Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1456/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(011)-xx/17)iddiaçılar İddiaçı1 və İddiaç ı2 Cavabdeh qarşı “qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi, fərdi yaşayış evinin tam mülkiyyətində olmasına dair çıxarışın tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən onlara ayrılmış paya aid olan hissədə etibarsız hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “fərdi yaşayış evindən çıxarılmaları və çıxarışın ləğv olunması” tələbinə dair qarşılıqlı iddiası üzrə ilk iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan hissəsinin sərhədlərindən 4,5 metr ara məsafəsi saxlamaqla ünvan 1 ünvanında inşa etdiyi özbaşına tikilinin 2 metr hissəsində öz vəsaiti hesabına sökməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi qət edilmiş, ilk iddianın qalan hissəsi, eləcə də qarşılıqlı iddia rə dd edilmişdir. Bu qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)-xx/17) Cavabdehapellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən 22.07.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarış ləğv edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.05.2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev-sədrlik edən və məruzəçi, Q.Allahverdiyev və İ.Xələfov, iş № 2(102)-xx/18) iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilərəkBakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.12.2017-ci il tarixli 2(103)-xx/17 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərardadı ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)-xx/18) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv olunmuş, Cavab deh İddiaçı1 və İddiaçı2 qarşı “fərdi yaşayış evindən çıxarılma və çıxarışın ləğv olunması” barədə qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə çıxardığı xx xxx 2018-ci il tarixli qətnamə ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)-xx/18) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixliqətnaməsi ləğv olunmuşş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi, 04.03.2008-ci tarixli çıxarışın 24.10.2007-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən onlara ayrılmış paya aid olan hissədə etibarsız hesab edilməsi” barədə id dia tələbləri rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və onların iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh tam mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən MH ******* saylı 04.03.2008-ci tarixli çıxarışın tərəflər arasın da 24.10.2007-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən onlara ayrılmış paya aid olan hissədə etibarsız hesab edilməsini xahiş etmişlər. Eyni zamanda Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçıların çıxarılmaları və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən 22.07.2008-ci il tarixli ******* saylı çıxarışın ləğv olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İd diaçıların vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “fərdi yaşayış evindən çıxarılma və çıxarışın ləğv olunması” barədə qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. Həmin qərardad kassasiya qaydasında mübahisələndirilməmişdir. Kassasiya qaydasında yalnız apellyasiya instansiyası məhkəməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi, 04.03.2008-ci tarixli çıxarışın 24.10.2007-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən onlara ayrılmış paya aid olan hissədə etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə çıxardığı xx xxx 2018-ci il tarixli qətnamə mübahisələndirilmişdir. Bu qətnamə ilə İddiaçı1 və İddiaçı2 iddia tələbləri rədd edilmişdir və hazırda apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsini də məhz onlar mübahisələndirirlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onların kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib İddiaçı1 və İddiaçı2 iddialarının rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyy ən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən və paylı mülkiyyətdə olan 1 mərtəbəli, 5 otaqlı, 70,6 m2 yaşayış, 42,5 m2 köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evinin 2 otağı (36,2 m2, 25,9 m2, mətbəx, hamam, dəhliz, qaraj) Cavabdeh, digər 2 otağı isə (20,3 m2, y/s 17,7 m2, mətbəx, hamam) X1 və İddiaçı1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ 22.07.2008-ci ildə qeydiyyatdan keçmişdir (i.v.16). İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh tərəfindən onların paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsində özbaşına ikimərtəbəli ev inşa edildiyini iddia edərək həmin tikilinin sökülməsini xahiş etmişlər. İşə birinci instansiya məhkə məsində baxılarkən məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.06.2017ci il tarixli 6319 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş evin iddiaçının istifadəsində olan hamam otağının divarından 2,5 metr məsafədə inşa edildiyi, həmin evin iki pəncərəsinin iddiaçıya məxsus torpaq sahəsinə tərəf olduğu, evin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı, tikilinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən tərtib edilmiş 22.08.2008-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin daxilində yerləşdiyi, lakin həmin tikilinin texniki pasportda göstərilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə cavabdehin ümumi istifadədə olan torpaq sahəsində inşa etdiyi tikilinin lazımı icazələr alınmadan inşa edilmiş özbaşına tikili olduğunun təsdiq edildiyinə istinad edərək ilk iddianı tikilinin sökülməsi hissəsində qismən təmin etmiş və tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan hissəsinin sərhədlərindən 4,5 metr ara məsafəsi saxlamaqla ünvan 1 ünvanında inşa etdiyi özbaşına tikilinin 2 metr hissəsində öz vəsaiti hesabına sökməsi vəzifəsini Cavabdeh üzərinə qoymuşdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi həmin tikilinin mövcudluğunun iddiaçıların mülkiyyət hüquqlarını nə dərəcədə pozduğunu və onların öz mülkiyyətlərində olan əmlakdan istifadələrinə hansı formada maneə yaratdığını müəyyən etmədən tikilinin bir hissəsinin sökülməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti Başçısının 09.10.2017-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, iddiaçıların sökülməsini tələb etdikləri fərdi yaşayış evinin layihəsi razılaşdırılaraq tikilinin layihəyə uyğun Cavabdeh adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. Fərdi yaşayış evinin razılaşdırılmış eskiz layihəsi məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəmə hesab etmişdir ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının 09.10.2017-ci il tarixli sərəncamı ilə cavabdehin lazımı icazələr alınmadan inşa etdiyi tikilinin layihəsi razılaşdırılaraq tikilinin onun adına sənədləşdirilməsi və hüquqi qeydiyyata alınmasına icazə verildiyindən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin qanunsuz və özbaşına tikili olması əsası ilə sökülməsinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* saylı 04.03.2008-ci tarixli çıxarışın iddiaçıları n payına aid olan hissədə etibarsız hesab edilməsi barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həyata keçirdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatını təsdiq edən sənəd olduğundan məhkəmə tərəfindən yalnız çıxarışın etibarsız hesab edilməsi inzibati orqan tərəfindən həyata keçirilmiş qeydiyyatın etibarsız hesab edilməsinə səbəb olmur. Mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyəti publik hüquq sahəsinə aid fəaliyyət olduğundan inzibati orqan kimi ona qarşı qeydiyyatın qanunsuz və əsassız həyata keçirilməsi barədə iddialara inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati-iqtis adi məhkəmə tərəfindən baxılır. Hazırkı halda iddianın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qaldırılmadığını və iddiaçılar tərəfindən mübahisələndirilən çıxarış verildikdən sonra Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin mülkiyyətçiləri barədə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat məlumatlarının xx xxx 2008-ci il tarixdə dəyişdiyini və bununla da 04.03.2008-ci tarixli çıxarışın hüquqi qüvvəsini itirdiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ******* saylı 04.03.2008-ci tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir k i, apellyasiya şikayəti qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixliqətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi, 04.03.2008-ci tarixli çıxarışın 24.10.2007-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən onlara ayrılmış paya aid olan hissədə etibarsız hesab edilməsi barədə iddia tələbləri rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arası nda bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin cavabdeh həmin iddi aya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhə miyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1456/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1456/2019
19.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver