Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1438/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili X1 qızının və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-2720/2020 nömrəli iş üzrə 14 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 1107 saylı, 03 avqust 2000-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prokurorluğunun 18/49 saylı, 18.05.2000-ci il tarixli məktubunu nəzərə alaraq X2 yaşayan vətəndaş Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün X qəsəbəsi ərazisində, əlavə edilmiş cizgi əsasında 600 kv/metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evini inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin vaxtdan həmin tikilid ə yaşamışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-58/2017 saylı, 15 mart 2017-ci il tarixli qərardadına əsasən İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Cavabdeh işə cəlb edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin Cavabdeh istifadəsinə torpaq sahəsinin ayrılması barədə 1107, 03.08.2000-ci il tarixli sərəncamın etibarsızlığı və sərəncamda qeyd edilən torpaq sahəsinə dair Cavabdeh bütün hüquqlarının ləğv olunduğunun tanınmasına dair iddia tələbi qeyri-mümkün sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli, 21(103)-1312/2017 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)56/2017 saylı, iş üzrə 15 mart 2017-ci il tarixli qərardadı dəyi şdirilmədən saxlanmış, İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatının 16.06.2017-ci il tarixli, 3i-231/2017 saylı cavab məktubuna əsasən məlum olur ki, İddiaçı şirkətinin Cavabdeh qarşı sərəncamın ləğvi tələbinə dair iş üzrə Ali Məhkəməyə kassasiya şikayəti daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Şirkəti Cavabdeh qarşı «Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi haqqında» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxardılaraq, cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı şirkətinin qanuni istifadəsinə qaytarılması haqqında qətnamə çıxarılm asını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh şirkətin saziş ərazisi hüdudları daxilində iddia tələbində göstərilən ünvanda lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti inşa etmişdir. Halbuki, həmin torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 901-İİQD №-li, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Prezidentinin 01.07.2004cü il tarixli, 296 №-li Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatl arı daxilində yerləşir və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququ vardır. Həmin tikinti şirkətin qanunla qorunan hüquqlarını pozur. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, həmin torpaq sahəsi ona uzun müddət prokurorluqda texniki işdə qüsursuz fəaliyyətinə görə Azərbaycan Respublikası prokurorluğunun müraciəti əsasında Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 03.08.2000-ci il tarixli sərəncamı ilə ayrılmışdır. O, öz ailəsi ilə birgə 18 ilə yaxındır ki, mübahisəsiz qaydada həmin ünvanda yaşayır. Həmçinin, İddiaçı Şirkəti həmin sərəncamın ləğv olunması barədə məhkəmədə iddia qaldırsa da müvafiq İnzibati İqtisad Məhkəməsi həmin sərəncamın ləğvi barədə iddianı qeyri-mümkün hesab etmişdir. Beləliklə, o, hesab edir ki, həmin torpaq sahəsi ona qanuni əsaslarl a ayrıldığından və torpağın ayrılmasına dair sərəncam qüvvədə olduğundan iddia rədd olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, həmin torpaq sahəsi cavabdehə sərəncam əsasında 2000ci ildə ayrılmışdır. Həmin vaxtdan, 5 il sonra iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 901-İİQD №-li, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Prezidentinin 01.07.2004 -cü il tarixli, 296 №-li Sərəncamı əsasında iddiaçıya ayrılmışdır. Həmin qanunla torpaqların yalnız İddiaçı şirkətinin müstəsna istifadə hüququ verildiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin torpaq sahəsi daha əvvəl iddiaçının istifadəsinə verildiyindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektik hüququ mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Qeyd edilənlərdən əlavə olaraq məhkəmə nəzərə alır ki, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin cavabdeh ailə üzvləri ilə birgə özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin orada yaşamalarına nəinki maneçilik törədilməmişdir, əksinə ondan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafıq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafıq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur. Vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi məhkəməyə görə Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4, 158., 164.1, 164.2, 165.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 49.2, Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(001)-453/2018 nömrəli qətnaməsinin ləğv edilərək idd ia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 31 yanvar 2019-cu il tarixli 2(103)-1474/2019 nömrəli qətnaməsi ilə iş İddiaçı Şirkətinin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehin İddiaçı Şirkətinin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. İşin müəyyən edilmiş halına görə, Cavabdeh X qəsəbəsində (X2 yolu) fərdi yaşayış ev i inşa etmişdir və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi koordinatları İddiaçı şirkətinin istifadəsinə ayrılmış sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin hüdudları daxilindədir. Bu xüsusat apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyi, həm də iş material larındakı digər sənədlərlə təsdiq olunmuşdur; mübahisəsi gedən tikilinin yerləşdiyi torpaq sahəsinin ona Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında verildiyi barədə cavabdehin arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X2.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış h ər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Bu o deməkdir ki, sözügedən sərəncam artıq hüquqi qüvvəsini itirmişdir və ona istinadən iddiaçı şirkətin iddia tələbini təmin etməmək mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, İddiaçı şirkətinin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, yuxarıda da göstərildiyi kimi, apellyasiya baxışı zamanı cavabdehin inşa etdiyi fərdi yaşayış evinin qanunsuz tikili olmaqla onun yerləşdiyi torpaq sahəsinin İddiaçı şirkətinə ayrılmış torpaq sahələrinin sərhədi daxilində yerləşdiyi müəyyən edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi təmin olunmal ı, cavabdeh iddiaçı Şirkətin saziş ərazisi hüdudları daxilində inşa etdirdiyi özbaşına tikilidən çıxarılmalı, həmin tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 68, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(103)-1474/2019 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev və Tatyana Qoldman) 2(102)-6815/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya məhkəməsi qərarında apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Qərarda göstərilmişdir ki, işin mübahisələndirilməyən hallarına əsasən mübahisəli torpaq sahəsi cavabdehə Binəqədi rayon İcra Hakimiyyətinin 03 avqust 2000-ci il tarixli sərəncamı əsasında ayrılmı şdır. Cavabdeh torpaq sahəsi ona ayrıldığı vaxt iddiaçının hazırda sökülməsini mübahisələndirdiyi fərdi yaşayış evini inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin vaxtdan həmin tikilidə yaşamışdır. Cavabdeh həmin torpaq sahəsindən uzun müddət maneəsiz şəkildə istifadə etmiş, inşa etdiyi tikiliyə su, qaz və elektrik xətləri çəkdirməklə həmin xidmətlərə görə ödənişlər etmişdir. Ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci səhifəsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Bu səbəbdən kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəlləsinin 27-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 14 avqust 2020-ci il tarixli 2(103)-2720/2020 nömrəli qətnaməsi ilə İddiaçı Şirkətinin apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-453/2018 saylı, 02 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə yenidən apellyasiya qaydasın da baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə istinad edərək kollegiya müəyyən etmişdir ki, İddiaçı şirkətinin mübahisəli torpaq sahəsinin daha əvvəl iddiaçının istifadəsinə verilməsi səbəbindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Bu da cavabdehi həmin yaşayış sahəsindən iddiaçı tər əfindən məcburi çıxarılmasını istisna edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin sözügedən yaşayış sahəsindən çıxması maddi hüquq normaların tələblərinə zidd olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2, Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4, 158, 164.1, 164.2, 165.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 49.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.08.2020-ci il tarixli 2(103)-2720/2020 nömrəli qətnaməsinin l əğv edilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirkətin qanuni iddia tələbinin təmin edilməsi üçün Şirkət tərəfindən əsaslı dəlillər təqdim edilsə də, iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən Şirkətin xeyrinə müvafiq rəy verilsə də və bütün instansiyalarda iddianın təmin edilməsi üçün zəruri olan hallar sübuta yetirilsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyriqanuni əməlinə hüquqi don geyindirməklə qərəzli olaraq Şirkətin ziyanına qətnamə qəbul etmişdir. İddiaçı şirkətinin Azərba ycan Respublikasındakı filialının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işə iddiaçının nümayəndəsi olmadan, Şirkətin nümayəndəsinin izahatı dinlənilmədən çəkişmə prinsipi pozulmaqla baxılmış və Şirkətin həmin iş üzrə qətnamənin qəbul edilməsindən yalnız qətnaməni poçt vasitəsilə əldə etdikdən sonra məlumatı olmuşdur. Məhkəmə qətnamədə bir sıra qanunvericilik aktlarına, Mülki Məcəllənin və Mülki Prossesual Məcəllənin bəzi müddəalarına, Azərbaycan Respublikası Konstitusiyasının müəyyən maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına istinad etməklə və ümumi baza məlumatlarını tətbiq etməklə cavabdehin qanunsuz hərəkətlərini qanuniləşdirmiş və yalnız cavabdehin mənafeyi və maraqlarının müdafiəsi xarakterli ədalətsiz qətnamə q əbul etmişdir. İşə Apellyasiya Məhkəməsinin əvvəlki Mülki Kollegiyası tərəfindən baxılarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iddianın əsaslılığına dair təqdim etdiyi rəyini nəzərə alınmamışdır. Halbuki, rəydə qeyd olunur ki, “elektron baza məlumatlarına əsasən iddia olunan mişar daşı ilə hasarlanmış mübahisələndirilən torpaq sahəsi Dövlət mülkiyyətinə aid olmaqla ARDNŞ- nin daimi istifadəsində olan (İddiaçı əməliyyat şirkətinə aid) ərazinin hüdudları daxilində yerləşir və sözügedən torpaq sahəsi Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir” Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinin ona məxsus olmasını əsaslandırdırğı yeganə dəlili olan Binəqədi Rayon İcra Hakimiyyətinin 1107 saylı, 03.08.2000-ci il tarixli sərəncamının da müvafiq məhkəmə aktı əsasında öz hüquqi qüvvəsini itirməsinə göz yummuş və İcra Hakimiyyətinin həmin sərəncamına istinad etməklə mübahisəli torpaq sahəsinin Cavabdeh sahibliyi və istifadəsində olmasını bildirmişdir. Halbuki, Şirkət tərəfindən iş materialına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103) 1312/2017 saylı qərardadından da göründüyü kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin 1107 saylı, 03.08.2000-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-11 QD nömrəli Qanununun 4 və 5-ci bəndlərinə əsasən öz qüvvəsini itirmişdir. Göründüyü kimi Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası yuxarıda sadaladığımız Şirkətin xeyrinə olan arqumetnlərin heç birinə əhəmiyyət verməmiş, əks inə cavabdehin maraqları naminə onun qanunsuz əməllərinə qanuni don geyindirərək əsassız qətnamə çıxarmaqla Şirkətin bir başa hüquq və mənafeyini pozmuşdur. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan bir məsələdir. Lakin, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi həm də Nazirlər Kabinetinin funksiyalarını yerinə yetirərək sənaye təyinatlı torpaq sahəsinin təyinatını dəyişməklə cavabdehin qanunsuz istifadəsində olan torpaq sahəsinin yaşayış təyinatlı torpaq sahəsi kimi istifadə edilməsinə şərait yaratmışdır. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X1 qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
46. Dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozma qla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh X2 qəsəbəsində (X2 yolu) fərdi yaşayış evi inşa etmişdir və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi koordinatları İddiaçı şirkətinin istifadəsinə ayrılmış sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin hüdudları daxilindədir. Mübahisəsi gedən tikilinin yerləşdiyi torpaq sahəsinin ona Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında verilsə də, h əmin sərəncamın ləğvi barədə iddianı qeyrimümkün hesab edən inzibati məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X2.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv ed ilir. Bu əsasla, yəni Sazişin şərtlərinə əsasən sözügedən sərəncam artıq hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası İPM-nin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Buna görə də, mübahisəli torpaq sahəsinin daha əvvəl iddiaçının istifadəsinə verilməsi səbəbindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmaması barədə apellyasiya məhkəməsinin qənaəti əsassız olmuşdur. Həmçinin özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həm in tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqlarının olması, cavabdehin həmin yaşayış sahəsindən iddiaçı tərəfindən məcburi çıxarılmasını istisna etməsi ilə bağlı mövqeyini məhkəmə kollegiyası əsassız hesab edir. Çünki bu mövqe, Mülki Məcəllənin 180.4-cü maddəsinə ziddir. Cavabdehin inşa etdiyi fərdi yaşayış evi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğu hesab olunur. Həmin evin inşa edildiyi torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsidir və neft-qaz əməliyyatlarının aparılması üçün iddiaçının istifadəsinə verilmişdir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində cavabd ehin və onun ailə üzvlərinin yaşaması da təhlükəli olub-olmamsı məhkəmələr tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, m übahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 272.7 və 420-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2720/2020 nömrəli iş üzrə 14 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin m əhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.