Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1447/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1447/22 Açar sözlər: mirasın faktiki qəbulu, vərəsəlik haqqında şəhadətnamənin və bağışlamanın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və sair tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-2310/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Gəncə şəhəri, Nizami küçəsi, dalan 3, 1 saylı fərdi yaşayış evinə (bundan sonra – fərdi yaşayış evi) dair xüsusi mülkiyyət hüququ 10.07.1939-cu il tarixli, 406063 reyestr nömrəli müqaviləyə, 23.10.1939-cu tarixli torpaq qeydinə, 29.07.2016-cı il tarixli eskiz layihəyə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli, 2(011)11719/2016 nömrəli qətnaməsinə əsasən X1 (bundan sonra - miras qoyan) adına dövlət qeydiyyatına alınmış və bu barədə ona RX seriyalı, 10.02.2017-ci il tarixli çıxarış verilmişdir. Miras qoya n 25.08.1975-ci il tarixdə ölmüşdür. İddiaçı (bundan sonra – iddiaçı), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) miras qoyanın nəvələridir (oğlu X3 övladlarıdır). X6 miras qoyandan öncə, 27.06.1968-ci il tarixdə ölmüşdür. Fərdi yaşayış evində miras qoyanın ölümündən sonra iddiaçı, cavabdehlər və onların anası – Məmmədova (Rüstəmova) Roza Həsən qızı yaşamışdır. Məmmədova (Rüstəmova) Roza Həsən qızı 02.05.2016-cı il tarixdə ölmüşdür. Fərdi yaşayış evində iddiaçı doğulduğu vaxtdan hal-hazıradək yaşayır, cavabdehlər Cavabdeh1 1992-ci ilədək, Cavabdeh2 1978-ci ilədək, Cavabdeh3 1986-cı ilədək evdə yaşamışlar. Cavabdehlərin 03.03.2017-ci il tarixli ərizələrinə əsasən 09.03.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə ilə miras qoyanın vərəsələri iddiaçı və cavabdehlər olmaqla, hər birinin payı ¼ hissədə müəyyən edilmiş, miras əmlakın yuxarıda qeyd edilən ünvanda yerləşən, ümumi sahəsi 103,8 kv.m olan fərdi yaşayış evindən və 0,016 ha olan torpaq sahəsindən (bundan sonra birlikdə - miras əmlak) ibarət olması göstərilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus 1/4 hissədən ibarət olan miras paylarını digər Cavabdeh1 bağışlamışlar və bu barədə miras payın bağışlanması barədə 15.04.2017-ci il tarixdə müqavilə bağlamışlar. Miras əmlakla bağlı Cavabdeh1 ¾ hissədə paya dair mülkiyyət hüququ 25.04.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla RX seriyalı ******* saylı çıxarış, İddiaçı Tofik oğlunun ¼ hissədə paya dair mülkiyyət hüququ isə 31.07.2018-ci il ta rixdə dövlət qeydiyyatına alınmaqla RX seriyalı ******* saylı çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın qəbul edilmə müddətinin uzadılması, fərdi yaşayış evinə dair Bakı Şəhəri 9 saylı Notariat Kontoru tərəfindən 09.03.2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin Notariat Kontorunda bağlanmış 15.04.2017-ci il tarixli bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onun tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişd ir ki, miras qoyan vəfat etdikdən sonra miras əmlakı vərəsə kimi onun gəlini X8 (anaları) idarə etmişdir. 1978-ci ildə Cavabdeh2, 1992-ci ildə Cavabdeh1 və 1986-cı ildə Cavabdeh3 ailə həyatı quraraq Bakı şəhərinə köçmüşlər və hal-hazıradək də Bakı şəhərində yaşayırlar. O, anası Məmmədova Roza ilə birlikdə yaşamış və ümumi təsərrüfatı birlikdə idarə etmiş və bu günədək miras evdə yaşayır. Anasının ölüm anında yanında olmuş, özü və həyat yoldaşı ona qulluq etmiş, dəfn mərasimləri onun tərəfindən verilmiş, əmlakı faktiki olaraq o, idarə etmiş, ağaclara qulluq etmiş, torpaq pulunu, kommunal haqları ödəmişdir. Müqavilələr onunla bağlanmışdır. Lakin bacısı Cavabdeh1 notariusa müraciət edərək mirasa yiyələnmək və payını artırmaq məqsədilə mirası ondan xəbərsiz vərəsələr arasında böldürmüş və on u cüzi payla evindən çıxarmağa çalışır. Baxmayaraq ki, miras ev Gəncədə yerləşir, Bakı Şəhəri 9 saylı Notariat Kontorunda ondan gizlin vərəsəlik açılmış, vərəsəlik haqqında şəhadətnamə alınmış və bağışlama müqaviləsi ilə miras əmlakı Cavabdeh1 özünə bağışlatmış, bunun əsasında da miras əmlakın çox hissəsini özünə götürərək payının artmasına nail olmuşdur. Cavabdeh1 yazılı etirazında qeyd etmişdir ki, xx xxxxxx 1958-ci il tarixdə mübahisəli fərdi yaşayış evində anadan olmuş, digər qardaş-bacıları və valideynləri ilə birlikdə yaşamış, orada orta məktəbdə təhsil almışdır. Təxminən 1992-1993-cü illərdə ailə həyatı qurub Bakı şəhərinə köçmüşdür. Lakin daimi olaraq anası ilə maraqlanmış, ona qulluq etmiş, mütəmadi olaraq ya Gəncə şəhərində olan evlərində, ya da gətirib Bakı şəhərində saxlayıb qu lluğunda durmuşdur. Bacısı İradə və qardaşı Cəmil də həmişə anasının qulluğunda durmuşlar. Demək olar ki, övladlardan ən çox anasına hal-hazırda mübahisəli evdə yaşayaraq bacısı İradə qulluq etmişdir. Anası onun əllərində can vermişdir, onun bütün yas mərasimlərini, dəfn mərasimini o təşkil etmiş, bütün xərcləri qarşılamışdır. Anasının vəfatından sonra o, bacısı İradə, qardaşları Cəmil və Novruz miras əmlakın sənədləşdirilməsi ilə bağlı müzakirələr aparmış, Novruzdan başqa hamısı qanuna uyğun sənədləşmə aparılması üçün zəruri olan orqanlara gedəcəklərinə qərar vermişlər. Bundan sonra qanunvericiliyin tələbinə uyğun olaraq onlar notariat kontoruna müraciət etmiş, həmin müraciət əsasında vərəsəlik işi açılmış və qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra miras əmlakda 1/4 hissə də bərabər payları müəyyən edilmiş, bacısı və qardaşı miras paylarını ona bağışlamışlar. Bundan bir neçə ay sonra dəfələrlə su, qaz, işıq sayğaclarının ona aid hissəsinin öz adına keçirilməsi ilə bağlı Gəncə şəhərində olan müvafiq qurumlara müraciət etmiş, lakin iddiaçı razılıq vermədiyi üçün yalnız qaz sayğacının öz evinə aid hissədə ayrıca sayğac kimi quraşdırılmasına nail olmuşdur. Öz aralarında qardaşı Novruzla həmin torpaq sahəsini və evi qarşılıqlı razılıq əsasında bölüb yaşamağı təklif etsə də, o, imtina etmişdir. Bundan sonra məcburiyyət qarşısında qalaraq payların naturada bölünməsilə bağlı Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda həmin iş məhkəmənin icraatındadır. Sadaladığı məsələlər həyata keçiriləndən, yəni 2017-ci ilin mart ayından (qanun üzrə vərəs əlik şəhadətnaməsi veriləndən) 2019-cu ilin iyul ayına kimi iddiaçı hal-hazırda qaldırdığı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Digər cavabdehlər Cavabdeh1 və bir-birlərinin yazılı etirazları ilə məzmunca eyni olan yazılı etirazlar vermişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6923/2019 nömrəli iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia rədd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, miras əmlakın mülkiyyətçisi X2 25.08.1975-ci il tarixdə öldüyündən və mirasın açıldığı vaxt da eyni tarix olduğundan mirasın qəbul edilməsi ilə bağlı mübahisəyə 11.09.1964-cü il tarixdə qəbul edilmiş Azərbaycan SSR M ülki Məcəlləsinin vərəsəliklə bağlı müddəaları tətbiq edilməlidir. Məhkəmə sözügedən Məcəllənin 528, 529, 530, 532, 552, 561-ci maddələrinə istinad edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, X4 (tərəflərin anası) əri və eyni zamanda, miras qoyanın oğlu X7 miras qoyandan əvvəl, yəni 27.06.1968-ci il tarixdə ölmüşdür. Ona görə də, X8 miras əmlak olan fərdi yaşayış evində yaşasa belə, miras qoyanın vərəsəsi olmamışdır. Miras qoyanın vərəsələri isə iddiaçı və cavabdehlər olmuşdur. Tərəflərin anası Roza Məmmədova miras qoyanın nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsəsi olmamışdır. İstinad olunan qanunvericilik normalarına əsasən, gəlin vərəsə ola biləcək şəxslər sırasına daxil deyildir. Ona görə də, miras qoyan 25.08.1975-ci il tarixdə öldüyündən, həmin vaxt isə onun digər vərəsələri olmadığından iddiaçı və cavabdehlər miras qoyanın birinci növbəli vərəsələri kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxslər olmuşlar və onların miras əmlakdan pay almaq hüquqları mirasın açıldığı vaxt, yəni 25.08.1975-ci il tarixdə yaranmışdır. İstinad olunan qanunvericilik tələblərinə əsasən, vərəsə mirası qəbul etməsi üçün notariat orqanına rəsmi olaraq müraciət etmədən də, miras əmlakdan istifadə və ya ona sahiblik etməyə başlamışsa, habelə miras əmlakın idarə olunması üçün və ya miras əmlaka bağlılığını göstərən hər hansı hərəkətlər etmişsə, yaxud miras kütləsinə daxil olan bir əşyanı qəbul edib sahiblik və istifadə etmişsə, mirası qəbul etmiş hesab edilir. İşin mübahisəsiz hallarına əsasən, cavabdehlər miras qoyanın ölümündən sonra, yəni 25.08.1975-ci ildən başlayaraq, iddi açı hal-hazıradək, Cavabdeh2 1980-ci ilədək, Cavabdeh3 1986-cı ilədək və Cavabdeh1 1992-ci ilədək miras əmlakda yaşamaqla, idarə etməklə və sahiblik etməklə onu qəbul etmişlər. Cavabdehlərin yaşadıqdan bir neçə il sonra sözügedən fərdi yaşayış evindən köçərək Bakı şəhərində yaşamaları isə (miras əmlakdan kənarda qalmaları) onların həmin əmlaka olan hüquqlarının kəsilməsinə səbəb ola bilməz. Vərəsəlik hüququ haqqında şəhadətnamənin miras əmlakın yerləşdiyi Gəncə şəhərindən alınmalı olduğu halda, Bakı şəhərində yerləşən notariat kontorundan alındığı üçün etibarsız hesab edilməsi barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, istinad olunan qanunvericiliyin müəyyən etdiyi imperativ qaydaya əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün konkret növbəlilik müəyy ən edilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün birinci növbədə vərəsə miras qoyanın sonuncu daimi yaşayış yeri üzrə, bu mümkün olmadıqda, alternativ olaraq miras əmlakın yerləşdiyi yerin notariat kontoruna müraciət etməlidir. İşin hallarından göründüyü kimi, miras qoyanın sonuncu daimi yaşayış yeri Bakı şəhəri olmuşdur. Ona görə də cavabdehlər miras qoyanın sonuncu yaşayış yeri üzrə, yəni Bakı şəhərində yerləşən 9 saylı Notariat Kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almaqda haqlı olmuşlar. Şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də əsassızdır. Belə ki, mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnam ənin cavabdehlər tərəfindən alınmasının qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi müəyyən olunmuşdur. İşin hallarına əsasən, 09.03.2017-ci il tarixdə 9 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə iddiaçının və cavabdehlərin miras əmlaka dair hər birinin payı ¼ hissədə olmaqla müəyyən edilmiş və həmin şəhadətnamə əsasında da, qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus ¼ hissədən ibarət olan miras paylarını digər Cavabdeh1 bağışlamaqla bu barədə 15.04.2017-ci il tarixdə miras payın bağışlanma müqaviləsini bağlamış və həmin müqavilə əsasında da miras əmlakla bağlı Cavabdeh1 ¾ hissədə paya dair mülkiyyət hüququ 25.04.2017-ci il tarixdə, İddiaçı Tofik oğlunun isə ¼ hissədə paya dair mülkiyyə t hüququ 31.07.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, onlara müvafiq çıxarışlar verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 390.1, 666.1-ci maddələrinə istinadla hesab etmişdir ki, cavabdehlərin bağladığı miras payın bağışlanma müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı əsas müəyyən olunmadığından, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə iş üzrə gəldiyi nəticəni, həmçinin MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayətin i onunla əsaslandırmışdır ki, miras qoyan 25.08.1975-ci il tarixdə vəfat etsə və miras həmin tarixdə açılsa da, cavabdehlər mirası qəbul etməmiş, mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişlər. Miras qoyan vəfat edərkən Cəmilin 14, Gülnarənin 17 yaşı olmuş, İradənin isə 18 yaşı tamam olmamışdır. Bu şəxslər mirası qəbul edib, ona sahiblik etmək və idarə etmək iqtidarında olmamışlar. Miras faktiki olaraq anaları Roza Məmmədova tərəfindən qəbul edilmiş və onun tərəfindən idarə edilmişdir. Sonuncu 02.05.2016-cı il tarixdə vəfat etdikdən sonra isə miras əmlakı faktiki olaraq özü qəbul etmişdir. Bu səbəbdən də, miras 2016-cı il tarixdən açılmış hesab olunmalı və mübahisəyə yeni qanunvericilik tətbiq edilməlidir. Roza Məmmədova notariat kontoruna miras əmlakı qəbul etməsi və onu idarə etməsi ilə bağlı müraciət etməsə də, miras qalmış evi faktiki olaraq qəbul etmiş, sahiblik və idarə etmişdir. Bunu cavabdehlər də bildirmişlər. Bu səbəbdən də, yalnız anaları öldükdən 1 il sonra cavabdehlər gizlincə Bakı şəhərində yerləşən 9 saylı Notariat Kontoruna miras əmlaka pay əldə etmək üçün müraciət etmişlər. Onun bundan xəbəri olmamışdır. Hesab edir ki, miras Gəncə şəhəri, Nizami rayonunda açılmalı idi. Miras qoyanın daimi yaşayış yeri də, mirasın yerləşdiyi yer də Gəncə şəhəridir və miras qoyan Gəncə şəhərində dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3, apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, iddiaçı vərəsəlik işindən xəbərsiz olduğuna istinad etsə də, notariat işindən görünür ki, o da cavabdehlərlə birlikdə vərəsəlik şə hadətnaməsinin alınması ilə bağlı Bakı Şəhəri 9 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmiş və onun vərəsə kimi miras əmlaka ¼ hissədə pay hüququ tanınmışdır. İddiaçının heç bir hüququ pozulmamış, ona çatacaq payı almışdır. Odur ki, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2310/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin m üəyyən etmişdir ki, miras qoyan Xədicə Rüstəmovanın digər övladı Zərəngiz Rüstəmova 16.09.1992-ci il tarixdə ölmüş, onun övladları Şəhla Feyzullayeva 29.02.2020-ci il tarixli, Leyla Feyzullayeva isə 06.03.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrində nənələri Xədicə Rüstəmovanın miras əmlakından onlara çatası payları faktiki qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xah iş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Şikayətin əsası kimi, Mülki Məcəllənin 1145, 1151, 1159, 1243, 1246, 1255-ci, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, kassasiya şikayətinin əsassız olduğunu qeyd edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Qüvvədən düşmüş Mülki Məcəllə (1964-cü il redaksiyası). Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə
529. Vərəsəliyin açıldığı yer, mira s qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə
530. Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzr ə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Maddə
561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququn u təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Mülki Məcəllə Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud q ərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhk əməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2310/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.