Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1404/2022 28.01.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixli, 2(103)10349/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2 021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1371/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10349/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İddiaçı həmin qərardaddan kasasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(103)-10349/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı yenidən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10349/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadından kasasiya şikayəti ilə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10349/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10349/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10349/2021 s aylı, 30 dekabr 2021-ci il tarixli qərardadının ləğvini xahiş etsə də, kasasiya şikayətində apelyasiya məhkəməsi tərəfindən adıçəkilən qərardad qəbul edilərkən hər hansı prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilməmiş, pozuntuların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxl amaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixli, 2(103)10349/2021 nö mrəli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.