Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1437/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı dair QƏRARİ iş № 2(102)-1437/2024 (Açar sözlər: müqavilə üzrə ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilmiş pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7295/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İcraçı Cavabdeh MMC ilə payçı (Sifarişçi) İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli 0774 saylı müqaviləyə əsasən, İcraçı “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi ilə bunun qarşılığında İcraçıya razılaşdırılmış 1 kv.m üçün 1100 manat olmaqla, cəmi 89980 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə qiymətinin 80848 manat hissəsini Sifarişçi ilkin olaraq ödəyir, qalan 9132 manat isə 12 ay müddətində xx.xx.2022-ci il tarixinədək 761 manat olmaqla hissə-hissə ödə niləcəkdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixində 761 manat ödəniş etmiş, sonrdan ödənişi etməmişdir.
4. Cavabdeh MMC 24 oktyabr 2022-ci il tarixli məktubla İddiaçı müraciət edərək müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmişdir.
5. Mübahisə müqavilə üzrə ödənilmiş pulun qaytarılması barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan donra “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən (bundan sonra “cavabdeh” və ya “MMC”) xx.xx.2021-ci il tarixli 0774 saylı alqı-satqı müqaviləsi ilə bağlı ödədiyi 81609 manat pulun, 1 il kirayədə qaldığı üçün ödədiyi 4200 manat kirayə haqqının və məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlayaraq Beynəlx alq banka ödədiyi 3000 manatın, cəmi 88809 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək kirayə haqqı ilə bağlı 4200 manat pulun tutulması ilə bağlı iddiasını geri götürdüyünü bildirmiş, qalan hissədə iddia ərizəsinə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin direktoru X1 ilə xx.xx.2021-ci il tarixli 0774 saylı müqavilə bağlayaraq "My Home" yaşayış kompleksindən blok D, 13-cü mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 81,8 kv.metr olan D.13.5 saylı mənzili almışdır. Həmin mənzilin 1 kv.metrinin qiyməti 1100 manat olmaqla, ümumilikdə mənzilin qiyməti 89980 manat olmuşdur. Müqavilə qiymətinin 80848 manatını iddiaçı ilkin olara q ödəmiş, qalan 9132 manatını isə 12 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək ödəyəcəyi barədə razılaşmışlar. İddiaçının ödəməli olduğu 9132 manat məbləğlə bağlı ona ödəmə qrafiki tərtib edilmişdir. İddiaçı 9132 manat məbləğdən, 761 manat ödəmiş, 8371 manat isə qalmışdır.
9. MMC tərəfindən xx.xx.2022-ci il tarixində 96 saylı məktubla iddiaçıya bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli 0774 alqı-satqı müqaviləsinə MMC tərəfindən birtərəfli xitam verilmişdir". Həmin məktubda göstərilmişdir ki, "Bağlanmış alqı-satqı müqaviləsinin 10.2-ci bəndinə görə müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş şəkildə, "icraçı” tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında "sifarişçi” tərəfindən "icraçıya ödənilmiş vəsait, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və "icraçı"ya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzil 3-cü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində "xxxx". Artıq 2 ay yarımdır ki, iddiaçı dəfələrlə MMC-nin rəhbərliyinə müraciət etməyinə baxmayaraq nə ödədiyi 81609 manat ona qaytarılır, nə də ki, ev satılır, müxtəlif bəhanələrlə ödədiyi məbləğin iddiaçıya qaytarılması uzadılır.
10. İddiaçı cavabdehə pretenziya qaydasında da müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli arayışla iddiaçıya cavab vermişdir ki, "Sizinlə MMC arasında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə müraciətinizə baxılmışdır. Nəzərə alınmalıdır ki, ilin sonundakı maliyyə hesabatlarının tərtibi ilə bağlı Sizə müqavilənin ləğv edilməsinə görə ödəniş o lunmamışdır. 2023-cü ilin yanvar ayının 15-dən sonra aramızda olan razılaşmaya əsasən ödəniş ediləcəkdir".
