Məhkəmə qərarları › İş №2(102)-1408/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1408/2020

24.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1408/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9655/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı “əqdlərin etibarsız hesab edilməsi”nə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn ) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli binanın 93 saylı mənzilinə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli və Cavabdeh3 ilə bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilələrin etibarsı z hesab edilməsi və Cavabdeh3 Cavabdeh1 MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli binanın 93 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə bağlanmış 2009-cu il tarixli müqaviləyə əsasən MTK-nın tikdiyi Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli binanın ümumi sahəsi 155,6 kvadrat metr olan 93 saylı mənzilini almış və pay haqqını tam ödəmişdir. Mənzil tikilib qurtardıqdan sonra 2012-ci ildə mənzilə dəmir qapı qoyaraq açar ilə bağlamışdır. Həmin MTK-da mənzillərin bir neçə şəxsə satılması ilə əlaqədar söz-söhbət eşidəndən sonra dərhal MTK-nın direktoru Cahangirin yanına gedərək narahatlığını bildirdikdə, direktor MTK-nın rəsmi jurnalında 93 saylı mənzi lin onun adına qeydə alındığını göstərmiş, həmin jurnalda 92 saylı mənzilin sahibi kimi Məhərrəmov Əlibala, 94 saylı mənzilin sahibi kimi isə qeyd edilmişdir. O, jurnalın ona və qonşularına aid hissəsini telefonunun fotokamerası ilə gələcəkdə sübut kimi istifadə etmək üçün çəkmidir. 5 il ərzində mənzil tam onun sahibliyində olmuşdur. 2017-ci ildə mənzilin qapısının qıfılını sındıralaraq müdaxilə edildiyini bilmiş, bu barədə MTK-nən direktoruna bildirmiş, diektor isə bu halın səhvən olmasını demişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Sonradan MTK rəhbəri həbs edilmişdir. O, mənzilin açarının Nihad adlı şəxsə verildiyini eşitmişdir. Bu işə əlaqədar onu istintaq orqanına dəvət edilmiş və istintaq zamanı məlum olmuşdur ki, onun mənzilinə 2017-ci ildə Cavabdeh3 adına müqavilə yazılmışdır. Ondan da əvvəl X2 adına 2017-ci ilin iyun ayına müqavilə olmuş, sonuncunun xahişi ilə mənzil və pay hüququnun Cavabdeh3 adına sənədləşdirilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, guya bu mənzilə dair Cavabdeh2 2007-ci il tarixdə müqaviləsi olmuşdur. Bu müqavilə və əməliyyatlar hər biri ayrı-ayrılıqda saxtadır və qanunsuz olmuşdur. Belə ki, MTK-nın rəsmi qeydiyyat jurnalında Cavabdeh2 adına məhz 93-cü mənzilin ona məxsus olması barədə heç bir qeyd mövcud olmamışdır. Bundan əlavə, o, 2009-cu ildən mənzilə dair MTK ilə müqavilə imzalamış və MTK-nın rəsmi jurnalında 93 saylı mənzil məhz onun adına qeydiyyatdan keçmişdir. Mübahisə edilən müqavilələr isə sonradan Cavabdeh3 şikayətlərinin qarşısını almaq üçün MTK tərəfindən saxta olaraq tərtib edilmiş müqavilələrdir. Çünki 2009-cu ildən MTK ilə bağlanmış müqavilə və mənzilin dəyərinin tam ödənməsi nəticəsində həmin mənzilin və mənzilə olan payın mülkiyyət hüquqları ona məxsusdur. Bu halda MTK-nın həmin mənzilə dair başqa şəxslə müqavilə bağlamaq hüququ olmamışdır. Çünki həmin mənzilə dair MTK-nın heç bir sərəncam vermək hüququ olmamışdır. Bu əsaslarla həmin müqavilələr etibarsız hesab edilməli, Cavabdeh3 həmin mənzilə qanunsuz sahiblik etdiyinə görə həmin mənzildən çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan ka ssasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddə sinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli “xxxx” müqaviləyə əsasən MTK-nın tikdiyi Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli binanın ümumi sahəsi 155,6 kvadrat metr olan 93 saylı mənzil MTK tərəfindən Cavabdeh2 satılmışdır. İş materiallarında olan eyni tarixli maliyyə arayışından görünür k i, müvafiq mənzilin pay dəyəri olaraq, 93360 manat məbləğində pul alıcı Cavabdeh2 tərəfindən MTK-ya tam ödənilmişdir. Azərbaycan Respublikası Prokurorluğu Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin xx xxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 MTK, “xxxx” MMC və “xxxx” MMC-nin, “xxxx” MTK-nın inşa etdiyi binalardan mənzil satışlarında yol verilmiş qanunsuzluq halları və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.2, 308.2 və 313-cü maddələri ilə ********* №-li cinayət işi istintaq olunur. Həmin iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa olunmuş binadan 3 otaqlı, 155,6 kvadrat metr sahəli 93 №-li mənzil kooperativin rəhbərliyi tərəfindən xx.xx.2007-ci il tarixli müqavilə və 93360 manatın ödə nilməsi haqqında maliyyə arayışı əsasında Cavabdeh2 satılmaqla, onun adından xx.xx.2017-ci tarixli müqavilə və 77800 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Cavabdeh3 adına keçirilmiş, həmçinin xx.xx.2009-cu il tarixli müqavilə və 82468 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən ko operativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativın verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən olunduğu kimi mübahisəli mənzil MTK tərəfindən ilk öncə Cavabdeh2 satılmış, sonuncu tərəfindən isə Cavabdeh3 satılmışdır. Qeyd olunan mənzil İddiaçı isə MTK tərəfindən saxta sənədlər əsasında təkrarən satılmışdır. Göründüyü kimi mübahisəli mənzil qanuni əsaslarla Cavabd eh2 satılmış, sonuncu tərəfindən isə Cavabdeh3 satılmışdır. Belə olan halda iddiaçı müvafiq müqavilələri mübahisələndirsə də, həmin müqavilələrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir, habelə, mübahisəli mənzil MTK tərəfindən qanunsuz olaraq, təkrarən iddiaçıya satıldığından birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərindəki dəlilləri əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəf mübahisəli mənzilin ona məxsus olmasını bildirməklə MTK-nın rəsmi qeydiyyat jurnalında Cavabdeh2 adına məhz 93-cü mənzilin ona məxsus olması barədə heç bir qeyd movcud olmamasını qeyd etsə də birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş AR Prokurorluğu Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin məktubunda qeyd olunan qeydiyyat kitabının müəyyən edilmədiyi göstərilmişdir. Bundan başqa Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli və Cavabdeh3 ilə bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apelly asiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9655/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar