Məhkəmə qərarları › İş №2(102)-143/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-143/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-143/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, İddiaçı və Cavabdeh3 qarşı ilk iddiası, İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı birləşdirilmiş iddiası, habelə iddiaçı Cavabdeh2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Kateqoriya: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, əqdin etibarsızlığı, səlahiyyətsiz şəxsin bağladığı əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı l əğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, İddiaçı və Cavabdeh3 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl pozulması, borcun tutulması, ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. tələbləri”nə dair ilk, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Xızı rayon Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı “etibarnamənin və bunun əsasında bağlanmış əqdin etibarsızlığı” tələbinə dair birləşdirilmiş, habelə iddiaçı Cavabdeh2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1376/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərə findən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 4 sentyabr 2007-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh2 12 ay müddətinə, illik 18% dərəcəsi ilə 450000 manat məbləğində təminatlı kredit verilmişdir.

2. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı olaraq, həmin tarixli, ipoteka müqaviləsi ilə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi 17-ci mikrorayonda istifadədə olan 0,14187 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (“Qubadlı” şadlıq evinin) İddiaçı mülkiyyətində olan 1/2 hissəsi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi ipotekaqoyanın adından verilmiş Xızı rayon Notariat Kontorunda reyestrdə 7E/1192 nömrə ilə qeydə alınmış 30 avqust 2007-ci il tarixli, ƏN-İ No 066365 saylı etibarnamə əsasında X10 tərəfindən imzalanmışdır. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 3. 4 mart 2009-cu il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh2 360 gün müddətinə, illik 18% dərəcəsi ilə 600000, ABŞ dolları məbləğində təminatlı kredit verilmişdir. 4. 4 sentyabr 2007-ci il tarixli ipoteka müqaviləsinə dəyişikliklər edilməsinə dair 04 mart 2009-cu il tarixli saziş bağlanmış və X4 mülkiyyətində olan qeyd olunan əmlakın 04 mart 2009-cu il tarixli kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur. Həmin saziş həmçinin ipotekaqoyanın adından verilmiş 30 avqust 2007-ci il tarixli yuxarıda qeyd olun an etibarnamə əsasında X10 tərəfindən imzalanmışdır. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı “etibarnamənin və bunun əsasında bağlanmış əqdin etibarsızlığı”na dair iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir.

6. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh2, İddiaçı və Cavabdeh3 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl pozulması, borcun və məhkəmə xərclərinin tutulması, ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və əmlak kompleksinin boşaldılması” tələbinə dair ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir.

7. Qubadlı Rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qəra rdadı ilə hər iki iş bir icraatda biləşdirilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Cavabdeh2 Cavabdeh1 ASC-yə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı Cavabdeh1 ASC sonradan iddia tələbini dəyişərək Cavabdeh2 Cavabdeh1 ASC-nin Sumqayıt filialının xeyrinə 600000 ABŞ dolları əsas borc, 111600 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 711600 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasını, tələbin paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş, Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, 17ci mikrorayonda istifadədə olan 0,14187 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (Qubadlı şadlıq evi) ½ hissəsinə yönəldilməsi və həmin əmlak kompleksinin ½ hissəsinin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, 17-ci mikrorayonda istifadədə olan 0,14187 ha torpaq sahəsində yerləşən 2043,9 kv.m ümumi, 1142,2 kv.m əsas, 1418,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (“Qubadlı” şadlıq evi) paylı mülkiyyət hüququ üzrə ½ hissədə onun mülkiyyətindədir. Onun və ailə üzvlərinin razılığı olmadan Xızı rayon Dövlət Notariat Kontorunda onun adından qardaşı X11 adına 30 avqust 2007-ci il tarixdə ƏN-1 seriyalı, ******* olan etibarnamə tərtib edilmiş, qardaşı X10 aldadılaraq ona həmin etibarnamənin İddiaçı tərəfindən verildiyi bildirilmişdir. Həmin etibarnamə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, mərhum Əvəz Hüseynquliyev və Cavabdeh1 ASC-nin Sumqayıt filialının rəhbəri Müsənnif adlı şəxslə qabaqcadan əlbir olaraq onun əmlakını ələ keçirmək məqsədi ilə təşkil edilmişdir. Həmin etibarnamə alınan zaman o Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Cavabdeh1 ASC-nin 05/4866-10 saylı 09 iyun 2010-cu il tarixli tutmanın yönəldilməsi barədə bildirişi aldıqdan sonra bu işdən xəbər tutmuşdur. Xızı rayon Dövlət Notariat Kontorunda verilən 7E/1192 nömrəli etibarnamə və onun doğurduğu nəticələr onun mülkiyyət hüquqlarını pozduğu üçün etibarsız hesab edilməsi və onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, 17-ci mikrorayonda istifadədə olan 0,14187 ha torpaq sahəsində yerləşən 2043,9 kv.m ümumi, 1142,2 kv.m əsas, 1418,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ½ hissəsinə aid Azərbaycan Respublikası Cavabdeh1 ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, İPO/32 saylı ipoteka müqaviləsi, həmin müqaviləyə 04 mart 2009-cu il tarixdə dəyişiklik edilməsi barədə saziş və bunun əsasında olan KR09/011 saylı təminatlı kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

11. Sumqayıt şəhər məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(060)-179/2011 saylı qətnaməsi ilə (hakim Ş.Ş.Nəcəfova) iddiaçı Cavabdeh1 ASC-nin iddiası təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 ASC-nin Sumqayıt filialı arasında 04 sentyabr 2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv olunması, Cavabdeh2 Cavabdeh1 ASC-nin Sumqayıt filialının xeyrinə 600000 ABŞ dolları məbləğində əsas borcun, 111600 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 711600 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tələbin paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, 17-ci mikrorayonda istifadədə olan 0,14187 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (“Qubadlı” şadlıq evi) 1/2 hissəsinə yönəldilməsi və həmin əmlak kompleksinin ½ hissəsinin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, İddiaçı Cavabdeh1 ASC-yə və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı “etibarnamənin və bunun əsasında bağlanmış əqdin etibarsızlığı” tələbinə və iddiaçı Cavabdeh2 Cavabdeh1 ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddialarının təmin olunmaması qət edilmişdir.

12. Məhkəmə İddiaçı iddia təələbi ilə bağlı hesab etmişdir ki, İddiaçı fəaliyyət və hüquq qabiliyyətli şəxs olan Abşeron rayon İcra Hakimiyyətinin Başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsi işləyən qardaşı X4 aldadaraq onun adına etibarnamə götürülməsi və qeyd olunan nəticələrin alınmasını əsas gətirməsi və 2007-ci il tarixdən mülkiyyətində olan əmlakının ipoteka ilə yüklü edilməsi barədə məlumatının olmaması inandırıcı sayılmır. Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh1 ASC-nin Sumqayıt filialında kredit götürməsi ilə əlaqədar iştirak etməsi, müqavilələrə və ödəniş qəbzlərinə sonradan imza etməsi kimi fikirləri məhkəmə baxışında və qarşılıqlı iddiasında bildirsələr də şərh edilən həmin xüsusatları məhkəmə iclasın da sübuta yetirə bilməmişlər və onların ərizədə və məhkəmə baxışında göstərdiyi bu dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 269.7, 295, 296.1, 317.1, 319.1, 449.1-ci, İpoteka haqqında Azərbaycan Respublikası qanunun 34.1, 39.1-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 124.1, 217.4, 442, 445.1, 445.2, 448.1, 448.2, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Qətnamədən cavabdehlər Cavabdeh2 və İddiaçı ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişdirlər.

15. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən işə aid iyyəti olmayan sübutlara istinad etmişdir. Qətnamə qəbul olunarkən Mülki Məcəllənin 157, 337-ci maddələrinin tələbləri pozulmuşdur. Qətnamənin ləğv edilməsini, iddiasının təmin olunmasını, Cavabdeh1 ASC-nin iddiasının rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının təşəbbüsü ilə İddiaçı tərəfindən X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

17. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadəsi alınmış Cavabdeh1 ASC-nin Sumqayıt filialının müdiri X12 göstərmişdir ki, Kredit müqavilələri üzrə pulu kassadan Cavabdeh2 şəxsən özü götürmüşdür. Fərdi yaşayış evinin tikintisi və təmiri üçün lazım olan sənədlər fiziki şəxslərdən tələb olunmur, hüquqi şəxslərdən tələb olunur. Onlar müqavilələrini bütün hüquqi sənədləri əldə etdikdən sonra bağlayırlar. Bank notarial qaydada təsdiq olunmuş sənədləri əldə etdikdən sonra əməliyyat aparır. Əgər əks tərəf etibarnamənin saxta olmasını bildirirlərsə, onu onlar özləri təqdim etmişlər və bankın nümayəndələrini bilərəkdən aldadaraq kredit almaqla, dələduzluq cinayətini tprətmiş olmuşlar və bunun məsuliyyətini daşımalıdırlar. Kredit verilərkən Cavabdeh2 20 yaşı olub, lakin onun əhatəsindəki adamları, qohumlarını nəzərə alıb kredit veriblər. Bu məhkəməyə cəlb olunmuş həmin qohumları nə etdiklərini yaxşı bilirdilər, indi isə şikayət edirlər və hətta şikayətlərində bildirmişlər ki, onlara əlavə vaxt verilsin ki, krtedit ödəsinlər.

18. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadəsi alınmış Sumqayıt şəhər üçüncü Dövlət Notariat Kontorunun notariusu X5 göstərmişdir ki, ona hazırkı ipoteka ilə ə laqədar sənədlərin əslini təqdim ediblər və o onların sənədlərin həqiqiliyini yoxlamışdır. Cavabdeh3 ərizəsini şəxsən almış və reysterdə qeydiyyatdan keçmişdir. Sevda ilə Lətif arasında nikahın pozulması barədə ona şəhadətnamə təqdim etməyiblər. Ona nikah şəhadətnaməsinin əsli təqdim olunub, onun surətini ipoteka müqaviləsinə əlavə edib, lakin həmin sənədin arxasına təsdiq olunması barədə möhür vurmayıb. O, Lətif tərəfindən Yusifə verilmiş etibarnamənin həqiqiliyini yoxlamamışdır.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2011-ci il tarixli, 2(105)-801/2011 saylı qətnaməsi ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəm əsinin 2011-ci il 19 aprel tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 269.1, 295, 296.1, 317.1, 385.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.4-cü; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 10.1, 11.1, 33, 34.1, 34.1.1, 34.1.2-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88 və 106-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat

21. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus əmlak ipotekaya qoyularkən ailə üzvü qismində sonuncu ilə 2005-ci ildə nikahları pozulmuş Cavabdeh3 razılığı alınmış, halbuki 2007-ci ildə əmlak ipotekaya qoyularkən artıq İddiaçı xx.xx.2 006-cı ildən Gözəlnur Taşi ilə rəsmi nikaha daxil olmuş, ona görə də ailə üzvü kimi Gözəlnur Taşinin razılığı alınmalı idi. Hər iki məhkəmə instansiyalarında birgə mülkiyyətçi kimi Taşin Gözəlnur da mülki iş üzrə prosessual tərəf kimi işə cəlb edilməli idi. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Qətnamədən həmçinin Cavabdeh2 və İddiaçı birgə qaydada kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iş üzrə iddia tələblərinin həcmi məhkəmə kollegiyasına dəqiq bəlli olmamış, iş hərtərəfli, tam və obyektiv araşd ırılmayaraq nə İddiaçı nə də Familbəli Seyfəlinin iddia tələbləri öyrənilməmişdir. Belə ki, hər iki iddiaçı tərəfindən verilmiş iddia ərizələrində ilk ipoteka müqaviləsinin etibarsız sayılması tələbi qoyulmuş olsa da, məhkəmələrin qənaətinə görə ilk ipoteka müqaviləsi mübahisələndirilməmişdir. Hesab edirlər ki, tərəflər arasında bağlanmış əd uydurma əqd olmaqla görünüş üçün bağlanıldığından əhəmiyyətsizdir, bu səbəbdən maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş apelyasiya instasniyası məhkəməsinin qətnaməsinin ləğv edilərək Cavabdeh1 ASC-nin iddia tələblərinin rədd edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2012-ci il 09 fevral tarixli, 2(102)-366/2012 nö mrəli qərarı ilə (hakimlər: R.Ə.Ağayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Şadiyevdən və T.A.Qoldmandan ibarət tərkibə) İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 06 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 269.1, 295, 296.1, 317.1, 319.1, 385.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.4-cü; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 10.1, 11.1, 33, 34.1, 34.1.1, 34.1.2-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 101.3, 372-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Avropa İnsan Hüquqları Məhkəməsində icraat

25. İddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müəyyən olunmuş hüquqlarının pozulmasından şikayət etmişdir.

26. Avropa İnsan Hüquqları Məhkəməsi 2023-cü il 01 iyun tarixli qərarı ilə hazırki iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən etmiş, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə şikayətin qəbuledilməzliyini və mahiyyəti üzrə araşdırılmasına ehtiyac olmadığını qərara almışdır.

27. Avropa Məhkəməsi pozuntusu müəyyən edilmiş maddə üzrə göstərmişdir ki, hazırki iş üzrə ziddiyyətli sübutlar və ərizəçinin arqumentləri ilə bağlı heç bir inandırıcı əsas göstərilməyən mülki məhkəmə qərarı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq tələb olunan ədalətli məhkəmə araşdırması təminatlarına uyğun gəlmir (baxın X15rşı, no. 24221/13, § 79, 29 noyabr 2016). Bundan əlavə, məhkəmələrdən şikayətçilərin irəli sürdüyü hər bir dəlilə ətraflı cavab vermək tələb olunmasa da, tərəflər prosesin nəticəsi üçün həlledici olan dəlillərlə bağlı əsaslandırma almalıdırlar (baxın X2rşı (no. 2) [GC], no. 19867/12, § 84, 11 iyul 2017).

28. Hazırkı işdə məhkəmə qeyd etmişdir ki, bütün yerli məhkəmə araşdırmaları zamanı ərizəçi etibarnamənin verildiyi vaxt Azərbaycandan kənarda olduğu üçün onun etibarsız olduğunu iddia etmişdir. O, öz arqumentlərini dəstəkləmək üçün DSX-nin və dövlət notariusunun məktublarına istinad etmişdir.

29. Beləliklə, daxili məhkəmələr üçün etibarnamənin əslində ərizəçi tərəfindən verilib-verilmədiyini müəyyən etmə k vacib olmuşdur, çünki sonda onun əmlakını itirməsinə səbəb olan ipoteka müqaviləsi onun əsasında bağlanmışdır. Başqa sözlə, etibarnamənin etibarsız olduğu aşkar edilsəydi, ipoteka müqaviləsi də saxta sənəd əsasında bağlandığı üçün etibarsız elan edilməli idi.

30. Bununla belə, ərizəçinin açıq-aydın vəsatətlərinə və yuxarıda qeyd olunan sübutlara baxmayaraq, yerli məhkəmələr etibarnamənin etibarlılığı məsələsinə toxunmamış, bunun əvəzinə, ərizəçinin ipoteka müqaviləsindən xəbərsiz olmasının qeyrimümkün olduğuna dair heç bir sübut olmadan fərziyyə irəli sürmüşlər. Onlar nə üçün ərizəçinin iddialarına münasibət bildirmədiklərini və ərizəçinin təqdim etdiyi sübutlara məhəl qoymadıqlarını əsaslandırmamışlar. e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat:

31. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Plenumunun 13(102)-2(a)/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2012-ci il 9 fevral tarixli, 2(102)-366/2012 nömrəli qərarı və onunla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 6 sentyabr tarixli, 2(105)-801/2011 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı “etibarnamənin, ipoteka müqaviləsinin, həmin müqaviləyə dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab edilməsi” tələblərinin rədd edilməsi, habelə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə tutulan borcun ipoteka predmetinə yönəldilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması” təl əblərinin təmin edilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

32. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, işə baxmış məhkəmələr İddiaçı dəlillərini araşdırmamış və həmin dəlillərlə bağlı verilmiş sübutlara hüquqi qiymət verməmişlər. 33. xx.xx.2007-ci il tarixdə bağlanmış kredit və ipoteka müqavilələri ilə xx.xx.2009-cu il tarixli kredit və ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə saziş eyni əsaslarla, yəni İddiaçı tərəfindən X6 verilmiş xx.xx.2007-ci il tarixli ƏN-1 N2066365 saylı etibarnamə əsasında həyata keçirilmiş, hər iki halda ipoteka müqavilələrini Y.A.Əhmədov, kredit müqavilələrini isə Cavabdeh2 imzalamışlar. İşə baxmış məhkəmələr müqavilənin mülkiyyətçinin adından tərtib olunmuş saxta etib arnamə əsasında bağlanmasına dair iddiaçının dəlili üzrə araşdırma aparmamışlar. Halbuki, iddiaçı göstərmişdir ki, həmin etibarnamə verilən zaman o, Azərbaycan Respublikası ərazisində olmamışdır. Məhkəmələr kredit və ipoteka müqavilələrində olan imzaların Cavabdeh2 tərəfindən icra olunmasının yoxlanılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etdikləri halda, etibarnamənin İddiaçı tərəfindən imzalanmasını yoxlamamışlar

34. Qərarda qeyd edilmişdir ki, etibarnamənin onun tərəfindən verilməsinin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb etmişdir. Avropa Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, etibarnamənin etibarsız hesab olunması, kredit müqaviləsinin təminatı olaraq həmin etibarnamə əsasında bağlanmış ipoteka müqaviləsinin də etibarsız hesab olunması üçün əsas ola bilər. f) Apel lyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Təkrar apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1376/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(060)-179/2011 nömrəli qətnaməsinin qismən“İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı “etibarnamənin, ipoteka müqaviləsinin, həmin müqaviləyə dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab edilməsi” tələblərinin rədd edilməsi və Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə tutulan borcun ipoteka predmetinə yönəldilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satı lması” tələblərinin təmin edilməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamənin qəbul edilərək iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Cavabdeh3 qarşı “tələbin paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş, Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, 17-ci mikrorayonda istifadədə olan 0,14187 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (“Qubadlı” şadlıq evi) 1/2 hissəsinə yönəldilməsi və həmin əmlak kompleksinin 1/2 hissəsinin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” nə dair iddia tələbinin təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı idda tələbi üzrə “Xızı rayon Dövlət Notariat Kontorunda verilmiş 30 avqust 2007-ci il tarixli, 7E/1192 reyestr nömrəli etibarnamə, 04 sentyabr 2007-ci il tarixli İP07/32 saylı ipoteka müqaviləsi, həmin müqaviləyə 04 mart 2009-cu il tarixdə dəyişiklik edilməsi barədə saziş”in etibarsız hesab edilməsi qət edilmişdir.

36. Kollegiya yenidən iş materiallarını tərəflərin izahatı və təqdim olunmuş sənədlərlə birlikdə təhlil etmiş və əlaqəli olaraq DSX-yə və aidiyyəti orqanlara (notariat ofisinə və notariat arxivinə) sorğular göndərmişdir.

37. DSX-in xx.xx.2024-cü il tarixli, 3-28-2/33-2971/24 nömrəli məktubunun məzmunundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ayrı-ayrı vaxtlarda, xüsusən də xx.xx.2007-ci il tarixdə dövlət sərhədindən çıxmış, xx.xx.2007- ci il tarixdə isə respublikaya girişi müəyyən edilmişdir.

38. İşdən göründüyü kimi Xızı rayon Notariat Kontoru tərəfin dən verilmiş, 7E/1192 reyestr nömrəli etibarnamə 30 avqust 2007-ci il tarixdə rəsmiləşdirilmiş və etibar olunan hüquqlar da məhz həmin tarixdən sonra verilmişdir.

39. Şikayətin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya yuxarıda qeyd olunduğu kimi aidiyyəti orqanlara sorğu vermiş, lakin müvafiq olaraq Dövlət notariat arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən xx.xx.2007-ci il tarixli, 3M-580 reyestr nömrə ilə qeydə alınmış müqavilə (notariat işinin surəti) məhkəməyə göndərilsə də, notariat qaydasında təsdiq edilmiş etibarnamə, 2008-2024-cü illərə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa digər müqavilələrin və onların qeydə alındığı 3M indeksli notariat reyestrlərinin arxivə təhvil verilmədiyi göstərilmişdir.

40. Xızı rayon notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 23 nömrəli məktubdan görünür ki, xx.xx.2007-ci il tarixli, 7E-1192 reyestr nömrəli etibarnamə Xızı rayon dövlət notariat arxivində aşkar olunmamışdır.

41. Beləliklə sadalanan hallara istinad edən məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı onun adından verilmiş etibarnamənin rəsmiləşdirilmə tarixində ölkə ərazisində olmamışdır. Həmçinin həmin etibarnamənin, onun rəsmiləşdirildiyi reyestr jurnalının notarit ofisində (arxivində), eləcə də dövlət notariat arxivində aşkar edilməməsi də özlüyündə şübhə yaradan və sonuncunun iddiasının əsasını bərkidən hallardandır.

42. Bundan başqa məhkəmə kollegiyası iddia tələbi ilə bağlı özünün mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğu n hesab etmişdir.

43. Belə ki, Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır.

44. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 30 avqust 2007-ci il tarixli, 7E/1192 reyestr nömrəli etibarnaməyə nəzər saldıqda görünür ki, etibarnamənin məzmununda harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə etmək və s. haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün dövlət idarələrində, koop erativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək Yusif Əmədova (İddiaçı qardaşı) etibar edilmişdir. Etibarnamə beş il müddətinə, xx.xx.2012-ci il tarixədək verilmişdir.

45. İş materiallarına əlavə edilmiş (eləcə də ikinci apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş) sənədlərdən (notariat işlərindən) görünür ki, mübahisələndirilən ipoteka müqaviləsi və ona dəyişiklik edilməsi barədə saziş də məhz həmin etibarnamə əsasında Yusif Əmədov tərəfindən imzalanmışdır.

46. Apellyasiya məhkəməsi yuxarıda sadalanan hüquq normalarının tələblərinə istinad edərək bildirmişdir ki, etibarnamə vermiş şəxsin şəxsən həmin səlahiyyətləri verməməsi, onun etibarlı olması ilə nəticələnmir. E yni zamanda tərəflər arasında etibarlı müqavilənin (o cümlədən də ipoteka müqaviləsinin) bağlanması üçün tərəflər arasında yazılı müqavilə imzalanmalı və həmin müqavilə notariat qaydasında təsdiqlənməlidir.

47. Bu kontekstdən yanaşıldıqda, təmsilçinin də onun adından müqavilə, eləcə də ipoteka müqaviləsini imzalamaq (bağlamaq) səlahiyyəti olmamışdır. Qanunda yazılı müqavilənin bağlanması üçün ilk növbədə onun imzalanması tələb edildiyindən təmsil edənin ipoteka əqdinin rəsmiləşməsi üçün notariat orqanına müraciət etməsi, əqdin rəsmiləşməsi üçün zəruri sənədlərin toplanması, səlahiyyətini təsdiq edən sənədinin mötəbərliliyi və texniki prosedurların həyata keçirilməsi vacib elementlərdəndir və yalnız bu halda bağlanmış əqd etibarlı hesab edilə bilər. Konkret halda iş üzrə ipoteka müqaviləsin in (həmçinin sazişin) imzalandığı anda təmsil olunanın səlahiyyət verdiyi müəyyən edilmədiyi üçün etibarlı əqdin bağlanmasından söhbət gedə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi İddiaçı iddiasının təmin edilməməsi, Bankın iddiasına münasibətdə isə “ipoteka predmetinə yönəltmə” hissəsində qanuni və əsaslı nəticəyə gəlməmişdir.

48. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdi n bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir.

49. Lakin hazırki mübahisə üzrə səlahiyyətli şəxs hesab olunan İddiaçı qabaqcadan verilmiş razılığı və ya onun sonradan bəyənməsi halı iş materialları ilə sübut olunmur. Belə ki, işdən göründüyü kimi İddiaçı etibarnamədən və onun əsasında bağlanmış müqavilələrdən (sazişdən) məlumatlı olan kimi həmin əqdləri mübahisələndirməyə başlamışdır.

50. Nəzərə alınsa ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır, belə olan halda, işin müəyyən edilmiş hallarına uyğun olaraq gəlinə n nəticə də Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən qanuni və əsaslı olmamışdır.

51. Bu baxımdan, məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin izahatına, eləcə də iddianın dəlillərinə və vəsatətlərə düzgün qiymət verilməmiş, onların təqdim etdikləri sübutlar ətraflı araşdırılmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilməmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməmiş, nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.

52. Məhkəmə mövqeyini mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqlar ın müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6, 317.1, 324, 329, 334, 337, 339, 358, 359, 360, 362, 404 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

53. Qətnamədən iddiaçı ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1376/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

54. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2007-ci il tarixli etibarnamə verilən tarixdə ipoteka qoyan İddiaçı Azərbaycan Respublikasından kənarda olduğu əsası il ə Bankın iddiasını rədd etmişdir. Apellyasiya məhkəməsi işi hərtərəfli araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixində ölkəni tərk etmişdir. Mübahisəli etibarnamə xx.xx.2007-ci il tarixində yəni 2 gün sonra verilmişdir. Göründüyü kimi, tarixlər arasında çox az bir müddət var. Böyük bir ehtimal ola bilər ki, İddiaçı etibarnaməni imzalayıb daha sonra ölkəni tərk etmişdir. Bu ehtimalı qüvvətləndirən hal odur ki, mübahisəli etibarnamə notariusda saxlanılmamış və arxivə təhvil verilməmişdir. Digər sənədlər isə notariat işində hal-hazırda da mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin araşdırdığı və daxili məhkəmələrə verdiyi tövsiyələrdən biri də etibarnamədəki imzanın İddiaçı aid olub-ol mamasını araşdırmaq olmuşdur. Apellyasiya instansiyası bu tövsiyəyə məhəl qoymamış, iş üçün ən vacib olan bu hal araşdırılmamışdır. Belə ki, iş materiallarında etibarnamə mövcuddur və həmin etibarnamə əsasında xətşünaslıq ekpsertizasının keçirilməsi zəruridir. Daxili məhkəmələrin İddiaçı bu müqavilələr barədə məlumatlı olduğu və olmasa belə sonradan əqdi bəyənməsi barədə fikirləri əsaslı olmuşdur. Belə ki, xx.xx.2007-ci il və xx.xx.2009-cu il tarixli kredit müqavilələri Cavabdeh2 tərəfindən imzalanmışdır. Cavabdeh2 İddiaçı bacısı oğludur və müqaviləni imzalayan zaman onun 19 yaşı olmuşdur. xx.xx.2007- ci il və xx.xx.2009-cu il tarixli ipoteka müqavilələri X10 tərəfindən imzalanmışdır. X1 Lətif Abbasəli oğlunun qardaşıdır və etibarnamə onun adına verilmişdir. Apellyasiya instansiyası məhkəm əsindəki birinci icraat zamanı o, ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan razılıq ərizələrindən də görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh3 xx.xx.2007-ci il və xx.xx.2009- cu il tarixlərində əmlakın ipoteka ilə yüklü edilməsinə dair razılıq ərizəsi vermişdir. Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2-ci dəfə kredit müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası ərazisində olmuşdur. İddiaçı qardaşının aldadıldığını əsas götürür, lakin o qardaşını aldadan şəxslər barəsində hüquq mühafizə orqanlarına müraciət etməmişdir. 2 il ərzində davam edən bu böyük prosedur barəsində onun məlumatlı olmamağı ağlabatan deyil. O, əqdi imzalamasa belə, iş materillarında olan digər sübutlar onun əqd barədə məlumatlı olduğunu göstərir. AR Konstitusiya Mə hkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Hesab etsək ki, ipoteka müqaviləsi İddiaçı razılığı olmadan bağlanıbsa da, arvadı Cavabdeh3 onların birgə mülkiyyətində olan əmlakın ipoteka qoyulmasına razılığı işdə mövcuddur. Bu səbəbdən ipoteka müqaviləsi qismən etibarsız h esab edilə bilər. Bank vicdanlı ipoteka saxlayan olduğundan və Cavabdeh3 ona aid hissədə razılığını bildirdiyindən ipotekanın ½ hissəsinə tutma yönəldilməsi təmin edilməlidir. İş materiallarında olan Yusif və İddiaçıların anası Marış Əhmədovanın 2010-cu ilin yanvar ayında yazılmış ərizəsində o, Banka və digər orqanlara müraciət edərək oğlanları Yusif və İddiaçıların Əvəz Hüseynquliyevin ölümü ilə əlaqədar borca düşdüklərini və onlara güzəşt olunmasını xahiş etmişdir və hətta bu hadisə barədə məktublarında ətraflı məlumatlar vermişdir. Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı 2010-cu ilin yanvar ayında ölkə ərazisində olmuşdur. İddiaçı ətrafında olan hər kəsin bu barədə məlumatlı olması, bu məsələnin ictimailəşməsi halında belə onun bu barədə məlumatlı olma ması ağlabatan deyildir. İş materialları ilə tanış olan zaman aydın olur ki, bu proses bir qrup şəxsin əvvəlcədən razılaşması əsasında baş tutmuşdur.

55. Kassator şikayətində Mülki Məcəllənin 358, 360.2-ci; Ailə Məcəlləsinin 37.2-ci; Mülki Prossesual Məcəlləsinin 54 və 265.4-cü maddələrinin pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 57. 13-cü maddənin İ və İİ hissələri. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 58. 29-cu maddənin İ hissəsi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üs tünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

59. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

60. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

61. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

62. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı an dan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

63. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

64. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır

65. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan i stifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

66. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

67. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

68. Maddə 358.2. Əşyaya və hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

69. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağ ladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

70. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 71. 10.2-ci maddə. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

82. İlk növbədə məhkəmə kollegiyası MPM-nin tələbinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilibverilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə t ərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan prosessual pozuntulara yol verilməmişdir.

83. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 360.2-ci, 358-ci maddələrinin tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığına istinad edilir. 360.2-ci maddəyə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 358.2-ci maddəyə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

84. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd edilənlərə əsasən o mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsi barədə ba nkın xx.xx.2010-cu il tarixli “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş”ini aldıqda xəbər tutmuş, MM-nin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət ərzində2010-cu ilin avqust ayında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bank tərəfindən məhkəməyə İddiaçı mübahisələndirilən etibarnaməni və ya mülkiyyətində olan qeyriyaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə onun adından bağlanmış ipoteka müqavilələrini bəyəndiyini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən MM-nin 360.2-ci, 358-ci maddələrinin pozuntusu müəyyən edilmir.

85. Kollegiya apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, etibarnamə təmsil edilənin iradə ifadəsini əks etdirən birtərəfli əqddir. Adından etibarnamə verilmiş şəxsin təmsilçiyə bu etibarnaməni verməyə iradə ifadəsinin olmadığı təsdiq olunursa əqd mövcud olmadığı üçün MM-nin 337.1-ci maddəsinə əsasən bu etibarnamə əsasında təmsilçi tərəfindən bağlanmış müqavilələr də etibarsızdır.

86. Mülkiyyətçinin iradəsi olmadan onun əmlakının ipoteka ilə yüklü edilməsi və borcla bağlı həmin əmlaka tutma yönəldilməsi əsas konstitusion hüquqlardan biri olan mülkiyyət hüququnun pozuntusu hesab olunduğundan Avropa İnsan Hüquqları Məhkəməsi 2023-cü il 01 iyun tarixli qərarı ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu müəyyən edilmişdir.

87. Məhkəmə tərəfindən Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumatlar araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli, 7E-1192 reyestr nömrəli etibarnamə verilərkən İddiaçı Azərbaycan Respublikasında olm amışdır. xx.xx.2007-ci il tarixdən ölkə xaricində olan şəxsin xx.xx.2007-ci il tarixdə Xızı rayon Notariat Kontoruna gedərək etibarnamə verməsi mümkün olmadığından məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, etibarnamənin və onun əsasında bağlanmış ipoteka müqavilələrinin etibarsız olduğuna dair İddiaçı iddia tələbləri əsassızdır.

88. Mülki qanunvericiliyin tələblərinə əsasən iradə ifadəsi olmadan bağlanmış əqd mövcud olmayan, yəni etibarsız əqd hesab edildiyindən kassasiya şikayətində istinad edilmiş Ailə Məcəlləsinin 37.2-ci maddəsinin hazırkı mübahisə üzrə tətbiq edilməli olduğuna dair hissədə də şikayətin dəlilləri əsassızdır.

89. Kassasiya şikayətinin dəlillərindən biri də bundan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iş üzrə qəbul edilmiş qərarında mübahisələndirilən etibarnamədəki imzanın İddiaçı məxsus olub-olmadığının yoxlanılması üçün iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsinin zəruri olduğu qeyd edildiyi halda, apellyasiya instansiyası məhkəmə tərəfindən müvafiq ekspertiza keçirilməmişdir.

90. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Xızı rayon dövlət notariat ofisinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə sorğular verilmiş, Notariat Arxivində və sorğu əsasında təqdim edilmiş notariat işi materiallarında mübahisələndirilən etibarnamənin əsli aşkar olunmadığından və Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən xx.xx.2007-ci il tarixdə ölkə xaricində olan İddiaçı həmin tarixdə Azərbaycan Respublikasında notariat k ontoruna gedərək mübahisələndirilən etibarnaməni imzalaması qeyri-mümkün olduğundan məhkəmə düzgün olaraq iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etməmişdir.

91. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxmış məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

92. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli 2(105)-1376/2024 saylı qətnaməsi dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar