Məhkəmə qərarları › İş №2(102)-1435/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1435/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1435/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin çatışmayan sahəsi üzrə pul tələbi; podrat müqaviləsi; ekspert rəyi sübut qismində. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2(103)-885/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22 may 2018-ci ildə tərəflər arasında bağlanmış müqavilə ilə, cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edəcəyi yaşayış binasının B bloku, 15-ci mərtəbəsində yerləşən tam sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzili iddiaçıya verməyi, iddiaçı isə əvəzində hər kvadratmetrinin qiyməti 920 manat olmaqla ümumilikdə 100.004 manat məbləğində pulu cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. 2. 2020-ci ildə mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir. 3. 2021-ci ildə həmin mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsi 93,40 kv.metr göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 10672 manatın, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmiş və xx.xx.2020-ci il tarixli təhvil aktına əsasən mənzil ona təhvil verilmişdir. İddiaçı mənzil sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci tarixli, **********26-05301-093237 reyestr, ********** qeydiyyat nömrəli çıxarış alarkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 93.40 kv.m-dir. Mənzil sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən mənzilin üm umi sahəsi aşağıdakı qaydada müəyyən edilmişdir: Dəhliz – 11.4 kv.m, Yaşayış otağı – 24.4 kv.m, Mətbəx – 15.0 kv.m, Sanitar qovşağı – 2.5 kv.m, Sanitar qovşağı – 3.4 kv.m, Yaşayış otağı – 17.3 kv.m, Yaşayış otağı – 15.5 kv.m, Lociya – Əmsalsız 3.7 kv.m, 0.5 əmsalla 1.9 kv.m, Lociya – Əmsalsız 3.9 kv.m, 0.5 əmsalla 2.0 kv.m. Beləliklə, mənzilin sahəsi əmsallar tətbiq edilmədən hesablandıqda texniki pasporta olan sahələrin cəmi 11.4+24.4+15.0+2.5+3.4+17.3+15.5+3.7+15.5+3.7+3.9=97.1 kv.m təşkil edir. Cavabdeh tərəfindən faktiki olaraq müqavilə üzrə öhdəliklər düzgün icra edilməmiş, faktiki olaraq 97.1 kv.m mənzil sahəsi təqdim edilmişdir. Bu isə o deməkdir ki, müqavilədə qeyd olunan sahə ilə faktiki təqdim edilmiş sahə arasında 108.7-97.1= 11.6 kv.m fərq mövcuddur. Nəzərə alınsa ki, mənzilin hər bir kvadratmetri üzrə tərəfindən 920 manat cavabdehə ödənilmişdir, bu halda həmin fərqin dəyərini təşkil edən 11.6 x 920 = 10.672 manat məbləğ geri ödənilməlidir. Bununla bağlı müqavilənin 5.1-ci bəndinin tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli məktubla cavabdehə yazılı müraciət edərək, 10.672 manat məbləğin ona geri ödənilməsini tələb etsə də, məktub müqavilədə və vergi orqanın uçot məlumatlarında qeyd olunan ünvana çatmadan həmin ünvanda olmaması əsası ilə geri qayıtmışdır. Həmçinin eyni məzmunda xx.xx.2024-cü il tarixində e-mehkeme portalı vasitəsilə pretenziya bölməsi vasitəsilə cavabdehə məktub təqdim edilsə də, məktublarına geri dönüş edilməmişdir.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, mənzili n faktiki ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 108,7 kv.metr təşkil edir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim K.B.Xudayev) xx.xx.2024-cü il tarixli, e-2(004)-2625/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 10.028 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93,96 manatın tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 6,04 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat pulun Cavabdeh MT K-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir.

9. Formalaşmış məhkəmə təcrübəsinə görə, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. İş üzrə alınmış ekspert rəyində də mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır.

10. Məhkəmə bu qənaətə gəlmişdir ki, müqavilə öhdəlikləri üzrə fərqin 10,9 kv.m (108,7- 97,8=10,9 kv.m) olması v ə hər kvadrat metri üçün 920 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 10.028 (10,9 x 920) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 752.1, 753.1, 762.1, 762.3-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməs i barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlandığı zaman ona ünvan 2 ünvanında yerləşən mənzilin faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 108,7 kv.m.olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. Hesab edir ki, iddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahisələndirməklə, kobud pozuntulara yol vermişdir. Müqavilə azadlığına dair müddəalar pozulmuşdur. Öhdəliklərin icrası zamanı vicdanlılıq müddəalarına da riayət edilməmişdir. Müqavilələrin standart şərtlərinin qeyri-adi müddəalarına dair müddəalar da məhkəmə öz qətnaməsində nəzərə almamışdır.

14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, şikаyətdə özüözünü təkzib еdən ifаdələr işlədilmiş, işdə оlаn sübutlаrı cavabdeh öz fərziyyələri ilə təkzib еtməyə çаlışmışdır. Cavabdeh mövcud qanunvericiliyin, eləcə də formalaşmış məhkəmə təcrübəsinin konkret və birmənalı tələblərinə zidd olaraq müqavilədə nəzərdə tutulmuş ölçüdəki mənzili təhvil verməyərək hüquq pozuntusu etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Səadət Səlimova) xx.xx.2025-ci il tarixli, 2(103)-885/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. A pellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə podrat müqaviləsi bağlanmış və cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında inşa edəcəyi yaşayış binasının B bloku, 15-ci mərtəbəsində yerləşən tam sahəsi 108,7 kv.m olan 3 otaqlı mənzili təhvil verməyi, iddiaçı isə hər kvadratmetrinin qiyməti ƏDV daxil 920 manat olmaqla ümumilikdə 100.004 manat məbləğində mənzilin dəyərini kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir.

17. Müqavilənin 1.7-ci bəndinə əsasən inşa ediləcək binada iddiaçıya təhvil verilməli olan mənzilin tam sahəsinin 108,70 kvadratmetr olduğu göstərilsə də, mənzilə çıxarış alan zaman idd iaçıya məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmişdir. Belə ki, çıxarışda mənzilin sahəsi 93,40 kv.metr göstərilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin araşdırma zamanı əldə etdiyi ekspert rəyindən müəyyən olunur ki, mübahisəli mənzilin faktiki ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 97,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 108,7 kv.metr təşkil edir.

19. Göründüyü kimi, Cavabdeh MTK-nın İddiaçı təhvil verdiyi mənzilin ümumi sahəsi faktiki olaraq 97,8 kv.m-dir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sah əsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin faktiki ölçüsüdür. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi divaraltı sahələr nəzərə alınmadan hesablanır.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilənin standart şərtlərinin qeyri-adi müddəalarına rast gəlinmir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

23. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 390.1, 425.1, 442, 752.1, 75 2.2, 753.1, 762.1, 762.3, Azərbaycan Respublikasının Şəhərsalama və Tikinti Məcəlləsinin 59.2, 59.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, iş № 2(103)-885/2025 saylı qətnaməsinin ləğv edilməsi, yenidən araşdırılması üçün iş materiallarının Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliklərin icrası zamanı vicdanlılıq müddəalarına da riayət edilməmişdir.

26. Mülki Məcəllənin 419-cu maddəs i ilə müqavilələrin standart şərtlərinin qeyri-adi müddəalarına dair müddəalar da məhkəmə öz qətnaməsində nəzərə alınmamışdır

27. İddiaçı ilə müqavilə bağlandığı zaman ona ünvan 3 ünvanında yerləşən mənzilin faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 108,7 kv.m.olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. Hesab edirik ki, iddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahisələndirməklə, kobud pozuntulara yol vermişdir.

28. Bakı Apellyasiya Məhkəməsində icraatda olan bu mülki iş üzrə üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilməməyimizə və elektron məhkəmə sistemində ərizə təqdim etməyimizə bax mayaraq, məhkəmə tərəf olaraq cavabehi qətnamədə “məhkəmə kollegiyasının iclasında iştirak etmir” kimi ifadə etmiş və öz mülahizəsi ilə məhkəmə işinə iştirakları olmadan baxmışdır. Bu isə tərəflərin bərabərliyi prinsipinə ziddir.

29. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390, 419.1, 425.1, 425.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərini n subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sif arişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

38. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

39. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

40. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

41. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

42. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

43. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəcc ərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan pro sessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin Bakı Apelly asiya Məhkəməsində icraatda olan bu mülki iş üzrə üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilməmələrinə və elektron məhkəmə sistemində ərizə təqdim etmələrinə baxmayaraq, məhkəmə tərəf olaraq cavabdehi qətnamədə “məhkəmə kollegiyasının iclasında iştirak etmir” kimi ifadə etdiyi və öz mülahizəsi ilə məhkəmə işinə iştirakları olmadan baxdığı, bunun isə tərəflərin bərabərliyi prinsipinə zidd olduğu barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 27 yanvar 2025-ci il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, cavabdehin vəkili və nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verdiyi məhkəmə iclasının baş tutacağı tarixdə bakı şəhərində olmayacağını bildirməsi və məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə hazırkı məhkəmə iclasının təxirə salınması barədə vəsatəti məhkəmə tərəfindən müzakirə edilmiş və qanunla müəyyən edilmiş qaydada məlumatlandırıldığı, lakin məhkəməyə gəlmədiyi və gəlməməyinin səbəblərinin üzrlü olması barədə sübutlar təqdim etmədiyinə görə cavabdehin vəkili və nümayəndəsinin iştirakı olmadan işə tam, obyektiv baxılması mümkün hesab edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə də cavabdehin vəkili və nümayəndəsinin üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyi təsdiqlənmir.Azərbaycan Rerspublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü sə bəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

57. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işə cavabdehin vəkili və nümayəndəsinin iştirakı olmadan baxmaqla prosessual hüquq normalarının tələbini pozmamışdır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mə hkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli 2(103)-885/2025 nömrəli qətnaməsi iddianın təmin ed ilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar