Məhkəmə qərarları › İş №2(102)-1413/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1413/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1413/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh, üçüncü şəxslər X, X1, X2 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş ümumi məhkəmədə baxılmalı olmadığı üçün(aidiyyət qaydaları pozulduğuna görə) iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxxx nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair i şə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxxx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X27 dekabr 1999-cu il tarixli xx nömərli qərarı ilə X mülkiyyətinə 1007 kvm həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir.

2. X tərəfindən verilmiş xxxx2017-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonunun Sumaylı kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X, 0,1007 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X, X1, İddiaçı, X2 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Zaqatala Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə X tərəfindən verilmiş xxxx2017-ci il tarixli çıxarışa əsasən iddiaçı X və cavabdeh X adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış X kəndində 0,1007 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 175.10kv.m. olan fərdi yaşayış evində hər birinin payı bərabər müəyyən edilmişdir.

4. İş materiallarından görünür ki, iş üzrə İddiaçı iş üzrə üçüncü şəxslər X və X oğludur.

5. İşin halları ilə müəyyən edilir ki, X kəndində 0.1007 ha torpaq sahəsində iki fərdi yaşayış evi tikilmişdir. Hazırda həmin fərdi yaşayış evlərindən sonradan tikilən evdə iddiaçı ailəsi ilə birlikdə yaşayır. Əvvəl, yəni 1990-cı il tarixdə tikilmiş evdə isə iş üzrə üçüncü şəxs, iddiaçının atası olan X sabiq həyat yoldaşı X yaşayır. İş üzrə üçüncü şəxs X mülkiyyətində iki yaşayış evi olmasına baxmayaraq hazırda onlardan heç birində yaşaya bilmir, ailə quraraq kənarda yaşayır. İş ü zrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, üçüncü şəxslər X, X1, X2 və X4 qarşı üçüncü şəxs X adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, xx nömrəli reyestr kitabının xx nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışın 2007ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək X 27 dekabr 1999-cu il tarixli xx nömrəli qərarına əsasən onun və ailə üzvlərin in ümumi birgə mülkiyyətinə verilmiş X kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsində yerləşən X məxsus 1990-cı ildə inşa edilmiş evdən sonra inşa edilmiş fərdi yaşayış evinin 2011-ci il tarixdə İddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi və iş üzrə üçüncü şəxs X adına xxxx2017-ci il tarixdə Çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə icraata götürülmüşdür.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X xxxx1999-cu il tarixli xxx nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə X kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsində bir 1900-cü ildə, digəri isə 1990-cı ildə inşa edilmiş 2 ədəd fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evlərindən 1990-cı ildə inşa edilmiş olanı istismar müddəti bitdiyindən yararsız halda olmuş və mülkiyyətçilərin razılığı ilə onun tərəfindən sökülərək yerində özü üçün yaşamaq məqsədi ilə 2011-ci ildə öz vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa edilmişdir. Sonradan ona məlum olmuşdur ki, iş üzrə cavabdeh üçüncü şəxs X qeyd olunan torpaq sahəsi və 1990cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə müarciət zamanı, onun tərəfindən 2011-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində də, tikintinin inşa edilməsi ilə 2007-ci il kimi göstərilməklə X hüquqlarını dövlət qeydiyyatına almışdır. Belə ki, həmin fərdi yaşayış evi üzərində X mülkiyyət hüququ 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Döv lət qeydiyyatı haqqında DƏDR-də qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Aparılmış əsassız qeydiyyatla bağlı iş üzrə cavabdeh müraciət olunmuş, lakin 07 may 2019-cu il tarixli məktubu ilə cavabdeh inzibati orqan həmin qeydiyyatın ləğvindən imtina etmişdir. Ona görə də, göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin 12 mart 2020-ci il tаrixli, 2(033)-262/2020 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia ərizəsi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı tərəf mübahisələndirilən evin özü tərəfindın tikilməsini göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən işə əlavə edilmiş vətəndaşların imz ası ilə təsdiq edilmiş akt sözügedən evin həqiqətən onun tərəfindən tikilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

11. Həmçinin üçüncü şəxs X ailə başçısı, iddiaçının atasıdır və müvafiq olaraq həyətdə tikilmiş hər iki ev sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır

12. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, X iddiaçının atasıdır. Mübahisə predmeti olan evin 2007-ci və ya 2011-ci ildə tikilməsi faktı evin ailə başçısı kimi X adına qeydiyyata alınmamalı olmasına bu və ya digər formada təsiri yoxdur..

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 154.1-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.1, 217.2, və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraa t

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişlər.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1458/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 12 mart 2020-ci il tаrixli, 2(033)262/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun.

17. Nəzərə al ınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İddia tələbindən görünür ki, məhkəmə tərəfindən X 27 dekabr 1999-cu il tarixli XX nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə X kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsində yerləşən X məxsus 1990-cı ildə inşa edilmiş evdən sonra inşa edilmiş fərdi yaşayış evinin 2011-ci il tarixdə İddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. Ona görə də iddia təl əbi həmin hissədə təmin edilə bilməz.

18. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin üçüncü şəxs X adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair çıxarışın etibarsız sayılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır.

19. Belə ki, 16 iyun 1989-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X6 X kəndində yerləşən 1900-cu ildə tikilmiş mübahisəli fərdi yaşayış evini oğlu (hazırki iş üzrə üçüncü şəxs) X bağışlamışdır.

20. Bundan başqa üçüncü şəxs X ailə başçısı olmaqla, iddiaçının atasıdır və müvafiq olaraq həyətdə tikilmiş ev sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhk əmə kollegiyası mübahisəli evin kimin tərəfindən tikilməsi məsələsinə diqqəti yönəldərək qeyd etmişdir ki, həmin evin tikintisinə həqiqətən də iddiaçı rəhbərlik etmişdir. Ancaq tikinti üçün bütün pul vəsaitinin iddiaçı tərəfindən ödənildiyi təsdiq olunmur. Belə ki, X məhkəmə kollegiyanın iclasında izahat verərək göstərmişdir ki, tikilən ev üçün pul vəsaitini özü iddiaçıya göndərmiş, əlavə olaraq iddiaçı da müəyyən miqdarda pul vəsaiti verərək ona kömək etmişdir. Digər tərədən iddiaçı sökülmüş evin yerində yeni fərdi yaşayış evinin inşa edilməsi üçün mülkiyyətçilərin razılığını alması iş materialları ilə təsdiq edilmir. Kollegiya qeyd etməyi lazım bilir ki, nə qədər ki, mübahisələndirilən fərdi yaşayış evi 16 iyun 1989-cu il tarixli bağışlama müqaviləsi ilə (hazırki iş üzrə üçüncü şəxs) X b ağışlanmışdır və yeni tikilən ev həmin evin yerində inşa edilmişdir, iddiaçı X razılığının alınmasını təmin etməli idi. Halbuki belə bir razılığın olması iş materialları və tərflərin izahatları ilə müəyyən edilmir. Göründüyü kimi X adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

24. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. (maddə 261.0.1)

25. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3-cü və 259.0. 8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. (maddə 417.1.5)

26. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. (maddə 170.1)

27. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. (maddə 418.4.9)

28. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dai r işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İnzibati Prosessual Məcəllə 29 İnzibati aktın etibarsız sayılmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. (maddə 2.2.5) Kassasiya instansiyası məhkəməsinin mövqeyi 30 Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. 31 Belə ki, iş materiallarından görünür ki, iddiaçının verdiyi iddia ərizəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə yanaşı X tərəfindən X adına verilmiş XXX2017-ci il tarixli çıxarışın, yəni inzibati aktın etibarsız sayılmasından ibarətdir. 32 Eyni zamanda verilmiş iddia tələblərinin məzmunundan görünür ki, XXX2017-ci il tarixli X adına verilmiş X kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsində yerləşən evə dair çıxarış etibarsız sayılmadan həmin evə münasibətdə hüquqi əhəmiyyətli faktı müəyyən edilməsi mümkün deyildir. 33 İnzibati Prosessual Məcəlləyə əsasən bu kateqoriyadan olan işlərə inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. (24) 34 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1 -ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında da göstərildiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 35 Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 36 Reyestrdəki qeydiyyat hər hansı mülki-hü quqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 37 Göründüyü kimi hazırkı işdə çıxarışın etibarsız hesab edilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmədə inzibati məhkəmə icraatı qaydaslnda baxılmalıdır. 38 Bundan başqa qeyd edilməlidir ki, hazırkı işdə mübahisələndirilən çıxarış etibarsız sayılmadan çıxarışın aid olduğu evin onun tərəfindən öz mülkiyyəti kimi inşa edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi mümkün deyildir. 39 Qanunvericiliyə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.(24) 40 Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.1. və 418.4.9-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxx nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh, X, X1, X2 və X4 qarşı “X xxxx1999-cu il tarixli xx nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə X kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsində yerləşən X-ya məxsusu 1990-cı ildə inşa edilmiş evdən so nra inşa edilmiş fərdi yaşayış evinin 2011-ci il tarixdə İddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi və iş üzrə üçüncü şəxs X-nın adına xxxx2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması tələbinə dair mülki işin icraatına xitam verilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar