Məhkəmə qərarları › İş №2(102)-1452/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1452/2019

11.03.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1452/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilənin etibarsız hesab edilməsi və əmanətin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 22.10.2018-ci il tarixli 2(106)11390/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətləri n Sığortalanması Fonduna qarşı müqavilənin etibarsız hesab edilməsi və əmanətin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı Bank əmanət müqaviləsinin etibarsız hesab edilməsi və 13.000 ABŞ dolları əmanətin faizi ilə birlikdə, yəni 14090,45 ABŞ dollarının iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 21.09.2015-ci il tarixdə «xxxx» ASC ilə “bank əmanət müqaviləsi» bağlayaraq «yığım əmanəti” üzrə banka 9000 ABŞ dolları həcmində illik 5% faizlə pul qoymuşdur. 25 yanvar 2016-cı il tarixdə 9154 ABŞ dolları hesabdan pul çıxarılmış və “Yığım əmanət» hesabı bağlanmışdır. İddiaçı yenidən 28 yanvar 2016-cı il tarixdə ********* saylı bank əmanət müqaviləsi (Yığım Əmanəti) bağlayaraq illik 5 faiz olmaqla 6000 ABŞ dolları həcmində banka əmanət qoymuşdur. Həmin müqavilənin 5.6-cı bəndində qeyd olunur ki, cəlb edildiyi günə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilmiş həddən, yəni 12% dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Göründüyü kimi iddiaçı banka 28 yanvar 2016-cı tarixdə əmanət qoyarkən həmin əmanət sığortalanmış əmanətlər kateqoriyasına aid idi. 11 may 2016-cı il tarixdə yenidən banka 13000 ABŞ dolları məbləğində «Yığım əmanətinə» pul qoymuşdur. Həmin vaxt bank tərəfindən iddiaçıya bildirilmişdir ki, qoyulan əmanət sığortalanmış əmanət hesab olunur. «xxxx» ASC-nin Mərkəzi Palata tərəfindən Lisenziyası ləğv olunandan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya bildirilmi şdir ki, 11.05.2016-cı il tarixdə banka qoyulmuş 13.000 ABŞ dolları məbləğindəki əmanət sığortalı olmadığına görə həmin pulun fond tərəfindən ona qaytarılması mümkün deyil. Sonradan iddiaçıya məlum olmuşdur ki, 02.03.2016-cı il tarixdə banka qoyulan depozitlər dollar ekvivalentində illik 3% dəyərinə qədər olan əmanətlər sığortalanmış hesab olunur. Göründüyü kimi iddiaçı 11.05.2016-cı il tarixdə 13.000 ABŞ dolları məbləğində əmanət qoyarkən cavabdeh bank əmanət müqaviləsinin şərtlərinə dəyişiklik etməli olduğu halda bunu etməyərək, bu barədə iddiaçıya məlumat verməyib və həmin müqavilə dəyişdirilməyib. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək 11.05.2016-cı il tarixdə tərəfindən “xxxx” ASC-yə qoyulmuş 13.000 ABŞ dolları məbləğində pulun sığortalı hesab edilməsi, həmin pulun ona qaytarılması və 28 yanvar 2016-cı il tarixdə ********* saylı bank əmanət müqaviləsinə əsasən ona ödənilməli əmanətin məbləği barədə rəsmi məlumat verilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov iş № 2(006)-3834/2018) İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilənin etibarsız hesab edilməsi və əmanətin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi – İsmayıl Xəlilov, hakimlər: Xəyalə Cəmilova, Abidin Hüseynov 2(103)11390/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 22.10.2018-ci il tarixli 2(106)-11390/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hər tərəfli araşdırma aparılmayaraq qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337, 430-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, bank tərəfindən aldadılması nəticəsində öz qanuni əmlakından məhrum olunmuş, onun Əmanətlərin Sığortalanması Fondu ilə Mərkəzi Bank arasında dollarla qoyulmuş sığortalı əmanətlər üzrə sığorta dərəcəsinin aşağı salınaraq 3% həcmində müəyyənləşdirilməsi barədə hər hansı qərardan xəbəri olmaması nəzərə alınmamışdır. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 28.01.2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsinə (yığım əmanəti) əsasən bank əmanətçidən daxil olmuş pul məbləğlərini (əmanəti) (cəmi 6.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilələrin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçilərin tələbinə əsasən banka depozitə qoyu lan pulun ona qaytarılmasını təmin edir. Həmin Müqavilənin 1.4-cü bəndindən görünür ki, müqavilələrin müddəti 240 aydır. Bank əmanətçiyə illik 5 % ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən bank əmanəti (yığım əmanəti) müqaviləsinə əsasən 12.05.2016-cı il tarixdə 13.000 ABŞ dolları məbləğində əmanət Banka qoyulmuşdur. Cavabdeh təşkilat əvvəlki depozit məbləğini (6000 ABŞ dollarını) sığortalı məbləğ hesab edərək həmin məbləğin kompensasiyasını iddiaçıya qaytarmışdır. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fond unun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 2.1.2.6. maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab olunmur. Həmin Qanunun 8.1.20. maddəsinə əsasən Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmin norma “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Re spublikası Qanununda 29 dekabr 2006-cı il tarixdə edilmiş dəyişiklik və əlavələrlə Qanuna daxil edilmişdir. İddiaçı tərəfindən 12.05.2016-cı il tarixdə illik 5 % faiz ödəmək şərti ilə 13.000 ABŞ dolları məbləğində əmanət Banka depozitə qoyulmuşdur. Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6. maddəsinə əsasən depozit yerləşdirilən günə, yəni cəlb edildiyi günə illik faiz dərəcəsi Qanunun 8.1.20. maddəsində nəzərdə tutulan dərəcəsinə uyğun olmamışdır. Belə ki, Fondun Himayəçilik Şurasının 02 mart 2016-cı il tarixli qərarı ilə xarici valyutalar üzrə illik faiz dərəcəsi 3 faiz, milli valyuta ilə 15 faiz müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun 05 sentyabr 2018-ci il tarixli qərarında şərh etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6. maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı depozit yerləşdirərəkən onların razılaşıqları illik faiz dərəcəsi vəsaitin cəlb edildi vaxt qüvvədə olan faiz dərəcəsindən yuxarı olmuşdur. İddiaçı banka qoyduğu əmanət məbləğlərinin qorunan əmanətlərə aid edildiyini iddia etsə də, tələbin əsaslı olmasını təsdiq edən heç bir sübut (sənəd) sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11390/2018 nömrəli iş üzrə 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar