Məhkəmə qərarları › İş №2(102)-1407/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1407/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1407/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 X3 və “Cavabdeh2” şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə münasibətlər, ödənilmiş pulu qaytarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə “Cavabdeh2” şirkətinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Alıcı İddiaçı satıcı "xxxx" MMM ilə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq, tünd göy metal rəngli, 2021-ci il buraxılışlı “Cavabdeh2 X5 xDrive25d (MPaket)” markalı avtomobili 73000 avroya almışdır. Müqavilənin 5-ci bəndinə əsasən satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 200000 kilometr (hər hansı birinin tez başa çatmasından asılı olmayaraq) yürüşünə təminat vermişdir. Razılaşmaya əsasən zəmanət müddəti malın alıcıya təhvil verdiyi gündən hesablanır.

2. Müqavilədə göstərilən avtomobil xx.xx.2021-ci ildə iddiaçıya təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir.

3. İddiaçı 2022-ci ilin yanva r ayında avtomobildə qüsur aşkarlamış və bununla bağlı qarantiya müddəti çərçivəsində Cavabdeh1 MMM-ə müraciət etmiş, qarantiya şərtləri çərçivəsində avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuş və avtomobildə olan nöqsan aradan qaldırılmışdır. Bir müddət sonra avtomobildə yenidən nasazlıq yaranmış, İddiaçı həmin gün yenə də Cavabdeh1 MMM-ə müraciət etmiş və sonuncu tərəfindən yenidən yaranmış nasazlıq aradan qaldırılmışdır.

4. Bundan sonra Cavabdeh1 MMM tərəfindən potensial müştəri tapılaraq İddiaçı təklif edilmiş, 2022-ci ilin aprel ayında mübahisəli avtomobil 73000 ABŞ dollarına avtomobilin yeni alıcısına satılmışdır.

5. Cavabdeh1 MMM tərəfindən xx.xx.2022-ci ildə İddiaçı yeni “Cavabdeh2 X5 xDrive25d” markalı avtomobil 74000 avroya təklif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMM-ə və “Cavabdeh2” şirkətindən 26579,5 manat (15635 USD) maddi ziyanın, əlavə xərclədiyi 3000 manat pulun, cəmi 29579,50 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli, 195A nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 MMC-dən “Cavabdeh2 X5 XDRİVE25D (M PAKET)” markalı tünd göy rəngdə avtomobili nağd olaraq 150680 manat (150680 x 1,7=88635,29 USD) ödəyərək almışdır. İddiaçı 2022-ci ilin yanvar ayında yolda hərəkət halında ikən avtomobil sönmüşdür. Cavabdehə zəng edərək problemi bildirmişdir. Cavabdeh avtomobili ev akuatora qoyaraq gətirməsini bildirmişdir. İddiaçı da avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir.

8. İddiaçı 8 gündən artıq müddət ərzində avtomobilsiz qalması azmış kimi dəfələrlə zəng etməsinə baxmayaraq, cavabdehdən heç bir məlumat əldə edə bilməmişdir. Daha sonra cavabdeh tərəfindən avtomobilin motor hissəsində zavod qüsuru çıxdığı üçün motorun dəyişdirilməli olduğu iddiaçıya bildirilmişdir. İddiaçı razı olmadığı üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını şifahi olaraq tələb etmişdir. Motordakı qüsurla bağlı yazılı məlumat verilməsini tələb etməsinə baxmayaraq, iddiaçıya heç bir məlumat verilməmişdir. Nəticədə çarəsiz qaldığı üçün iddiaçı motorun və qüsurlu çıxan digər d etalların yeniləri ilə əvəz olunması ilə razılaşmaq məcburiyyətində qalmışdır.

9. Təxminən bir aydan sonra gələn yeni motor və digər detallar avtomobilə yığıldıqdan sonra avtomobil iddiaçıya təhvil verilən gün avtomobili idarə etdiyi anda avtomobildən qeyri-adi bir səs gəldiyini eşitmiş və avtomobili saxlamış, ön hissəsinə yaxınlaşdığı anda maşından qeyri-adi iy gəldiyini hiss etmişdir. Daha sonra avtomobildən tüstü duman çıxdığını görmüşdür. Yenidən eyni gün avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. Artıq cavabdehə və maşına etibarı itdiyi üçün iddiaçı eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Uzun danışıqlardan sonra “may ayında sizin maşını sataq, may ayının sonunda gələcək avtomobillərdən sizə eyni marka modelə aid yeni avtomobil verək” deyilmişdir.

10. İddiaçı başqa çıxış yolu qalmadığı üçün yenidən razılaşmışdır. Lakin avtomobil satıldıqdan sonra iddiaçıya avtomobili 73000 dollara satıldığı bildirilmişdir. Halbuki iddiaçı avtomobil üçün 88635,29 USD ödəmişdir. İddiaçıya 15635 USD ziyan dəymiş olmasına baxmayaraq, hələ bu azmış kimi ona yeni maşının verilməsi üçün iddiaçıdan 6900 avro əlavə pul tələb edilmişdir. Yəni, yeni avtomobil almasına baxmayaraq, həm avtomobilsiz qalmış, bir neçə ay içərisində 15635 USD-dən çox ziyan dəymiş, hələ üstəlik, yeni avtomobil verilməsi üçündə 6900 avro pul tələb edilmişdir.

11. Bundan əlavə, iddiaçı avtomobilə kuza qoruması üçün şəffaf plyonka ilə bağlı 3000 manat əlavə vəsait xərcləmişdir. Bununla bağlı müxtəlif vaxtlarda cavabdehlə danışıqlar aparmasına baxmayaraq, bir nəticə əldə edə bilmədiyi üçün şirkətin Almaniya ofisinə şikayət ərizəsi ünvanlamışdır. Lakin onlardan da iddiaçını qane edəcək heç bir cavab gəlməmişdir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442.1, 581.1, 581.2, 585.1, 587.2 və 1091-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh1 MMM-nin nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri: - iddiaçının tələbinin faktiki və hüquqi əsası yoxdur. Belə ki, iddiaçının ərizəsində də qeyd etdiyi kimi, o, avtomobili təhvil aldıqdan 8 ay müddət keçdikdən və avtomobili təxminən 20000 kilometr istismar etdikdən sonra mühərrik hissəsində problemlər yaranmışdır. Göründüyü kimi, alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra iddiaçıya lazımi keyfiyyətli mal verilmiş və həmin malda xeyli müddət heç bir nöqsan yaranmamışdır. Yalnız 2022-ci ilin yanvar ayında avtomobildə nasazlıq yaranmış və iddiaçı müəssisəyə onun zəmanət şərtləri daxilində təmir edilməsi üçün müraciət etmiş, avtomobilin nasazlıq yaranmış hissələri tam orijinal hissələrlə əvəz edilmişdir. Həmçinin avtomobildə nasazlıq yarandıqdan sonra onun nasazlıq yaranmış hissələrinin orijinal hissələrlə əvəz edilməsi müddətində müştərinin müvəqqəti istifadə etməsi üçün o, əvəzsiz olaraq nəqliyyat vasitəsi ilə (Toyota Camry markalı) təmin edilmişdir; - avtomobildə nasazlıq aradan qaldırıldıqdan sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Bundan sonra avtomobildə nasazlıqların aradan qaldırılması zamanı yol verdikləri kiçik nöqsan səbəbindən aradan qaldırılma sı asan olan çətinlik yaranması barədə iddiaçı tərəfindən onlara müraciət olunmuşdur. Məlum olmuşdur ki, avtomobilin yeni təmin olunmuş hissələrinin izolyasiya materialları qopardılmamış və istilik nəticəsində buxarlanmaya məruz qalmışdır. Bununla əlaqədar iddiaçının müraciəti ilə birlikdə dərhal həmin çətinlik aradan qaldırılaraq iddiaçıya təhvil verilmişdir; - bundan sonra, iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin iddiaçı avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərindən iddiaçıya potensial müştəri tapılaraq təklif edilmiş və 2022-ci ilin aprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alqı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır; - iddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir. İddiaçıya tərəflərindən heç bir halda həmin avtomobilin yenisi ilə əvəzlənməsi, avtomobilin Müəssisəyə geri satılması yaxud qaytarılması və ya ona aşağı qiymətə yeni avtomobil verilməsi ilə bağlı heç bir vəd verilməmişdir. Göründüyü kimi, iddiaçının aldığı avtomobildə yaranmış nasazlıqlar tam olaraq aradan qaldırılmış və onun qüsur yaranmış hissələri tam original hissələrlə əvəz edilmişdir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun və Mülki Məcəllənin müvafiq müddəalarına tam olaraq uyğun icra edil mişdir; - iddiaçı iddia tələbini əsaslandırmaq üçün Mülki Məcəllənin 587-ci maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 587.2-ci maddəsinin şərtləri o halda tətbiq edilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş olsun. Bu halda isə Mülki Məcəllənin 587.1-ci maddəsi tətbiq olunur ki, həmin maddənin şərtlərinə əsasən alıcı öz seçimi (iradəsi) ilə alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi arasında seçim edə bilər. İddiaçı öz iradəsi ilə əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması seçimini etmişdir. Cavabdeh tərəfindən maldakı qüsurlar orijinal ehtiyat hissələri ilə əvəz edilməklə tam a radan qaldırılmışdır; - iddiaçının avtomobilin ilkin alışına görə ödəmiş olduğu vəsaitlə öz iradəsi nəticəsində özünün mülkiyyətində olan avtomobili satdığı məbləğin arasında yaranmış fərqi ona dəymiş ziyan kimi qələmə vermək və ödənilməsini cavabdehdən tələb etmək iddiası əsassızdır və qanunsuzdur; - iddiaçının ərizəsində iddia etdiyi 3000 manat məbləğində şəffaf "xxxx" üçün xərclədiyi məbləğin Müəssisəyə heç bir aidiyyəti olmamışdır. Bu, tamamilə sözügedən avtomobili iddiaçıdan alan üçüncü şəxslə iddiaçı arasında alqı-satqı şərtlərinə aid məsələdir. Həmçinin avtomobil iddiaçıya satıldıqdan sonra iddiaçı hansısa onlara məlum olmayan səbəblərdən və onlara məlumat vermədən, qarantiyaya zidd olmasını bilə-bilə maşının şüşələrini dəyişdirmişdir. Onlar bundan yola çıxaraq qarantiyanı ləğv etmə səlahiyyətinə sahib olsalar da, bunu etməmiş və müştəri məmnuniyyətini ön plana alaraq bunu görməzdən gəlmişlər.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. (hakim Ramin Xəlilov)

15. Birinci instansiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, cavabdeh “Cavabdeh2” şirkəti hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçı ilə alqı-satqı müqaviləsi “Cavabdeh2” şirkətinin rəsmi nümayəndəsi Cavabdeh1 MMC ilə bağlanmışdır və məsuliyyəti həmin şirkət daşıyır. Bu səbəbdən cavabdeh “Cavabdeh2” şirkəti hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır.

16. Birinci instansiya mə hkəməsi iddia tələbinin 26579,5 manat (15635 ABŞ dolları) məbləğində maddi ziyanın ödənilməsi hissəsi üzrə isə göstərmişdir ki, iddiaçı ilə avtomobilin yeni müştərisi arasında razılaşma könüllü surətdə əldə olunmuş, iddiaçı avtomobilin qiymətini könüllü razılaşdıraraq, alqı-satqı müqaviləsi bağlamışdır (bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir).

17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı avtomobil üçün dəymiş ziyanın 15.635 ABŞ dolları təşkil etməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının avtomobilin dəyəri arasındakı 26579,5 manat (15635 ABŞ dolları) fərqi istəməsi bugünkü gün ağlabatan deyildir. Avtomobil iddiaçıya zərər dəyməsi və qüsurlarının olması nəticəsində satılmış olsa da, həmin qeyd olunan aradakı fərq avtomobilin ümumi bazar qiyməti əmsalının göstəricisinə uyğundur, çünki avtomobil satış vaxtından təxminən 1 ilə yaxın müddət iddiaçının istifadəsində olmuş və həmin müddət ərzində avtomobil 20000 kilometrə yaxın yürüş etmişdir. Avtomobilin 88635,29 ABŞ dollarına alınıb 73000 ABŞ dollara satılması, yəni aradakı fərqin 15635 ABŞ dolları olması ağlabatan məbləğdir. İddiaçının yeni avtomobil alıb, istifadə edib və istifadə müddətində avtomobilin bazar dəyərinin orta hesabla 15-20% aşağı düşməsi kəskin fərq yaratmır.

19. Həmçinin iddiaçı avtomobildə yaranmış nasazlıqlara görə onunla Cavabdeh1 MMM arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 195A nömrəli alqı-satqı müqaviləsini mübahisələndirməmişdir. İddiaçı mülki yyətində olan avtomobilin qiyməti ilə razılaşmış, avtomobilin yeni alıcısı ilə müstəqil şəkildə alqı-satqı müqaviləsi bağlayaraq onu satmışdır və satdıqdan sonra aradakı fərqi Cavabdeh1 MMM-dən tələb etməsi əsassızdır.

20. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən onun avtomobilinin satılmasını və yeni avtomobil ilə əvəz edilməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə də təqdim edə bilməmişdir.

21. Birinci instansiya məhkəməsi iddia tələbinin avtomobilə əlavə xərclənmiş 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, avtomobilə qeyd olunan 3000 manatlıq üst örtüyünün çəkilməsi üçün xərclənən vəsait iddiaçının könüllü davranışı əsasında həyata keçirilmiş və avtomobilini satarkən də sonuncu, satıcı ilə bu barədə razılaşma əldə etməli idi.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 587.2, 624.1, 1096, 1097, 1115-ci, “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında” Qanunun 4, 7-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1 və 89.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də avtomobili iddiaçı öz istəyi ilə satdığını bir anlıq ehtimal etsə belə, istehlakçı “Cavabdeh2” aldığını, mühərrikində istehsal qüsuru olduğunu, təmirdən sonra yenidən tüstülədiyini və bu səbəblə avto mobilin 23000 manat daha ucuz qiymətə satıldığını normal qəbul edib satıcı və istehsalçının heç bir məsuliyyətinin olmadığı nəticəsini çıxartmaq sadə məntiqə sığmadığı kimi, vicdan daşıyan heç bir insanın da qəbul etməyəcəyi bir nəticədir. Maraqlıdır ki, birinci instansiya məhkəməsi bu halı normal qəbul etmişdir. Bu faktın özü belə, sözügedən qətnamənin ləğvi üçün əsas olub, məhkəmənin maddi hüquq normaları düzgün tətbiq etmədiyini aşkar göstərməkdədir. Bütün bu faktları normal qəbul edən birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməmiş və əsas olaraq bildirmişdir ki, iddiaçı öz istəyi ilə avtomobili satmışdır.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1240/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov)

26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə Mülki Məcllənin 21, 442, 587.2.1, 624, 1096 və 1097-ci maddələri iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. Ancaq iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

27. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olm alıdır. İddiaçının mülkiyyətində olmuş avtomobili cavabdehdən aldığı qiymətdən fərqli, yəni aşağı qiymətə üçüncü şəxsə alqı-satqı müqaviləsi əsasında satması ona həqiqətən də cavabdeh tərəfindən zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, bu faktla cavabdeh tərəfin hərəkətləri, yaxud hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə mövcud deyildir.

28. Avtomobilin şikayətdə göstərilən, yəni alış qiymətindən 23000 manat aşağı qiymətə satılması nəticəsində iddiaçıya zərər dəyməsi də inandırıcı və ağlabatan deyildir. Çünki, həmin avtomobil 8 aya yaxın iddiaçı tərəfindən istismar olunub 20000 kilometr həddində məsafə qət etmişdir. Bu cür vəziyyətdə avtomobil bazarında olan avtomobilin alqı-satqısı ilə bağlı mövcud münasibətlər, mübahisə predmeti olmuş avtomobilin istismar müddəti və qət etdiyi məsafə və sair hallar nəzərə alınmaqla qiymət fərqinin olması labüd idi. Buna görə də, iddiaçı avtomobilin üçüncü şəxsə aldığı qiymətdən aşağı qiymətə satılması nəticəsində ona zərər dəydiyini düşünməklə, yaxud zənn etməklə haqlı olmamışdır. Ağlabatan mühakimə də heç bir halda avtomobilin qeyd olunan müddətdə istismar olunduqdan sonra ilk dəfə alındığı qiymətə satılmasının mümkün olmasını istisna edir. Ona görə də, iddiaçının deliktə görə məsuliyyət daşımalı olduğunu ehtimal etdiyi cavabdehə qarşı bu cür iddia irəli sürməsi yanlış olmuşdur.

29. Həmçinin iddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edib hazırki iddianı irəli sürməkdə də haqlı olmamışdır. Çünki, qeyd olunan normalara əsasən iddianın ə saslı olmasından o zaman söhbət gedə bilərdi ki, həmin avtomobil iddia irəli sürülən zaman iddiaçının mülkiyyətində və istifadəsində olmuş olsun.

30. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edərək hazırki iddianı irəli sürməkdə həm də ona görə haqlı olmamışdır ki, iddianın faktiki əsası kimi göstərdiyi hallarla bağlı artıq həmin normaların verdiyi imkandan faydalanmışdır. Başqa sözlə, avtomobil iddiaçının mülkiyyətində və istifadəsində olan zaman avtomobildə yaranmış qüsurla bağlı Mülki Məcəllənin 587.1.2 və 624.1.3-cü maddələrindən nəzərdə tutulmuş əsasla, yəni öz seçimi ilə avtomobildə yaranmış qüsurların ağalabatan müddətdə və ya təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh də zəmanət müddəti ərzində baş verdiyinə görə həmin qüsuru tam yeni orijinal detallarla aradan qaldırmış, faktiki olaraq əlavə xərc çəkmişdir. Hətta cavabdeh tərəf qüsurun aradan qaldırıldığı dövrdə biznes etikasına uyğun olaraq iddiaçını müvəqqəti avtomobillə təmin etdiklərini də göstərir, iddiaçı isə bu faktın həqiqi olduğunu təkzib etmir. Deməli, iddiaçı həmin qüsurların aradan qaldırılması üçün hər hansı bir xərc çəkmədiyi üçün Mülki Məcəllənin 587.1.3 və 624.1.4cü maddələrində nəzərdə tutulmuş əsasla da hansısa xərcin əvəzinin ödənilməsini tələb edə bilməz.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 442, 587.2.1, 624.1, 1096, 1097-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqı nda” Qanunun 4, 7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

32. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobildə 2-ci dəfə qüsur aşkar edildikdən sonra satıcıya və avtomobilə etibarı itən iddiaçı yuxarıda şərh edilən normalara müvafiq olaraq haqlı olaraq avtomobilə görə ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmiş, uzun danışıqlardan sonra cavabdeh tərəf avtomobilin yenisi ilə əvəz edilməsini iddiaçıya təklif etmiş, bununla belə, yeni avtomobili qüsurlu avtomobili satdıqları hala gətirərək iddiaçıya təhvil verəcəklə rini bildirmişdir. Başqa çıxış yolu qalmayan iddiaçı təkliflə razılaşmalı olmuşdur. Bununla belə, avtomobili ucuz satdıqlarını bildirən cavabdeh yeni avtomobilin verilməsi üçün iddiaçıdan əsassız olaraq əlavə ödənişlər tələb etmiş (15635 USD + 6900 avro), qanunvericilik normalarının tələblərini pozmuşdur. Tərəflər arasında pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin müqavilə ilə cavabdeh tərəfindən iddiaçıya lazımi keyfiyyətli olmayan avtomobil satılmış, iddiaçı 1-ci dəfə avtomobildəki qüsurların əvəzsiz qaydada aradan qaldırılmasını tələb etmiş, cavabdeh tərəfindən qüsurların aradan qaldırıldığı bildirilməklə avtomobil iddiaçıya təhvil verilsə də, onda yenidən qüsur ortaya çıxmış, satıcıya və avtomobilə etibarı itən iddiaçı isə haqlı olaraq avtomo bilə görə ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Həmin tələb müqabilində qüsurlu avtomobilin lazımi keyfiyyətlisi ilə əvəz edilməsini (dəyişdirilməsini) qəbul edən cavabdeh iddiaçının həmin tələbini də avtomobilin ucuz satılmasını əsas gətirərək təmin etməmişdir. Beləliklə, cavabdehin alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi (malın keyfiyyətinə dair tələbləri pozmaqla icra etməsi) nəticəsində iddiaçıya zərər vurulmuşdur ki, iddiaçı həmin zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Çünki iddiaçı nə lazımi keyfiyyətli yeni avtomobillə təmin edilmiş, nə də ki, avtomobilə görə ödədiyi pul tam olaraq ona qaytarılmışdır. Mübahisə predmeti olan avtomobildə aşkar olunmuş hər iki qüsur avtomobilin zəmanət müddəti ərzində, istismar müddətindən hələ bir il keçmədən aşkar olunmuşdur. Belə olan halda, Mülki Məcəllənin 624-cü maddəsində qeyd edilən seçimlərdən hər hansı birinin yerinə yetirilməsi sözsüz ki, satıcının öhdəliyi olmuşdur. Bununla belə, cavabdeh mülki qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərin icrasından açıq-aşkar boyun qaçırmış, qüsurlu malı yenisi ilə əvəz etməli olduğu halda, bunu dərhal etməmiş, avtomobilin yenisi ilə əvəz edilməsini onun satılmasından sonra həyata keçirəcəyinə iddiaçını inandırmış, avtomobilin satılmasından sonra isə həmin öhdəliyin icrasından, ümumiyyətlə, boyun qaçırmışdır. Bütün bunlara baxmayaraq, işə məhkəmədə baxılarkən cavabdeh “sanki iddiaçının sözügedən avtomobilin satılmasını ona tapşırması və ya satılmasına köməklik göstərməsini xahiş etməsi” arqumentinə istinadən müdaf iə olunmağa başlamışdır. İşə baxan məhkəmələr isə açıq-aşkar absurd olan bu dəlili inandırıcı hesab edərək iddiaçının istehlakçı hüquqlarının pozulmasına gətirib çıxaran məhkəmə qətnamələri çıxartmışlar. Halbuki, ağla və məntiqə uyğun deyildir ki, iddiaçı külli miqdarda pul müqabilində avtomobil alsın, üzərindən bir müddət keçəndən sonra isə onu zərərinə olsa belə, satılması üçün yenidən satıcıya təhvil vermiş olsun. Məgər aldığı avtomobili satmaq qərarına gələn şəxs onu özü normal qiymətə sata bilmir ki, bu işi əvvəlki satıcıya həvalə etsin? Bu cür halın çox cüzi də olsa, baş verə bilmə ehtimalı bəlkə də qəbul edilə bilər. Lakin hazırkı işin halları baxımından bu cür qənaətə gəlmək, ümumiyyətlə, mümkünsüzdür. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, alıcı avtomobili aldıqd an sonra onda 2 ayrı halda qüsur çıxmışdır. İddiaçının cavabdehə müraciətləri də məhz bu qüsurlarla əlaqədar olmuşdur. Həmin qüsurlara görə satıcının cavabdehlik daşıdığı da işin mübahisəsiz halıdır. Cavabdeh bunu təkzib etməmişdir, o, bu halı qəbul edir, sadəcə bildirir ki, məsuliyyət daşıdığı həmin qüsurları əvəzsiz olaraq aradan qaldırmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçının qüsurlu olan avtomobilin satılmasında ona köməklik göstərməsini satıcıdan xahiş etməsi mümkün deyildir, işin həqiqi faktiki hallarına uyğun gəlmir. Göründüyü kimi, Cavabdeh1 MMM-nin təqsirli hərəkəti və satıcı olaraq malda yaranmış qüsura dair öhdəliklərindən boyun qaçırması iddiaçının istehlakçı hüquqlarının pozulmasına və ona zərər vurulmasına gətirib çıxarmışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. İ şin hallarından göründüyü kimi, avtomobildə 2-ci dəfə qüsur aşkar edildikdən sonra satıcıya və avtomobilə etibarı itən iddiaçı haqlı olaraq avtomobilə görə ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmiş, uzun danışıqlardan sonra cavabdeh tərəf avtomobilin yenisi ilə əvəz edilməsini iddiaçıya təklif etmiş, bununla belə, yeni avtomobili qüsurlu avtomobili satdıqları halda gətirərək iddiaçıya təhvil verəcəklərini bildirmişdir. Başqa çıxış yolu qalmayan iddiaçı təkliflə razılaşmalı olmuşdur. Mülki qanunvericiliyə daxil olan heç bir normada ədalətsiz şəkildə malda qüsur aşkar olunduğu və qüsurlu malın yenisi ilə əvəz edildiyi zaman malın istismar həcminə mütənasib şəkildə dəyərinin azalmalı olduğu qeyd olunmamışdır. Həmçinin sözügedən avtomobildə aşkar olunan qüsurlar istismar yox, istehsal qüsuru olmuşdur. Həmçinin, Cavabdeh1 MMM ilə “Cavabdeh2” şirkəti arasında ticarət nümayəndəliyi münasibətləri mövcuddur və sözügedən mübahisə üzrə cavabdeh qismində “Cavabdeh2” şirkətinin cəlb edilməsi tamamilə doğrudur. Belə ki, Cavabdeh1 MMM-nin “Cavabdeh2” şirkətinin rəsmi nümayəndəsi olması həmin şirkətin sözügedən işdə tərəf olmasını istisna edə bilməz. Mülki Məcəllənin 789.1-ci maddəsindən göründüyü kimi, Cavabdeh1 MMM “Cavabdeh2” şirkəti adından fəaliyyət göstərir, belə olan halda “Cavabdeh2” şirkəti tərəf olaraq sözügedən məhkəmə işinə cəlb edilməlidir. Həmçinin işin hallarından da göründüyü kimi, avtomobildə aşkar olunan zavod qüsuru səbəbindən yeni motor məhz “Cavabdeh2” şirkətinin özü tərəfindən göndərilmişdir. Belə olan halda, həmin şirkətin subyektiv cavabdehlik daşı madığını iddia etmək tamamilə əsassızdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2(103)- 1240/2023 nömrəli qətnaməsi qismən – Cavabdeh1 MMM-ə qarşı 26579,5 manat (15635 USD) tələbə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

35. Ali Məhkəmənin mövqeyi: - işin mübahisəsiz qəbul olunan halı kimi məhkəmələr müəyyən etmişdir ki, iddiaçı cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 73.000 avroya avtomobil almış və satıcı alıcıya təhvi l verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 200.000 km. yürüşə təminat vermişdir. Tərəflər zəmanət müddətinin malın alıcıya təhvil verdiyi gündən hesablanması barədə şərtləşiblər. Zəmanət müddəti başa çatmamış – 2022-ci ilin yanvar ayında avtomobilin mühərrikində qüsur yarandığına görə avtomobilin istismarı mümkün olmamış, satıcı qüsurun aradan qaldırılması üçün avtomobili satıcıya vermiş, satıcı tərəfindən qüsur aradan qaldırlmaqla xx.xx.2021-ci ildə mübahisəli avtomobil iddiaçıya təhvil vermiş və bu barədə akt tərtib edilmişdir. Bundan sonra yenə də avtomobildə qüsur yaranmışdır; - işin bu vəziyyətində iddiaçının alıcı olaraq Mülki Məcəllənin 587.2.1 və 587.2.2-ci maddələrinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pu l məbləğinin qaytarılmasını tələb etmək, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yaranır. Çünki əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcıya öz seçimi ilə bu tələblərdən birini irəli sürmək ixtiyarı verir. İddiaçı da iddia ərizəsində tələbini bu normaya istinadən əsaslandırmışdır; - ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən 3000 manat pulun tutulmasına aid hissədə düzgün nəticəyə gəlmişdir. Çünki iddia tələbinin bu hissədə əsa slılığı barədə heç bir sübut rəqdim olunmamışdır; - qalan hissədə iddianı rədd edərkən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə onun avtomobilin yeni müştərisi arasında razılaşma könüllü surətdə əldə olunmuş, iddiaçı avtomobilin qiymətini könüllü razılaşdırılaraq, alğı-satqı müqaviləsi bağlamışdır; - bu nəticə, avtomobilin satılmasına səbəb olan şəraitin iddiaçı tərəfindən verilən izahın nəzərə alınmaması ilə gəlinmiş nəticədir. Çünki işin halları avtomobilin satılması təşəbbüsünün iddiaçı tərəfindən irəli sürüldüyü barədə nəticəyə gəlməyə əsas vermir. İddiaçı qeyd etmişdir ki, “avtomobildə ikinci dəfə qüsur aşkar edildikdən sonra eyni model avtomobilin verilməsini və ya ödəmiş olduğu pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh avtomobi li satmağı və may ayının sonunda gətiriləcək avtomobillərdən eyni markalı və modelli yeni avtomobil verməyi təklif etmiş, bu razılıq əsasında avtomobil satılmışdır”; - cavabdehin bununla bağlı izahı ondan ibarətdir ki, “iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərindən iddiaçıya potensial müştəri tapılaraq təklif edilmiş və 2022-ci ilin aprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alğı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır. İddiaçı öz avtom obilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir” səh. 57-58); - həmçinin cavabdehin izahı ondan ibarətdir ki, “iddiaçı artıq həmin avtomobili istəmədiyini və onu satmaq üçün kömək etməyimizi xahiş etmişdir. Biz də maşını salona qoyub satılmasına kömək göstərmişik. Maşın iddiaçının nümayəndəsinin iştirakı ilə üçüncü şəxsə özgəninkiləşdirilmişdir” (səh. 66); - cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsində də iddiaçının avtomobildən imtina etdiyini təsdiq edərək bildirmişdir ki, “Bizə bildiribdir ki, maşını istəmir. Biz də demişik ki, əgər istəmirsə, endirimli yeni maşın təklif edək, bildirib ki, bəs bu maşını neynəyək, biz yenə də bildirmişik ki, maşını bizim salona qoy, yüksək qiymətə satma ehtimalımız daha yüksəkdi r. Qarşı tərəf də razılaşıbdır. Əgər bizə əvvəldən bildirsəydi ki, yeni maşın almayacaq, onda biz də deyərdik ki, maşını götür apar, biz niyə maşını satırıq” (səh. 141); - göründüyü kimi, iddiaçının avtomobildən imtina etməsi faktı cavabdeh tərəfin izahatı ilə də təsdiq olunur. Eyni zamanda avtomobilin məhz cavabdeh tərəfindən satış salonuna qoyulması, müştəri tapılması və satılması da sübut olunur; - nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərə findən qəbul edilə bilər. Bu baxımdan, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - sübutların qiymətləndirilməsi işin halları ilə əlaqəli şəkildə, məntiqi mühakimə əsasında təhlil edilmə yolu ilə həyata keçirilir və ağlabatan nəticəni ehtiva edir. İddiaçının Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən seçimi üzrə hərəkət edərək, alğı-satqı müqaviləsinin icrasından imtina edib əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməsi və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ olduğu halda, bu real hüquqdan istifadə etməyib, özü üçün açıq-aşkar ziyanla nəticələnən yolu seçib avtomobili satmaq üç ün cavabdehə müraciət etməsinə ağlabatanlıq baxımından qiymət verilməmişdir; - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşımış və əlavə olaraq qeyd etmişdir ki, “maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olmuş avtomobili cavabdehdən aldığı qiymətdən fərqli, yəni aşağı qiymətə üçüncü şəxsə alqı-satqı müqaviləsi əsasında satması ona həqiqətən də cavabdeh tərəfindən zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, bu faktla cavabdeh tərəfin hərəkətləri yaxud hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə mövcud dey ildir”; - qeyd edilməldir ki, iddiaçı cavabdehdən tələb etdiyi 26579 manat vəsaiti maddi ziyan kimi tələb etməsinə baxmayaraq, həmin vəsaiti əşya üçün ödədiyi pul məbləğinin ona qaytarılmayan (kəsir) hissəsi kimi izah edir. Həmçinin iddiaçı iddiasının maddi hüquqi əsası kimi Mülki Məcəllənin 587.2-ci maddəsinə istinad edir. Bu halda, iddia tələbinin məhz zərərin ödənilməsi tələbi kimi qəbul edilməsi formal yanaşmadır; - MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. İş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir; - bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəs ində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil; - məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Bu baxımdan, verilmiş iddia tələbinin maddi ziyanla bağlı dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalıdır; - iddia tələbi məhz Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən həll olunmalıdır. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçının avtomobildən imtina etməsi cavabdehin öz ü tərəfindən də təsdiq olunur. Bununla da tərəflər arasında alıcının müqavilənin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılması üzrə münasibətlər yaranıb. Bu halda nəyə görə avtomobilin satılması, avtomobilinin satılması təklifinin kim tərəfindən verilməsi, əgər iddiaçının avtomobili satmaq qərarı olmuşsa, nəyə görə özünün deyil, cavabdehin satması, onların danışıqlarının məzmunu müəyyən edilməli idi. Çünki avtomobil tərələrin məhz 587.2.1-ci maddəsi ilə yaranan danışıqlar əsnasında (müstəvisində) satılıb; - apellyasiya instansiyası məhkəməsinin “avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edib hazırki iddianı irəli sürməkdə də haqlı olmamışdır. Çünki, qeyd olunan normalara əsasən iddianın əsaslı olmasından o zaman sö hbət gedə bilərdi ki, həmin avtomobil iddia irəli sürülən zaman iddiaçının mülkiyyətində və istifadəsində olmuş osun” dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmə bu nəticəyə gələndən əvvəl avtomobilin satılması ilə bağlı tərəflərin əsl niyyətlərini, avtomobilin başqa şəxsə satılmasının Mülki Məcəllənin 587.2-ci maddəsi üzrə tərəflərin razılaşmasının tərkib hissəsi olub-olmamasını müəyyən etməli idi (çünki iddiaçının dəlilinə görə cavabdeh əvvəl maşının satılmasını və sonradan ona avtomobil veriləcəyi barədə razılığa gəldiklərini bildirmişdir). Bu halın araşdırılması həm də ona görə zəruri idi ki, cavabdehin özü də bildirmişdir ki, iddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir (səh. 57-58); - cavabdehin bu izahat ından görünür ki, avtomobilin cavabdehə məxsus salonda qoyulub satılması barədə razılıq, sadəcə avtomobilin satılıb əldə olunan pulun iddiaçıya verilməsi ilə bitmirdi; - göründüyü kimi, məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələr dən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar; - məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları); - Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həq iqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdəiştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin 26579,5 manat (15635 USD) pulun tutulması hissəsində işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir; - işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöq sanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir; - bununla belə, qətnamə iddianın cavabdeh «Cavabdeh2» Şirkətinə qarşı rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddianın bu hissəsində məhkəmənin əsaslandırmasına görə cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçı ilə alğı-satqı müqaviləsi «Cavabdeh2» Şirkətinin rəsmi nümayəndəsi Cavabdeh1 MMM ilə bağlanmışdır və məsuliy yəti həmin şirkət daşıyır. Bu səbəbdən cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

36. Təkrar apellyasiya baxışında Cavabdeh1 MMM-in nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, zəmanət müddətində iddiaçı servisə gəlib və maşın da yaxşı işləyirdi. Tərəf 20.000 km heç bir problem olmadan maşını sürüb. İddiaçının burada heç bir günahı yoxdur, istehsalçı «Cavabdeh2» şirkətindən əmələ gələn qüsur ola bilər. Maşının mühərriki tam dəyişilib yenisi qoyulub. Daha sonra maşından tüstü çıxmağa başlayıb və iddiaçı qorxuya düşüb. Bu ustanın texniki səhvi olub. Onların maddi cəhətdən iddiaçıdan qat-qat üstün müştəriləri olub və on ların heç biri narazı qalmayıb. Onlar hətta iddiaçya “Toyota Camry” avtomobilini veriblər ki, istifadə etsin. Zəmanət şərtlərinə əsasən qüsur aradan qaldırıldıqdan sonra iddiaçıya maşın təhvil verilib. İddiaçı bir neçə km sürdükdən sonra maşını onlara gətirib. Orada baxıb maşının heç bir probleminin olmadığını deyiblər. İddiaçı bundan sonra maşının gözündən düşdüyünü deyib. Hüquqi cəhətdən belə bir şey yoxdur. İddiaçı tərəf maşını satmaq istədiyini və ona kömək edilməsini bildirib və onlar da kömək edəcəklərini deyiblər. Malın qüsurluluğuna dəlalət edən heç nə olmayıb, bununla bağlı sübut da yoxdur. Onların servis mərkəzində baxıblar ki, heç bir problem yoxdur. 20.000 km iddiaçı tərəfindən sürülüb. Onların iddiaçıya maşını satıb üzərinə pul qoyub, yeni maşın almaq məsələsi olmayıb. Qüsurun dəfələrlə təkrarlanması barəsində Ali Məhkəmə işin yenidən araşdırılmasını qərarına gəlib, çünki qarşı tərəf məhkəməyə bununla bağlı sübut təqdim etməyib. Onların salonunda maşını satanda tərəflər özü gəlir qiymətini danışır, alğı-satqını da özləri edirlər. Hesab edir ki, iddiaçı maşının qiymətinin artmasını gördükdən görə sonradan mübahisə yaratdı. Satış təmsilçisi ilə danışıb, yəni, maşının o qiymətə verilməsi tərəflər arasında danışılmayıb. Onlar ilkin alğı-satqı müqaviləsi bağlayırlar. İddiaçıya maşının satılıb, az məbləğ üzərinə qoyulmaqla yeni maşın verilməsi ilə bağlı danışıq olardısa, mütləq ilkin alğı-satqı müqaviləsi imzalayardılar. 20000 km sürülmüş maşını o qiymətə satmaq da çox uğurlu nəticədir. Onlar qarşı tərəflə yeni maşın vermək barədə razılaşmayıblar. Qarşı tərəf maşının gözündən düşdüyünü və satacağını bildirərək onlardan şirkətin müştəri bazası çox olduğu üçün maşını salonda satışa çıxarmağını xahiş edib, ona görə ki bazarda daha ucuz qiymətə satılacaqdı. 200000 km-ə qədər zəmanət verilmişdi. Satılandan sonra yeni maşın alına da bilərdi, alınmaya da. Onlar məcbur edə bilməzdilər ki, iddiaçı onlardan maşın alsın. Onlar qarşı tərəfə öz maşınını sat, ona maşın satacaqlarını deməyiblər. Sadəcə olaraq 24 saat mühafizə olunan yer kimi maşınını gətirib saxlaya biləcəyini deyiblər. İkinci dəfə maşının tüstülənməsinə səbəb vurulan solafan üzlük olub. Bu, onların səhvidir, amma malın qüsurlu olmasına dəlalət edən fakt deyil. Ustaların səhvini qəbul edirlər. Sadəcə təhvil veriləndə solafan üzlüyü çıxarmaq yaddan çıxıb. Tərəf onların daimi müştərisi olduğuna görə o na maşınını salonda satışa çıxarmağa icazə veriblər. Yenə maşın alacağını görərlərsə, onlar bir dəfə maşın alan adama da salonda maşınını satmağa icazə verirlər.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 MMM-ə qarşı 26579,5 manat (15635 USD)” tələbinə dair hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək Cavabdeh1 MMM-dən İddiaçı xeyrinə 26579,5 manat (15635 USD) məbləğində pulun tutulması qət edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)

38. Apellyasiya instansiyası məhkəməsi ö z mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 200000 kilometr (hər hansı birinin tez başa çatmasından asılı olmayaraq) yürüşünə təminat vermişdir. İddiaçı avtomobildən istifadə etdiyi 8-ci ayda avtomobildə qüsur aşkarlanmış avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuşdur. Bundan sonra təkrarən avtomobildə nasazlıq yaranmış, iddiaçı həmin gün yenə də Cavabdeh1 MMM-ə müraciət etmiş və cavabdeh tərəfindən yenidən yaranmış nasazlıq aradan qaldırılmışdır. Avtomobildə nasazlıq təkrarlandığından iddiaçı avtomobildən imtina etmişdir. İddiaçının avtomobildən imtina etməsi faktı cavabdeh tərəfin izahatı ilə də təsdiq olunur.

39. Eyni z amanda avtomobilin məhz cavabdeh tərəfindən satış salonuna qoyulması, müştəri tapılması və satılması da sübut olunur. Belə ki, iddiaçı qeyd etmişdir ki, “avtomobildə ikinci dəfə qüsur aşkar edildikdən sonra eyni model avtomobilin verilməsini və ya ödəmiş olduğu pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh avtomobili satmağı və may ayının sonunda gətiriləcək avtomobillərdən eyni markalı və modelli yeni avtomobil verməyi təklif etmiş, bu razılıq əsasında avtomobil satılmışdır”.

40. Cavabdehin nümayəndəsinin bununla bağlı izahı ondan ibarət olmuşdur ki, “iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərindən iddiaçıya potensial müştəri tapıla raq təklif edilmiş və 2022-ci ilin aprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alqı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır. İddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir. İddiaçı artıq həmin avtomobili istəmədiyini və onu satmaq üçün kömək etməyimizi xahiş etmişdir. Biz də maşını salona qoyub satılmasına kömək göstərmişik. Maşın iddiaçının nümayəndəsinin iştirakı ilə üçüncü şəxsə özgəninkiləşdirilmişdir” (i.v. 57-58, 66).

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi əvvəlki apellya siya baxışında iddiaçının avtomobildən imtina etdiyini təsdiq edərək bildirmişdir ki, “Bizə bildirmişdir ki, maşını istəmir. Biz də demişik ki, əgər istəmirsə, endirimli yeni maşın təklif edək, bildirib ki, bəs bu maşını neynəyək, biz yenə də bildirmişik ki, maşını bizim salona qoy, yüksək qiymətə satma ehtimalımız daha yüksəkdir. Qarşı tərəf də razılaşmışdır. Əgər bizə əvvəldən bildirsəydi ki, yeni maşın almayacaq, onda biz də deyərdik ki, maşını götür apar, biz niyə maşını satırıq” (i.v. 141). Hazırki apelyasiya baxışında isə cavabdehin nümayəndəsi əvvəlki apellyasiya baxışında verdiyi izahatdan fərqli izahat verərək bildirmişdir ki, “onlar qarşı tərəflə yeni maşın vermək barədə razılaşmamışlar. Qarşı tərəf maşının gözündən düşdüyünü və satacağını bildirərək onlardan şirkətin müştəri baz ası çox olduğu üçün maşını salonda satışa çıxarmağını xahiş etmiş, ona görə ki bazarda daha ucuz qiymətə satılacaq. 200000 kilometrə qədər zəmanət verilmişdir. Satılandan sonra yeni maşın alına da bilərdi, alınmaya da. Onlar məcbur edə bilməzdilər ki, onlardan maşın alsın. Onlar qarşı tərəfə öz maşınını sat, ona maşın satacaqlarını deməmişlər. Sadəcə olaraq 24 saat mühafizə olunan yer kimi maşınını gətirib saxlaya biləcəyini demişlər. İkinci dəfə maşının tüstülənməsinə səbəb vurulan solafan üzlük olmuşdur. O onların səhvidir, amma malın qüsurlu olmasına dəlalət edən fakt deyil. Ustaların səhvini qəbul edirlər. Sadəcə təhvil veriləndə solafan üzlüyü çıxarmaq yaddan çıxmışdır. Tərəf onların daimi müştərisi olduğuna görə ona maşınını salonda satışa çıxarmağa icazə vermişlər. Əgər yenə maşın a lacağını görərlərsə, onlar bir dəfə maşın alan adama da salonda maşınını satmağa icazə verirlər”.

42. Apellyasiya instansiyası məhkəməsi cavabdehin sonrakı izahatı ilə əvvəlki izahatına qiymət verərək, belə nəticəyə gəlmişdir ki, bu izahatlar ilə ziddiyyətlidir və işin hallarına uyğun gəlmir. Avtomobildə ilk dəfə yaranmış qüsur aradan qaldırılsa da, yenidən avtomobildə nasazlıq yaranmışdır. Bundan sonra iddiaçı avtomobildən imtina edərək avtomobil üçün ödədiyi pulu tələb etmişdir. Avtomobil cavabdehin satış salonunda başqa alıcıya satılsa da, aradakı qiymət fərqi iddiaçıya ödənilməmişdir. Belə olan halda, iddiaçı avtomobilin satışından sonra ona ödənilməyən pul fərqini tələb etməkdə haqlı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almayaraq səhv nətic əyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti iddiaya və apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və qeyd deyilmişdir ki, zəmanət müddətində aşkarlanmış qüsur razılaşdırılmış şəkildə cavabdeh tərəfindən tam aradan qaldırılmışdır. Bundan sonra yaranmış texniki nasazlığa isə məhkəmə heç bir hüquqi qiymət verməmiş, həmin nasazlığı da avtomobilin mühərrik hissəsində yaranmış qüsurla eyniləşdirmişdir. Məhkəmə öz qərarında, ümumiyyətlə, zəmanət şərtlərinin cavabdeh tərəfindən qüsursuz icra edildiyi faktına toxunm amışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varla nma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 587.2.1. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən ara dan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki, keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin, alış qiyməti mütənasib surətdə azaldılsın, malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın, malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Resp ublikasının Qanunu Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Maddə 7.4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, ti pli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğvini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti iddianın Cavabdeh1 MMM-ə qarşı 26579,5 manat (15635 USD) tələbə aid rədd edilən hissəsində olmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin iddianın təmin edilməsi barədədir. Bu baxı mdan, qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Apellyasiya instansiyası məhkəməsi iddia tələb i və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3842-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

52. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddia tələbi ü zrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

54. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

55. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaya və apellyasiya şikayətinə etirazın dəlilləri ilə eynilik təşkil edir və kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilən mövqeyi baxımından əsaslı sayıla bilməz.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar