Məhkəmə qərarları › İş №2(102)-1416/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1416/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1416/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1416/21 (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdeh: Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)3621/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üz rə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncuya 5.000 manat kompensasiya ödənilməklə ünvan 1 evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməklə, onun iki uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.B.Əsədov) iddia təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 5.000 manat kompensasiya ödənilməklə onun ünvan 1 evin 1 saylı mənzilinə olan istifadə hüququna xitam verilməklə, onun iki uşağı il ə birlikdə həmin mənzildən çıxarılması qət edilib. Qətnamənin kompensasiyanın ödənilməsi ilə cavabdehin sözügedən mənzilə olan istifadə hüququna xitam verilməsinin və onun iki uşağı ilə birlikdə həmin mənzildən çıxarılmasının eyni vaxta icra edilməsi qərara alınıb. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki qanunvericilikdə təsbit edilmiş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, mənzilin istifadəçisinə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün zəruri olan vəsait kimi başa düşülür. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə təklif edilən 5.000 manat kompensasiya məbləğinin sonuncunun iki uşağı ilə birlikdə davamlı surətd ə və müəyyən müddət ərzində başqa yerdə mübahisəli mənzildə ona xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bu səbəbdən də iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cı il tari xli qətnaməsi ləğv edilib, iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması işin mübahisə olunmayan halıdır. Belə ki, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi zamanı işin digər diqqətəlayiq halları ilə yanaşı, istifadə hüququna malik olan şəxsin mənzildən istifadə hüququnun əmələ gəlmə əsasları, mənzildə hansı müddətdə yaşaması, ailə və maddi vəziyyəti, mənzilin idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar nəzərə alınmalı, mülkiyyət hüququ ilə mənzildən istifadə hüququ arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiya məbləği onun mənzilə olan istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının 2003-cü ildən hazırki vaxtadək fasiləsiz olaraq mübahisəli mənzildə yaşamasını, həyat yoldaşının vəfat etməsini, onun iki yetkinlik yaşına çatmayan uşağı təkbaşına böyütməsini, mənzilin 4 otaqdan ibarət olmasını nəzərə almayıb. Eyni zamanda iddiaçı tərəfindən təklif edilən 5.000 manat kompensasiya məbləği cavabdehin iki yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil. Ona görə də iddia rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasi ya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və ya mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının i zahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh vəkili xx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında r azılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyas ı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasas iya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 evin 4 otaqlı, yaşayış sahəsi 50,1 5 kv.metr olan 1 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Eyni zamanda işdən görünür ki, xx xxxx 2003-cü il tarixdə iddiaçının oğlu x rəsmi nikah əsasında cavabdehlə ailə qurub və onların birgə nikahından xx xxxx 2003-cü il tarixdə Orxan, xx xxxxxx 2005-ci il tarixdə x adlı iki uşaqları doğulub. xx xxxxxx 2015-ci il tarixdə xx ölüb. Bundan sonra, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı “mənzildən maneəsiz istifadə hüququnun təmin edilməsi, mənzilin giriş-çıxış qapısının açarlarının verilməsi” barədə ilk iddia təmin, İddiaçı Cavabdeh qarşı “əşyaların siyahıya alınaraq əşyaları ilə birlikdə mənzildən çıxarılma, mənzildən istifadə hüququna xitam verilməsi ” barədə qarşılıqlı iddiası rədd edilərək, Cavabdeh sözügedən mənzilin qonaq otağından, hamam və tualetdən istifadə etməsi ilə bağlı İddiaçı və digərləri tərəfindən törədilən müdaxilələrə son qoyulması, Cavabdeh sözügedən mənzildə yaxın qohumları ilə görüşməsinə İddiaçı və digərləri tərəfindən edilən maneələrə son qoyulması, mənzilin ümumi giriş və çıxış qapılarının bir nüsxəsinin Cavabdeh verilməsi və onun həmin mənzilə istənilən vaxt maneəsiz giriş-çıxışının təmin edilməsi qət edilib. Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin isə həmin mənzildən istifadə hüququ vardır və bu işin mübahisə olunmayan hallarıdır. Tərəflər özləri də işin bu hallarını inkar etmirlər. Hazırda iddiaçı, mübahisəli mənzilin xüsusi mülkiyyətində olduğunu, cavabdehin mütəmadi ol araq birgə yaşayış qaydalarını pozduğunu, bu səbəbdən də onun həmin mənzilə olan istifadə hüququna 5.000 manat kompensasiya ödənilməklə xitam verilməsini və onun iki uşağı ilə birlikdə mənzildən çıxarılmalarını iddia edir. Cavabdeh isə iddiaçı tərəfindən ona təklif edilən kompensasiyanın məbləğinin yetərli olmadığını göstərib iddiaya etiraz edir. İşə əlavə edilmiş fərdi sahibkar xx arayışından görünür ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə 2-3 otaqlı mənzilin kirayə haqqı 170-200 manat arasında dəyişir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi v ə həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin təfsirində səhvə yol verərək qeyd etmişdir ki, cavabdehin sözügedən mənzilə olan istifadə hüququna xitam ve rilməsi üçün iddiaçının ona təklif etdiyi 5.000 manat kompensasiya məbləği yetərli deyil və həmin kompensasiya məbləği əsas tutularaq cavabdehin həmin mənzilə olan istifadə hüququna xitam verilərsə, bu sonuncunun və onunla birlikdə yaşayan iki yetkinlik yaşına çatmayan uşaqlarının mənzilə olan istifadə hüquqlarını pozar. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən mənzilin mülkiyyətçisi, yəni iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyanın məbləği ilə razılaşmadığı halda, bazar qiymətlərinə uyğun olaraq yetərli kompensasiyanın məbləğini müəyyən etməməklə və ümumiyyətlə bunu mənzilin mülkiyyətçisi olan iddiaçı ilə razılaşdırmamaqla Mülki Məcəllənin 228.2-ci madd əsinin tələblərini pozub və həmin maddənin təfsirində səhvə yol verib. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi mü əyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Mülkiyyətçi istifad ə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda işə baxan məhkəmələr bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiy yətsiz edər və dispozitiv hüququnu pozmuş olur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif edilən 5.000 manat kompensasiyanın məbləğini yetərli hesab etmədiyi halda, sadalanan maddələrin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yetərli hesab etdiyi kompensasiyanın məbləğini müəyyən etməyib və həmin məbləğə ümumiyyətlə iddiaçının münasibətini öyrənməyib. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixdə keçirilən iclasında iddiaçının nümayəndəsinə cavabdehə 15.000 manat kompensasiya ödənilməklə barışıq əldə olunması üçün işə baxılmasını xx xxxx 2020-ci il tarixə təxirə saldığı halda, təklif etdiyi kompensasiya məbləğinə iddiaçının münasibətini öyrənmədən birinci i nstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kasasiya instansiyası məhkəməsi cavabdehin mənzildə istifadə hüququnun olmasını, mənzilin 4 otaqlı, yaşayış sahəsi 50,15 kv.metr olmaqla ünvan 1 evin 1 saylı ünvanında yerləşməsini və bundan sonra tərəflərin mübahisəli mənzildə birgə yaşamalarının qeyrimümkün olmaqla, oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqının 170-200 manat civarında olmasını nəzərə alıb hesab edir ki, cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbləğinin yetəli və bazar qiymətlərinə uyğun olub-olmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmayıb. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli Qə rarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləğ i mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub. Kasasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan məhkəmələrə verilib. Bu baxımdan kasasiya inst ansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan R espublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MP M-nin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3621/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar