Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1401/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin iddiaya cavab veməli olmayan şəxs qarşı yönəlməsi, prosessual normaların pozulması ilə nəticələnən qətnamə qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ( SOCAR) İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizəsi zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-465/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seria RX, № 1282305, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********32-10301 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində 147 kvadrat metr daşınmaz ə mlak xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən, həmin ev **********32-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmişdir.
3. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Sabit Yusifovun xx.xx.2018-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, araşdırma nəticəsində Cavabdeh məxsus olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən və X1 adına olan 0,05 ha torpaq sahəsi üzərində çəkilmiş 33,2 metr uzunluğunda və 1,2 metr hündürlüyündə olan, mişar daşları ilə hörülmüş hasar xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlə t Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının əməkdaşları tərəfindən sökülmüş, nəticədə ona 2972 manat məbləğində maddi ziyan dəymişdir. Lakin toplanmış materialda göstərilən xüsusat üzrə hər-hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 186 və 187-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi müəyyən edilməmişdir. Belə ki, həmin maddədə göstərilmişdir ki, ninəgzÖ˝ əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə˝ cinayət məsuliyyətinə səbəb olur, dəymiş zərər isə xeyli miqdardan az, yəni 2972 manat təşkil edir. Bununla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh ona dəymiş zərərlə bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş dir.
4. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarilxi, 844 saylı fərmanı ilə təsdiq edilmiş nacyabrəzA˝ Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi˝nin 1.4-cü bəndinə əsasən Şirkət hüquqi şəxsdir, müstəqil balansa (Şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Digah qəsəbəsində tfeN˝ Kəmərləri˝ İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin 9.6-cı km-də, həmin kəmərdən 35 metr aralı məsafədə (koordinatlar: 39 T 0403953; 4482134) kəmərin mühafizə zonasında, Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən qanunsuz tikinti işlərinin aparılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış lartsigaM˝ neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları˝na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xəttlərlə müəyyən edilmişdir. Bu Qaydalara əsasən tfeN˝ Kəmərləri˝ İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materiall arın yığılması, ot və samanlarının tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündə və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq melorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərlərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi gö stərilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılması olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də, Abşeron rayonu, Digah qəsəbəsində tfeN˝ Kəmərləri˝ İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin 9.6-cı km-də, həmin kəmərdən 35 metr aralı məsafədə (koordinatlar: 39 T 0403953; 4482134) kəmərin mühafizə zonasında, cavabdehə məxsus qanunsuz tikilinin onun hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Elxan Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, ərazidə inşa olunmuş fərdi yaşayış evinin mişar daşından hörülmüş hasar hissəsinin 190 kvadrat metr SOCAR-ın tfeN˝ kəmərləri˝İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin 9.6 km-də neft kəmərinin mühafizə zonasına düşür. Fərdi yaşayış evinin hasar hissəsi cənub-qərbdən 12 metr, cənub-şərqdən isə 15 metr neft kəmərinin mühafizə zonasında yerləşir. Qərardadın sual hissəsində qeyd olunmuş koordinatlar (39 T 0403953; 4482134) elektron k adastr baza məlumatlarına və naturada təyin olunmuş kooordinatlarına əsasən, Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin 9,6 km-də kəmərdən 37 metr məsafədə hasarın çöl hissəsinə düşür.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizası rəyi ilə eyni məzmunlu Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********69 saylı mütəxəssis rəyi vardır.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli, 2(012)-623/2019 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi rədd edilmişdir.
9. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandır mışdır ki, iddiaçı iddia tələbini cavabdeh olaraq Cavabdeh qarşı qaldırmışdır, lakin sözgedən tikili və torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. İddia ona cavab verməli olmayan şəxs qarşı verilmişdir.
10. Məhkəmə araşdırması zamanı məhkəmə iddiaçının nümayəndəsinə cavabdehi əsl cavabdehlə əvəz etmək barədə təklif verilsə də, iddiaçı tərəf buna razılıq verməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsini əsas tutaraq, irəli sürülmüş tələb üzrə işə baxmışdır.
11. Məhkəmə həmçinin nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.
12. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, nacyabrəzA˝ Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanının 4.10-cü bəndinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
13. İddiaçı qətn amədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İstər birinci instansiya məhkəməsinin, istərsə də həmin mövqe ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, tikilinin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin səlahiyyətl ərini nəzərdə tutan Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsi ilə yanaşı, tikilinin sökülməsi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsi də qüvvədədir. Həmin normada tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cav abdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 24. nacyabrəzA˝ Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndi: 25. “həmin Məcəllənin.... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir”.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləs i:
27. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsi:
29. İxrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərə fındən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
32. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
33. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi r ədd edilməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iddia tələbinin, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi əsası ilə rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
40. Belə ki, işin aşağı istansiya məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbini cavabdeh kimi Cavabdeh qarşı yönəltmiş, lakin mübahisəli tikilinin və torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə cavabdehin deyil, digər şəxs X3 məxsus olması müəyyən edilmişdir. (§ 1-2)
41. Gördünüyü kimi, iddia tələbi tələbə cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir ki, bu da iddia tələbinin rədd edilməsi üçün əsasdır (§ 32).
42. İşdən görünür ki, işə birin ci instansiya məhkəməsində baxılan zaman iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı buna razı olmadığından işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir (§ 33).
43. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması nəticəsinə gələrkən maddi hüquq normalarının tələblərini pozmuş və nəticə də düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olacaq prosessual pozuntuya yol verilmişdir.
44. Belə ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 95-ci maddəsinə, nacyabrəzA˝ Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012 -ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanına, eyni zamanda subyektiv hüquqla bağlı nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarına isitinad edərək iddiaçı təşkilatın hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn olmamasını qeyd etmişdir.
45. Lakin məhkəmələr bu nəticəyə gələrkən Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərini nəzərə almamış, həmin normanı hazırki işə tədbiq etməməklə maddi h üquq normasının tələblərini pozmuş, bu da öz növbəsində iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlinməklə prosessual pozuntunun müşayiət olunmasə ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
46. Belə ki, Mülki Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
47. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüqunun pozulması barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 95-ci maddəsinə, nacyabrəzA˝ Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağl ı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanı istinad edərək hazırki tələblə məhkəməyə yalnız FHN-in iddia vermək hüququnun olmasını qeyd etmiş, lakin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikilnin müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilmə imkanını nəzərə almamışdır (§ 22).
48. Belə ki, iddiaçı Şirkət iddia tələbinin əsası kimi mübahisəli tikilinin tfeN˝ Kəmərləri˝ İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin 9.6-cı km, həmin kəmərdən 35 metr aralı məsafədə (koordinatlar: 39 T 0403953; 448213 4) kəmərin mühafizə zonasında yerləşdiyini qeyd etmişdir (§ 5).
49. İşin bu halı iş üzrə keçirilmiş ekspertiza rəyi və alınmış mütəxəssis rəyləri ilə təsdiq edilmişdir. (§ 6-7)
50. Torpaq Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının tələblərinə görə, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfındən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir və əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır (§ 2327 ).
51. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmamış, sadalanan maddi hüquq normalarının tələbləri pozulmuş, məhkəmələr subyektiv hüquqla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarına istina etsələr də həmin qərarın hüquqi mövqeyini hazırki işə düzgün tədbiq etməmiş, nəticədə i ddiaçının subyektiv hüququnu olmaması ilə balı iddia tələbinin rədd edilməsi barədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
52. Məhkəmələr diqqətdən qaçırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil balansa (Şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malik müstəqil hüquqi şəxsdir, dövlət orqanı deyildir. İddiaçı isə Socarın struktur vahididir.
53. Fövqəladə Hallar Nazirliyi tikinti işlərinin dayandırılması və tikinti obyektlərinin sökülməsi ilə fəaliyyətinin tikintiyə dövlət nəzarəti çərçivəsində həyata keçirir, onun bu fəaliyyəti fiziki və hüquqi şəxslərin öz maraqlarını təmin etmək üçün Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə əsasən özbaşına tikilmiş bina və qurğuların sökülməsi barədə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
54. Bu hal isə öz növbəsində iddiaçının sonradan müvafiq şəxs qarşı iddia qaldırmaq hüququndan məhrum edilməsi ilə nəticələnə bilər.
55. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən maddi və prosessual pozuntulara yol verilmişdir.
56. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilmə sinə səbəb olsun.
58. Məhkəmə kollegiyası işin yenidən apellyasiya məhkəməsinə göndərilməsini zərurət görmür. Belə ki, işə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində baxılmış, iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı buna razı olmamış və işə mahiyyəti üzrə baxılaraq iddia rələbi rədd edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin yeni apellyasiya baxışına qaytarılması üçün əsas görmür.
59. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbinin yuxarıda göstərilən əsaslarla rədd edilməsi haqqında yeni qərar çıxarımalı, kasasiya şikayətində qətnamənin ləğv olunaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilməsi nəzərə alınmaqla iddiaçının kasas iya şikayəti də qismən təmin edilməlidir.
60. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-465/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilsin. İ ddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizəsi zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov