Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1457/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(108)-1814/2019 saylı qətnaməsindən İddiaçı nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Naxçıvan şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.H.Hüseynov, iş № 2(078)-627/2019) İddiaçı cavabdehlər N Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və X2 qarşı mirası qəbul etmə faktının müəyyən olunması, texniki pasportun və vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.G.Kuimova, Ə.K.Allahverdiyev və S.M.Qarayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İş üzrə İddiaçı nümayəndəsi və vəkili N Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və X2 qarşı iddia və dəqiqləşdirilmiş iddia tələbləri ilə məhkəməyə müraciət edərək N ünvanında yerləşən və X5 mülkiyyətində olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 704 kv.metr ölçüdə to rpaq sahəsinin onun 1978-ci ildə baş vermiş ölümündən sonra oğlu X6 tərəfindən qəbul edilməsi faktının, Nin 2010-cu il tarixdə baş vermiş ölümündən sonra isə İddiaçı irsi transmissiya qaydasında bütünlüklə mirası qəbul etməsi faktının müəyyən olunması, N ünvanına dair X3 adına 1971-ci ildə tərtib edilmiş 3817 nömrəli texniki pasportun 400 kv.metr torpaq sahəsi istisna olmaqla qalan torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab edilməsi, X3 adına olan ********** №-li reyestr qeydinin ləğv edilməsi və MH ******* №-li Çıxarışın etibarsız hesab edilməsi, X1 adına N-ci Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab edilməsi, Nın adına verilmiş ********** №-li rey str qeydinin ləğv edilməsi və MH0052516 №-li Reyestrdən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh N Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş q aydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı mübahisəli ünvana dair tərtib edilmiş texniki pasportu, Nin adına verilmiş reyestr qeydini və Çıxarışın, Nın adına verilmiş qanun üzrə vərəsəlik hüququ haq qında şəhadətnamənin və Reyestrdən Çıxarışı qanunsuz hesab edərkən Nin 1963-cü ildən mübahisəli ünvandan gedərək Tərtər rayonunda yaşamasını, həmin ünvanda Nın yaşamasını əsas göstərmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddianı əsassız hesab edərkən mübahisəli evin X3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını və xx xxx 2008ci il tarixdə qızı X2 vəsiyyət etməsini, vəsiyyət qoyanın ölümündən sonra həmin ünvana dair Nın adına mülkiyyət hüququ haqqında Reyestrdən Çıxarışın verilməsini əsas göstərmişdir. Məhkəmə kollegiyasına görə mübahisəli əmlak qanuni əsaslarla Validə Fərzalıyevanın mülkiyyətinə keçməklə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Həmin nəticəsini hüquqi cəhətdən əsaslandırarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəs əlik münasibətlərini tənzimləyən 1133.1, 1145, 1166, 1243.1, 1255, 1246-cı maddələrinə və mülkiyyət hüququnu müdafiə edən və qoruyan Mülki Məcəllənin 152-ci maddəsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun həll edildiyindən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1457/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1457/2020
04.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver