Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1432/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı X7 iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 1 oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 oğlunun, Cavabdeh2 ASC-nin vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X2 və X5 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracd a satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X1 və X3 müştərək qaydada 99.973,58 (doxsan doqquz min doqquz yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, faiz borcuna görə 34.690 (otuz dörd min altı yüz doxsan) manat, cərimə borcuna 2.000 (iki min) manat olmaqla, cəmi 136.663,58 (bir yüz otuz altı min altı yüz altmış üç manat əlli səkkiz qəpik) manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan X1 kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 68 kv.metr yaşayış sahəsindən və 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, X2 kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, X1 kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, X1 kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsi, 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin, X1 kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, X2 kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin ban ka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İddiaçı digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən, iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%, yəni 27 (iyirmi yeddi) manat hissəsinin cavabdehlər İddiaçı, X1 və X3 tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 3 (üç) manat hissəsinin isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin 225 (iki yüz iyirmi beş) manat hissəsinin cavabdehlər İddiaçı, X1 və X3, qalan 25 (iyirmi beş) manat hissəsinin iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli 22.05.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Quba rayon İcra Şöbəsinin sifarişi əsasında əmlakların qiymətləndirilməsi keçirilmiş və X1 kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.metr yardımçı sah ədən ibarət fərdi yaşayış evinə 80.000 manat, X2 kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 9.150 manat, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.100 manat, X2 kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 3000 manat qiymət qoyulmuş, həmin qiymətlərlə əmlakların hərraca çıxarılması Cavabdeh1 MMC-nə sifariş edilmişdir. Cavabdeh1 29 dekabr 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, X2, X5 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair bildirişləri əsasında X1 kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 (doqquz min bir yüz əlli) manat qiymətinə, X2 kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 (üç min) manat qiymətinə, X1 kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 (on min bir yüz) manat qiymətinə 29 yanvar 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, həmçinin “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında bu barədə elan dərc edilmişdir; Müvafiq poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd edilən bildirişlər İddiaçı tərəfindən 10 yanvar 2018-ci il tarixdə şəxsən imza etməklə rəsmi qaydada qəbul edilmişdir; Quba rayon İcra və Probasiya Şöbəsinin 25.01.2018-ci il tarixli məktubu ilə məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq hərracın dayandırılması Cavabdeh1 MMC-dən xahiş edilmiş, 14.02.2018-ci il tarixli məktubla isə Bakı Apellyasiya Məhkəməsinin 06.02.2018-ci il tarixli məktubuna istinad edilməklə hərracın keçirilməsinin davam etdirilməsi xahiş edilmişdir. Cavabdeh1 20 fevral 2018-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, X2, X5 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair bildirişləri əsasında X1 kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 (doqquz min bir yüz əlli) manat qiymətinə, X1 kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 (üç min) manat qiymətinə, X1 kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 (on min bir yüz) manat qiymətinə 12 mart 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, həmçinin “Kaspi” qəzetinin 20 fevral 2018-ci il tarixli buraxılışında bu barədə elan dərc edilmişdir; Cavabdeh1 12 mart 2018-ci il tarixli 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə p rotokollarına əsasən İddiaçı xüsusi mülkiyyətində olan X1 kəndində yerləşən 1,1425 ha torpaq sahəsini 9.150 (doqquz min bir yüz əlli) manat dəyərində, X1 kəndində yerləşən 1,2635 ha torpaq sahəsini 10.100 (on min bir yüz) manat dəyərində, X1 kəndində yerləşən 0,347 ha torpaq sahəsini 3.000 (üç min) manat dəyərində X7 əldə etmiş və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 10 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentya br 2015-ci il tarixli 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan X1 kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat, X1 kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, X1 kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, X2 kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 manat müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xaçmaz Ərazi İdarəsinin verdiyi MH seriyalı ******* nömrəli; MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən ona məxsus X1 ərazisində yerləşən ümumilikdə 2,753 ha torpaq sahəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 mart 2018-ci il tarixli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən x ahiş etmişdir. X7 iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək, ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə protokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torpaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təsdiq edən çıxarışlara dönüş edilməsi barədə qətnamə qəbul edilməsini, saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 08 sentyabr 2015-ci il tarixli qətnaməsindən onun tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəmə si 2(103)-5089/2017 nömrəli 22 may 2017-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra prosessual müddəti buraxmadan kassasiya şikayəti vermək üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmağı barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə ərizəni təmin etməmək barədə qanunsuz qərardad qəbul edərək, qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti gözləmədən işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarmış, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi üçün qətnaməni icraya yönəltmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Bakı Apelyasiya Məhkəməsinin qərardadı ləğv edilərək yeni baxışa göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəm əsi qərardadı ləğv etməklə kassasiya şikayətinin verilməsinə yaradılmış süni maneəni aradan qaldırmışdır. Göründüyü kimi, iş üzrə qətnamədən deyil, qərardaddan kassasiya şikayəti vermişdir. Hazırda kassasiya şikayəti təmin olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, X1 icra məmuru N bu qətnaməni icra etmək üçün 29 yanvar 2018-ci il tarixə hərrac təyin etmişdir. Onlar qətnamədən kassasiya şikayəti verdiklərini əsas tutaraq hərracın keçirilməsinin dayandırılması barədə 25 yanvar 2018-ci il tarixli məktubla icra məmuruna müraciət etmiş, icra məmuru müraciəti əsas tutaraq özünün 25 yanvar 2018-ci il tarixli 03/16-03 nömrəli məktubu ilə hərracı təşkil edən Cavabdeh1nə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etm işdir. Hərracı keçirən cəmiyyət bu məktub əsasında hərracın keçirilməsini dayandırmışdır. 06 fevral 2018-ci il tarixli 6ÜŞ-322/2018 nömrəli məktubla Bakı Apelyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri M məktubla Cavabdeh2 ASC-nin baş direktoruna mülki prosessual qanunvericiliyin tələblərini izah edərək qətnamənin qanuni qüvvəyə mindiyi və bu əsasla icra edilməsində heç bir maneənin olmadığını izah etmişdir. Onun adına götürülən kreditləri qardaşı M götürmüş, sadəcə onun adına sənədləşdirilmişdir. Əslində hərraca çıxarılan girov qoyulan əmlaklarını da M başqa şəxsin adına almışdır. Hərrac sadəcə görüntü yaratmaq üçün keçirilmiş, qalib şəxsin kim olduğu əvvəldən bəlli olmuşdur. Hərracı udan şəxs öz həmyerlisi, əslində çox kasıb bir adamdır. Heç gündəlik çörək pulunu belə qazanmaq gücündə dey ildir. Hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə qərarını gözləmədən tələsik hərracın keçirilməsi kobud qanun pozuntusudur və bu əsasla keçirilmiş hərracın yekun protokollarının etibarsız hesab edilməsi üçün əsaslardan biridir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti formal hərrac keçirərək əmlakını satmışdır. O, cavabdeh olaraq qətnamə üzrə hərracın keçirilməsindən xəbərsiz olmuş, bu barədə ona rəsmi bildiriş göndərilməmişdir. Başqa bir tərəfdən hərracın keçirilməsinin dayandırılması barədə icra məmurundan ünvanına rəsmi məktub daxil olmuşdur. O, bu məktuba əsasən hərracın keçirilməsinin dayandırılmasından əmin olmuşdur. Hesab edir ki, qətnamədən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək hərrac keçirilməməli idi. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini, eyni zamanda onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 13 fevral 2020-ci il tarixli 2(005)-27/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan X1 kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 (doqquz min bir yüz əlli) manat qiymətinə, X1 kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 (üç min) manat qiymətinə və X1 kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 (on min bir yüz) manat qiymətinə 29 yanvar 2018 -ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılmış, X7 adlı şəxs qanunla müəyyən edilmiş qaydada keçirilən hərracda müvafiq torpaq sahələri vicdanlı alıcı olaraq almış və adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən müvafiq qaydada çıxarışlar almışdır. Qeyd edilən torpaq sahələrinin satışı ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt göndərişi və xəbərnaməsi mövcuddur. Eyni zamanda, qeyd edilən torpaq sahələri ilə bağlı hərracların təşkili və keçirilməsi barədə müvafiq elanlar qəzetdə dərc edilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Həmçini n qeyd edilən tələbin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “çıxarışlar ləğv edilərək əvvəlki çıxarışlara dönüş edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “çıxarışlar ləğv edilərək əvvəlki çıxarışlara dönüş edilməsi” hissəsində də təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 415.1, 415.2, “İpoteka haqqında” Qanunun 42.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş e tmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 saylı iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokolları etibarsız hesab edilməsi, X1 kəndində 1,1425 ha torpaq sahəsinin X4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nöm rəli, X1 kəndi 1,2635 ha torpaq sahəsinin X4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və X1 kəndi 0,347 ha torpaq sahəsinin X4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müvafiq torpaq sahələrinin açıq auksionda hərraca çıxarılaraq satılmasına əsas Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2015-ci il tarixli qətnaməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə həmin qətna mə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2018-ci il tarixli qərarı ilə həmin qətnamə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin qərarda Ali Məhkəmə göstərmişdir ki, tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılıq əldə edilməmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən «xxxx» MMC-dən rəy alması ilə də təsdiq olunur. Lakin məhkəmə qətnamənin nəticə hissəsində ipoteka predmetlərinin ilkin satış qiymətlərini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu hala diqqət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan X1 kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat, X1 kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, X1 kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, X1 kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, etibarsız hesab edilməsi tələb edilən hərracın nəticələrinə dair yekun protokolların əsasında duran hərracın keçirilməsinə əsas verən Bakı şəhə ri Yasamal Rayon Məhkəməsinin 08.09.2015-ci il tarixli qətnamə ilkin satış qiyməti müəyyən olunmadığından həmin hissədə ləğv olunmuş və ilkin satış qiyməti müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin satış qiymətləri müəyyən edilmədiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, mübahisəli torpaq sahələrinin açıq auksiondan satılması barədə hərrac keçirilməsinə səbəb olan qətnamə ilə həmin torpaq sahələrinin ilkin satış qiyməti müəyyən edilməmiş və icraya yönəldilməli məhkəmə aktı Ali Məhkəmə tərəfindən ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə hazırda ilkin satış qiyməti müəyyən edilmişdir, ona görə də, müəyyən edilmiş ilkin satış qiyməti ilə hərrac keçirilməli olduğundan, keçirilmiş hərracların yekunları üzrə protokollar etibarsız hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, həmin protokol əsasında əlavə olaraq hərracın nəticələrinə dair alğı-satqı müqaviləsinin bağlanması tələb olunmur. Yəni, protokol əmlakın hərracdan alğı-satqısını ehtiva edir və əlavə olaraq alğı-satqı müqaviləsinin bağlanmasına ehtiyac yoxdur. Buna görə, hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, həm də hər racın yekunları üzrə mübahisəli torpaq sahələrinin alğı-satqısının ləğv edilməsini ehtiva edir və bu barədə qətnamə çıxarılmasına ehtiyac yoxdur. Yekun hərracda əmlakları əldə etmiş fiziki şəxs X4 vicdanlı alıcı olmasına münasibətdə kollegiya qeyd etmişdir ki, həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir, belə ki, torpaq sahələrini alan şəxs onların həmyerlisi olmuş və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. Saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə Kollegiya qeyd etmişdir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə iş ə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh2 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərrac Mülki Məcəllənin və “İpoteka haqqında” qanunun tələblərinə uyğun keçirilmiş, hərracın keçirilməsi şərtləri və prosedurları pozulmamışdır. İddiaçı da, hərracın keçirilməsinin pozulmasına dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, Cavabdeh1 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Qanunvericilikdə ilkin satış qiymətinin sonradan müəyyən edilməsi hərracın yekunlarının etibarsız hesab edilməsinə səbəb olması barədə tələb mövcud deyil. Apelyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” qanunun 42, 44, MPM-nin 385.2, 415, 416cı maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarının təl əbləri pozulmuşdur. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı və vəkili N oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilm iş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən: Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, müb ahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı h ərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.4. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edil miş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh2 ASC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə əsasən ipotekaya tutma yönəldilməsi barədə qətnamədə ipotekanın satış qiymətinin göstərilməsi mütləq şərt kimi əks olunmuşdur. İcra sənədi verilmiş məhkəmə aktında isə bu məbləğlər müəyyən edilmədiyinə görə həmin məhkəmə aktı sonradan ləğv edilmiş və həmin əmlakların ilkin satış qiymətləri müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilən qiymətlər isə həmin torpaq sahələrinin hərraca çıxarıldığı qiymətlərdən əhəmiyyətli dərəcədə fərqlənmiş və X1 kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, X1 kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, X1 kəndində yerləşən 1,2635 ha torpaq sahəs inin ilkin satış qiyməti isə 18270 manat müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil verilməsi və kassasiya şikayəti müddətinin bərpası barədə ərizəyə baxılmasının nəticələri gözlənilmədən keçirilmiş hərracda ipotekanın məhkəmə tərəfindən müəyyən edilmiş satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə ipoteka əmlakının hərracının keçirilməsi ipoteka qoyanın əsaslı mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.