Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1425/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı və maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-3561/19) İddiaçı c avabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı və maraqlarına toxunan şəxs X1 apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Sadıqov, iş № 2(103)-11802/19) apelyasiya şikayəti təmin edilməyərək Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və maraqlarına toxunan şəxs G.Muradova kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını, yaxud işin yeni apelyas iya baxışına qaytarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassatorların vəkili H.Cəlilzadə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil H.Cəlilzadənin izaha tını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, mübahisə predmeti ünvan 2 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 30 nömrəli mənzildir. Həmin mənzilə dair ilkin olaraq 09.05.2016-cı il tarixdə İddiaçıla müqavilə bağlanmışdır. Mənzil İddiaçı onun müqavilə əsasında görəcəyi elektrik quraşdırma işlərinin dəyərinin 140 000 manat hissəsinin əvəzi olaraq v erilmişdir. Binada tikinti quraşdırma işləri başa çatdıqdan sonra İddiaçı mənzili satmaq qərarına gəlmiş, bu barədə MTK-ya məlumat vermiş, 22.12.2018-ci ildə mənzilə pay hüququndan imtina etməsi və pay hüququnun Cavabdeh2 keçməsi barədə ərizə vermiş, onun ərizədəki imzası həmin tarixdə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş, 30.12.2018-ci il tarixdə həmin mənzilə dair MTK ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, 24.01.2019-cu il tarixdə İddiaçı pay hüququndan imtina barədə ərizəsinin etibarsız hesab olunması barədə notariat ofisinə ərizə vermişdir. 08.04.2019-cu il tarixdə İddiaçı mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzili n onun sahibliyinə və istifadəsinə verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. O, iddia ərizəsində cavabdehlər tərəfindən aldadıldığını qeyd etmiş və tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad etmişdir. Cavabdeh1 MTK iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçı MTK qarşısında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, 15 000 manat dəyərində işlər görülməmiş qalmış, iddiaçı öz istəyi və iradəsi ilə mənzilə pay hüququndan Cavabdeh2 xeyrinə imtina etmiş, həmin imtina əsasında Cavabdeh2 ilə 30.12.2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilə bağlananadək MTK Cavabdeh2 tanımamış, yalnız Cavabdeh2 tərəfindən iddiaçının yarımçıq qoyduğu işlərin dəyərini təşkil edən 15 000 manat ödənildikdən sonra Cavabdeh2 ilə müqavilə imzalanmış və bununla da MTK- nın iddiaçı qarşısında öhdəliklərinə xitam verilmişdir. Cavabdeh2 də iddianı qəbul etməmiş və göstərmişdir ki, o, İddiaçı tanımır, mənzili makler vasitəsilə Cavabdeh1 MTK-dan qanuni əsaslarla almış və mənzilin dəyərini təşkil edən 140 000 manatdan əlavə 15 000 manat da MTK-ya ödəmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş və apelyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qa nuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda qeyd olu nduğu kimi, iddiaçı aldadılma faktına istinad edərək tələbini hüquqi cəhətdən Mülki Məcəllənin 339.2-ci maddəsi ilə əsaslandırmışdır. İşə baxan məhkəmələr iddia tələbinə həmin norma əsasında deyil, Mülki Məcəllənin 339.1, 339.4-cü maddələri və Konstitusiya Məhkəməsinin bir sıra qərarları əsasında qiymət vermiş və nəticədə iddiaçının pay hüququndan imtina etmə barədə ərizəni verməyə məcbur edilməsinin, həmin ərizənin aldatmaqla, hədə-qorxu və zorakılıq yolu ilə əldə edilməsinin təsdiq olunmadığı qənaətinə gəlmişdir. İddiaçı izahatında aldadıldığını və pulu almadığını, MTK Cavabdeh2 tanımadığını, yalnız 15 000 manat pul alıdığını, Cavabdeh2 isə 140 000 manat və əlavə 15 000 manat məbləğində pulu MTK-ya verdiyini və iddiaçını tanımadığını göstərmişdir. Göründüyü kimi, həm iddiaçı ilə cavabdeh lərin izahatları arasında, həm də cavabdehlərin özlərinin izahatları arasında ziddiyyətli məqamlar var və bu ziddiyyətlər işə baxan məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən 24.12.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh2 140 000 manat pay haqqını qəbul etmək və sonra bu məbləği İddiaçı ödəmək MTK-nın vəzifəsidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 tərəfindən MTK-ya 140 000 manat pay haqqının ödənilməsi iş materialları ilə təsdiq olunmur. Ən azından Cavabdeh2 tərəfindən bu faktı təsdiq edən maliyyə arayışı təqdim olunmamışdır. MTK da bununla bağlı heç bir rəsmi sənəd təqdim etməmiş, şifahi olsa da belə Cavabdeh2 tərəfindən pay haqqının ödənilməsini təsdiq etməmişdir. MTK tərəfindən cəmi 15 000 manat təmir xərcinin ödənilməsi müqabilində 203 kvm ümumi sahəsi olan 4 otaqlı mənzilin Cavabdeh2 sahibliyinə verilməsi isə inandırıcı və ağlabatan deyil. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya d igər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apelyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər əsas Cavabdeh2 vicdanlı alıcı olmasıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh2 vicdanlı alıcı olması İddiaçı MTK tərəfindən aldadılmış olmasını istisna etmir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının istər 24.12.2018-ci il tarixli müqavilədən əvvəl, istərsə də ondan sonra aldadılmadığı qənaətinə gəlməklə hazırkı iddianın təmin olunmadığı təqdirdə iddiaçını gələcəkdə ona vurulmuş 140 000 manat ziyanı tələb etmək hüququndan da məhrum edir. Vicdanlılıq məsələsinə gəldikdə isə, qətnamənin məzmunundan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi bunun la bağlı qənaətini hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin hüquqi təsbiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş h ər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qoruyur. İş materiallarından göründüyü kimi, mübahisəli mənzil ü zərində tərəflərdən heç birinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qa nuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bir daha qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə düzgün əsaslandırılmamışdır və bu səbəbdən də o, qanuni və əsaslı sayıla bilməz. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidə n baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Məhkəmə kollegiyası habelə qeyd edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən ümumi birgə əmlakın arvadın razılığı olmadan özgəninkiləşdirilməsi ilə bağlı Gülüstan Muradovanın şikayətinin dəlillərinə hazırkı işdə qiymət verilməsinin mümkünlüyü də müzakirə edilməli və qiymət verilməlidir. Həmin dəlillərə hazırkı icraatda qiymət verilməsi mümkü n hesab edilmədiyi halda ona ayrı icraatda müstəqil iddia ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən işdə iştirak edən şəxslərdən hər hansı birinin əməlində (hərəkətlərində) cinay ət tərkibinin əlamətləri müəyyən edilərsə bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11802/19 saylı qətnaməsi ləğv olunsun və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1425/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1425/2020
10.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver