanunvericiliyin tələblərinə cavab verməmiş, bu müqavilə səlahiyyəti olmayan subyekt tərəfindən bağlanmış və mübahisəli mənzilə dair həqiqi hüquq sahibi olan iddiaçının iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə uyğun olmamışdır. Buna görə də həmin müqavilə bağlandığı andan etibarsız olmuşdur.
23. Apellyasiya şikayəti vermiş üçüncü şəxs Samirə Mehdiyeva onunla iddiaçının arasında baş tutmuş məhkəmə mübahisələri üzrə qüvvədə olan qətnamələrin olmasına, həmin qətnamə ilə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsinə istinad etsə də, məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən göründüyü kimi idd iaçının Samirə Mehdiyevaya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinin təmin edilməsinə dair Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
24. Belə ki, qeyd edilən mübahisə ərlə arvadın ailə-hüquq münasibətlərindən irəli gəlməklə, onların birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakının bölünməsi ilə bağlı olmuşdur. Hazırki mübahisə isə iddiaçı ilə cavabdeh Firma arasında yaranmış müqavilə hüquq münasibətlərindən irəli gəlməklə, onların bağlamış olduğu podrat müqaviləsi əsasında iddiaçının əldə etdiyi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlıdır. Ona görə də, iddiaçı ilə üçüncü şəxs Samirə Mehdiyeva arasında olan mübahisə ilə bağlı q ətnamənin mövcudluğu hazırkı mülki mübahisənin mahiyyəti üzrə baxılaraq həll edilməsinə mane olmur.
25. Apellyasiya instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 421.1, 752.1, 752.2-ci maddələrinə və habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat:
26. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Samirə Mehdiyeva (Vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə tərəflər arasında əqdə əsasla nan iddia tələbi üzrə (əmlak bölgüsünə dair) və Ali Məhkəmənin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli Qərarının 54, 55 və 56-cı bəndlərinin tələblərinə uyğun olaraq qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Hazırkı mübahisə üzrə işə birinci instansiya məhkəməsində baxılaraq qanunsuz qərar qəbul edilmişdir Halbuki, bu mübahisənin mahiyyəti üzrə iddiaçı ilə arasında bundan əvvəlki mülki iş (əmlakdan payların müəyyən edilməsi tələbi) üzrə iddiaçının xeyrinə çıxarılmış qanunsuz qətnamə Ali Məhkləmənin qərarı əsasında ləğv edilmişdir. İşə baxan birinci instansiya məhkəməsinin hakiminin qərəzli mövqeyi isə məhkəmə iclasında cavabdehin özünün (cavabdeh Firmanın) yox, vəkilinin “etirafları” əsasında səlahiyyətli şəxsi və onun qanuni nümayəndəsi barədə yox, onun “yalan danışmağı” ilə əlaqədar barəmdə xüsusi qərardad qəbul etməsi ilə açıq-aşkar görsənir. Birinci instansiya məhkəməsinin prosessual və maddi hüquqların pozulması ilə qəbul edilmiş qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxarkən, Bakı Apellyasiya Məhkəməsi prosessual hüququn pozuntusu üzrə (MPM-in 19cu maddəsi) dəlilə heç bir hüquqi qiymət verməmişdir. Həmin Qərardadın 54-cü bəndində göstərilir ki, əqdə əsaslanan tələblər əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllənin 140-cı maddəsi). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edili r ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllənin 166.1-ci maddəsi). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia ilə sübut oluna bilər. Həmin Qərardadın 55-ci bəndinə əsasən əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1933/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya ins tansiya məhkəməsinə göndərilməsi qət edilmişdir.
29. Məhkəmə kollegiyası mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsi ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırki işdə iştirak edən şəxslər üçün düzünə preyudisiallığı olmasa da, həmin faktların hazırki iş üzrə araşdırılmış, qiymətləndirilmiş tələbin və etirazın predmetinə bilavasitə aid olmasını nəzərə almamışdır.
30. Həmçinin, apellyasiya instansiyası məhkəməsi, iddi açının mübahisəli mənzilə münasibətdə hüququnun müdafiəsi məqsədi ilə ilk dəfə 2015-ci ildə “mənzildən payının müəyyən edilməsi və payının dəyərinin ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsini, həmin mənzilə dair 16 mart 2015-ci il tarixdən cavabdeh Firma ilə Samirə Mehdiyeva arasında müqavilənin bağlanmasını, həmin mənzilə dair onun adına 04 iyul 2019-cu il tarixli maliyyə arayışının, habelə mülkiyyət hüququna dair 31 iyul 2019-cu il tarixli Çıxarışın verilməsini, iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə yalnız 06 dekabr 2021-ci il tarixdə müraciət etməsini nəzərə almadan, iddiaçının sözügedən müqavilənin etibarsız hesab edilməsinə əsas verən halları nə vaxtdan bildiyini və ya bilməli olduğunu araşdırmadan, həmin müqavilənin mübahisə edilən və ya əhəmiyyətsiz ə qd olduğunu müəyyən etmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
31. Məhkəmə kollegiyası üçüncü şəxs Samirə Mehdiyevanın kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
32. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5108/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yeni apellyasiya icraatı zamanı iddiaçı yuxarı məhkəmənin qərarında əks edilmiş halları təkzib edən sübutları müzakirəyə təqdim etməmişdir. Qeyd edilən müstəvidə yuxarı instansiya məhkəməsinin göstərişlərinə və mülahizəsində əks edilmiş mövqeyə dair iddiaçının dayanıqlı sübut edici mövqeyinin olmaması, habelə birinci instansiya məhkəməsinin qətnaməsinin əsasla ndırılması üzrə qənaətinin işin faktiki hallarına uyğun gəlməməsi (digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarına müvafiq əsaslandırılmaması), birinci instansiya məhkəməsinin qətnaməsində formalaşdırdığı mövqeyinə müsbət qənaətin hasil olmasına prosessual (sübutedici) əsaslar yaratmır, yəni artıq məhkəmə qərarı ilə qiymət verilmiş əqdin etibarsızlığına qiymət verilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, apellyasiya instansiya məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Əvəz X1rşı “birgə nikah dövründə əldə edilmiş mənzildən payların müəyyən edilməsi, həmin mənzildən İddiaçı payına düşən 1/2 hissəsinin dəyərinin X2 alınaraq ona ödənilməsi” tələbinə dair iddiası qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Qeyd edilən qətnamədə i ddiaçının 2015-ci ildən məlumatlı olduğu göstərilmişdir. Ona görə, əqdin etibarsızlığı üzrə mülki qanunvericiliklə müəyyən edilmiş (müddətlərin iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş) kəsici müddət əsas götürülməlidir. Apellyasiya şikayətində qeyd edilmiş dəlillərə münasibətdə subyektiv tərkib və tələblərin predmeti baxımından işin icraatına xitam verilməsi üçün əsaslar olmasa da, iddiaçının mülki hüquqlar əldə (təsdiq) edilməsi üzrə digər tələbin əsasları ilə eyni olması, qanuni qüvvəyə minmiş qərar üzrə tərəflərin və işdə iştirak edən digər şəxslərin, habelə onların hüquq varislərinin məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə etməsini istisna edir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi yalnız ehtimallara əsaslanaraq müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmişdir.
35. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337, 347.1, 354.1, Mülki Prosessual Məcəlləniin 2.1, 2.2, 3.1, 82.1, 82.3, 233.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və iş materiallarında olan sübutla r əsasında qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 2019-cu ildə cavabdeh Samirə Mehdiyevanın adına qeydə alınmış və sonuncuya daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçı da öz hüquqlarının pozulduğunu 2019-cu ildə bilmişdir. Bu halda kassasiya instansiyası məhkəməsinin iddiaçının 2015-ci ildən mübahisəli mənzilə münasibətdə hüququnun pozulduğunu bildiyi barədə məlumatlı olması nəticəsi əsassızdır. Bundan başqa həmin Məcəllənin 375.2 və 377-ci maddələrinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İş materiallarında Samirə Mehdiyeva tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Belə olan halda nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası MM-in 384.0 və 384.0.4-cü maddəsinə əsasən isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bu halda apellyasiya instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə mülki qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, mübahisənin predmeti mənzilə aid olan sənədlərin saxtalaşdırılmasıdır. Göründüyü kimi mübahisəli mənzilin cavabdeh Firma tərəfindən Samirə Mehdiyevanın adın a rəsmiləşdirilməsinə iddiaçı tərəfindən nəinki razılıq verilməmiş, ümumiyyətlə bu barədə sonuncunun məlumatı olmamışdır. Belə olan halda cavabdeh Firma tərəfindən mənzilin alğı-satqısına dair Samirə Mehdiyevanın adına verilmiş müqavilə və maliyyə arayışı etibarsız hesab edilməlidir. Bu halda kassasiya instansiyası məhkəməsi iddia predmetindən kənara çıxmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
38. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
40. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavi lənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
44. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
45. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifad ə olunduqda) onun dəyərini pulla ödəməlidir.
47. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
48. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
49. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflər in sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
65. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
66. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiy a şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmiş, gəldiyi nəticəni hazırki qərarın 3031-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmışdır.
67. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
68. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü g östərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
69. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlaması, iş materiallarında Samirə Mehdiyeva tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər əsassızdır.
70. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsind ən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
71. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
72. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məh kəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilmə si üçün əsas ola bilməz. 73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfl i və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5108/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.