11. İddiaçının cavabdeh tərəfindən aldığı xx.xx.2022-ci il tarixli 96 saylı məktubda qeyd edilmişdir ki, aralarındakı alqı-satqı müqaviləsinə xitam verilmişdir. Cavabdeh aralarındakı alqı-satqı müqaviləsinə birtərəfli xitam vermişdir. Xitamın dəqiq hansı tarixdə verilməsi göstərilməmişdir, hətta xx.xx.2022-ci il tarixində xitam verilsə də, bu, ilin axırı deyildir və iddiaçının ödədiyi pulun geri qaytarılmaması üçün bəhanədir. İddiaçı məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə müqavilə bağlamış və Beynəlxalq Banka 3000 manat pul keçirmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddaçı ilə MMC arasında xx.xx.2021-c i il tarixdə 0774 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən icraçı olaraq MMC) “My Home” yaşayış kompleksində yerləşən blok D.13.5 saylı mənzilin tikintisi başa çatdırıldıqdan sonra sifarişçiyə (cavabdehə) təhvil verməli, sifarişçi isə bunun qarşılığında icraçıya 89980 AZN pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçi müqavilə qiymətinin 80848 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsini isə 12 (on iki) ay müddətinə 08 yanvar 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş müqaviləyə əlavədə ödəmə qrafiki göstərilmişdir. Lakin iddiaçı 80848 manatı şəxsi vəsaiti hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində yalnız 671 manat ödəyərək mü qavilə üzrə öhdəliyini pozmuşdur. xx.xx.2022-ci il tarixdən iddiaçının MMC-yə 8371 manat borcu qalmışdır. İddiaçı borcu ödəməyərək müqavilə üzrə öhdəliyini pozmuşdur; - alqı-satqı müqaviləsinin 6.1-ci bənmdinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10% həcmində cərimə ödəyəcək. Həmçinin alqı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən sifarişçi tərəfindən müqavilə şərtləri pozularsa icraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Bütün bunları nəzərə alaraq, xx.xx.2022-ci il tarixdə sifarişçinin müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğuna görə icraçı tərəfindən müqaviləyə birtərəfli olaraq xitam verilmişdir; - müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzil üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində sifarişçiyə qaytarılmalıdır; - birtərəfli xitamdan sonra, iddiaçı cavabdehə pretenziya yollamış və ödədiyi 81609 manatın geri qaytarılmasını xahiş etmişdir. MMC tərəfindən xx.xx.2023-cü ildə yazılmış cavab məktubunda isə maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmadığı və 2023cü il yanvar ayının 15-dən sonra razılaşmaya əsasən iddiaçıya ödəniş ediləcəyi bildirilmişdir. Bütün bunlardan sonra iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmışdır; - nəzərə alınmalıdır ki, iddiaçı öz öhdəliklərinə biganə yanaşaraq hüquqi gözləntiləri, tərəflərin qanuni maraqlarını, mülki dövriyyənin sabitliyini pozmuşdur. Bu azmış kimi MMCyə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Halbuki tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilə şərtlərinin kobud pozulması hallarına görə, sifarişçi müqavilə qiymətinin 10% həcmində cərimə ödəməlidir. Beləliklə, sifarişçi kobud pozuntuya görə 89980 manat pul vəsaitindən 10% həcmində dəbbə pulu – cərimə ödəməlidir; - bütün bu öhdəliklərini pozduğuna baxmayaraq icraçı sifarişçi nin maddi cəhətdən pis vəziyyətə düşməməsi üçün heç bir tələb irəli sürməmiş və onun etdiyi 81609 manat ödənişin müqaviləyə uyğun olaraq ev 3-cü şəxslərə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində sifarişçiyə qaytaracağına dair razılığa gəlmişdir. Daha sonra sifarişçi icraçıya pretenziya ünvanlamış və ödədiyi 81609 manat pulun xx.xx.2023-cü il tarixdə ona qaytarılmasını xahiş etmişdir. Pretenziyaya cavabda bildirilmişdir ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı ödəniş olunmamışdır və yanvar ayının 15-dən sonra ödəniş ediləcəkdir. Beləliklə icraçı tərəf sifarişçinin bütün öhdəliklərini pozduğuna rəğmən, 81609 manatı yanvar ayının 15- dən sonra ödəməyi öz üzərinə götürmüşdür və sifarişçiyə qarşı heç bir tələb irəli sürməmişdir; - iddiaçı iddia ərizəsində bildirmişdir ki, aralarında olan alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə belə, bu, ilin axırı deyildir və ödədiyi pulun geri qaytarılması üçün bəhanədir. Qeyd edilməlidir ki, müqaviləyə xitam verildikdən sonra evin satılması və ödənişin alınması üçün 2 aydan bir az çox müddət keçmişdir. Üstəlik, müqaviləyə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra bütün digər əməliyyatlar yerinə yetirilir. Lakin icraçı bunlarını hamısını sifarişçiyə güzəştə getmişdir. Həmçinin 2 ay müddət sadalanan məsələlərin həll edilməsi üçün böyük bir zaman deyildir və bu səbəbdən cavabdehin gecikdirməyə yol verdiyindən söhbət belə gedə bilməz; - həmçinin bütün absurd iddialara görə məhkəmədə “hüquqlarını” müdafiə etmək məqsədilə müqavilə bağladığı vəkilin pulunu da cavabdehdən istəməsi heç bir məntiqə sığmır.
13. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, onda olan məlumata əsasən müqavilə predmeti olan mənzil başqa şəxsə satılmışdır.
14. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, MMC iddiaçı tərəfindən ödəniş edildiyini və həmin pulun ödəniləcəyini qəbul edir. Sadəcə MMC-nin ümumi ödənişləri çox olduğu üçün hazırda ödənişi həyata keçirə bilmirlər. Onda müqavilə predmeti olan mənzilin satılıb-satılmaması ilə bağlı dəqiq məlumatı yoxdur.
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(007)751/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdehndən Bakı şəhəri, Nizami rayon u, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksində yerləşən D.13.5 saylı mənzil üçün ödənilmiş 81609 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Qumru Əliyeva)
16. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edmişdir ki, iddiaçı ilə MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən MMC “My Home” yaşayış kompleksində yerləşən blok D.13.5 saylı mənzilin tikintisi başa çatdırıldıqdan sonra iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında cavabdehə 1 kv.m üçün 1100 manat olmaqla, cəmi 89980 manat pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı müqavilə qiymətinin 80848 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 9132 manat hissəsini is ə 12 (on iki) ay müddətinə 08 yanvar 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş müqaviləyə əlavədə ödəmə qrafiki göstərilmişdir. Lakin iddiaçı 80848 manatı cavabdehin hesabına ödəsə də, qalan 9132 manat məbləğdən 12 ay müddətində 761 manat ödəniş edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddaçı ilə MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqaviləyə əsasən iddiaçının 2 otaqlı mənzilin dəyərindən 81609 manat ödəniş etməsi, qalan 8371 manat isə vaxtında ödənilmədiyindən müqavilənin 2.1-ci bəndinə uyğun olaraq müqaviləyə MMC tərəfindən birtərəfli qaydada xitam verilməsi işin mübahisələndirilməyən hallarıdır.
18. Sözügedən müqavilənin 10.1 cə 10.2-ci bəndlərinə əsasən müqavilənin ləğvi, hüquqların ötürülməsi və hüquqi nəticələri Sifarişçi tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa İcraçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzili üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Sifarişçi bununla əlaqədar icraçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş şəkildə, İcraçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, sifarişçi tərəfindən icraçıya ödənilmiş vəsait, müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və İcraçıya dəymiş ziyan çıxıldıqdan sonra, həmin mənzil üçünçü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində Sifarişçiyə qaytarılacaqdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin cəmiyyət tərəfindən göstərilən halla bağlı xitamı halında mənzil üzrə edilmiş ödənişinin qaytarılması qaydası tənzimlənmişdir. Bu zaman mənzil üzrə edilmiş ödənişin qaytarılması mənzilin üçüncü şəxslərə satılması və ödənişin qəbul edilməsi ilə şərtləndirilmişdir.
19. Həmçinin, iş materiallarında olan və cəmiyyət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixi məktubdan görünür ki, ilin sonunda maliyyə hesabatlarının tərtibi ilə bağlı müqaviləni ləğv edilməsinə görə iddiaçıya ödəniş olunmamışdır, cəmiyyət xx.xx.2023-cü il tarixdən razılaşmaya əsasən ödəniş edəcəkdir.
20. Birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə iclasında adıçəkilən mənzilin satılıb-satılmaması ilə bağlı cavabdeh tərəfə ünvanlanmış su allar konkret cavablandırılmamış, məhkəməyə bununla bağlı rəsmi məlumat təqdim edilməmişdir. Həmçinin, cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etirazında və məhkəmə iclasında iddiaçı tərəfindən mənzil üçün cəmi 81609 manat ödəniş edildiyini qəbul etmiş, MMC-nin həmin pulu ödəməyə hazır olduğunu, ödəniş ediləcəyini, onlara ödəniş edilməsi üçün vaxt verilməsini xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə belə olan halda, MMC-nin ödəniş etmək niyyəti artıq mənzilin müqavilədə göstərilən qaydada başqa şəxsə satılması halını istisna etmir. Bununla belə, artıq bir ilə yaxın müddətdir ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmiş, lakin müqavilə üzrə iddiaçı tərəfindən edilmiş ödəniş geri qaytarılmamışdır. İddaçı ilə MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 say lı müqavilə ləğv edilməsinə və MMC ödəniş etməklə bağlı vədlər verməsinə baxmayaraq, müqavilənin predmeti olan mənzil üçün ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır.
22. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “MY HOME” Yaşayış Kompleksi, Nizami rayonu, D blok, 13-cü mərtəbə, D.13.5 saylı 2 otaqlı mənzil üçün iddiaçı tərəfindən ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya ödənilməlidir.
23. Birinci instansiya məhkəməsi iddianın 3000 manat vəkil xidmətinə görə ödənilmiş pulun qaytarılması barədə hissəsini isə əsassız sayaraq göstərmişdir ki, iddiaçı hüquqi yardım üçün edilmiş ödənişə və hüquqi yardım göstərilməsinə dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, çəkildiyi iddia edilən hüquqi yardım üçün göstərilən xidmət haqqı iddiaçını n özünə aid edilməlidir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 389.1, 390.1, 399.1, 1096.1, 1097.1 və 1115-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsini hüquqi cəhətdən düzgün əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmiş və faktiki məsələlərə diqqət yetirməyərək yalnız iddiaçıya məxsus sübutlara əsaslanaraq iddianın t əmin edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğunu nəzərə almamışdır. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının təqdim etdiyi əsassız məlumatlara əsaslanmaqla qətnamə qəbul etmişdir. Mülki qanunvericilikdə də nəzərdə tutulduğu kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin cavabdeh qanunvericilikdən irəli gələn zərərin əvəzini tələb etmək hüququnu iddiaçıya münasibətdə güzəştə getmişdir. İddiaçı isə sui-istifadə hallarına yol verərək MMC-yə qarşı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə bu faktlara diqqət yetirməmişdir, cavabdehin hüquqlarının qorunmasını təmin etməmişdir. Məhkəmə müqavilə öhdəliklərinin iddiaçı tərəfindən kobud şəkildə pozulmasını, bunun nəticəsində isə cavabdehə zərər dəydiyini nəzərə almamışdır.
27. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, apellyasiya şikayəti sadəcə iddiaçıya qaytarılacaq pulun vaxtının uzadılması məqsədilə verilmişdir. İddiaçı çox ağır maddi vəziyyətdə yaşayır, himayəsində övladları var, özü kirayədə yaşayır və işləmir. Cavabdeh isə onu daha da ağır vəziyyətə salır.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə iddaçı ilə MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqaviləyə əsasən iddiaçı 2 otaqlı mənzilin dəyərindən 80848 manatı cavabdehin hesabına ödəsə də, qalan 9132 manat məbləğdən yalnız 761 manat ödəniş etmiş, qalan 8371 manatı isə vaxtında ödənilmədiyindən müqavilənin 2.1-ci bəndinə uyğun olaraq müq aviləyə MMC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Hazırda iddiaçı mənzilin dəyiri kimi ödənilmiş ümumilikdə 81609 manat pulun ona qaytarılmasını xahiş etmiş, cavabdeh tərəf isə iddianın əsassız olması ilə iddianı qəbul etmədyini göstərsə də, sonradan qeyd edilən məbləğin MMC tərəfindən ödəniləcəyini, lakin məbləğin geri qaytarılması üçün onlara vaxt verilməsini xahiş etmişdir. Buna baxmayaraq apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsindəki iddianın əsassız olması ilə bağlı mövqeyində qalmış, əlavə olaraq məhkəmənin obyektivliyi təmin etmədən çıxartdığı qətnamə ilə cavabdehin qanunvericilikdən və tərəflər arasında bağlanılan müqavilədən irəli gələn hüquqlarının, bununla da tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmasını qeyd etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin MMC tərəfindən göstərilən halla bağlı xitamı halında mənzil üzrə edilmiş ödənişinin qaytarılması qaydası tənzimlənmişdir. Bu zaman mənzil üzrə edilmiş ödənişin qaytarılması mənzilin üçüncü şəxslərə satılması və ödənişin qəbul edilməsi ilə şərtləndirilmişdir. Lakin işin materiallarından görünür ki, dəfələrlə vaxt istənilməsinə baxmayaraq artıq uzun müddətdir ki, iddaçı ilə MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqavilənin ləğv edilməsinə və MMC-nin ödəniş etməklə bağlı vədlər verilməsinə baxmayaraq, müqavilənin predmeti olan mənzil üçün ödənilmiş 81609 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillər inə qiymət verərək bu dəlilləri süni vaxt uzadılması məqsədi ilə verilmiş dəlillər kimi qiymətləndirmiş və apellyator istər etirazında, istərsə də şikayətində iddiaçıya güzəşt edərək ondan müqavilədə nəzərdə tutulmuş cəriməni tələb etməməsini göstərsə də, bu mövqeyini onun hüququ olması baxımından dəfələrlə sərgiləməsini əhəmiyyətsiz saymışdır.
32. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdeh müqavilə şərtləri ilə yanaşı, həm də iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixi məktubda müqaviləni ləğv edilməsinə görə iddiaçıya xx.xx.2023-cü il tarixdən razılaşmaya əsasən ödəniş etməsinə dair vədini də əsassız olaraq yerinə yetirməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi çıxartdığı qətnamə ilə obyektivliyi təmin edər ək cavabdehin qanunvericilikdən və tərəflər arasında bağlanılan müqavilədən irəli gələn hüquqlarını, eləcə də tərəflərin hüquq bərabərliyini prinsipinin pozulması hallarına yol verməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının müqavilə üzrə 0774 nömrəli müqavilənin 2.1, 3.2 bəndlərini kobud şəkildə pozduğunu nəzərə al mamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa ydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi m əhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən l əğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
38. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
42. İddia tələbi xitam edilmiş müqavilə üzrə ödənilmiş pulun qaytarılması barədədir.
43. İşin müəyyən edilən hallarına görə iddaçı ilə MMC arasında xx.xx.2021-ci il tarixdə 0774 saylı müqaviləyə əsasən iddiaçı 2 otaqlı mənzilin dəyərindən 80848 manatı cavabdehin hesabına ödəsə də, qalan 9132 manat məbləğdən yalnız 761 manat ödəniş etmiş, qalan 8371 manatı isə vaxtında ödənilmədiyindən müqavilənin 2.1-ci bəndinə uyğun olaraq müqaviləyə MMC tərəfindən birtərəfli qaydada xitam verilmişdir.
44. Mülki Məcəllənin 424.4-cü maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
45. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinə əsasən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya dəymiş ziyan çıxıldıqdan sonra həmin mə nzil üçüncü şəxslərə müqavilə üzrə satıldıqdan və ödəniş qəbul olunduqdan sonrakı 7 (yeddi) iş günü ərzində sifarişçiyə qaytarılmalıdır.
46. Göründüyü kimi, tərəflər müqavilədə onun ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını razılşadırıblar.
47. Müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və icraçıya (cavabdehə) dəymiş ziyanın iddiaçı tərəfindən ödənilmiş puldan çıxılmasına gəldikdə, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bu məbləğləri iddiaçıya güzəşt etmiş, iddiaçı tərəfindən ödənilən məbləğin MMC tərəfindən tam qaytarılcağına vəd vermiş, hətta bununla əlaqədar vaxt istəmiş, lakin vədinə əməl etməmişdir.
48. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nətic əyə gəlmişdir.
49. Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 29-33-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, bu dəlillər təkrarlanmaqla həm iddiaya etirazın, həm apellyasiya şikayətinin dəlilləri olmuş və məhkəmələr bu dəlillərə ətraflı qiymət vermişlər.
51. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmı ş, apelyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7295/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.