Məhkəmə qərarları › İş №2(102)-1415/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1415/2020

11.03.2020 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1415/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Aslanov Elxan Tərlan oğlu və cavabdehin vəkili Heydərov Mərdan Xudayar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1518/2019 say lı iş üzrə 21 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən B.Qasımov) iddiaçı x1nın cavabdehlər x2na, x3 və x4 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), A.Hüseynov və V.Sadıqov, 2(103)-11634/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1518/2019 saylı iş üzrə 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2, x3 və x4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə ye rləşən pulu mərhum əri x5tərəfindən ödənilmiş ərazidə yaşayış evi olan, sahəsi 0,025 ha olan torpaq sahəsinin 17 noyabr 2018-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Aslanov Elxan Tərlan oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Heydərov Mərdan Xudayar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və ye ri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2018-ci il tarixdə verilmiş AZ-İ № 923521 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x517.01.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.02.2018-ci il tarixdə 227 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.10.2018-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı n notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 0,025 ha torpaq sahəsi x4 adına xüsusi mülkiyyət hüququ üzrə 832 №-li reyestr kitabının 23 nömrəli vərəqində ********** №-siilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.12.2018-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 0,025 ha torpaq sahəsi x4 adına xüsusi mülkiyyət hüququ üzrə 832 №-li reyestr kitabının 23 nömrəli və-rəqində ********** №-si ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami rayon VVAQ orqanı tərəfindən 27 oktyabr 1990- cı il tarixdə verilmiş VJQ № 398301 saylı nikahın bağla nması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə x6 ilə x7 arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 oktyabr 1990-cı il tarixdə 1586 № ilə qeyd aparılmışdır. 17 noyabr 2018-ci il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı x4 alıcı x2 ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 3000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. x4 ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, hal-hazırda subaydır, heç bir vətəndaşla rəsmi nikahda deyildir. Gələcəkdə bununla bağlı hər hansı mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Siyəzən RPŞ tərəfindən 15.07.2010-cu il tarixdə verilmiş seriya AZE № ****** *** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Muradova Sədaqət Əskər qızı 11.05.1974-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Siyəzən RPŞ tərəfindən 17.06.2013-cü il tarixdə verilmiş seriya AZE № 13073905 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x2 xx.xx.1996-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. ünvan 2ünvanında qeydiyyatdadır. AN-İ № ******* saylı, 17 noyabr 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,025 ha olan torpaq sahəsini x2na satmışdır. Müqavilə notariat qaydada təsdiq olunduğu zaman qeydiyyatda heç kim olmamışdır. Cəlilabad rayon VVADQ şöb əsi tərəfindən 09 sentyabr 2003-cü il tarixdə verilmiş AZ-İ № 006105 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə x5ilə x8 arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 sentyabr 2003-cü il tarixdə 159 № ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məcidov, arvada Məcidova soyadı verilmişdir. Asan 4 tərəfindən 06.08.2014-cü il tarixdə verilmiş seriya AZE №14127744 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x1 01.07.1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. Asan 2 tərəfindən 31.03.2016-cı il tarixdə verilmiş DİN-in BPQMİnin MAPS şöbəsinin arayışından görünür ki, x4 xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. ünvan 4 ünvanında qeydiyyatd adır. Asan-Gəncə tərəfindən 04.09.2016-cı il tarixdə verilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, x3 10.08.1981-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. ünvan 5 ünvanında qeydiyyatdadır. Müəyyən edilmişdir ki, iddiaçı x1 iddiasında mərhum əri x5tərəfindən x4 məxsus evin və torpaq sahəsinin x3 vasitəsilə mərhum ərinə etibarnamə əsasında satılmasını qeyd edərək cavabdehlər x2 ilə x4 arasında bağlanmış 17 noyabr 2018-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş, lakin etibarnamə ilə bağlı hər hansı alqı-satqı müqaviləsi ilə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Lakin mülki işə əlavə edilmiş AN-İ № ******* saylı, 17 noyabr 2018-ci il tarixli Daşınmaz əmlakın alqı- satqı müqaviləsinin notarial qaydada t əsdiq olunmuş surətindən görünür ki, x4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,025 ha olan torpaq sahəsini x2na satmış, x2na x4 veridiyi etibarnamə əsasında torpaq sahəsinin 17.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.12.2018-ci il tarixdə çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya b ir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, x4 ilə x2 arasında ünvan 1ndə yerləşən ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinin 17 noyabr 2018-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi qanunvericiliklə nə zərdə tutulmuş qaydada və formada bağlanmışdır. Eyni zamanda iddiaçı tərəf əqdin etibarsızlığını mübahisələndirsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar