Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1435/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Koorperativinə qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı iş üzrə QƏRARİ İş № 2(102)-1435/2023 (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı (Bakı şəhə ri 14 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6015/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Hacıbala qızı ilə Cavabdeh1 MTK ilə arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “Kooperativ Mənzil Tikinti Haqqında” 203 saylı müqaviləyə əsasən, Cavabdeh1 MTK Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m. olan 1 otaqlı (117 saylı) mənzili İddiaçı Hacıbala qızına təhvil verməyi, İddiaçı Hacıbala qızı isə həmin mənzilin dəyərini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh1 MTK tərəfindən verilmiş arayışa əsasən İddiaçı Hacıbala qızı xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasında 3/3/1 otaqlı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəyib.
3. İddiaçı Hacıbala qızı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MTK-ya Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında inşa etdiyi binanın 117 nömrəli mənzilindən və pay haq qından imtina etdiyini, mənzilin müqaviləsinin Cavabdeh2 adına sənədləşdirilməsinə və rəsmiləşdirilməsinə etiraz etmədiyini, habelə gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiasının olmayacağını bildirmişdir.
4. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kooperativ Mənzil Tikinti Haqqında” müqaviləyə əsasən, qeyd edilən mənzil Cavabdeh2 təhvil verilmişdir.
5. İddiaçı Hacıbala qızı xx.xx.2019-cu il tarixdə təkrarən Cavabdeh1 MTK-ya Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 8i-647 reyestr nömrəsilə qeydiyyatı aparılaraq MTK-da paydan və mənzildən imtina ərizəsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instan siya məhkəməsində icraat
6. İddiaçı Hacıbala qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan 117 saylı mənzilə dair cavabdehlər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, nəvəsi olan Cavabdeh2 anası, yəni onun qızı ilə birlikdə onu döyüb, ölümlə təhdid edərək, xx.xx.2019-cu il tarixdə ona məxsus olan mənzildən onun xeyrinə imtina etməyə və bu barədə Bakı şəhəri 14 saylı Notariat ofisində ərizə yazmağa məcbur etmişdir. Lakin o, xx.xx.2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Ərizə yazmağa məcbur edildikdən sonra mənzillə bağlı cavabdehlər arasında bağlanmış müqavilə barədə də ona hər hansı məlumat verilməmiş, müqavilənin bağlanması zamanı onun iştirakı təmin edilməmişdir. Digər tərəfdən, müqavilədən və pay hüququndan imtina etsə də, mənzilə ödənilən pul vəsaitindən imtina etməmişdir. Nəticədə o, qanunsuz olaraq öz əmlakından məhrum edilmiş və hazırda kirayədə yaşamaq məcburiyyətindədir.
8. Birinci instansiya məhkəməsində İddiaçı Hacıbala qızı iddia ərizəsində göstərilənlərə uyöun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun nəvəsi olan Cavabdeh2 anası, yəni onun qızı ilə birlikdə onu döyüb, ölümlə təhdid edərək, xx.xx.2019cu il tarixdə ona məxsus olan Bakı şəhəri, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 10 saylı evin, 117 saylı mənzildən cavabdehin xeyrinə imtina etməyə və bu barədə Bakı şəhəri 14 saylı Notariat ofisində ərizə yazmağa məcbur etmişdir. Lakin o, xx.xx.2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Ərizə yazmağa məcbur edildikdən sonra mənzillə bağlı cavabdehlər arasında bağlanmış müqavilə barədə də ona hər hansı məlumat verilməmiş, müqavilənin bağlanması zamanı onun iştirakı təmin edilməmişdir. Digər tərəfdən müqavilədən və pay hüququndan imtina etsə də, mənzilə ödənilən pul vəsaitindən imtina etməmişdir. Nəticədə o, qanunsuz olaraq öz əmlakından məhrum edilmiş və hazırda kirayə yaşamaq məcburiyyətindədir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1782/22 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdiyev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2019cu il tarixli ərizənin Cavabdeh2 zorakılığı (döyməsi, işgəncə verməsi və sair) və hədəsi altında tərtib etdiyini, nəticə etibarı ilə bu şəxs tərəfindən ərizəni imzalamağa məcbur edildiyini iddia edən iddiaçı bu halların mövcudluğunu sübut etməli idi. Lakin buna baxmayaraq, iddiaçı qeyd edilən ərizəni tərtib etməyə və imzalamağa cavabdeh tərəfindən məcbur edildiyini, o cümlədən bu məqsədlə döyüldüyünü təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hər bir halda, iddiaç ı bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Bununla belə, iddiaçının həmin ərizəni tərtib edilməyə və imzalamağa məcbur edildiyi öz təsdiqini tapmır.
11. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli əqdin bağlanmasına icazə (ərizə) vermiş iddiaçı yalnız bu əqd bağlandıqdan sonra həmin icazənin (ərizənin) ləğv edilməsi barədə ərizə ilə həmin, yəni xx.xx.2019-cu il tarixli ərizəni təsdiq edən Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin icazənin ləğv edilməsi barədə cavabdehlərə hər hansı məlumat verməmişdir. Nəticə etibarı ilə xx.xx.2004-cü il tarixli müqavilənin bağlanması və qüvvədə olması səbəbindən onun predmeti olan mənzilə dair sərəncam vermək səlahiyyətinə malik olmayan Cavabdeh1 MTK iddiaçının xx.xx.201 9-cu il tarixli ərizəsinə əsasən bu səlahiyyəti əldə etmiş və xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə qeyd edilən mənzilə dair müqavilə bağlamışdır. Başqa sözlə, xx.xx.2019-cu il tarixli müqavilə iddiaçının icazəsi (qabaqcadan verilmiş razılığı) ilə bağlanmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Bu da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 337.1, 339.4, 356, 358.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Ru siyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərdə olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Ondan sənədləri MTK və notariat ofisi almışdır. Birinci instansiya məhkəməsi mübahisə tərəfinin nəvəsi olmasını, onunla aralarında olan münasibətləri, qoca və savadsız olmasını, harada yaşadığını, mənzilə görə pul ödədiyini müəyyən etməmiş və yekunda düzgün nəticəyə gəlməmişdir. Mənzilə dair ödənilmiş 56.700 manat məbl əğində pul ona qaytarılmamışdır.
16. Apellyasiya instansiya məhkəməsində İddiaçı Hacıbala qızı apellyasiya şikayətində göstərilənlərə uyöun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mənzildə cavabdeh yaşayır, onun mənzilə ixtiyarı yoxdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6015/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilə dai r cavabdehlər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqı-satqısı haqqında” müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalıdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli “Kooperativ Mənzil Tikintisi Haqqında” müqavilənin bağlanması məhz iddiaçının həmin müqavilənin predmeti olan mənzildən və pay haqqından imtina barədə ərizəsinə əsasən mümkün olmuşdur. İddiaçı sözügedən ərizəni təqdim etdikdən sonra qısa müddət – 9 gün sonra xx.xx.2019-ci il tarixdə ərizəni ləğv etdirmişdir. Bu hal iddiaçının razılıq ərizəsinin sərbəst iradə ifadəsi ilə bağlandığını şübhə altına alır.
20. Həmçinin, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdehlər arasında müqavilə bağlandıqdan sonra mənzilin dəyəri də iddiaçıya ödənilməmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçı aldadılmış, pay haqqından imtina və müqavilənin bağlanmasına icazə aldatma təsiri altında verilmişdir. Ona görə də, xx.xx.2019-cu il tarixli “Kooperativ Mənzil Tikintisi Haqqında” müqavilə Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız sayılmalıdır.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi n əticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 337.1, 337.2, 339.2, 339.4, 356, 358.1, 390, 404cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9.3, 14.2, 77.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il tarixli, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli, X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Qətnamədən Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin əvvəlki sahibi iddiaçı olmuşdur. O, xx.xx.2019-cu il tarixdə mənzildən tam imtina etmiş və həmin mənzili Cavabdeh1 MTK-ya təhvil vermişdir. Mənzili o, alarkən Cavabdeh1 MTK iddiaçını MTK-ya dəvət etmiş, onunla söhbət aparmış, mənzillə bağlı hüququnu başa salmış, iddiaçı Bakı şəhəri, 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə müraciət edərək həmin mənzildən və pay hüququndan imtina etmiş, həmin mənzilin müqaviləsinin onun adına sənədləşdirilməsinə və rəsmiləşdirilməsinə etirazı olmadığını və gələcəkdə də mənzillə bağlı Cavabdeh1 MTK-ya qarşı heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. İddiaçı Cavabdeh2 onu döyməsi barədə heç bir hüquq-mühafizə orqanına müraciət etməmişdir. Halbuki əgər onu döymüşdürsə, mürac iət edə bilərdi. xx.xx.2019-cu il tarixli əqdin bağlanmasına icazə vermiş iddiaçı yalnız bu əqd bağlandıqdan sonra həmin icazənin (ərizənin) ləğv edilməsi barədə ərizə ilə həmin, yəni xx.xx.2019-cu il tarixli ərizəni təsdiq edən Bakı şəhəri, 14 saylı Notariat ofisinə müraciət etmiş, lakin bu barədə cavabdehlərə heç bir məlumat verməmişdir. Nəticə etibarı ilə xx.xx.2004-cü il tarixli müqavilənin bağlanması və qüvvədə olması səbəbindən onun predmeti olan mənzilə dair sərəncam vermək səlahiyyətinə malik olmayan Cavabdeh1 MTK iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən bu səlahiyyəti əldə etmiş və xx.xx.2019-cu il tarixində onunla qeyd edilən mənzilə dair alqı-satqı müqaviləsi bağlamışdır. xx.xx.2019-cu il tarixli müqavilə iddiaçının icazəsi (qabaqcadan verilmiş razılığı) ilə bağlan mışdır. Bu səbəbdən də, müqavilənin etibarsız hesab olunmasına əsas olmamışdır.
24. İddiaçı əqdi şəxsən özü bağlamış, notariat orqanında mənzildən imtina etmiş, onu geri Cavabdeh1 MTK-ya qaytarmış və Cavabdeh1 MTK onunla alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı mənzilin onun adına sənədləşdirilməsinə və rəsmiləşdirilməsinə razılıq vermiş, həmçinin yazılı iltizam vermişdir ki, həmin mənzillə bağlı Cavabdeh1 MTK-ya qarşı heç bir tələb və iddiası olmayacaqdır. Sonradan Bakı şəhəri 14 saylı Notariat ofisinə gedib həmin ərizəni ləğv edirsə də bu barədə nə ona, nə də Cavabdeh1 MTK-ya məlumat verməmişdir.
25. Həmçinin kassasiya şikayətində qeyd olunmuşdur ki, onun birinci instansiya məhkəməsində işə baxılmasından, apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsindən, həmçinin apellyasiya instansiyası məhkəməsində işə baxılmasından məlumatı olmamış, bu barədə bildirişləri almamışdır. Çünki, həmin vaxtlar cavabdeh Polşada olmuşdur. Bu səbəbdən də, məhkəmə iclaslarında iştirak edə bilməmişdir.
26. Bundan başqa, birinci instansiya məhkəməsi bu işlə bağlı xx.xx.2022-ci il tarixində qətnamə çıxarmış, həmin qətnamədən 4 ay, 13 gündən sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir, halbuki qətnamə alındığı gündən bir ay müddətinə apellyasiya şikayəti verilə bilər.
27. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 339, 356, 432.2-ci, Mülki Prosessual Məcəlləsinin 9, 14, 88-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsi nə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
29. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
30. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəx sə qarşı mübahisə edilir.
33. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
34. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən m əcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
35. Maddə
356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir.
36. Maddə 358.1 Səlahi yyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
37. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəll ər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müq avilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
38. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərə bilər.
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə i şə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilm əsi müəyyən edilməlidir. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
55. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər arasında xx.xx.2019-cu il tarixli “Kooperativ Mənzil Tikintisi Haqqında” müqavilənin bağlanması məhz iddiaçının həmin müqavilənin predmeti olan mənzildən və pay haqqından imtina barədə ərizəsinə əsasən mümkün olmuşdur. İddiaçı sözügedən ərizəni təqdim etdikdən sonra qısa müddət – 9 gün sonra xx.xx.2019-ci il tarixdə ərizəni ləğv etdirmişdir. Bu hal iddiaçının razılıq ərizəsinin sərbəst iradə ifadəsi ilə bağlandığını şübhə altına alır. Həmçinin, cavabdehlər arasında müqavilə bağlandıqdan sonra mənzilin dəyəri də iddiaçıya ödənilməmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçı alda dılmış, pay haqqından imtina və müqavilənin bağlanmasına icazə aldatma təsiri altında verilmişdir. Ona görə də, xx.xx.2019-cu il tarixli “Kooperativ Mənzil Tikintisi Haqqında” müqavilə Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız sayılmalıdır.
56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində qeyd olunan dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
57. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə əlavə kimi onu da qeyd edir ki, Cavabdeh 2 nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsinin iclaslarında şəxsən iştirak etməməklə, iddia ərizəsində qeyd olunan dəlillərə cavab verməkdən yayınmış, bununla da hazırki iddiaya marağının olmamasını nümayiş etdirmişdir.
58. Belə ki, Cavabdeh2 məhkəmə iclasının yeri va vaxtı barədə birinci instansiya məhkəməsi tərəfindən məlumat verilməsinə bağmayaraq həmin məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məxsus ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə keçiriləçək məhkəmə iclasının vaxtı və yeri barədə SMS məlumat göndərilmiş (i.v. 105), həmçinin eyni tarixli məhkəmə bildirişi onun tərəfindən poçt xəbərnaməsinə imza edilməklə alınmış (i.v.108), daha sonr aki məhkəmə iclasına dəvət edilməsi barədə məhkəmə bildirişləri olan zərflər poçt əməkdaşının “imtina edib” qeydi ilə (i.v.152-253) geri qaytarılmışdır. Bu hallar isə Cavabdeh2 apellyasiya məhkəməsinin təyin olunmuş məhkəmə iclaslarıdan məlumatlı olduğunu təsdiq edir. Odur ki, kassasiya şikayətinin onun birinci instansiya məhkəməsində işə baxılmasından, apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsindən, həmçinin apellyasiya instansiyası məhkəməsində işə baxılmasından məlumatının olmaması barədə dəlilləri əsassızdır.
59. Həmçinin kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya şikayətinin 4 ay, 13 gündən sonra verilməsi qeyd olunsa da, iş materialları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1782/22 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixdə elektron sistemə yerləşdirildiyi müəyyən olunur. Bu hal isə kassasiya şikayətinin həmin dəlilinin də əsassız olmasını göstərir.
60. Məhkəmə kollegiyası həmçinin iddiaçının sonradan Bakı şəhəri 14 saylı Notariat ofisinə gedib əvvəlki ərizəni ləğv edirməsinə baxmayaraq bu barədə nə ona, nə də Cavabdeh1 MTK-ya məlumat verməməsi ilə bağlı kassasiya şikayətində göstərilən dəlillərlə bağlı qeyd edir ki, iddiaçı Bakı şəhəri 14 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli hər iki ərizəsini Cavabdeh1 MTK-ya ünvanladığından, birinci ərizənin MTK-ya çatması, ikinci ərizənin isə çatmaması ağlabatan deyildir.
61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya ş ikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətin in dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. İzah olunmalıdı r ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
64. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün t ətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6015/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.