Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1447/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borc və debitor borcun tutulması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: debitor borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili X qızının və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1038/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə işə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı Bakı X1 Departamenti ilə Cavabdeh arasında 23.11.2016-cı il tarixdə 03/1027 saylı müqavilə bağlanmışdır. Abonent saldosunun surətindən görünür ki, Cavabdeh məxsus ünvan x ünvanına verilən qaz xətti üzrə abonent kodu **********00501 sayla qeydiyyata alınmışdır. 16.09.2016-cı il tarixli, ******* saylı, 24.10.2016-cı il tarixli, ******* saylı, 11.11.2016-cı il tarixli, ******* saylı, 16.12.2016-cı il tarixli, ******* saylı, 31.01.2016-cı il tarixli, ******* saylı, 18.04.2017-ci il tarixli, ******* saylı və 2 7.12.2017-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin ləğv olunması, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktlarda Cavabdeh aktları imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Bakı X1 Departamentində qeydiyyatda olmaqla ünvan X ünvanında (fərdi yaşayış evi) müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı ünvan 2 Q eyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1102AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavadeh Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 1610,9 manat əvvəlki borcu 3 E proqramına keçirilmişdir. 3 E proqramına əsasən istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvəl quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa, həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debutor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin cavabdeh iddiaçı tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş, qeyri-qanuni təbii qazdan istifadə etmək üçün başqa yollara əl atmışdır. Belə ki, Cavabdeh qeyri-qanuni təbii qazdan istifadə nəticəsində 16.09.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, 24.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 107,10 manat, 11.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 109,10 manat, 16.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 245,70 manat, 31.01.2016-cı il tarixli, ******* saylı akt əsasında 436 manat, 18.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 729,80 manat və 27.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 364,20 manat olmaqla, cəmi 2164,70 manat (3 E proqramına keçirilən borcdan xaric) İddiaçı İB-yə ziyan vurmuşdur. Hazırda cavabdehin qazdan istifadə qaydalarını pozduğuna görə 3140,9 0 manat borcu vardır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Ona görə də, təbii qazdan istifadəyə görə yaranmış 3140,90 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla iddia tələbinin həcminin artırılmasına dair ərizə vermiş və Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 7040,70 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Zeynəb Axundova) 02 oktyabr 2019-cu il tarixli, 2(003)-3202/2019 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, aktların surətləri cavabdehə təqdim edilməmiş, bununla da iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bundan başqa, iddiaçı tərəf məhkəmə araşdırması zamanı borcun hansı qaydada və əsasla hesablanması kim i ziddiyyətləri də izah edə bilməmişdir. İş üzrə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş, yerli baxış zamanı abonent Cavabdeh tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə hallarının olması öz təsdiqini tapmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin təbii qazdan istifadəyə görə 7040,70 manat məbləğində borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi əsassız sayılmalı və rədd edilməlidir. Məhkəmə öz mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13.8, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7 «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı istinad la əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli, 10/56-9/181 nömrəli ekspertiza rəyindən görünür ki, ünvan X ünvanında yerləşən, cavabdehə məxsus fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan istifadə halı, eləcə də paylayıcı qaz xəttinin üzərində sayğacdan kənar qoşulmaya xarakterik olan (qaynaq, borucuq və s.) işlər aşkar olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov və Fuad Talışinski) 08 sentyabr 2020-ci il tarixli qətna məsi 2(103)1038/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(003)-3202/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunması ilə bağlı hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, iş materiallarında olan aktlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndəril məsinə dair də sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi yerində müayinə (baxış) həyata keçirmiş və sayğacdan kənar təbii qazdan istifadə halı aşkar olunmamışdır. Ekspertiza rəyi ilə də sayğacdan kənar təbii qazdan istifadə halı, eləcə də paylayıcı qaz xəttinin üzərində sayğacdan kənar qoşulmaya xarakterik olan (qaynaq, borucuq və s.) işlər aşkar olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5, 6.7, 4.8, «Qaz təchizatı haqqında» Qanununun 13.8, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)1038/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, apelyasiya instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən - iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən abonentin iştirakının təmin edilməməsinə və s. əsaslanmışdır. Bakı Apelyasiya Məhkəməsi də iddianın rədd olunması ilə bağlı hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Apelyasiya məhkəmə kollegiyası iş üzrə tərəflər arasında mübahisəni tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 77.2-ci maddələrinin tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini kifayət qədər sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh, aşkar edilmiş qanunsuz kənar qaz xətti və rezin boru vasitələri ilə təbii qazdan onun tərəfindən istifadə edilməməsini sübuta yetirə bilməmişdir. Bu qəbildən olan sübutlar cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Cavabdeh tərəf iddi a ərizəsində qeyd olunan aktları mübahisələndirməmiş, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Kollegiya Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli, 10/56-9/181 nömrəli ekspertiza rəyini əsas sübutlardan biri kimi qiymətləndirmişdir. Lakin Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apelyasiya instansiya məhkəməsi iş üzrə tərəflər arasında mübahisəni tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 386.1, 442, 443.1, 448.2; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 88, 202.3, 217.3, 217.4-cü maddələri; habelə Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 6.2, 20 və 22-ci maddələri üzrə tətbiq edilməli maddi və prosessual hüquq normaları apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qətnamə qəbul edərkən həmin hüquq normalarını tətbiq etməmişdir. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə halları kifayət qədər sübutlarla (aktlar, fotoşəkillər, təbii qazdan istifadə üzrə ödəniş cədvəlləri (saldolar), cavabdehin qismən etirafı, yerində müayinə protokolu və s.)) təsdiq olunduğu halda məhkəmələr toplanmış sübutları düzgün tədqiq etməmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Nəticə etibarı ilə apelyasiya instansiyasının məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə İddiaçı İB- nın maraqlarına zidd, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilməklə İddiaçı İB-nın hüquq və mənafeyi kobud şəkildə pozulmuşdur. Bakı Apelyasiya Məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi təbii qaz istehlakçısının hesab kodu üzrə saldonu sübut olaraq qiymətləndirməmişdir. Həmin saldodan da aydın görsənirki, aktların yazıldığı 3 il ərzində cavabdeh cəmi iki dəfə - 2016-cı ilin yanvar ayında 3.00 manat və 2019-cu ilin noyabr ayında 1.00 manat olmaqla cəmi 4.00 manat ödəniş etmişdir. Bir ailənin ölçüləri kifayət qədər böyük olan fərdi yaşayış evində üç il ərzində cəmi 4.00 manat məbləğində təbii qazdan istifadə etməsi apelyasiya məhkəməsinə inandırıcı görünmüşdür. Göründüyü kimi məhkəmə kollegiyası bu sübuta qiymət verməmiş, əsassız bir qətnamə çıxarmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil İlyaz oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1038/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və y a qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının - 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün he sablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, i ş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyinə görə itirilmiş qazın dəyərinin iddiaçıdan tələb etməsi qanunsuzdur. Çünki cavabdeh tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi yerində müayinə (baxış) həyata keçirmiş və sayğacdan kənar təbii qazdan istifadə halı aşkar olunmamışdır. Həmçinin eksper tiza rəyi ilə də sayğacdan kənar təbii qazdan istifadə halı, eləcə də paylayıcı qaz xəttinin üzərində sayğacdan kənar qoşulmaya xarakterik olan (qaynaq, borucuq və s.) işlər aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə i clasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1038/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.