Məhkəmə qərarları › İş №2(102)-1423/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1423/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1423/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili X oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2019 saylı, 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdi r. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(103)-8644/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən və məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2019 saylı, 01 aprel 2019- cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə, Cavabdeh3nə və “xxxx” KB ASC- yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən 30 iyun 2018-ci il tarixində keçirilmiş hərracın etibarsız hesab e dilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, icra sənədi üzrə başlanan icra hərəkətlərindən və keçirilən hərrac barədə ona borclu kimi heç bir məlumat verilməmişdir. Bu barədə ilkin iddia ərizəsində və apellyasiya şikayətində bildirsə də nə rayon məhkəməsi nə də yuxarı instansiya məhkəməsinin işin bu halını araşdırmadığını qeyd edirlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)8644/2019 saylı 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8644/2019 saylı 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, İddiaçı vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8644/2019 saylı 1 8 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan s übutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hərracın keçirilməsi barədə 29.06.2018-ci il tarixli, 13.07.2018-ci il tarixli, 03.08.2018-ci il tarixli, 17.08.2018-ci il tarixli bildirişlərin surətləri əsasında müəyyən etmişdir ki, İddiaçı hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Birja yenilikləri” qəzetinin 29 iyun-05 iyul 2018, 03-09 avqust 2018, 17-23 avqust buraxılışlarında Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka bağ sahəsində yerləşən 1 539b saylı bağ evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsinə dair hərracın keçirilmə yeri və vaxtı barədə elan yerləşdirilmişdir. Hərracın vaxtı və yeri barədə bildirişlərin çatmasına dair xəbərnamə ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən bildiriş xəbərnaməyə imza atılmaqla qəbul edilmişdir. Apellyasiya kollegiyasının iş materialları əsasında gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələrini tətbiq etməklə, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 okty abr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alıb düzgün olaraq belə qənaətə gəlmişdir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, iddia tələbi təmin edilməməlidir. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlill əri iddia tələbinin dəlilləri ilə üst-üstə düşür və apellyasiya kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə başlanan icra hərəkətlərindən məlumatı olmamış və keçirilən hərrac barədə ona borclu kimi heç bir məlumat verilməmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, e yni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə aşağı instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinın tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həm in faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması ərizəçinın birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. S übuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dair istinad etdiyi hallarla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim edə bilmədiyi üçün onun iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə də sübutetmə yükünün daşıyıcısı kimi məhz özünün irəli sürdüyü arqumentlər əsasında baxılaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azə rbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8644/2019 saylı 18 sentyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar