Məhkəmə qərarları › İş №2(102)-1427/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1427/2020

13.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1427/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Ərizəçi, vəkili Cəfərova Xəyalə Teymur qızının, maraqlı şəxs YYYnın nümayəndəsi və vəkili Həbilov Əlirza Qəməndər oğlunun iştirakları ilə, Ərizəçi və vəkili Cəfərova Xəyalə Teymur qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)-14270/2019 saylı qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Mü əyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(011)7201/2019 saylı qərardadı ilə (hakim Ş.İ.Əliyev) Ərizəçi 20.06.1992-15.01.1993-cü illərdə Cəbrayıl rayon polis bölməsi tabeliyində yaranmış “Qarabağ” ziyalı batalyonunda Azərbaycan Respublikasınn ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi barədə ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)-14270/2019 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, V.T.Həsənov, Ş.A.Məmmədova) Ərizəçi şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(011)-7201/2019 saylı qərardadının ləğv edilməsi, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə iş üzrə icraata xitam verilməsi qərara alınmış, ərizəçiyə izah edilmişdir ki, tələbində qeyd etdiyi hallarla bağlı inzibati orqana müraciət etmək, narazı qaldığı halda müvafiq məhkəməyə inzibati icraat qaydasında müraciət etmək hüququ vardır. İşin halları: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20.06.1992-ci ildən 15.01.1993-cü ilədək Cəbrayıl rayon polis şöbəsi tabeliyində yaranmış “Qarabağ” ziyalı batalyonunda Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 20.06.1992-ci ildən 15.01.1993-cü ilədək Cəbrayıl rayon polis şöbəsi tabeliyində yaranmış “Qarabağ” ziyalı batalyonunda Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü kimi Dağlıq Qarabağ ərazisində “Mülkədərə”, “Daşbaşı” məntəqələrində erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə fəal iştirak etmiş, həmin illərdə o, polis əməkdaşları, rayon İcra Hakimiyyətinin işçiləri, məktəb direktorları və universitet müəllimləri ilə birlikdə vətənin müdafiəsində duraraq ərazi bütövlüyümüzün qorunmasında döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Bu faktı həmin illərdə birlikdə döyüşlərdə olduğu və hazırda müharibə veteranı olan şahid yoldaşları da təsdiq edə bilərlər, lakin həmin döyüşlərdə iştirak etsə də, hazırda hərbi biletində və Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arxiv arayışında döyüşlərdə iştirak etməsi faktı qeyd edilmədiyinə görə Müharibə Veteranı adı və vəsiqəsi ala bilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya bu barədə müraciət etsə də, arxiv arayışında xidmət etdiyi dövr barədə məlumat olmadığına görə bu mümkün olmamışdır. Döyüşlərdə iştirak etməsini Cəbrayıl rayon İcra Hakimiyyətinin 05.02.2018-ci il tarixli arayışı, Cəbrayıl rayon Polis şöbəsinin 25.04.1998-ci il tarixli arayışı və Batolyon komandiri kapitan V.Alışovun arayışı təsdiq edir. Ərizəçi hesab edir ki, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arxiv arayışında döyüşlərdə iştirak etməsi faktı qeyd edilmədiyinə görə məhkəmə qətnaməsi əsasında müharibə veteranı adı və vəsiqəsi alması üçün 20.06.1992-ci i ldən 15.01.1993-cü ilədək Cəbrayıl rayon polis şöbəsi tabeliyində yaranmış “Qarabağ” ziyalı batalyonunda döyüş əməliyyatlarında iştirak etməsi barədə hüquqi fakt müəyyən edilməlidir, bundan sonra o, həmin hüquqi faktın əsasında Müharibə Veteranı adı və vəsiqəsi almaq niyyətindədir, bu faktın müəyyən edilməsi ona veteran adı almaq və bu adla əlavə pensiyası təminatı almaq imkanı açır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq Ərizəçi həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasın a dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Ərizəçi və vəkili Cəfərova Xəyalə Teymur qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Ərizəçi və vəkili Cəfərova Xəyalə Teymur qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında maraqlı şəxs YYYnın nümayəndəsi və vəkili Həbilov Əlirza Qəməndər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Ali Məhkəm ənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Ərizəçi, vəkili Cəfərova Xəyalə Teymur qızının, maraqlı şəxs YYYnın nümayəndəsi və vəkili Həbilov Əlirza Qəməndər oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Ərizəçi kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası Cəbrayıl rayon İcora Hakimiyyəti Başçısının 05.02.2018-ci il tarixli, 95 saylı məktubunun surətindən görünür ki, Ərizəçi 20 iyul 1992-ci ildən 30 yanvar 1993-cü ilədək Cəbrayıl rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Batalyonunun tərkibində xidmət etmişdir. Əsa s: Cəbrayıl RPŞ-də 15.03.2000-ci il tarixdə təsdiq edilmiş “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısı. -Azərbaycan SSR DİN Cəbrayıl RPŞ-nin 21.01.1993-cü il tarixli, 379 saylı arayışının surətinə əsasən Ərizəçi 20 iyul 1992-ci ildən 15 yanvar 1993-cü ilədək Cəbrayıl rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Batalyonunda döyüşmüşdür. -Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin 26.06.2019-cu il tarixli, 456 saylı arxiv arayışına əsasən arxiv sənədlərində Ərizəçi Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası DİN X1 İdarəsinin 07.12.2017-ci il tarixli, 024-52831Ə3217 saylı məktubundan görünür ki, DİN tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmiş daxili işlər orqanlarının əməkdaşlarına verilir. Daxili işlər orqanlarında xidmət etmədiyinizə görə Sizə DİN-də fəaliyyət göstərən komissiya tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi təəssüf ki, imkan xaricindədir. Qaldırdığınız məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaşayış yeri üzrə Şöbəsinə müraciət etməyiniz daha məqsədəmüvafiqdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 20.02.2018-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələri nin verilməsi üzrə komissiya“ya daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, hərbi xidmətinizdə heç bir qeyd olmadığından, xidmətinizi müəyyən etmək mümkün olmadığından, xidmət dövrü aylarla qeyd edilməklə Mərkəzi Arxivə müraciət etməyiniz məqsədəuyğundur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 04.09.2018-ci il tarixli, 9/2-13100 saylı məktubundan görünür ki, Ərizəçi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Cəbrayıl rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü milli müdafiə batalyonunun sənədləri Mərkəzi Arxivə daxil olmamışdır. Bu səbəbdən də xidmətiniz barədə araşdırma apara bilmirik. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaş mayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar” norması, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısının, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısının təsdiq edilməsi, müharibə veteranı verilməsi qaydaları və şərtlərinin müəyyən edilməsi və veteran adlarının verilməsinin öz səlahiyyətləri daxilində müxtəlif dövlət orqanlarının səlahiyyətlərinə aid olması qanunvericiliklə nəzərdə tutulmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən ol unması veteranlıq adının verilməsində və pensiya təyin edilməsində səlahiyyətli orqanların, o cümlədən işdə maraqlı şəxs olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin funksiyalarına aid işlərin həllinə və ya onların hüquq və vəzifələrinin həcminə digər formada təsir etməklə, xüsusi icraat qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd edilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik q rupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ərizəçinin hazırki tələbinə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxıla bilmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işi baxılmamış saxlayan birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamı şdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2(103)-14270/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar