Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1438/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1438/2025 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “etibarsız əqd üzrə alınanların qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6628/2024 nömrəli, 11 mart 20 25-ci il tarixli qərardadından İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 6 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında, ünvan 1 ünvanında yerləşən yaşayış evinin 88 nömrəli mənzili ilə əlaqədar 11 saylı notariat kontorunda bağlanmış, xx.xx.2019-cu il tarixli, AZ-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mənzilə görə ödədiyi 60.000 manat pulun, onun qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2024-cü ilin mart ayına kimi ( 4 il 8 ay) hesablanan illik faiz dərəcəsi 5% olmaqla 14.400 manat kompensasiyasının və məhkəməyə ödədiyi dövlət rüsumu əvəzi 313 manat pulun cavabdehlər Cavabdeh1 və Bəyim Məlikovadan müştərək qaydada alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-1954/2024 nömrəli, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xah iş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6628/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən 22 fevral 2025-ci il tarixdə iddiaçı (Vəkil2) kassasiya şikayəti vermiş, kassasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə əlavə edilmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ona xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, o, isə qanunvercilikdə nəzərdə tutulmuş iki aylıq müddəti ötürmədən – xx.xx.2025 -ci il tarixdə kassasiya şikayəti ilə müraciət etmişdir. İşin bu halı, elektron kabinet məlumatı ilə də təsdiq olunur. Həmin məlumata əsasən, sözügedən məhkəmə aktı xx.xx.2024-cü il tarixdə saat 15:47-də proses iştirakçısına təqdim edilmişdir.
7. İddiaçı apellyasiya məhkəməsinə daha bir ərizə göndərərək göstərmişdir ki, 21-22 fevral tarixləri qeyri-iş günləri olduğu üçün, qətnaməni xx.xx.2025-ci il tarixdə sistemdə görmək mümkün olmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6628/2024 nömrəli, 11 mart 2025-ci il tarixli qərardadı ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müdd ətin bərpa olunmasına dair ərizə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçıya məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti isə elektron qaydada xx.xx.2025-ci il tarixdə verilmişdir. Qətnamənin göndərilməsinə dair xx.xx.2024-cü il tarixli məktubun iddiaçıya aidiyyəti yoxdur. Belə ki, mülki iş üzrə cavabehlərin elektron kabineti olmadığından qətnamə onlara kağız daşıyıcıda (poçtla) həmin tarixdə göndərilmişdir. Şikayətvermə müddətinin son günü xx.xx.2025-ci ildir və iddiaçı müddəti 2 gün ötürmüşdür.
10. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.3, 47.1, 133.1, 135-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
11. Qərardaddan iddiaçı (Vəkili Vəkil2) kassasiya şikayəti vermişdir.
12. Kassasiya şikayəti müddətin bərpasına dair ərizə ilə eyni məzmunda əsaslandırılmaqla qeyd olunmuşdur ki, mübahisələndirilən qətnamə iddiaçıya məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayəti isə elektron qaydada xx.xx.2025-ci il tarixdə verilmişdir. Qətnamənin göndərilməsinə dair xx.xx.2024cü il tarixli məktubun iddiaçıya aidiyyəti yoxdur. Belə ki, mülki iş üzrə cavabehlərin elektron kabineti olmadığından qətnamə onlara kağız daşıyıcı da (poçtla) həmin tarixdə göndərilmişdir. Şikayətvermə müddətinin son günü xx.xx.2025-ci ildir və iddiaçı müddəti 2 gün ötürmüşdür. 21-22 fevral tarixləri qeyri-iş günləri olduğu üçün, qətnaməni xx.xx.2025ci il tarixdə sistemdə görmək mümkün olmuşdur.
13. Eyni zamanda kassasiya şikayətində hansı qərarın qəbul olunması xahiş edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 11 mart 2025-ci il tarixli qarardadını Mülki Prosessual Məcəllənin 14, 88, 133.1-ci maddələrinin tələblərinə adekvat hesab etmədikləri göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
14. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron döv riyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrind ən istifadə edilir.
17. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
18. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 133.3. Müddətin bərpası ha qqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
22. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
23. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şə xslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya m əhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
29. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göst ərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
30. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 35. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı. 36....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri:
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
41. Qeyd olunmalıdır ki, iddiaçı (Vəkili Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, mübahisələndirilən qətnamənin ona məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsi, kassasiya şikayətinin isə elektron qaydada xx.xx.2025-ci il tarixdə verilməsi, qətnamənin göndərilməsinə dair xx.xx.2024-cü il tarixli məktubun iddiaçıya aidiyyətinin olmaması, cavabehlərin elektron kabineti olmadığından qətnamənin onlara kağız daşıyıcıda (poçtla) həmin tarixdə göndərilməsi, şikayətvermə müddətinin son gününün xx.xx.2025-ci il olması və iddiaçının müddəti 2 gün ötürməsi ilə əsaslandırmışdır. 42. “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq iddiaçıya məxsus elektron kabinetə 20 dekabr 2024-cü il tarixdə saat 14:49-da yerləşdirilmişdir.
43. Göründüyü kimi iddiaçı apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət xx.xx.2025-ci il tarixində, həftənin cümə günü bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, yəni vəkili Vəkil2 verdiyi etibarnamə əsasında elektron kabinet vasitəsilə imzaladığı kassasiya şikayəti 22 fevral 2025-ci il tarixdə saat 16:02-də elektron sistemə yüklənmişdir. Aydın olduğu kimi kassasiya şikayəti onun iddiaçıya rəsmi qaydada təqdim edildiyi müddətdən 2 ay 2 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
46. Həmçinin Avropa Məhkəməsi “A kif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 47. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesa b edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti ver ilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
49. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçı isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin rəsmi qaydada almasından 2 ay 2 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.
50. Məhkəmə kollegiyası iddiaçı (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının ərizəsində qeyd olunan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz. Bu faktlar isə keçən müddət ərzində iddiaçının hərəkətsizlik göstərməsi, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin sonuncu gününü gözləməsini, bununla belə müddəti üzürsüz səbəbdən ötürməsini təsdiq etməklə, onu şikayəti verməsi üç ün elementar addımlar atmaq öhdəliyindən azad etmir. Odur ki, kassasiya şikayətinin dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsassızdır.
51. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6628/2024 nömrəli, 11 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.