Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1458/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 02 dekabr 2019-cu il tarixli qərardadından iddiaçılar x1 və x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.08.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 02 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov, 2(105)2753/2018 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qərardadından iddiaçılar x1 və x2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları İddiaçılar x1 və x2 cavabdehlər x3 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahələrinə dair bağlanmış alqı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında aparılmış dövlət qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçılar x1 və x2 apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrin ə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya v ə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçılar x1 və x2 Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 12 sentyabr 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti özü tərəfindən tərtib olunaraq imzalanmış, vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və kassasiya şikayətinə vəkilin orderi əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır; Həmin Məcəllənin 408.1.3.-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən deyil, iddiaçılar tərəfindən tərtib edildiyindən, vəkil tərəfindən imzalamadığından, kassasiya şikayətinə vəkilin orderi əlavə edilmədiyindən iddiaçılar x1 və x2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçılar x1 və x2nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 02 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1458/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1458/2020
19.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver