Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-144/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-144/2024 (Açar sözlər: “mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbi) (Mülki işin kateqoriyası: Mənzil mübahisələri: Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılm a” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2023-cü il tarixli 2(103)-3882/2023 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışının surətinə əsasən, ünvan 2, Yeni qaydalarla: AZ1060, ünvan 1 ünvanındakı mənzil (bundan sonra mübahisələndirilən mənzil) 19 oktyabr 2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı (bundan sonra mətndə iddiaçı) adına qeydiyyata alınmışdır; 2. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, ******* saylı arayışa əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır; 3. “Yeni Dö vr” Qiymətləndirmə Mərkəzinin 20 dekabr 2022-ci il tarixli hesabatına əsasən, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində mübahisələndirilən mənzilin qiymətləndirmə tarixinə olan bazar qiymətilə aylıq kirayə haqqı 440 AZN müəyyən edilmişdir; 4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 02-06/23 saylı məlumatına əsasən, mübahisələndirilən mənzilin yerləşdiyi yerdə birotaqlı mənzillərin təmiri nəzərə alınmaqla bazar qiyməti 90000-120000 (doxsan min-bir yüz iyirmi min) manat, kirayə dəyəri isə 400-600 (dörd yüz-altı yüz) manat civarındadır. Konkret olaraq Cavabdeh istifadəsində olan mənzilin isə bazar satış qiyməti 100000-110000 (bir yüz min-bir yüz on min) manat, kirayə qiyməti 500-600 (beş yüz-altı yüz) manat civarındadır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-23 4/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı “Cavabdeh ünvan 3 ünvanında inşa edilmiş 24 saylı (hazırda yeni ünvanla ünvan 5üququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi” ilə bağlı iddia tələbi təmin edilməməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh (hazırki iş üzrə cavabdeh) 1996-cı il tarixdən rəsmi nikaha daxil olaraq xx.xx.1970-ci il tarixli 093806 saylı orderə əsasən X1 istifadəsində olan Bakı şəhəri, M. Abbasov küçəsi, 6A, 18 saylı mənzilə köçdüyü andan onun həmin mənzilə dair istifadə hüququ yaranmış, həmin mənzil özəlləşdirilərək onun razılıq ərizəsinə əsasən xx.xx.1997-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bu mənzilin satışından əldə olunana vəsait hesabına Bakı şəhəri, Nizami rayonu, Ə. Hacıyev k üçəsi, 6 saylı evin 8 saylı mənzili almış və həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Bu mənzildə də Cavabdeh əvvəlki mənzildə olduğu kimi istifadə hüququ həmin mənzil "xxxx" MTK tərəfindən başqa mənzillərlə əvəzləşdirilənədək mövcud olmuşdur. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 6 saylı evin 8 saylı mənzilə olan istifadə hüququ onun əvəzində verilmiş və ünvan 6 ünvanında inşa edilmiş binanın 24 nömrəli mənzilinə ötürülmüşdür. Yəni onun mənzilə olan istifadə hüquqları həmin mənzillə əvəzləşdirilmiş digər mənzilə keçmişdir və hazırda onun ünvan 7 ünvanında istifadə hüququ mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehin mübahisələndirilən mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisələndirilən mənzildən 15000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən aylıq kirayə haqqı bir ay üçün 440 manat müəyyən edi lmişdir. Həmin məbləğin 3 illik hesablanması 15840 manat edir. Ona görə də, cavabdehə 15840 manat məbləğində kompensasiyanın ödənilməklə cavabdehin mübahisələndirilən mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, cavabdehlə iddiaçının atası X3 arasında nikah olmuş, həmin nikah 07.10 2019-cu ıl tarixdə məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. Mərhum atası ünvan 8 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixə ona notariat qaydada bağışlama etmişdir. xx.xx.2021-ci il tarixdə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh mülkiyyətçinin, yəni onun xəbəri olmadan xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq ünvan 9 ünvanında yerləşən mənzilə Qeydiy yata düşmüşdür. Bakı şəhəri Nizamı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etdikdən sonra cavabdehi onun mülkiyyətində olan mənzilin pasport qeydiyyatından çıxarıblar. Qeydiyyatdan çıxmasına baxmayaraq, cavabdeh hələ də ona məxsus mənzildə yaşamaqda davam edir. Ona görə də, cavabdehin ünvan 9 ünavnında yerləşən mənzildən çıxarılması üçün məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən Cavabdeh ünvan 11 ünvanında yerləşən mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Səftar qızı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, məhkəmənin xx.xx.2022-ci il tarixl i qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdehlər İddiaçı, Orbita MTK-ya, 50 saylı Notariat Kontoruna və X2 qarşı “alqısatqı və bağışlama müqavilələrin, çıxarışların etibarsız hesab edilməsi, əmlak üzərində payların müəyyən olunması və. s” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdehin istifadə hüququ X3 ilə evləndikdən sonra yaranmış və hazırda mübahisəli mənzilə keçmişdir. Cavabdeh qanunsuz yerə evə qeydiyyata düşsə də, aidiyyəti orqanlara müraciət etdikdən sonra o, qeydiyyatda çıxarılmışdır. Hazırda mübahisəli mənzildə qeydiyyatda deyil. O, mübahisəli mənzildə tək yaşayır.
11. Cavabdeh məhkəmədə izahat verərək bildir mişdir ki, o, iddiaçının atası ilə ailə qurmuş və onunla birlikdə təsərrüfat aparmışdır. Məhkəmə qətnamələri ilə haqsız yerə onun mübahisəli mənzildə mülkiyyət hüququ tanınmamışdır. Hazırda 2-3 il olar ki, mübahisəli mənzildə yaşayır. Mübahisə mənzilə görə təklif olunan kompensasiya məbləği ilə razı deyil. Həmin məbləğlə özünə ev ala bilməz. Mübahisə mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləği 500-600 manat təşkil edir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim X4) 2(007)-261/2023 saylı iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir, cavabdehin mübahisəli mənzildən istifadə hüququna 15840 manat kompensasiya verilməklə xitam verilməsi, iddiaçıdan 15840 manat kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə eyni vaxtda cavabdehin mübahisəli mənzilindən çıxarılması, iddiaçıdan 15840 manat kompensasiya məbləğinin alınıb caavbdehə verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunması və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dək yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. məhkəmə iclasında müəyyən edildmişdir ki, mübahisəli mənzillə oxşar mənzilin orta aylıq kirayə haqqı 440 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 5280 manat, iki il üçün 10560 manat, üç il üçün 15840 təşkil edir.
14. Məhkəmə hesab edib ki, iddiaçının təklif etdiyi kompe nsasiya ilə cavabdeh təqribən 03 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmasına, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin, cavabdeh əmək qabiliyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmaması barədə cavabdehin dəlili mübahisənin həlli baxımından əhəmiyyətli deyildir. İddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istif adə hüquqlarını nəzərə almışdır. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 15840 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasınin 13 və 29cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə, xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 152.1, 152.3, 152.5, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiy asının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 88, 217.2-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(007)-261/2023 saylı iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ləğv edilməsini və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh bildirmişdir ki, iddiaçının mərhum atası ilə uzun müddət nikahda olub, başqa mənzil əldə etməyə imkanı yoxdur, mə nzildən istifadə hüququna 30.000 manat kompensasiya ödənilməklə xitam verilməsinə razıdır.
18. İddiaçı bildirmişdir ki, cavabdeh onun atası ilə nikahda olub, mənzili atası sağlığında ona bağışlayıb, 30.000 manat kompensasiya təklif etməyə imkanı yoxdur, kompensasiyanın məbləğini artıraraq 18.000 manat təklif edir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) xx.xx.2023-cü il tarixli 2(103)-3882/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilmiş, Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev № 17-də yerləşən 24 №-li mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiyanın məbləği 18.000 (on səkkiz min) manat müəyyən edilmiş və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, mənzil yeni tikilmiş 18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir, 1 otaqlıdır, ümumi sahəsi 47 kv.m təşkil edir. Daşınmaz əmlakın qiymətləndirilməsi ilə məşğul olan qiymətləndiricinin birinci instansiya məhkəməsinə təqdim etdiyi hesabata görə, həmin mənzilin aylıq kirayə qiyməti 440 manat təşkil edir (iş v. 59). Digər qiymətləndiricinin məhkəməyə təqdim etdiyi arayışa görə, mənzilin aylıq kirayə qiyməti 500-600 manat, bazar satış qiyməti isə 100.000-110.000 manat təşkil edir (iş v. 111). Birinci i nstansiya məhkəməsi kompensasiyanın məbləğini 15.840 manat müəyyən edərkən ona əsaslanmışdır ki, həmin məbləğ cavabdehə ayda 440 manat kirayə haqqı ödəməklə 3 il ərzində iddiaçının hesabına oxşar şəraitli mənzildə yaşamağa imkan verəcək (36 ay x 440 manat = 15.840 manat). Apellyasiya icraatı zamanı iddiaçı komensasiyanın məbləğini artıraraq 18.000 manat təklif etmişdir. Bu məbləğ cavabdehə 40 ay ərzində hər ay 440 manat kirayə haqqı ödəməklə oxşar şəraitli mənzildə yaşamaq imkanı verir. Kompensasiyanın məbləğinin 18.000 manatdan artıq müəyyən edilməsi üçün əsas yoxdur.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərə k, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3882/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği cavabdehin mənzilə olan istifadə hüququna adekvat sayıla bilməz. Hər iki məhkəmə yaşadığı mənzildə olmayan bir ekspertin ərazi üzrə oxşar mənzillərin kirayə dəyərinə uyğun olmayan bir rəyinə əsaslanmaqla, onun təqdim etdiyi mütəxəssis rəyini tədqiq etmədən qərar qəbul edib. Məhkəmə, yaşadığı mənzildən çıxarıldıqdan sonra, heç olmasa 3-4 il müddətində (axı o 22 il evinin olduğunu (həqiqətdə də belədir) bilmişəm) yaşının bu ixtiyar çağında, yaşadığı evə uyğun şəraitli, uyğun ərazidə yaşayış yeri əl də edə biləcəyi barədə heç maraqlandırmayıb. Təqdim etdiyi sübutlar, eləcə də digər təqdim olunan sübutlar tədqiq olunmadan, araşdırılmadan qətnamə qəbul edilib. Apellyasiya instansiyası iddiaçı tərəfindən yalnız kompensasiya məbləğini artıra bilməsini soruşub.
24. Kassator şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, eləcə də 127-ci maddəsinin llhissəsinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88, 217.1, 217.3-217.4, 387.1ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin:
26. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
27. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçm əsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
30. Maddə 152.1. Mülkiyyət hüq uqu - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyildir. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə al tına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir...Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2 maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən m ünasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər... kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
43. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır.
44. R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmas ına dair 26 sentyabr 2007-ci il tarixli qərarında isə Konstitusiya Məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirmişdir. Konstitusiya Məhkəməsi həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə bu qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması qənaətinə gəlmişdir.
45. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, evdən istifadə hüququ olan şəxsin həmin evin dəyəri nəzərə alınmaqla və ya yeni yaşayış sahəsi əldə etməsinə kifayət edən kompensasiyanın verilməsini tələb etməsi əsassızdır.
46. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində isti fadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir.
47. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarix li, 2(103)3882/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.