Məhkəmə qərarları › İş №2(102)-1429/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1429/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1429/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə ödənilmiş pay haqqının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6645/2023 nömrəli mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 21 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1.Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 3/17 saylı müqaviləyə əsasən Cavabdeh MTK Sumqayıt şəhəri, 40-cı məhəllədə inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 17 saylı mənzili İddiaçı satmağı öz öhdəsinə götürmüş və sonuncu Cavabdeh MTK-nə 25.760 ABŞ dolları ödəniş etmişdir.

2. Cavabdeh MTK ilə X8 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 3/17 saylı müqaviləyə əsasən, Cavabdeh MTK Sumqayıt şəhəri, 40-cı məhəllədə inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 17 saylı mənzili X4 öz öhdəsinə götürmüş və sonuncu Cavabdeh MTK-nə 25.000 ABŞ dolları ödən iş etmişdir.

3. Sumqayıt şəhəri, 40-cı məhəllədə inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 17 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmış və bu barədə Reyestr orqanı tərəfindən onun adına xx.xx.2015-ci il tarixli Çıxarış verilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4047/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-nə və üçüncü şəxs X7 qarşı “müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi” barədə iddiası rədd edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3293/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-4047/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-333/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödədiyi 25760 ABŞ dolları və son 16 il üçün faiz olmaqla 40.185,60 ABŞ dolları, cəmi 65.945,60 ABŞ dolları məbləğində pul vəsaitinin və 404 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 40-cı məhəllədə inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin “A” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 17 saylı mənzilə dair onunla cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə əsasında həmin mənzilə görə tərəfindən həmin tarixdə cavabdehə 25.760 ABŞ dolları pul ödənilmişdir. Eyni mənzilə dair üçüncü şəxs X8 ilə cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 saylı müqavilə əsasında üçüncü şəxs tərəfindən həmin tarixdə cavabdehə 25.000 ABŞ dolları pul ödənilmiş, mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxs X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən məhkəmə aktlarından görünür ki, mənzilə görə tərəfindən xx.xx.2006-cı il tarixdə cavabdehə 25.760 ABŞ dolları pul ödənilmişdir. Hesab edir ki, müqavilə üzrə öhdəliyin predmeti olan mənzilin ona verilməsi mümkün olmadığından, həmin mənzilə görə cavabdehə ödədiyi pul vəsaiti geri qaytarılmalıdır. Mübahisəsizdir ki, cavabdeh 2006-cı ildən hal-hazıradək onda olan pul vəsaitindən faydalanmışdır. Bundan başqa cavabdeh onun pul vəsaitini qanunsuz saxlamış, onu qaytarmaqdan boyun qaçırmış, onun ödənilməsini gecikdirmişdir. Belə ki xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə bağlayaraq ondan Su mqayıt şəhəri, 40-cı məhəllədə inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin “A” girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.metr olan 2 otaqlı 17 saylı mənzilin ona satılmasının əvəzində mənzilin dəyərini təşkil edən 25.760 ABŞ dolları məbləğində vəsaiti almasına baxmayaraq həmin mənzili sonradan X8 ilə bağladığı xx.xx.2007-ci il tarixli, 03/17 saylı müqavilə əsasında ona yenidən satmış və 25000 ABŞ dolları almış, ondan almış olduğu 25.760 ABŞ dolları pul vəsaitini isə 16 il müddətində qanunsuz olaraq saxlamış, ondan qanunsuz olaraq faydalanmışdır. 2022-ci il üçün Azərbaycan Mərkəzin Bankının müəyyən etdiyi faiz dərəcəsi 7,75 %-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinin tələbinə görə faizlər iki faiz bəndi əlavə edilməklə Azərbaycan Re spublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hesab edir ki, cavabdehdən 25.760 ABŞ dolları, həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 7,75 % uçot dərəcəsinə iki faiz bəndi əlavə edilməklə illik (25760 X 9,75 % =2.511,60) 2.511,60 faiz hesablanmalı, bununla da həmin məbləğin qanunsuz olaraq saxlanıldığı 2006-cı ildən keçən 16 il müddətində toplanmış 40.185,60 (2.511,60 X 16 il = 40.185,60) məbləğində faizləri də cavabdehdən alınaraq ona ödənilməlidir.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla, eyni zamanda, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Belə ki 2006-cı ildəki mədaxil orderində öncə baş mühasib qrafası, daha sonra sədr qrafası vardır. 2007-ci ildəkində isə öncə direktor (əvvəlki qəbzdə isə direktor əvəzinə sədr qeyd edilib) sonra baş mühasib qeyd edilmişdir. Qəbzlərdəki yazı üslubundan görünür ki, tamamilə başqa şəxslər tərəfindən tərtib edilmişdir. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Qeyd edilən ünvanda yerləşən çoxmənzilli yaşayış binası cavabdeh tərəfindən inşa edilərək bina sakinlərinə təhvil verilmişdir. İddiaçı 17 saylı mənzilin ona satılmış olmasını israr etsə də, ötən 15 il ərzində bir dəfə də olsun həmi n mənzilə gəlməmiş, mənzili və ya onun dəyəri ilə bağlı cavabdehə qarşı bir dəfə də olsun heç bir tələb irəli sürməmişdir (tələbinə dair hər hansı yazılı sübut yoxdur). Ötən bu müddət ərzində iddiaçı əgər həqiqətən də mənzilin sahibi idisə mütləq mənzilə gələrək baş çəkməli idi və əgər gəlmiş olsaydı həmin mənzilin başqaları tərəfindən təmir olunaraq yaşayış sahəsi kimi istifadə edilməsinin şahidi ola bilərdi. Hətta tikinti şirkətinin təşkilati-hüquqi formasının MMC-dən MTK-ya dəyişməsində də məlumatı yoxdur. Mübahisəli mənzil iddiaçının istinad etdiyi müqavilənin bağlanmasından 6 ay sonra, yəni xx.xx.2007-ci ildə, 03/17 saylı müqavilə əsasında X2. Bina təhvil verildikdən sonra mənzilin əsl sahibi X8 mənzili təmir etmiş və hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bütün bu yuxarıda qeyd edilən faktlar iddiaçının bundan əvvəl Sumqayıt şəhər Məhkəməsində mənzilin faktiki istifadəsinə verilməsinə dair tələbinə baxılarkən etiraz şəklində məhkəməyə təqdim edilmiş və məhkəmə bu məsələlərə hüquqi qiymət vermişdir. Eyni zamanda, iş üzrə iddia müddəti də ötmüşdür. Hazırkı mübahisənin mahiyyətini müqavilə üzrə tələb təşkil etdiyinə görə hesab edir ki, iddia tələbinə 3 illik müddət tətbiq edilməli və digər əsaslarla yanaşı bu əsas da məhkəmə tərəfindən nəzərə alınmaqla iddia tələbinə qiymət verilməlidir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5438/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödəniş vaxtı milli manata məzənnədə 25. 760 ABŞ dolları, həmin pulun vaxtında qaytarılmamasına görə 2.576 ABŞ dolları faizlər olmaqla, cəmi 28.336 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 173,72 manat pulun tutulub iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqaviləyə əsasən mənzilin pulunu nağd ödəmiş və qəbzini almışdır. O həm Azərbaycan Respublikasının, həm də İsrail dövlətinin vətəndaşı olduğu üçün ailə vəziyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuş və bu səbəbdən də Sumqayıt şəhərində sözügedən mənzili aldığını unutmuşdur. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi almaq üçün cavabdehə müraciət etmiş, bu zaman ona məxsus o lan mənzilin başqasına satıldığını bilmişdir. İddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində pul məbləğinin gecikdirilməsinə görə bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faiz məbləğinin tutulması tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə istinad etməsi qəbul edilə bilməz. Belə ki maddənin adından da göründüyü kimi Mülki Məcəllənin 439.3-cü maddəsi pul öhdəliklərinin icrası ilə bağlı tətbiq edilir. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlər isə pul öhdəliyi ilə bağlı deyil, ödənilmiş əşyanın verilməməsi ilə bağlı yaranmışdır.

13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3. 385.1, 386.1, 445.7, 448.1, 448.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü və 445.7-ci maddələrdən hansının tətbiq edilməsindən asılı olmayaraq hər iki maddə də faizlərin hesablanması münasibətlərini tənzimləyir. Mülki işdən göründüyü kimi cavabdeh iddiaçıdan sonuncuya verm əli olduğu mənzilin əvəzində müqavilənin bağlandığı 25 iyul 2006-cı il tarixdə 25.760 ABŞ dollara almış, lakin 11 yanvar 2007-ci il tarixdə eyni mənzili üçüncü şəxsə - X3. Beləliklə, cavabdeh 11 yanvar 2007-ci il tarixdən etibarən iddiaçının pulunu qaytarmalı idi. İddiaçının isə onun mənzilinin 11 yanvar 2007-ci il tarixdə bir başqa şəxsə satılmasından məlumatı olmamış, bu barədə 2021-ci ildə xəbərdar olduqdan dərhal sonra isə cavabdehə və üçüncü şəxsə qarşı cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsinə dair iddia qaldırmışdır. Ona görə 25 iyul 2006-cı il tarixdə iddiaçıya mənzil satmış cavabdehin eyni mənzili 11 yanvar 2007-ci il tarixdə başqa şəxsə satdığı andan iddiaçı qarşısında mənzilə görə iddiaçıdan aldığı pulu ləngimədən iddiaçıya qaytarmaq kimi bir öhdəliyi olmuşdur və o öhdəlik də əlbəttəki, pulla ifadə edilməlidir. Belə olan vəziyyətdə istinad edilən maddi hüquq normalarından hansının tətbiq edilməsindən asılı olmayaraq hesab edir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu 25.760 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmalı olduğu müddət mübahisəli mənzilə dair cavabdehin üçüncü şəxslə bağladığı müqavilənin tarixindən, yəni 11 yanvar 2007-ci il tarixdən dərhal sonra başlamışdır. Cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini 11 yanvar 2007-ci il tarixdən etibarən qanunsuz olaraq özündə saxlayıb ondan faydalandığına görə təkcə həmin məbləği deyil, əlbəttə ki, həmin məbləğin qaytarılmasının gecikdirildiyi müddət üçün, həm də həmin müddətdə iddiaçının pul vəsaitindən qanuns uz olaraq faydalandığına görə də faizlər ödəməlidir. Digər tərəfdən, həm 439.3-cü maddədə, həm də 445.7-ci maddədə faizlərin illik 5 faiz miqdarında hesablanması nəzərdə tutulmuşdur. Bu baxımdan yenə də hansı maddənin tətbiq edilməsindən asılı olmayaraq gecikdirilmiş bütün müddət üçün faizlər ödənilməli, bu səbəbdən də iddia qalan hissədə də təmin edilməlidir. Məhkəmənin iddiaçının xx.xx.2006-cı il tarixdə cavabdehlə müqavilə bağlamasına baxmayaraq uzun müddət keçdikdən sonra, yəni 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, bununla da ona dəymiş zərərin artmasına şərait yaratması ilə bağlı gəldiyi qənaətlə razı deyil. Belə ki, iddiaçı cavabdehlə bir müqavilə bağlamış və həmin müqavilə üzrə dəyərini tam ödədiyi mənzili iddiaçıya verilməli idi. Cavabdehin iddiaçı ilə bağladığı müqavilə ləğv edilmədən eyni mənzili üçüncü şəxsə satmaq kimi bir hüququ olmamış, lakin cavabdeh belə bir hərəkət etmişdir ki, bu da hüquq deyil, hüquqdan sui-istifadə olmuşdur. İddiaçı müqavilənin digər tərəfinə, yəni cavabdehə etibar etmiş və təbiidir ki, cavabdehin iddiaçıya satdığı mənzili başqa bir şəxsə də satacağını qabaqcadan görə bilməmişdir. Bu hal isə heç bir halda iddiaçının ona dəymiş zərərin artmasına şərait yaratması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi faizlərin tutulması ilə bağlı hissədə Mülki Məcəllənin 439.3-cü maddəsini tətbiq etməli olduğu halda qanunsuz olaraq tətbiq etməmişdir. Belə ki məhkəmə yanlış olaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə münasibətlər pul öhdəliyi ilə bağlı deyil, ödənilmiş əşyanın verilməməsi ilə bağlı yaranmışdır. La kin ödənilmiş əşya verilmədiyinə görə qaytarılmalı olan həmin əşyaya görə ödənilmiş pul vəsaiti və onun ödənilməsinin gecikdirilməsinə, habelə gecikdirilmiş müddətdə ondan qanunsuz olaraq faydalanmağa görə tutulmalı olan faizlərdir ki, bu öhdəlik də pulla ifadə edilir. Birinci instansiya məhkəməsi faizlərin tutulması ilə bağlı hissədə Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etmiş, lakin bu zaman əsassız olaraq hesab etmişdir ki, həmin maddədə nəzərdə tutulmuş gecikdirilmiş müddət hazırkı mübahisə ilə bağlı 11 yanvar 2007-ci il tarixindən deyil, iddiaçının başqa mülki iş üzrə mənzilin təhvil verilməsi ilə bağlı qaldırdığı iddianın tarixindən, yəni 2021-ci ildən hesablanmalıdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iddiaçı hüququnun pozulduğunu uzun müddətdir (2007-ci ildə mənzil digər mülkiyyətçiyə satıldığı vaxtdan) bilirmiş və həmin vaxt iddia qaldırmaq iqtidarında olmuşdur. Təbii ki bu qədər uzun müddət keçməsininin iddiaçının iradəsindən asılı olaraq baş verdiyi fikir ilə razıdırlar. Əslində məhkəmə