Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1439/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X, X2 və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmasına əsas olmuş hərracın nəticələri etibarsız hesab edilmədən müqavilənin özünün və onun əsasında verilmiş çıxarışın etibarsızlığı barədə iddia tələbinin təmin edilə bilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh X vəkili X2, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-3583/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdehlər X və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər X, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X ilə X2 arasında bağlanmış 4291 saylı 20 fevral 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair 15 aprel 2019-cu il tarixdə X2 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, X ünvanında yerləşən qeyriyaşayış sahəsi 02 aprel 2007-ci il tarixli icarə müqaviləsinə əsasən X1 icarəsinə verilmişdir.
3. Həmçinin o da mübahis edilmir ki, X3 17 iyul 2014-cü ildə vəfat etmişdir.
4. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, X1 17 iyul 2014-cü ildə vəfat etməsi ilə əlaqədar olaraq X 20 noyabr 2014-cü il tarixli sərəncamı ilə 02 aprel 2007-ci il tarixli icarə müqaviləsinə xitam verilmişdir.
5. Bununla yanaşı işin mübahisə edilməyən hallarından görünür ki, X sifarişi əsasında H tərəfindən 19 fevral 2019-cu il tarixində ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı hərrac keçirilmiş və 19 fevral 2019-cu il tarixli hərrac protokolu əsasında qeyd edilən əmlak 20 fevral 2019-cu il tarixli alqı-sa tqı müqaviləsi ilə 7500 manata Cavabdeh2 satılmışdır.
6. Alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüquqları 15 aprel 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. Həmçinin o da mübahisə edilmir ki, iddiaçı X1 qızıdır.
8. İddiaçı bildirir ki, ünvan ünvanda yerləşən 14,4 kv.m. sahədən ibarət qeyriyaşayış sahəsi 26 ildir ki, valideynlərinin icarəsində olaraq “G” xüsusi firması kimi dükan təyinatı ilə fəaliyyət göstərmiş və daima onların istifadəsində olmuşdur. İcarə haqlarını da valideynləri vaxtlı-vaxtında aidiyyəti üzrə Dövlət Orqanlarına ödəmişlər. İddiaçının valideynləri dünyasını dəyişdikdən sonra və hal-hazırda da qeyri- yaşayış sahəsi iddiaçının faktiki sahibliyində və idarəçiliyindədir. 26 ildir ki, həmin qeyri-yaşayış sahəsinə görə iddiaçı və validey nləri dövlətə icarə haqları ödəmişlər. Onların qeyri-yaşayış sahəsini özəlləşdirməkdə üstünlük hüquqları vardır. İcarə müqaviləsinin ləğvi barədə məhkəmə orqanlarına da heç bir müraciət olunmamışdır. Heç bir hərrac təşkilatına rəsmi dəvət olunmamışlar. Başqa şəxsin adına özəlləşdirilərkən də iddiaçının imtinası alınmamışdır. Bu yaxınlarda iddiaçıya və onun həyat yoldaşına zəng edərək X əməkdaşları kimi özlərini təqdim etmişlər, onların istifadəsində olan qeyriyaşayış sahəsinin bir vətəndaş tərəfindən alınmasını bildirərək oranı tərk etməyini iddiaçıya təklif etmişlər. İddiaçı buna qəti şəkildə etiraz etmişdir. Daha sonra iddiaçıya zəng edərək dükanın onun tərəfindən qısa müddətə boşaldılmasını tələb etmişlər. İddiaçı hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamışdır. Vəkil sorğusuna cavab olaraq X3 24 may 2019- cu il tarixli məktubunda bildirilmişdir ki, X ilə Cavabdeh2 arasında bağlanmış 4291 saylı 20 fevral 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinə əsasən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi 15 aprel 2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi qanuni şəkildə bağlanmış icarə müqavilələri əsasında istifadələrində olaraq onların həmin qeyri-yaşayış sahəsini özəlləşdirməkdə və satın almaqda üstünlük hüquqları olan halda X hansı bir qanuni əsaslarla həmin qeyri-yaşayış sahəsini tanımadıqları şəxsə satmışdır
9. Cavabdeh2 bildirir ki, iddiaçı təfindən X saylı ünvanda yerləşən sahəsi 14.4 kv/m olan qeyri yaşayış sahəsi ilə bağlı kirayə xərclərinin ödənil məsi barədə heç bir sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı 2014-cü ildə atası öldükdən sonra özü və ya anası tərəfindən kirayə münasibətlərinin davam etdirilməsi üçün müraciətinin olmasını sübuta yetirə bilməyib. Əsas kirayə müqaviləsi bağlanmış şəxs 2014-cü ildə öldükdən sonra onun vərəsəsi müəyyən edilməmiş və əmlakı faktiki qanunsuz istifadə edən şəxslərdə əmlakın qanuni sahibinə kirayə münasibətlərinin davam etdirilməsi üçün heç bir müraciət ünvanlamamışlar. Onlar kirayə münasibətlərinin davam etdirilməsi məqsədi ilə də əmlak sahibinə heç bir kirayə ödənişi etməmişlər. Bundan başqa, iddiaçı tərəf qanunsuz olaraq qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısı açaraq, qanunsuz olaraq ora daxil olmuşlar. 2014-cü ildən bu günə qədər iddiaçı heç bir hərəkət etməmiş, ona görə də qanunvericli yinin tələblərinə uyğun olaraq heç bir hüququ qalmamışdır.
10. Cavabdeh X nümayəndəsi bildirir ki, X ünvanında yerləşən, sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi 02 aprel 2007-ci il tarixli icarə müqaviləsinə əsasən X1 müddətli icarəsinə verilmişdir. Həmin müqaviləyə 17 iyul 2014-cü il tarixdə icarəçinin vəfat etməsi səbəbindən 14 iyul 2014-cü il tarixdə xitam verilmişdir. İddiaçı ilə isə ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmamışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi özəlləşdirilərkən icarə müqaviləsinə artıq xitam verildiyindən, X qanunvericiliyə əsasən onu icarəçiyə təklif etmək vəzifəsini daşımamış və qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə özəlləşdirilməsi qərara alınmışdır. İddiaçının həmin qeyri-yaşayış sahəsindən faktiki olaraq istifadə etməsi i sə qanunsuz olmuşdur və bu iddiaçının qeyri-yaşayış sahəsini satın almaqda üstünlük hüququnu yaratmır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və hazırda özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. Nə hazırda, nə də əvvəllər iddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnu təsdiq edən hər hansı əqd və ya digər hüquqi sənəd mövcud olmamışdır.
11. Cavabdeh X3 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(011)6087/2019 nö mrəli qətnaməsi ilə (hakim A.Həsənova) iddia tələbi təmin edilərək, cavabdehlər X ilə Cavabdeh2 arasında bağlanmış xxx nömrəli 20 fevral 2019-cu il tarixli müəssisənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X tərəfindən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyriyaşayış sahəsinə dair Cavabdeh2 adına verilmiş 15 aprel 2019- cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, X 7.500 (yeddi min beş yüz) manat pulun tutularaq Cavabdeh2 ödənilməsi və İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 02 aprel 2007-ci il tarixli 4975 saylı icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası R istifadəsi nə verildiyindən və atası vəfat etdikdən sonra ilk öncə anasının, o da öldükdən sonra isə bilavasitə özünün istifadəsində olduğundan, icarə müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, özəlləşdirilməsi nəzərdə tutulan əmlak iddiaçının hüquqları ilə yüklü olduğundan, X tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı keçirilmiş hərraclarda o, satın almaqda üstünlük hüququna malik olmuşdur. Buna baxmayaraq, qeyd olunan hərracda iddiaçının satın almaqda üstünlük hüquqları pozulmuş, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin satılması barədə iddiaçıya yazılı bildiriş verilməmişdir. Hərrаc keçirilən zаmаn iddiаçının irаdəsi ziddinə оlаrаq əmlаk bir nəfərin yəni Cavabdeh2 аdınа sənədləşmişdir. İddiаçı dа özəlləşdirilən qeyri-yаşаyış sаhəsində mülkiyyət sаhibi оlmа q istəmişdir. Hərrаc keçirilən zаmаn iddiаçının hüquqlаrı pоzulmuş, özəlləşdirilən qeyri-yаşаyış sаhəsi istifаdədə оlduğu hаldа, istifаdəsiz, bоş qeyri-yаşаyış sаhəsi kimi özəlləşdirilmişdir. Mübаhisəli əmlаk özəlləşdirilən zаmаn iddiаçının və onun valideynlərinin həmin əmlаkdаn uzun müddət istifаdə etməsi nəzərə аlınmаmışdır.
14. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, özəlləşdirilməsi nəzərdə tutulan əmlak bir növ alğı-satqı müqaviləsinin predmeti kimi çıxış edir. Belə olan halda əmlakın satıcısı alğı-satqı qaydalarına əsasən özgəninkiləşdirilməsi qərara alınan əmlakı 3-cü şəxslərin hüquqlarından azad şəkildə satmalıdır.
15. Bundan başqa mülki qanunvericiliyin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarıl masını ehtiva edir. Odur ki, X ilə Cavabdeh2 arasından bağlanmış müqavilə etibarsız sayılmaqla tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.5-ci, “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarının 2, 4.2.1, 4.2.2-ci, Mülki Prossesual Məcəllənin 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3583/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Mə mmədova-sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(011)-6087/2019 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, icarəyə verilən qeyri-yaşayış sahəsi bu günə qədər də təyinatı üzrə iddiaçı tərəfindən istifadə edilir və iddiaçı tərəfindən həm kommunal xərclər həm də vergi ödənişləri həyata keçirilir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh icarə müqaviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə ba ğlı da hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
21. Apelyasiya şikayətində cavabdeh iddiaçının 2014-cü ildən icarə haqqını ödəməməsini qeyd etmiş və bu halın da iddiaçının ziyanına olan bir fakt olaraq qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdeh 2014-cü ildə R icarə müqaviləsinə xitam verəndən sonra iddiaçıya qarşı hər hansı tələb irəli sürməmiş, icarə obyektinin boşaldılması, təhvil verilməsi və sair tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atmamışdır
22. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, X ünvanında yerləşən, sahəsi 14.4 kv.m olan qeyriyaşayış sahəsinin özəlləşdirilməsi zamanı da cavabdeh tərəfindən pozuntulara yo verilmişdir. Belə ki, özəlləşdir ilməsi nəzərdə tutulan əmlak hər hansı 3-cü şəxslərin hüquqularından azad şəkildə özəlləşdirilməli və satılmalı idi. İcarə müqaviləsinə qanunsuz xitam verilməsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli əmlakın özəlləşdirilməsi zamanı üstünlük hüquqları təmin edilməli və əmlak ilk olaraq ona təklif edilməlidir. İddiaçı əmlakı almaqdan imtina etsə, əmlak üçüncü şəxslərə satıla bilər.
23. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 02 aprel 2007-ci il tarixli xxx saylı icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası R istifadəsinə verildiyindən və atası vəfat etdikdən sonra ilk öncə anasının, o da öldükdən sonra isə bilavasitə özünün istifadəsində olduğundan, icarə müqaviləsinə qanun suz olaraq xitam verildiyindən, özəlləşdirilməsi nəzərdə tutulan əmlakın iddiaçının hüquqları ilə yüklü olduğundan, X tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı keçirilmiş hərraclarda o, satın almaqda üstünlük hüququna malik olmuşdur. Buna baxmayaraq, qeyd olunan hərracda iddiaçının satın almaqda üstünlük hüquqları pozulmuş, mübahisə predmeti olan qeyri- yaşayış sahəsinin satılması barədə iddiaçıya yazılı bildiriş verilməmişdir. Hərrаc keçirilən zаmаn iddiаçının irаdəsi ziddinə оlаrаq əmlаk bir nəfərin yəni Cavabdeh2 аdınа sənədləşmişdir. İddiаçı dа özəlləşdirilən qeyriyаşаyış sаhəsində mülkiyyət sаhibi оlmаq istəmişdir. Hərrаc keçirilən zаmаn iddiаçının hüquqlаrı pоzulmuş, özəlləşdirilən qeyri-yаşаyış sаhəsi istifаdədə оlduğu hаldа, istifаdəsiz, bоş qeyri-yаşаyı ş sаhəsi kimi özəlləşdirilmişdir. Mübаhisəli əmlаk özəlləşdirilən zаmаn iddiаçının və onun valideynlərinin həmin əmlаkdаn uzun müddət istifаdə etməsi nəzərə аlınmаmışdır.
24. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, özəlləşdirilməsi nəzərdə tutulan əmlak bir növ alğı-satqı müqaviləsinin predmeti kimi çıxış edir. Belə olan halda əmlakın satıcısı alğı-satqı qaydalarına əsasən özgəninkiləşdirilməsi qərara alınan əmlakı 3-cü şəxslərin hüquqlarından azad şəkildə satmalıdır.
25. Bundan başqa Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
26. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Odur ki, X ilə X2 arasından bağlanmış müqavilə etibarsız sayılmaqla tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdehlər X kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlakın alqı-satqısına və dövlət qeydiyyatına əsas olmuş hərrac protokolu iddia çı tərəfindən mübahisələndirilmədiyindən hazırkı iddia təmin edilə bilməz.
29. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı idi. 31.
32. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Cavabdehlər X vəkili, Cavabdeh2 və vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməmə si barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh X3 və iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh X3 və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində cavabdehlər X və Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
39. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reye strə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (maddə 140)
40. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. (maddə 414.1)
41. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. (maddə 415.5)
42. Həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. (maddə 416.1.)
43. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2.) Mülki Prosessual Məcəllə
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
47. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
48. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmal arını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
50. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı. 51. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasib ətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
52. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdır sa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. (17-ci bənd) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
54. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (47-48)
55. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh icarə müqaviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
56. Bundan başqa X tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı keçirilmiş hərraclarda iddiaçı satın almaqda üstünlük hüququna malik olmuşdur. Buna baxmayaraq, qeyd olunan hərracda iddiaçının satın almaqda üstünlük hüquqları pozulmuş, mübahisə predmeti olan qeyri- yaşayış sahəsinin satılması barədə iddiaçıya yazılı bildiriş verilməmişdir.
57. Bununla bağlı ilk olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbi hərrac əsasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsızlığı ilə bağlıdır.
58. Belə ki, X sifarişi əsasında H tərəfindən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı 19 fevral 2019-cu il tarixdə hərrac keçirilmişdir. 19 fevral 2019-cu il tarixli hərrac protokolu əsasında qeyd edilən əmlak 20 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə 7500 manata Cavabdeh2 satılmışdır.
59. Alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüquqları 15 aprel 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır
60. Nəzərə alımalıdır ki, bu cür tələblərdə iddianın təmin olunması mübahisələndirilən müqavilənin bağlanmasına əsas olmuş hərracın nəticələrinin etibarsızlığından bir başa asılıdır. Yəni müqavilənin bağlanmasına əsas olmuş hərracın nəticələri etibarsız hesab edilmədən müqavilənin özünün və onu n əsasında verilmiş çıxarışın etibarsızlığı barədə iddia tələbi təmin edilə bilməz.
61. Apelyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmiş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
62. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi 19 fevral 2019-cu il tarixli hərracın nəticələrinin etibarsızlığının mübahisələndirilibmübahisələndirilmədiyini araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
63. İddia tələbi inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd eilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
64. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu ha lda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
65. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
66. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
67. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara ald ı: Cavabdehlər Xnın və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxx/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.