Məhkəmə qərarları › İş №2(102)-1445/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1445/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1445/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdehnə və X8 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri XXX) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarının etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər XXXov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehlərin vəkili X9 və cavabdeh X5 nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6582/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İdd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Nəsimi rayonu, M.XXX küçəsi, 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsi X3 mülkiyyətində olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3121/2009 nömrəli xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən X2 X5 xeyrinə 22456 manat və 2000 ABŞ dolları məbləğində pul (tutulanda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulmalıdır. İcra vərəqəsi xx.xx.2009-cu il tarixdə verilmişdir. İcra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, borclunun daşınmaz əmlakı olduğu müəyyən edilmiş, icra məmurunun t əqdimatına əsasən borcluya məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.XXX küçəsindəki 66 saylı fərdi yaşayış evinin 4/42 hissəsinin (bundan sonra – mübahisəli ev) üzərinə həbs qoyulmuş, «xxxx» MMC tərəfindən həmin daşınmaz əmlak 28000 manat qiymətləndirilmiş, əmlakın açıq hərracdan satışı təşkil olunmuş, xx.xx.2017-ci il tarixli hərracda fərdi yaşayış evinin 4/42 hissəsi tələbkar X8 22400 manata satılmışdır. Həmin protokola görə, mübahisəli evin ilkin satış qiyməti 28000 manat olmuş, onu 20% aşağı qiymətə - 22400 manata tələbkar X10 almışdır. Hərracın keçirilməsindən təxminən 5 ay sonra borclu X6 vəfat etmişdir. İddiaçı (bundan sonra – iddiaçı) borclu X3 anasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək X5 iş üzrə cavabdeh qismində cəlb edilməsi, Cavabdeh MMC tərəfindən mübahisəli evin cavabdeh X1 dair xx.xx.2017-ci il tarixli 249 saylı protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərracda satılmış mübahisəli ev borclunun yeganə yaşayış yeri olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2000/19 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının birinci növbədə vərəsə kimi mirası faktiki qəbul etmək lə hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmasına, hərracın təşkilatçısı olan Cavabdeh MMC tərəfindən hərrac keçirilərkən «İpoteka haqqında» Qanunun 42-ci maddəsinin tələblərinin pozulmasına, hərracın keçirilməsi barədə məlumatlara iddiaçının əlçatımlığının olmamasına, hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçıya çatdırılmasını təsdiq edən sübutların təqdim olunmamasına, hərracın keçirilməsinin formal xarakter daşımasına istinad etmişdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” 89 nömrəli qərarının tələbləri pozulmaqla icra məmurunun sifarişinə əsasən, borc yeganə y aşayış yeri olan əmlaka yönəldilmişdir. Məhkəmənin qənaətinə görə qeyd olunan hallar hərracın təşkilatçısı olan Cavabdeh MMC tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli və bu səbəbdən də keçirilmiş hərrac və onun nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 337, 415, 416, 1159, 1243-cü maddələrinə, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(10 3)-12911/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.XXX (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – ka ssasiya instansiyası məhkəməsi) 2(102)-3046/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli fərdi yaşayış evinin ipoteka predmeti olmamasına, ipoteka ilə yüklü olmamasına diqqət yetirməmiş, mübahisəyə “İpoteka haqqında” Qanunun 42-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. İşdən göründüyü kimi, xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin verdiyi xx.xx.2009-cu il tarixli, 2(006)-3121/2009 nömrəli icra vərəqəsinə əsasən X2 X5 xeyrinə 22456 manat və 2.000 ABŞ dolları məbləğində pul tutulması ilə bağlı olmuş və borcun ödənilməsi icra məmuru tərəfindən əmlaka yönəldilmişdir. Belə olan halda isə hazırkı hərracın keçirilməsinin qanuniliyinə “İpoteka haqqında” Qanunun deyil, «İcra haqqında» Qanununun müddəaları baxımından hüquqi qiymət verilməli idi. Kassasiya məhkəməsi həmçinin göstərmişdir ki, mübahisəli evin borclunun və ya hazırkı iddiaçının yeganə yaşayış yeri olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən hazırkı iş üzrə iddia qaldırılanadək Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müd dətin buraxılmış olması da nəzərə alınmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6582/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Məhkəmə MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq Mülki Məcəllənin 354.1, 375-ci maddələrinə istinadla hərracın nəticələrinin etibarsızlığı üçün əsasların olmadığı qənaətinə gəlmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin müəyyən edilmiş hallarından yanlış nəticəyə gəlmiş və bu, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X6 xx.xx.2018-ci il tarixə, yəni ölənədək hərracın nəticələrini mübahisələndirməmişdir. İddiaçı hazırkı iddianı xx.xx.2019-cu il tarixdə qaldırmışdır. Buna qədər isə mərhumun bacısı X7 (hazırkı işdə iddiaçının nümayəndəsi) mülkiyyətçinin hüquqi varisi kimi mübahisəli evin üzərindən həbsin götürülməsinə dair ərizəyə Nəsimi Rayon Məhkəməsində xx xxxx 2018-ci il tarixdə baxılarkən iştirak etmiş və ərizənin təmin edilməsinə etirazını bildirmiş, hərracın nəticələri ilə əlaqədar məhkəmədə iddia qaldırmamalarını göstərmişdir. Bundan sonra X7 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra isə X7 Cavabdeh MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Beləliklə, işdən göründüyü kimi, mübahisələndirilən hərrac xx.xx.2017-ci il tarixdə keçirilmiş olsa da, keçmiş mülkiyyətçi XXX XXXzadə həmin hərracın nəticələrini öldüyü günədək, yəni xx.xx.2018-ci il tarixinədək mübahisələndirməmiş, iddiaçı isə miras qoyanın hüquqi varisi kimi hazırkı iddianı xx.xx.2019-cu ildə qaldır mışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş bir illik kəsici müdət buraxılmaqla verilmişdir və bu hal iddianın rədd olunması üçün müstəqil əsasdır. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mübahisəli ev ipoteka ilə yüklü olmamış və hərraca ipoteka predmeti kimi çıxarılmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə “İpoteka haqqında” Qanunun 42-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. İşdən göründüyü kimi, xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac pul tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olmuş və borcun ödənilməsi mübahisəli evə icra məmuru tərəfindən «İcra haqqında» Qanunun tələblərinə əsasən yönəldilmişdir. Belə olan halda isə hazırkı hərracın keçirilməsinin qanuniliyinə “İpoteka haqqında” Qanunun deyil, «İcra haqqında» Qanununun müddəaları baxımından hüquqi qiymət verilməli idi. Bununla belə, Məhkəmə kollegiyası hesab etmişdir ki, tələb borclunun əmlakına yönəldilərkən, həmin əmlakın üzərinə həbs qoyularkən və üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif edilərkən və hərracda satılarkən «İcra haqqında» Qanunun 45, 50 və 53-cü maddələrinin tələblərinə əməl olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin borclunun və ya hazırkı iddiaçının yeganə yaşayış yeri olması barədə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi MPM-in 385.1.1 və 385.1.4-cü maddələrində nəz ərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia rədd olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, hərracın keçirilməsi vaxtı və yeri barədə iddiaçıya hər hansı məlumat verilməməsi, rəsmi bildiriş göndərilməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və cavabdeh X5 nümayəndəsi kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhk əmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır (maddə 414.1 və 414.4). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirm əlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etib arsız olan əqddir (maddə 337.1, 337.3). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354). “İcra haqqında” Azərbaycan Respublikasının qanunu. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür ə məliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır (maddə 53.2). İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir (maddə 62.1). Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (maddə 62.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6582/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar