Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1432/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçünçü şəxs X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçünçü şəxs X2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)6853/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsində yerləşən 99 saylı evin 76 saylı mənzili (hazırkı ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99, mənzil 76) üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır.
2. X8 vəfat etdikdən sonra həmin mənzil İddiaçı və X2 paylı mülkiyyətinə keçmiş, bu barədə xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
3. Qeyd olunan mənzildə İddiaçı, Cavabdeh və X6 qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 25000 manat məbləğində kompensasiya verilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99da yerləşən 63,15 kv.m sahədən ibarət mənzil iddiaçının xüsusi mülkiyyətindədir. X6 həmin mənzildə qeydiyyatda olsa da, evlənərək oradan köçmüşdür, lakin Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 63 A-da yerləşən mənzili olmasına baxmayaraq, ailəsi ilə birgə həmin mənzildə yaşamağa davam edir. Cavabdeh iddiaçıya məxsus mən zildən çıxmaq istəmir və iddiaçının dinc və maneəsiz yaşamasına imkan vermir. Bu isə onun mülkiyyət hüquqlarını pozur.
6. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər siyahısından X2 çıxarılmasını və Cavabdeh 7000 manat məbləğdə kompensasiya verilməklə, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
7. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 5000 manat kompensasiya verilməklə, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.
8. N.Əmrahovanın iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 63,15 kv.m sahəsi olan 76 saylı mənzil onun və anasının paylı mülkiyyətindədir. Qardaşı Cavabdeh kompensasiya ödənilməklə həmin mənzildən istifadə hüququnun itirilməsini istəyir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh və nümayəndəsi - vəkili Qanuni nümayəndə məhkəməyə iddia ərizələrinə etiraz ünvanlayaraq iddia tələbini qəbul etmədiklərini, iddia tələbinin düzgün olmadığını bildirərək, tələbin rədd olunmasını xahiş ediblər. 10. “Nur MTK”-nın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Cavabdeh adına onların inşa etdiyi binada mənzil yoxdur və ona məxsus olan (Tex.Etaj 266T) sahəsi xx.xx.202 3-cü il tarixdə X1.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 23 avqust 2023-cü il tarixli, 2(001)-1709/2023 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) İddiaçı və X2 Cavabdeh qarşı iddia tələbləri təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 7000 manat məbləğində, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən Cavabdeh 5000 manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanda yerləşən 76 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması, İddiaçı tərəfindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən Cavabdeh kompensasiya verilməsi və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən istif adə hüququna xitam verilməklə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi, ödənilmiş dövət rüsumlarının iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiy yətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən təklif edilən kompensasiya məbləğlərinin ədalətli olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbləri təmin edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Konstitusiyasının 13-cü maddəsinin 1-cü hissəsi, 29-cu maddəsinin 2-ci bəndi; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci;Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin hazırda yaşadığı və qeydiyyatda olduğu mübahisəli mənzil əvvəlcə cavabdehin atası X5 mülkiyyətində olmuş, atası 2004-cü ildə vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında iddiaçıların adına rəsmiləşdirilmişdir. Bu zaman cavabdeh iddiaçı olan anasına tam etibar edərək mənzilin anasının adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Çünki iddiaçı cavabdehin anasıdır və atasından sonra ailə başçısı da iddiaçı olmuşdur. Cavabdeh anasına hər cəhətdən etibar edib inanmış, mənzilin ona və ailəsinə məxsus olduğunu və həmişə də belə olacağını düşünmüşdür. Həmin vaxtdan keçən 18 il ərzində bu münasibət dəyişməmiş, hər şey qaydasında olmuş, cavabdeh həmin mənzildən öz evi kimi istifadə etmişdir. Cavabdeh uşaqlıq illərindən bəri həmin mənz ildə yaşayır. Həmin mənzil iddiaçının və müstəqil tələb irləi sürən üçüncü şəxsin öz şəxsi qazancı ilə alınmayıb. Əgər iddiaçı cavabdehə qarşı belə davranacağını bildirsəydi, cavabdeh atasından miras qalan həmin mənzildən özünə çatan paydan anasının xeyrinə imtina etməz, mənzildən ona çatan payı öz adına rəsmiləşdirərdi. Lakin bu hərəkət ailədə bərqərar olan qarşılıqlı hörmət, etimad anlayışlarına zidd olduğu üçün cavabdeh bunu etməmişdir. Bu mənada İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadə hərəkətlərinə isə qanunla yol verilmir. Lakin məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmiş, iddia tərəfinin hüquqdan sui-istifadə etməsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, cavabdehin həmin mübahisəli mənzildən istifadə hüquqları vardır. Çünki həmin mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehin doğma anasıdır və cavabdeh mülkiyyətçinin ailə üzvüdür. Cavabdeh mübahisəli mənzildə uzun illərdir yaşayır, kommunal xərclərin ödənilməsində iştirak edir və həmin mənzildə yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Odur ki, cavabdehin həmin mənzildən iddiaçı ilə birlikdə istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin işə baxan məhkəmə qeyd olunan bu maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülk i qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buradan da göründüyü kimi, məhkəmənin öz qətnaməsində Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməsi tam qanunsuz və əsassız olmaqla yanaşı, həmdə Konstitusiya Məhkəməsinin qərarının hüquqi göstərişlərinə tam ziddir. Bundan əlavə, Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri əsas götürülməklə qəbul edilən qətnamə cavabdehin sosial təminatı ilə bağlı mənafeyinin də ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Çünki cavabdeh həmin mənzildə uşaqlıq illərindən etibarən yaşamış, məktəbə getmiş, ailə həyatı qurmuş və hazırda da həmin mənzildə yaşayır. Həmin mənzilə onun yaşayış hüququ valideynləri ilə ailə hüquq münasibətlərindən irəli gəlir. Cavabdeh həmin mənzildə daimi yaşamaqla hazırda da iddiaçı olan anasını n gələcək üçün miras əmlakından pay almaq hüququ olan (mülkiyyət gözləntisi olan) şəxsdir. Qəbul edilən qətnamə ilə cavabdehin bu hüquqları pozulmuş və Konstitusiya Məhkəməsinin qərarına zidd olaraq maddi hüquq normalarının səhv tətbiq edilməsi ilə nəticələnmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qərarında deyilir: “Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq ol maqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquqi komponentləri də mövcuddur”. Göründüyü kimi, cavabdehin həmin mənzilə olan istifadə hüququnun mülki qanunvericiliyin normaları ilə tənzimlənməli olması barədə məhkəmənin gəldiyi hüquqi nəticə tamamilə əsassızdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6853/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qası mov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi təklif olunan 12000 manat kompensasiya məbləği hissəsində dəyişdirilmiş, iddiaçı Əmrahova və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 hər birindən alınan kompensasiya məbləği 8000 manat, cəmi 16000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehin hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməli olmadığı barədə dəlili əsassızdır. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisəli mənzil üzərində mülkiyyət hüquqları xx.xx.2004-cü ildən yarandığından, hazırkı mübahisə Mülki Məcəllənin 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir.
18. Qeyd olunan mənzil 2004-c ü il tarixdən etibarən iddiaçı və üçüncü şəxsin paylı mülkiyyətində olmaqla, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. İddiaçı və üçüncü şəxs cavabdehə qarşı kompensasiya ödənilməklə onların paylı mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı və üçüncü şəxslə cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil. Belə olan halda iddia tələblərinin təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət, eyni şəraitdə davamlı yaşamaq üçün yetərli lik baxımından müəyyən edilməlidir.
19. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ) digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən isti fadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensas iya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesin uza dılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasın da müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
21. Nümayiş etdirilən bu hüquqi mövqeyə uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verlməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensa siya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
22. Həmin qərarın mənası belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır.
23. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmaya raq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb.
24. Qeyd olunmalıdır ki, iddiaçı tərəf cavabdehin onu mənzildən qovduğunu qeyd etmiş, məhkəmə kollegiyasının iclasında cavabdeh heç bir əsas olmadan öz doğma bacısı olan müstəqil tələb irəli sürən üçüncü şəxsi “əxlaqsız” kimi adlandırmışdır. Göründüyü kimi, tərəflər arasında olan ailə münasibətləri pisləşdiyi üçün, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmüşlər. Bu qeyd olunan hallar cavabdeh tərəfin iddia tələblərinin hüquqdan sui-istifadə olması ilə bağlı dəlillərinin əsassız olması qənaətinə gəlməyəs əsas verir.
25. Təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasının qiymətləndi rilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
26. Kompensasiya məbləğinin ədalətli müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsini Mülki Kollegiyasının bir sıra qərarlarında (2(102)-2049/2022 saylı mülki iş üzrə, xx.xx.2022-ci il tarixli; 2(102)-958/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar) göstərilmişdir ki, “kassasiya instansiyası məhkəməsində baxılmış bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10000-12000 manat civarında olub, habelə, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ isə bir qayda olaraq məhkmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb.”
27. Hazırki iş üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0097 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilin likvid qiyməti 123300 manat, həmin mənzilin kirayə haqqı qiyməti isə 400 manat müəyyən edilmişdir. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin 16000 manat müəyyən edilməsi daha ədalətli və məqsədəmüvafiqdir.
28. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin qeyd edib ki, cavabdeh özünün mübahisələndirilən mənzildən başqa yaşayış yeri olmadığını bildirsə də, iş materiallarında olan “Nur MTK”-nın xx.xx.2023-cü il tarixli və 28 noyabr 2023-cü il tarixli məktublarından görünür ki, Cavabdeh əvvəl həmin MTK-da binanın İV girişində ümumi sahəsi 53,8 kv.m olan 266T nömrəli, 2 otaqlı mənzili olmuş (müqavilədə 266T nömrəli Texniki etaj göstərilməsinə baxmayaraq) və həmin mənzili 24 yanvar 2023-cü ildə X4 31000 ABŞ dollarına satmış və daxili müqavilə ilə rəsmiləşdirilmişdir. Hazırda həmin mənzildə X7 yaşayır.
29. Buna görə də, məhkəmə kollegiyası tərəfindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsə kompensasiya məbləği olaraq 16000 manat təklif olunmuş, sonuncular irəli sürülmüş təklifi qəbul edərək, hər biri 8000 manat olmaqla, cəmi 16000 manat kompensasiya ödənilməsinə razı olduqlarını bildirmişlər.
30. Kollegiya hesab edib ki, təklif olunan 16000 manat kompensasiya məbləği mülkiyyətçilərin hesabına istifadəçi olan cavabdehə davamlı sürətdə və 3 ildən artıq müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermiş olur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkil Qanuni nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehin həmin mənzillə bağlı vərəsəlik hüquqları olmuş, bu paydan iddiaçı anasının xeyrinə imtina etmiş, daha doğrusu evin ananın adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh həmin mənzildə daimi yaşamaqla hazırda da iddiaçı olan anasının gələcək üçün miras əmlakından pay almaq hüququ olan (mülkiyyət gözləntisi olan) şəxsdir. Qəbul edilən qətnamə ilə cavabdehin bu hüquqları pozulmuş və Konstitusiya Məhkəməsinin Qərarına zidd olaraq maddi hüquq normalarının səhv tətbiq edilməsi ilə nəticələnmişdir. İddiaçıya məxsus mənzilin bazar dəyərini iddiaçının təklif etdiyi qiymət kimi götürməklə məhkəmə tərəflərin bərabərlik hüququnu pozmuş, qanunazidd nəticəyə gəlmişdir.
33. Məhkəmə cavabdehin iddiaçılarla müəyyən şərtlər çərçivəsində barışıq sazişi bağla maq istəyini də nəzərə almamışdır. Cavabdeh tərəf iddiaçının Bakı şəhərində ona ayrıca 1 və ya 2 otaqlı mənzil verməsi ilə barışıq sazişi əldə edilə biləcəyini, yaxud 35-40 min manat kompensasiya verilməsini təklif etsə də, bu şərtlər məhkəmə tərəfindən müzakirə edilməmiş və nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
35. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
36. Maddə 29, İ və İİİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlar ından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 228.2.Yaşayış binasının tərk ib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzm undadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisəli mənzil üzərində mülkiyyət hüquqları xx.xx.2004-cü ildə yaranmışdır və cavabdehin həmin mənzildən istifadə hüququnun olması mübahisələndirilmir. Bu halda işə baxmış məhkəmə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etməkdə haqlı olmuşdur.
54. Həmçinin kompensasiyanın məbləğinin müəyyən edilməsi üzrə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma da qanunvericiliy in tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur.
55. Kassatorun mübahisəli mənzildən vərəsəlik hüququ əsasında düşən payının ananın adına rəsmiləşdirilməsinə razılıq verməsi, anasının gələcək üçün miras əmlakından pay almaq hüququ olan (mülkiyyət gözləntisi olan) şəxs olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Çünki əvvəla, cavabdehin özünün dediyi kimi miras əmlakdan düşən paydan imtina etmişdir və buna əsasən mənzil üzərində mülkiyyət hüququ iddiaçıların adına qeydiyyata alınmışdır. Bundan başqa, mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün bu cür məhdudiyyət qanunvericilikdə müəyyən edilməmişdir. İddia tələbinin iddiaçıların mülkiyyət hüququndan sui-istifadə etməsi kimi qiymətlə ndirmək üçün əsaslar müəyyən edilməyib.
56. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6853/2023 nömrəli, 27 dekabr 2 023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.