bu faktı əsas götürərək iddia müddətini tətbiq etməli idi. Lakin göründüyü kimi məhkəmə iddiaçıya sanki kömək etmək, onun iddiasının təmin olunmasına faktiki zəmin yaratmışdır. Məhkəmənin qeyd etdiyi fikirlər bir-birinə ziddir. Ümumiyyətlə, bu məsələdə cavabdehin hər hansı təqsiri olmadığı üçün cərimə hesablanmasından söhbət ge də bilməz. Cərimə qəsdən və ya ehtiyatsızlıqdan zərərçəkənə zərər vurulduğu halda tətbiq edilə bilər. Halbuki belə bir müqavilə ortaya çıxanda cavabdeh özü üçün də maraqlı idi ki, belə bir müqavilə mövcud ola bilməz və güman ki, həmin müqavilələr ya saxtadır ya da vaxtı ilə iddiaçıya satılmış mənzilin müqaviləsidir ki, o mənzil iddiaçı tərəfindən cavabdehə geri qaytarılsa da iddiaçı müqaviləni cavabdehə geri qaytarmamışdır. Sonradan müqaviləni taparaq iddiaçı belə bir iddia qaldırmışdır. İddia müddətinin keçməsinə gəldikdə isə açıq aşkar görünür ki, iş üzrə iddia müddəti həqiqətən də keçmişdir. Belə ki iddiaçı mənzil alıbsa əlində ən azından mənzilin açarı olmalıdır, mütəmadi maraqlanmalıdır. Bundan başqa məhkəmə Mülki Məcəllənin 439.3-cü maddə ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, 44 5.7-ci maddəyə istinad edərkən, Mülki Məcəllənin 443.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Tərəflər arasında bağlanmış iddia edilən müqavilədə cavabdehin üzərinə öhdəliyini icra etmədikdə ödənilmiş pul vəsaitinə görə faizlərin ödənilməsi tələbi qoyulmamışdır. Halbuki Mülki Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsinin hüquqi mənası məhz borclunun üzərinə bu cür məsuliyyətin qoyulmadığı halda dəymiş zərərin ödənilməsi vəzifəsinin aradan qalxmasını nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 443.7-ci maddəsinin hüquqi mənasından aydın olur ki, əgər təqsir (qəsd və ya ehtiyatsızlıq formasında) yoxdursa, borclunun üzərinə dəymiş zərərin ödənilməsi vəzifəsi qoyula bilməz. Hazırkı halda cavabdehin təqsiri heç bir hüquqi əsasla sübuta yetirilməyib. Etirazda da bu müqavilənin və qəbz in mövcudluğunun şübhə doğurması, onun ya saxta olması, yaxud da sonradan mənzili geri qaytarsa da müqavilənin və qəbzin iddiaçıda qalması ehtimalının olmasını vurğulanmışdır. Belə olduğu halda cavabdehin təqsirinin olmasından söhbət gedə bilməz və üzərinə nəinki əsas məbləğin, hətta faizlərin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni zamanda, iddiaçı uzun müddət ölkədə olmaması səbəbindən evi unutduğunu bildirsə də ölkəni tərk etməsinə dair hər hansı sübut (DSX-dən arayış və ya ölkədən çıxışını təsdiq edən pasport) təqdim edə bilməmişdir. Lakin məhkəmə onun bu dəlilini əsaslı hesab edərək qətnamədə nəzərə almışdır. Eyni zamanda “ev aldığı yadından çıxmışdır” formasında iddianın dəlili mümkünsüzdür. Halbuki cavabdehin nümayəndəsi işə Sumqayıt şəhər məhkəməsində, həm də Yasamal rayon Məhkəməs ində baxılanda “necə ola bilər ki, aldığınız əmlaka 14 il ərzində bir dəfə də olsun baş çəkməmisiz, salamatlığını yoxlamamısınız?” deyə sual verəndə iddiaçı “bu mənim hüququmdur” deyə cavablandırmışdır. Bu cür ziddiyyətli məqamın ortaya çıxması onu deməyə əsas verir ki, iddiaçı özü də tələbinin əsassız olduğunu bilir, lakin əlindəki müqaviləyə və qəbzə əsasən iddia tələbinin əsaslı olması görüntüsü yaradır. İddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və tərəflərindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Bütün bunlar şübhəli hallardır və araşdırma tələb etdiyi halda (etirazda bu barədə qeydlər edilmişdir) məhkəmə bu m əsələyə ümumiyyətlə toxunmamışdır. Eyni zamanda iddia müddətinin ötməsi barədə ərizə verilsə də məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Hazırkı mübahisənin mahiyyətini müqavilə üzrə tələb təşkil etdiyinə görə iddia tələbinə 3 illik müddət tətbiq edilməli və digər əsaslarla yanaşı bu əsas da məhkəmə tərəfindən nəzərə alınmaqla iddia rədd edilməlidir. Həmçinin qətnamənin pulun vaxtında qaytarılmaması ilə əlaqədar 2576 ABŞ dolları faizlərin cavabdehdən tutulmasına dair hissəsi də əsassızdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)1487/2023 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhramzadə) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 dekabr 2022 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanan vaxt cavabdehin rəhbəri olmuş şəxs müqavilədə və kassa mədaxil orderindəki imzanın ona məxsus olmasını qəbul etmişdir ki, cavabdeh tərəfindən həmin halın əksini təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh tərəf bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədə mənzilin dəyərinin 27.560 ABŞ dolları göstərilməsi real olmamışdır.

20. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş 11 yanvar 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X8 mənzilə dair 25.000 ABŞ dolları məbləğində vəsait ödəniş e tmişdir. Göründüyü kimi, mənzilə dair 1 il fərqlə bağlanmış müqavilələrdə göstərilən məbləğlər arasında ciddi fərq olmamaqla real göstəriciləri əks etdirmişdir. Eyni zamanda İlham Abbasova 2007-ci ildə verilən kassa mədaxil orderindəki imza şahid qismində dindirilmiş Mehman Səlimova məxsus olmuşdur. İddiaçı cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödədiyi 25.760 ABŞ dolları tələb etməkdə haqlı olmuşdur. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini də iddiaya etiraz ərizəsi ilə eyni məzm unda əsaslandırmışdır.

22. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(102)-2761/2023 saylı qərarı ilə (hakimlər M.Əhmədova (məruzəçi), E.Vəliyeva və E.Şamayev) iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti tam təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 mart 2023-cü il tarixli, 2(103) - 1487/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işin 132-133-cü vərəqlərində olan 25 iyul 2006-cı il tarixli, 03/17 saylı müqavilənin (əsli) həqiqətən tərəflər arasında bağlanıb-bağlanılmaması məsələsini, müqavilənin bağlanma tarixi ilə müqavilənin 3.7-ci bəndində qeyd edilən tarix arasında olan ziddiyyəti araşdırmalı, lazım gəldikdə müvafiq ekspertizalar təyin etməli və işin həqiqi hallarına uyğun olan qanuni yekun nəticəyə gəlməlidir.

25. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlandığı iddia edilən müqavilənin 3.7-ci bəndində binanın əsas işlərinin iyun 2006-cı il tarixində, tamamlama işlərinin isə oktyabr 2006-cı il tarixində təhvil verilməsi barədə tərəflər razı lığa gəlmişlər. Əgər həqiqətən, tərəflər arasında belə bir razılıq mövcud olmuşdursa, o zaman işə yenidən baxan məhkəmə mənzilin 2006-cı ilin oktyabr ayında iddiaçı tərəfindən təhvil alınıb-alınmaması məsələsini dəqiq araşdırmalı və müəyyən edilmiş hallar əsasında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə yenidən hüquqi qiymət verməlidir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(103)6645/2023 saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsi nin 7 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçının ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sübut kimi iş materiallarına Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub əlavə edilmişdir və həmin məktubdan görünür ki, iddiaçı 2006-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə “İamas” bazasında qeydə alınmış məlumatlar əks olunmuşdur. Məlumatdan görünür ki, iddiaçı 2012-2020-ci illərdə dəfələrlə müxtəlif ölkələrdə səfərlərdə olmuşdur.

28. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi t ərəfindən iddiaçıya sübutlar təqdim etməsi təklif olunmuş və iddiaçının nümayəndəsi sübut olaraq iddiaçıya məxsus C02221600 nömrəli ümumvətəndaş pasportundan çıxarışları təqdim etmişdir. Çıxarışlarda əks olunan müxtəlif dövlətlərin ərazisinə daxil olma və ölkədən çıxışla bağlı təsdiqedici möhürlər, qeyd olunan faktla bağlı sübut əhəmiyyətli olmaqla, iddiaçının müxtəlif vaxtlarda ayrıayrı ölkələrdə olduğu bir daha öz təsdiqini tapmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş sözügedən məhkəmə aktı ilə müəyyən olunur ki, iddiaçı cavabdehə və üçüncü şəxs X7 qarşı “müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, cavabdehlə üçüncü şəxs X8 arasında qeyd olunan mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 saylı müqavilənin və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiası qətnamə ilə rədd edilmişdir.

30. Həmin məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh sözügedən mənzili iddiaçıya satmağı öz öhdəsinə götürmüş, iddiaçı bunun üçün cavabdehin hesabına 25.760 ABŞ dolları pul ödəmiş, lakin sonradan cavabdeh həmin mənzilə dair üçüncü şəxs X8 ilə də xx.xx.2007-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqavilə ilə cavabdeh mənzil i üçüncü şəxs X4 öz öhdəsinə götürmüş və mənzilin dəyəri 25.000 ABŞ dolları müəyyən olunmuşdur. Bundan sonra mənzil üçün şəxs X7 təhvil verilmiş və mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmaqla, bu barədə onun adına 01 aprel 2015ci il tarixli çıxarış verilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhz göstərilənlərə, eləcə də Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə iddia tələbini rədd etmişdir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi hal da aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

32. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçının sözügedən mənzilə görə cavabdehə 25.760 ABŞ dolları ödəniş etməsi öz təsdiqini tapmış, lakin həmin mənzil üçüncü şəxs X7 təhvil verildiyindən və sonuncunun mənzil üzərində artıq mülkiyyət hüququ əmələ gəldiyindən, onun iddiası rədd edilmişdir. Belə olan halda işin faktiki halları ilə təsdiq olunur ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh həmin müqavilə üzrə nə mənzili iddiaçıya təhvil vermiş, nə də mənilin dəyəri kimi iddiaçının ödədiyi 25.760 ABŞ dollarını ötən müddət ərzind ə ona geri qaytarmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, işin obyektiv araşdırılması üçün tərəflər arasında müqavilə bağlanan zaman cavabdehin direktoru olmuş X6 əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmişdir. Mehman Səlimov ifadəsində bildirmişdir ki, cavabdehin həm təsisçisi, həm direktoru olmuşdur. Hazırda isə nə təsisçi kimi, nə də ki, direktor kimi fəaliyyət göstərir və binanı təhvil vermişdir. İddiaçı ilə soyadları bir olsa da, heç bir qohumluq əlaqəsi və ya tanışlığı olmamışdır. İddiaçıya aid müqavilədəki və kassa mədaxil orderindəki imzalar ona məxsusdur. Lakin müqavilədəki yazılar ona aid deyil. Ola bilsin ki, xəbəri olmadan yazılsın. Halbuki işlədiyi dövrdə müqavilənin mətnini də özü yazırdı, lakin yazıdakı xətt ona aid dey il. Bundan başqa iddiaçının müqaviləsində göstərilən məbləğ həmin dövrün bazar qiymətlərinə uyğun olmuşdur. Habelə üçüncü şəxs İlham Abbasova məxsus olan kassa mədaxil orderindəki imza ona məxsusdur.

34. Apellyasiya instansiyası məhkəməsi, məhkəmə iclasında şahid qismində dindirilmiş Mehman Səlimovun ifadəsinə iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq qeyd etmidir ki, tərəflər arasında müqavilə bağlanan vaxt cavabdehin rəhbəri olmuş şəxs müqavilədə və kassa mədaxil orderindəki imzanın ona məxsus olmasını qəbul etmişdir ki, cavabdeh tərəfindən həmin halın əksini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

35. Digər tərəfdən cavabdeh tərəf bildirmişdir ki, iddiaçı ilə bağlanmış sözügedən müqavilədə mənzilin dəyərinin 25.760 ABŞ dolları göstərilməsi real olmamış dır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş 11 yanvar 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən də görünür ki, üçüncü şəxs İlham Abbasov da mənzilə görə cəmi 25.000 ABŞ dolları ödəniş etmişdir. Eyni zamanda, üçüncü şəxs İlham Abbasovun adına verilmiş 11 yanvar 2007-ci il tarixli kassa mədaxil orderindəki imza da cavabdehin qanuni təmsilçisi Mehman Səlimova məxsus olmuşdur.

36. Apellyasiya instansiyası məhkəməsi, 2006-cı il və 2007-ci il tarixli cavabdeh tərəfindən təqdim olunmuş kassa mədaxil qəbzlərində məbləğlə bağlı fərqlərin olmasına dair qeyd etmişdir ki, mənzillərin alğı-satqı qiymətləri müxtəlif faktorlardan asılı olaraq sabit qalmamaqdadır. Xüsusilə qeyd olunmalıdır ki, hər iki qəbzdə göstərilən məbləğlər arasında əhəmiyyət li sayıla biləcək fərq mövcud deyil. Belə ki, xx.xx.2006-cı il tarixli qəbzdə məbləğ 25760 ABŞ dolları, xx.xx.2007-ci il tarixli qəbzdə isə 25000 ABŞ dolları göstərilmişdir. Ona görə də iddiaçı, sözügedən müqavilə və maliyyə arayışı üzrə cavabdehə ödədiyi 25.760 ABŞ dollarını ondan geri tələb etməkdə haqlı olmuşdur.

37. Bundan başqa apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən mənzili iddiaçıya satmağı öhdəsinə götürmüş, lakin cavabdeh həmin mənzili iddiaçıya deyil, üçüncü şəxs İlham Abbasova təhvil vermiş və mənzilə görə iddiaçıdan qəbul etdiyi 25.760 ABŞ dolları məbləğində pul vəsaitini ötən müddət ərzində ona geri q aytarmamışdır. Belə olan halda cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün iddiaçıya illik beş faiz ödəməyə borcludur. Birinci instansiya məhkəməsi həmin maddəyə istinad etməklə, cavabdehdən iddiaçının xeyrinə 2021-ci ildən ötən iki il müddət üçün müqavilə üzrə ödənilmiş 25.760 ABŞ dollarına illik beş faiz miqdarında, yəni 2.576 ABŞ dolları tutmaqda haqlı olmuşdur.

38. Daha sonra cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hazırkı mülki mübahisəyə iddia müddətini tətbiq etməməklə səhv nəticəyə gəldiyini qeyd etsə də, işin faktiki hallarından, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, iddiaçı öz hüquqlarının pozulduğunu yalnız 2021-ci ildə bilib. Belə ki, həmin qərarla iddiaçıya məhz pul tələbinə dair məhkəməyə müraciət et mək hüququ izah edilmişdir. Lakin iddiaçının apellyasiya şikayətində ona son 16 il üçün 40.185,60 ABŞ dolları ödənilməli olması ilə bağlı dəlili ilə də razılaşmaq olmaz. Çünki iddiaçı özü də xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə uzun müddət keçməsinə baxmayaraq mənzilin ona təhvil verilməsini tələb etməmiş, yalnız 2021-ci ildə bu barədə məhkəmədə iddia qaldırmışdır. Belə olan halda iddiaçının özü də ona dəymiş zərərin artmasına bilavasitə səbəb olan hərəkətlərə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsi son iki il müddət üçün illik beş faizdən hesablamaqla, cavabdehdən iddiaçının xeyrinə cəmi 2.576 ABŞ dolları məbləğində pul tutmaqda haqlı olmuşdur. d)Kassasiya instansiyası məhkəməsində ikinci icraat 1)Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı kassasiya şikay əti verərək (Vəkil1) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. İddiaçı kassasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun olaraq eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

41. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddia müddəti ötmüşdür. Bu məsələ kassasiya instansiyası məhkəməsinin qərarında da öz əksini tapmaqla, apellyasiya instansiyası məhkəməsinə məhz iddia müddəti ilə bağlı məsələnin araşdırılması tapşırılmışdır. Lakin göründüyü kimi məhkəmə bu məsələyə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki qətnamənin 48-ci bəndində birinci instansiya məhkəməsinin qətnaməsinə istinad edərək apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsini əsas götürərək iddia tələbini rədd etmişdir. Həmin işdəki iddia müddəti ilə bağlı məsələnin bu işlə heç bir əlaqəsi olmaya-olmaya məhkəmə bu iki iş üzrə iddia müddətlərinin tutuşdurulması, ona istinad etməsi anlaşılan deyil. Halbuki təhvil tarixi müqavilənin 3-cü maddəsində göstərilmişdir və bu iddiaçının məlumatlı olmasını göstərir (müqaviləni sübut kimi təqdim etmişdir) və Mülki Məcəllənin 377.1-ci maddəsindən göründüyü kimi iddiaçı onun hüquqlarının pozulması barədə 14 ildən sonra deyil, müqavilənin 3.7-ci bəndində göstərildiyi tarixdən, yəni 2006-cı ilin oktyabr ayından məlumatlıdır. Digər tərəfdən iddiaçı mənzil alıbsa əlində ən azı mənzilin açarı olmalıdır, mütəmadi maraqlanmalıdır. Ya bu müqavilə və qəbz saxtadır ya da mənzil geri qaytarılarkən iddiaçı müqaviləni özündə saxlamış və sənədlər əsasında iddiasını əsaslandıraraq hazırkı iddianı qaldırmışdır. Bu məsələlər məhkəmə tərəfindən araşdırılmadan iddia müddətinə dair məsələyə qiymət verilmişdir. Bundan əlavə, faizlərin tutulmasında məhkəmə haqlı deyil. Apellyasiya instansiyası məhkəməsi müqavilənin mövcudluğuna düzgün hüquqi qiymət verməmiş və bununla da Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, hazırkı mübahisə üzrə tikinti şirkətinin öhdəliyi o halda ola bilərdi ki, bu müqavilənin həqiqiliyi şübhə doğurmasın və mübahisəsiz formada mənzilin alqısatqısını əhatə etmiş olsun. Eyni mənzilə dair iki müqavilə və iki ödəniş qəbzi var. Bunların hansının düzgün olmasına dair məhkəmənin sadəcə ümumi fikirləri var, heç bir sübutla təsdiq olunmur ki, hazırkı iş üzrə iddiaçı həmin mənzilə görə pul ödəmiş olsun və ya ödədiyi pulu geri almamış olsun. İddiaçı məhkəmədə çıxışında da, iddiasında da guya Azərbaycan Respublikasında olmaması, əsasən xarici ölkələrdə olması səbəbindən evi unutduğunu və sonradan yadına düşməsini vurğulayaraq, cavabdeh əmlakı fakti ki olaraq iddiaçıya təhvil verməməsini qeyd etmişdir. İddianın bu dəlilinə məhkəmə hüquqi qiymət verərkən həmin halın iddiaçı tərəfindən sübut edilə bilməsini nəzərə almamışdır. İddiaçı göstərmişdir ki, uzun müddətə ölkədə olmamışdır. Sonradan apellyasiya instansiyası məhkəməsində təqdim etdiyi DSX-nın müvafiq sistemindən çıxarışında isə müəyyən olunur ki, iddiaçı ən uzun müddətə 6-7 gün ölkədə olmamışdır. Yəni ildə 2-3 dəfə 5-6 günlük, bəzən isə 2-3 günlük xarici ölkəyə gedib gəlmişdir. Bunlar iddiaçının mənzili unutmasına əsas vermir. Müqavilənin 3.7-ci bəndində binanın əsas işlərin 2006-cı ilin iyun ayında, tamamlama işlərinin isə 2006-cı ilin oktyabr ayında təhvil verilməsi nəzərdə tutulmuşdur. Məlum olduğu kimi tərəflər arasında müqavilə (əgər həqiqətən bu cür müqavilə vardırsa) 25 iyul 2006-cı ildə bağlanmışdır. Belə çıxır ki, müqavilə bağlandıqdan bir ay əvvəl artıq mənzil təhvil verilmişdir. Binadakı bütün tamamlama işləri isə 2-3 ay sonra başa çatdırılıb. Əsas təmir işlərinin müqavilə bağlanmazdan bir ay əvvəl təhvil verilməsi özü də maraq doğurur və müqavilənin həqiqiliyinə şübhə yaradır. Eyni zamanda oktyabrda tamamlama işləri başa çatdırılıbsa, iddiaçının mənzili təhvil almaması ağlabatan deyil. Reallıqda alınmış mənzilin yaddan çıxarmış olması (iddiaçı əvvəlki məhkəmə proseslərində gah mənzili aldığını unutduğunu gah da xaricdə olduğunu deməklə fərqli mövqelər sərgiləmişdir) reallığa uyğun olmayan, həqiqətdən uzaq məlumatlardır. İddiaçı həmin müqavilə üzrə qeyd olunan bəndin tələblərinə əməl etməmişdir. Yəni müqavilə ilə nəzərdə tutulmuş tarixlərdə mənzili ca vabdehdən təhvil almamışdır və bununla bağlı heç bir bildiriş, məlumatlandırma icra etməmişdir. Halbuki bu vəzifə müqavilə ilə iddiaçının üzrə düşür. Təbii ki, bu onun hüququdur. Lakin bu onu deməyə əsas verir ki, iddiaçının binada mənzili olmuş olsa idi, nə onu unudar, nə də 14 il maraqlanmamış olardı. Ən azı mənzili təhvil alıb, açarını dəyişər, o vəziyyətdə saxlayardı. Müqavilənin 5-ci maddəsində nəzərdə tutulan binanın istismarı ilə bağlı müddəalara əməl etməyərək, kobud şəkildə tələbləri pozmuşdur. Belə ki, əmlakı alan şəxs, müqavilə nəzərdə tutulan alış məbləğini ödəməklə yekunlaşmamalıdır, onun vəzifələri müqavilənin digər müddəaları ilə əhatə olunur. Müqavilənin həmin bəndlərinə görə iddiaçı kommunal, eləcə də binanın saxlanması ilə bağlı cari xərcləri ödəməmişdir. Təbii ki, o bu m əbləğləri ona görə ödəməyib ki, onun binada mənzili olmamışdır. Əks halda, cavabdeh ona qarşı kommunal və saxlama xərclərinin alınması ilə bağlı tələb irəli sürər, ən azı ünvanına bildiriş göndərərək məhkəmə qaydasında pulun ödənilməsini tələb edərdi. Məhkəmə qətnaməni qanuni və əsaslı dəlillərə kifayət qədər əsaslandıra, sübutları düzgün qiymətləndirə bilməmişdir. Belə ki tərəfin məhkəməyə təqdim etdiyimi müqavilə və qəbz qarşıya qoyulmuş həqiqətə nail olmaq üçün yetərli deyil. Məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında əks olunmuş bir çox məsələlərə qiymət verməmişdir. Belə ki kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, müqavilənin bağlanma tarixi ilə 3.7-ci bənddə qeyd edilən tarix arasındakı uyğunsuzluğun müəyyən edilməsi, mənzilin təhvil verilməsi ilə bağlı tərəflərin razılığının mövcudluğunun araşdırılması, iddia müddətinin ötüb-ötməməsinin araşdırılması təmin edilməlidir. Lakin göründüyü kimi bu məsələlərin heç biri məhkəmə tərəfindən araşdırılmamışdır. 2)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan RespublikasınınMülki Məcəlləsi

44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

46. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

50. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiy a instansiyası məhkəməsinin hüquqi mövqeyi

63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

64. İddiaçı kassasiya şikayətində iddianın tam təmin edilməsi, cavabdeh isə iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

65. Belə ki, apellyasiya instansiyası məhkəməsi, tərəflərin ayrı-ay rılıqda verdikləri apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh sözügedən mənzili iddiaçıya satmağı öz öhdəsinə götürmüş, iddiaçı bunun üçün cavabdehin hesabına 25.760 ABŞ dolları pul ödəmiş, lakin sonradan cavabdeh həmin mənzilə dair üçüncü şəxs X8 ilə də xx.xx.2007-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqavilə ilə cavabdeh mənzili üçüncü şəxs X4 öz öhdəsinə götürmüş və mənzilin dəyəri 25.000 ABŞ dolları müəyyən olunmuşdur. Bundan sonra mənzil üçün şəxs X7 təhvil verilmiş və mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmaqla, bu barədə onun adına 01 aprel 2015-ci il tarixli Çıxarış verilmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçının sözügedən mənzilə görə cavabdehə 25.760 ABŞ dolları ödəniş etməsi öz təsdiqini tapmış, lakin həmin mənzil üçüncü şəxs X7 təhvil verildiyindən və sonuncunun mənzil üzərində artıq mülkiyyət hüququ əmələ gəldiyindən, onun iddiası rədd edilmişdir. Belə olan halda, işin faktiki halları ilə təsdiq olunur ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh həmin müqavilə üzrə nə mənzili iddiaçıya təhvil vermiş, nə də mənilin dəyəri kimi iddiaçının ödədiyi 25.760 ABŞ dollarını ötən müddət ərzində ona geri qaytarmamışdır.

68. Apellyasiya instansiyası məhkəməsi həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Mehman Səlimovun ifadəsini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq qeyd etmidir ki, tərəflər arasında müqavilə bağlanan vaxt cavabdehin rəhbəri olmuş şəxs müqavilədə və kassa mədaxil orderindəki imzanın ona məxsus olmasını qəbul etmişdir ki, cavabdeh tərəfindən həmin halın əksini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

69. Digər tərəfdən, cavabdeh bildirmişdir ki, iddiaçı ilə bağlanmış sözügedən müqavilədə mənzilin dəyərinin 25.760 ABŞ dolları göstərilməsi real olmamışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş 11 yanvar 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən də görünür ki, üçüncü şəxs İlham Abbasov da mənzilə görə cəmi 25.000 ABŞ dolları ödəniş etmişdir. Eyni zamanda, üçüncü şəxs İlham Abbasovun adına verilmiş 11 yanvar 2007-ci il tarixli kassa mədaxil orderindəki imza da cavabdehin qanuni təmsilçisi Mehman Səlimova məxsus olmuşdur.

70. Apellyasiya instansiyası məhkəməsi 2006 və 2007-ci il tarixli cavabdeh tərəfindən təqdim olunmuş kassa mədaxil qəbzlərində məbləğlə bağlı fərqlərin olmasına dair qeyd etmişdir ki, mənzillərin alğı-satqı qiymətləri müxtəlif faktorlardan asılı olaraq sabit qalmamaqdadır. Xüsusilə qeyd olunmalıdır ki, hər iki qəbzdə göstərilən məbləğlər arasında əhəmiyyətli sayıla biləcək fərq mövcud deyil. Belə ki, xx.xx.2006-cı il tarixli qəbzdə məbləğ 25760 ABŞ dolları, xx.xx.2007-ci il tarixli qəbzdə isə 25000 ABŞ dolları göstərilmişdir. Ona görə də iddiaçı, sözügedən müqavilə və maliyyə arayışı üzrə cavabdehə ödədiyi 25.760 ABŞ dollarını ondan geri tələb etməkdə haqlı olmuşdur.

71. Bundan başqa apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən mənzili iddiaçıya satmağı öhdəsinə götürmüş, lakin cavabdeh həmin mənzili iddiaçıya deyil, üçüncü şəxs İlham Abbasova təhvil vermiş və mənzilə görə iddiaçıdan qəbul etdiyi 25.760 ABŞ dolları məbləğində pul vəsaitini ötən müddət ərzində ona geri qaytarmamışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün iddiaçıya illik beş faiz ödəməyə borcludur. Birinci instansiya məhkəməsi həmin maddəyə istinad etməklə, cavabdehdən iddiaçının xeyrinə 2021-ci ildən ötən iki il müddət üçün müqavilə üzrə ödən ilmiş 25.760 ABŞ dollarına illik beş faiz miqdarında, yəni 2.576 ABŞ dolları tutmaqda haqlı olmuşdur.

72. Daha sonra cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hazırkı mülki mübahisəyə iddia müddətini tətbiq etməməklə səhv nəticəyə gəldiyini qeyd etsə də, işin faktiki hallarından, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, iddiaçı öz hüquqlarının pozulduğunu yalnız 2021-ci ildə bilib. Belə ki, həmin qərarla iddiaçıya məhz pul tələbinə dair məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçının apellyasiya şikayətində ona son 16 il üçün 40.185,60 ABŞ dolları ödənilməli olması ilə bağlı dəlili ilə də razılaşmaq olmaz. Çünki iddiaçı özü də xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə uzun müddət keçməsinə baxmayaraq mənzilin ona təhvil ve rilməsini tələb etməmiş, yalnız 2021-ci ildə bu barədə məhkəmədə iddia qaldırmışdır. Belə olan halda iddiaçının özü də ona dəymiş zərərin artmasına bilavasitə səbəb olan hərəkətlərə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsi son iki il müddət üçün illik beş faizdən hesablamaqla, cavabdehdən iddiaçının xeyrinə cəmi 2.576 ABŞ dolları məbləğində pul tutmaqda haqlı olmuşdur.

73. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmiş dir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, tərəflərin ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-6645/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar