Məhkəmə qərarları › İş №2(102)-1402/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1402/2020

19.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1402/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, üçüncü şəxs xxx qızı və vəkilləri X6 və X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12195/2019 saylı qətnaməsindən üçüncü şəxs xxx qızının kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(003)-1485/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.H.X əzri) İddiaçı cavabdeh Bakı şəhəri, 31 saylı DNK və digərlərinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasa vərəsəlik hüququnun tanınması” barədə iddiası təmin, xxx qızının İddiaçı qarşı “miras mülkün ¼ hissəsinin yalnız birinci növbəli vərəsə kimi mərhum anası X4 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” barədə iddiası rədd edilərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 21 saylı fərdi yaşayış evinin atası X3 miras qalmış ¼ hissəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasa onun vərəsəlik hüququnun tanınması qət edilib. Üçüncü şəxs qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12195/2019 saylı qətnaməsi ilə (hakiml ər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi üçüncü şəxsə münasibətdə dəyişdirilmədən saxlanılıb. Üçüncü şəxs qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri, 31 saylı DNK və digərlərinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasa vərəsəlik hüququnun tanınması” barədə, üçüncü şəxs isə məhkəmədə İddiaçı qarşı “miras mülkün ¼ hissəsinin yalnız birinci növbəli vərəsə kimi mərhum anası X4 tərəfindən faktiki qəbul etməsi faktının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİN İN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında üçüncü şəxs xxx, onun vəkilləri xxx və xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunma dığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh Bakı şəhəri, 31 saylı notariat ofsinin xüsusi notariusu xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb he sab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlayarkən, mübahisəli miras payın iddiaçının atası xxxdan miras qalmasına, iddiaçının tələbinin əsaslı olmasına, iddiaçının tələbini təmin, üçüncü şəxsin iddiasını rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 124 3.2, 1246-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı xx xxxxxx 1981-ci ildə anadan olub, onun atası xxx, anası isə Esmira Qurbanovadır. İddiaçının babası xxx xx xxxxxxx 1995 -ci ildə, atası xxx xx xxxxxxx 2008-ci ildə, nənəsi xxx isə xx xxxxxx 2016-cı ildə ölmüşlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2009-cu il tarixli qətnaməsi ilə, xxxnın Bakı şəhəri, Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 21 saylı mülkün ¾ hissəsinə, xxxun isə ¼ hissəsinə vərəsəlik hüququnun tanınması qət edilib və həmin evin ¾ hissəsinə dair xxxnın, ¼ hissəsinə dair isə xxxun adına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi notariat orqanına həvalə edilib, həmçinin X7 x çatası vərəsəlik payına görə pul və ya kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsinə tələbi rədd edilib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə notariat orqanı tərəfindən miras mülkün ¾ hissəsinə dair xxxnın, ¼ hissəsi nə dair isə xxxun adına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinin həvalə edilməsi hissəsində ləğv edilib və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Sonradan həmin işə kasasiya qaydasında baxılaraq Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2011 -ci il tarixli qərarı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Bundan sonra, 2018-ci ildə xxx, xxx, xxx və xxx yazılı ərizələri ilə xx xxxxxxx 2008-ci ildə ölmüş ataları xxx və xx xxxxxx 2016-cı ildə ölmüş nənələri xxx dan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmədiklərini və həmin əmlaklara olan vərəsəlik paylarından qardaşları İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər. Bakı şəhəri, 31 saylı notariat ofisinin xüsusi notariusu xxxun x x xxxx 2019-cu il tarixli qərarı ilə vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin bərpası; həmçinin Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 21 saylı mülkün ¼ hissəsinə notariat kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin həvalə edilməsi hissəsinin ləğv edilməsi və həmin qətnamənin Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması əsas tutularaq, iddiaçının adına atası Tahir Əzizovdan miras qalmış mülkün ¼ hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Binə qəsəbə si, R.Məmmədhüseynov küçəsi, 21 saylı evin xxxdan miras qalmış ¾ hissəsinin xxxx tərəfindən qəbul edilməsi faktı müəyyən edilib və həmin miras əmlaka onun vərəsəlik hüququ tanınıb. Eyni zamanda, iddia tələbi xxxdan miras qalmış Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 21 saylı evin ¼ hissəsinə dair hissədə rədd edilib. Həmin qətnamə ilə eyni zamanda müəyyən edilib ki, xxx xx xxxxxxx 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanladığı ərizəsində mərhum oğlu xxxun keçmiş arvadı xxxnın və nəvəsi İddiaçı Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 21 saylı evdə qeydiyyatda olmaqla, orada yaşadıqlarını bildirib. Ona əzab, işgəncələr verdiklərinə və xəsarət yetirdiklərinə görə keçmiş gəlini xxx və nəvəsi İddiaçı barəsində müvafiq tədbirlərin görülməsini xahi ş edib. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları və kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin, üçüncü şəxsin tələbini rədd etməklə düzügün nəticəyə gəlib və aşağıdakı maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya ə mlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Sadalanan maddi hüquq normalarının mənasından da göründüyü kimi mülki qanunvericilikdə miras əmlakın qəbulunun iki üsulu nəzərdə tutulub: birincisi, mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etmə barədə əriz ə vermək (mirasın qəbul edilməsinin formal üsulu); ikincisi, əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq (mirasın qəbul edilməsinin qeyri-formal üsulu). Nəzərə alınmalıdır ki, miras əmlaka faktiki sahiblik etmək konkret hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər). Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hər əkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər). Apelyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mərhum atası xxxun xx xxxxxxx 2008-ci il tarixdə ölümündən sonra ondan miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə miras əmlakı faktiki qəbul etmişdir. İşin qeyd olunan bu halları qanuni qüvvəyə minmiş məhkəmə aktları, o cümlədən mərhum xxxnın xx xxxxxxx 2009-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanladığı yazılı ərizəsi ilə də təsdiq olunur. Belə ki, sözügedən ərizəsində mərhum xxx etiraf edərək qeyd edib ki, mərhum oğlu xxxun keçmiş arvadı xxx və nəvəsi İddiaçı Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi 21 saylı evdə qeydiyyatda olmaqla, orada yaşayılar. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi 21 saylı evin xxxdan miras qalmış ¾ hissəsinin qızı xxx tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, miras mülkün məhz həmin hissəsinə onun vərəsəlik hüququ tanınsa da, iddia tələbi xxxdan miras qalmış Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi 21 saylı evin ¼ payına aid hissədə əsassız olduğundan rədd edilib. Göründüyü kimi xxxnın mərhum xxxdan miras qalmış ¼ paya vərəsəlik hüququnun tanınmasına dair tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edildikdən sonra o, hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edərək, “miras mülkün ¼ hissəsinin yalnız birinci növbəli vərəsə kimi mərhum anası xxx tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsini” iddia edir. Əslində üçüncü şəxsin hazırki iddia tələbinin əsasları müxtəlif olsa da, predmeti eynidir. Belə olan halda üçüncü şəxsin apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünki, Azərbaycan Respublikası MPM-nin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, işdən görünür ki, mirası qoyan xxxun xx xxxxxxx 2008-ci il tarixdə ölümündən sonra barəsində mübahisə edilən hüquq münasibətində hüquq varisliyinə yol verildiyinidən işə baxan məhkəmələr tərəfindən mərhum xxx onun hüquq varisi İddiaçıla əvəz edilməklə, sonrakı məhkəmə mübahisələri üzrə məhkəmə aktları, o cümlədən Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxx 2009-cu il tarixli qətnaməsi sonuncunun iştirakı ilə qəbul edilib. Üçüncü şəxs kasasiya şikayətində iddiaçının və onun mərhum atası xxxun notariat orqanına ərizə verməklə və ya miras əmlaka sahiblik e tməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmələrinə dair hər hansı hərəkətlər etmədiklərini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun p ozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri müzakirə edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gə ldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs xxx qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Ape lyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12195/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar