Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1441/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(104)2669/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Opel Astra” markalı, 99HR458 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmaqla, sonuncu 14 noyabr 2021-ci il tarixli etibarnamə ilə həmin avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək səlahiyyətlərini İddiaçı vermişdir. İddiaçı isə etibarnamədən istifadə etməklə, bu səlahiyyətləri 13 dekabr 2021-ci il tarixdə Cavabdeh2 ötürmüşdür.
2. Eyni zamanda, “VAZ-21154” markalı, 04BS206 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmaqla, sonuncu İddiaçı vasitəsi ilə həmin avtomobili etibarnamə əsasında X3 istifadəsinə vermişdir.
3. Sonradan isə, Cavabdeh1 “Opel Astra” markalı avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirərək, onu Cavabdeh2 geri almışdır.
4. Cavabdeh2 həmçinin özünə m əxsus “VAZ-21015” markalı avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirərək, həmin avtomobili X2 geri almışdır.
5. Gəncə Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə X3 iddiası qismən təmin edilməklə, İddiaçı 7600 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,70 manat pulun tutularaq X4 verilməsi qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı 7600 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 96 manat dövlət rüsumunun alınaraq X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7600 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci il tarixdə Cavabdeh1 “Opel Astra” markalı avtomobili 8800 manata almış, həmin avtomobilə 800 manat xərc çəkmiş və sonra Cavabdeh2 məxsus “VAZ-21015” markalı avtomobillə barter etməklə, əlavə 3000 manat pul alaraq Cavabdeh2 satmışdır. Bundan sonra iddiaçı “VAZ-21015” markalı avtomobili Sərvan Alxanova 7600 manata satmışdır. Cavabdeh1 ona satdığı “Opel Astra” markalı avtomobilə dair verdiyi etibarnam əni ləğv edərək, Cavabdeh2 satdığı həmin avtomobili geri almışdır. Cavabdeh2 isə “Opel Astra” markalı avtomobillə barter etməklə satdığı “VAZ-21015” markalı avtomobilə dair etibarnaməni ləğv edərək, X1 həmin avtomobili geri almışdır. X5 hazırki iş üzrə iddiaçıya qarşı Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış, iddia tələbi təmin edilmişdir. Bu səbəbdən o, cavabdehlərə qarşı məhkəmədə yeni iddia qaldırmaq məcburiyyətində qalmışdır.
9. Samux Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(058)-741/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Kazımova) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh1 özünə məxsus avtomobili onun etibarnaməli idarəçiliyinə verməsi, əslində aralarında sözügedən avtomobilin alqı-satqısına dair şifah i razılaşmaya əsasən həmin avtomobilin müqabilində Cavabdeh1 8800 manat pul verməsini bildirsə də, məhkəməyə bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İddiaçı həmçinin məhkəmə iclasında verdiyi izahatında avtomobilin müqabilində verdiyi pulu bilavasitə Cavabdeh1 yox, ona çatdırılması üçün arada vasitəçilik edən Əsəd adlı şəxsə verdiyini bildirmiş, Cavabdeh1 nümayəndəsi isə iddianı etiraf etməyərək İddiaçı və ya Əsəd adlı şəxsin oğlu Sənana pul vermədiyini bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən iddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və iddiaçı hazırda iddiasını əsaslandırmaq üçün istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, onun Cavabdeh1 qarşı iddiası təmin oluna bilməz.
11. İddiaçının digər cavabdehlər Cavabdeh2 və Sarvan Alxanova qarşı olan tələbi isə heç bir faktiki və hüquqi əsasa söykənmir. Belə ki, iddiaçı “Opel Astra” markalı avtomobili etibarnamə əsasında Cavabdeh2 vermiş, Cavabdeh2 isə bunun müqabilində özünə məxsus “VAZ-21015” markalı avtomobili onun etibarnaməli idarəçiliyinə vermişdir. Daha sonra isə “VAZ-21015” markalı avtomobil onun tərəfindən Sarvan Alxanovun etibarnaməli idarəçiliyinə verilmişdir. “Opel Astra” markalı avtomobil mülkiyyətçisi tərəfindən Cavabdeh2 geri alındığından, o da “VAZ-21015” markalı avtomobili Sarvan Alxanovdan geri almışdır. Belə olan halda isə onların iddiaçı qarşısında heç bir öhdəliyi yaranmır.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8 və 181.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya in stansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(104)-2669/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(058)741/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan, ona dair sərəncam verilməsi haqqında müqavilə də notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməlidir. Lakin, hazırki mübahisəli hüquq münasibətlərinin iştirakçıları sözügedən avtomobillərə dair alqı-satqı müqaviləsi bağlamaq niyyətində olsalar da, aralarında müvafiq avtomobilin mübadiləsi həyata keçirilən şəxslər arasında belə bir müqavilə bağlanmamış və iddia tələbində sözügedən avtomobillər müvafiq şəxslərin sadəcə olaraq etibarnaməli idarəçiliyinə verilmiş, daha sonra isə avtomobillərin mülkiyyətçiləri tərəfindən həmin avtomobillərə dair verilmiş etibarnamələr ləğv olunduğundan avtomobillər dolayısı ilə öz mülkiyyətçiləri tərəfindən geri alınmışdır.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabde h1 “Opel Astra” markalı avtomobili onun etibarnamə əsasına idarəçiliyinə verdiyini, əslində aralarında həmin avtomobilin alqı-satqısına dair şifahi razılaşmaya əsasən Cavabdeh1 8800 manat pul verdiyini bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Belə olan halda, iddia tələbi sübutların çatışmazlığı nöqteyi-nəzərindən əsassızdır.
17. Eyni zamanda, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, “Cavabdeh1 həmin avtomobilin müqabilində ödəməli olduğu pulu onların ortaq tanışı Əsəd adlı şəxsə vermişdir, belə ki, Əsəd həmin pulu Sənana çatdırmalı idi. Bu səbəbdən də indi Cavabdeh1 pulunu tələb edir”. Digər tərəfdən, birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 da verdiyi izahatında bildirmişdir ki, “belə ki, Əsəd Sənana bildirmişdir ki, İddiaçı avtomobilin pulunu 1 ay ərzində ödəyəcək. Lakin, İddiaçı və Əsəd tərəfindən avtomobilin müqabilində oğlu Sənana pul ödənilməmişdir. Ona görə də, Sənan sözügedən avtomobilə dair İddiaçı verdiyi etibarnaməni ləğv etdirmişdir”.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli avtomobilin alqı-satqısı üçün ödənilməli olan pul məbləğini birbaşa olaraq cavabdehlərə deyil, Əsəd adlı şəxsə verdiyini bildirmişdir. Həmçinin, cavabdeh izahatında qeyd olunan xüsusatı təsdiq edərək, Əsəd adlı şəxsin ona avtomobilin pulunu 1 ay ərzində ödəyəcəyini bildirmişdir.
19. Göründüyü kimi, iddiaçı iddiaya cavab verməli olmayan şəxslərə qarşı iddia tələbi qaldırmış dır. Çünki, iddia tələbində iddiaya cavab verməli olan şəxslər qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 göstərilsə də, iddiaçı birinci instansiya məhkəməsinin iclasında və məhkəmə kollegiyasının iclasında verdiyi izahatda pulu birbaşa olaraq Əsəd adlı şəxsə verdiyini və sonuncu da özlüyündə həmin pul məbləğini Cavabdeh1 çatdırmalı olduğunu bildirmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Mülki Məcəllənin 144, 152.8, 181.1, 329.1, 337.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(104)-2669/2023 nömrəli qətnaməsinin l əğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 158, 181.1-ci, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı Əsədin şahid qismində dindirilməsini təmin еdilməsi üçün 2 saylı istintаq təcridхаnаsındаn məhkəməyə gətirilməsi bildirilsə də, məhkəmə bunu təmin еtməmişdir. Qеyd оlunаn pul Sənаn Cümşüdоvа Əsəd tərəfindən vеrilmiş, lаkin cаvаbdеh Əsədin həbs еdilməsindən sui-istifаdə еdərək, iddiаnı qəbul еtməmişdir. Hazırda Əsəd şifahi оlаrаq bildirmişdir ki, аvtоmоbilin satışından sonra аvtоmоbilin dəyərini Sənаn Cümşüdоvа ödənilmişdir. Məhkəmə birinci instansiya məhkəməsində şahid q ismində dindirilmiş Cəlilоv Rövşən Sаlеh oğlunun ifadəsini nəzərə almamış, tərəflərin izаhаtlаrını təhrif etmişdir. İş üzrə hüquqi qiymətləndirmə hər iki instansiya məhkəməsi tərəfindən düzgün аrаşdırılmаmış, iddiaçı tərəfindən təqdim edilən sübutlar qarşılıqlı qiymətləndirməklə qətnamə çıхаrılmamışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi (atası) X6 məhkəməyə teleqram ünvanlayaraq, apellyasiya məhkəməsi tərəfindən obyektiv araşdırma aparılmaqla, qətnamə qəbul edilməsini bildirmiş və kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri:
25. Azər baycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bil ər.
26. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə r iayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan va rlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsa sən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 329.1, 337.1-ci maddələri və bu maddələrdən irəli gələrək Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Belə ki, iddiaçı formaya görə etibarsız olan avtomobilin alqı-satqısı müqaviləsinə əsasən cavabdehə ödədiyini iddia edilən pulun ona qaytarılmasını tələb e dir.
32. Belə olan halda, iddiaçı avtomobilə görə cavabdehə pulun ödənilməsini və sonuncunun avtomobili geri götürməklə, həmin vəsait hesabına əsassız varlandığını sübut etməlidir.
33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
34. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyə tləri çərçivəsində tərəflərin izahatlarını və iş materiallarında olan sübutları qiymətləndirmiş və göstərilən halın sübut olunmaması nəticəsinə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
36. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şi kayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(104)-2669/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.