Məhkəmə qərarları › İş №2(102)-1405/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1405/2022

02.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1405/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10104/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: "xxxx" ASC-nin 06 oktyabr 2017-ci il tarixli qərarı ilə Qazaxıstan Respublikasının Aktobe şəhərində Korporasiyanın filialı yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. Həmin qərarla İddiaçı filialın direktoru vəzifəsinə təyin edilmişdir. ASC-nin baş icraçı direktorunun 26 yanvar 2021-ci il tarixli əmri ilə A.N.X1 Respublikasının Aktobe şəhərindəki filialı tərəfindən icrası həyata keçirilən “Aktobe-Makat” avtomobil yolunun yenidənqurulması layihəsinin rəhbəri vəzifəsindən azad edilmişdir. 15 mart 2021-ci il tarixdə İddiaçı filial direktoru vəzifəsindən azad edilməsi barədə ərizə ilə ASC-yə müraciət etmiş, lakin ərizənin təmin edilməsindən imtina olunmuşdur. X2 Şurasının 16 mart 2021-ci il tarixli qərarına əsasən Qazaxıstan Respublikasının Almatı və Aktobe şəhərlərindəki fili allarının fəaliyyətlərinin audit yoxlanılmasının təyin olunması ilə əsaslandırılmış və iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə işəgötürənə məxsus əmlakların təhvil-təslimi həyata keçirildikdən sonra xitam veriləcəyi bildirilmişdir. Bu zaman qanuni əsas kimi Qazaxıstan Respublikası Əmək Məcəlləsinin 56.5-ci maddəsinə istinad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASCnin Qazaxıstan Respublikasındakı filialında işləyərkən əmək münasibətlərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə müvafiq olaraq işçi ilə əmək müqaviləsinə xitam verilməli olmasına, lakin ASC-nin düzgün olmayaraq Qazaxıstan Respublikası Əmək Məcəlləsinin 56.5-ci maddəsinə əsaslanaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verməkdən imtina etməsini əsas göstərməklə filial direktoru vəzifəsindən azad edilməsi, ona son haqq-hesabın və əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz miqdarında ödəncin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3768/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh "xxxx" ASC-nin baş direktoru apellyasiya şikayəti verərək iddiaçının onların Qazaxıstan Respublikasında olan filialın direktoru işlədiyi üçün onun işdən azad edilməsi məsələsinin həmin respublikanın qanunu ilə tənzimlə nməsini, Qazaxıstan Respublikası Əmək Məcəlləsinin 56.5-ci maddəsinə görə işəgötürənlə maddi məsul şəxs arasında əmək münasibətlərinə işəgötürənə məxsus əmlaklar, sənədlərin təhvil-təslimi edildikdən sonra xitam verilməsini, lakin məhkəmənin işin həmin hallarına düzgün qiymət vermədən iddianı təmin etməsini əsas göstərməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10104/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3768/2021 nömrə li, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 4.1 Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir Maddə 69.1 İşçi bir təqvim ayı qabaqcadan işə götürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. (69.2) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. (53.2) Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsa sında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. (53.3) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Resp ublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir İddiaçının direktoru işlədiyi filial "xxxx" ASC tərəfindən yaradıldığı üçün apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, onunla yaranmış əmək münasibətləri Qazaxıstan Respublikasının deyil, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələbləri ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. (69.1) Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. (69.2) Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun 69-cu maddəsi müəyyən olunmuş qaydalar daxilində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas verdiyindən, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsini qanuni saymışdır. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəl diyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10104/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar