Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1458/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı
1. Mübahisə “xxxx” ASC tərəfindən hesablanmış elektrik enerjisi borcunun silinməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC-yə qarşı elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 5.628,29 (beş min altı yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil uzun illərdir ki, onun istifadəsindədir. Həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparmışlar. Sayğacı işlək vəziyyətdə olmuş, plombu isə he ç bir müdaxiləyə məruz qalmamışdır. Həmin borcun hansı qaydada hesablanması və hansı səbəbdən yaranması barədə onda heç bir məlumat yoxdur. Bu səbəbdən qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borcun yaranması ilə bağlı cavabdeh təşkilat ona heç bir xəbərdarlıq etməmişdir. Borcun yaranması ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, ona cavab verilməmişdir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, abonentə hesablanmış borc hər hansı bir sayğaca müdaxilə ilə yox, birbaşa sərfiyyatla bağlıdır. Ekspertiza tədqiqatı aparılmadığı təqdirdə sayğacın səhv işləməsini qeyd etmək olmaz.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Məmmədov) 09 dekabr 2019-cu il tarixli, 2(010)-434/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Mübahisəli sayğac isə cavabdeh təşkilat tərəfindən ekspertiza tədqiqatına təqdim olunmamışdır. Belə olan halda, sayğacın düzgün hesablama aparıb-aparmamasını ekspertiza vasitəsilə müəyyən etmək mümkün deyildir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 21 sentyabr 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 9. “xxxx” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə materiallardan aydın olur ki, İddiaçı Talib qızının xi, 45 saylı fərdi yaşayış evində yaşaması, fərd i yaşayış sahəsində elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları uçot cihazları (elektrik sayğacı) 20.11.2009-cu il tarixdə, sonradan 15.09.2014-cü il tarixdə və 16.01.2014-cü il tarixdə quraşdırılması təmin edilmiş, 21.11.2009-cu il tarixdən 17.01.2019-cu il tarixədək 6401.20 kvts həcmində istehlak olunmuş elektrik enerjisinin dəyəri 6401.20 manat, 08.10.2009-cu il tarixdən 19.01.2019-cu il tarixədək limitdən artıq sərfiyyat müqabilində istehlak olunmuş elektrik enerjisinin dəyəri 1612.91 manat təşkil etməsi, 22.07.2014-cü il tarixdən 27.01.2019-cu il tarixədək olan dövr ərzində cəmi 2000 manat məbləğində sərf edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi, qalıq 6103,11 manat məbləğində borcun isə abonentin **********00012 nömrəli abunə hesabına daxil edilməklə ö dənilməsi barədə bildiriş göndərilməsi müəyyən edilmişdir. Qeyd edilənlər ətraflı şəkildə iddiaçıya məxsus abonent haqqında məlumatda öz əksin tapmış və bu sənədlər sübut qismində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin mübahisə predmeti olan sayğacın ekspertizaya göndərilməsinin mümkünsüzlüyü əsas gətirməklə cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş abonent haqqında məlumata lazımi hüquqi qiymət vermədiyindən, bu hal nəticə etibarı ilə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmamasına və yekunda düzgün olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə ekspertiza rəyinin olmamasını əsas gətirməklə cavabdeh tərəfindən təqdim olunan sübutların qiymətləndirməsini aparmamış və bununla da maddi və prossesual hüquq normal arının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız h esab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
15. Maddi 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
16. Maddə
416. Kassasiya instans iyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
21. İddiaçı aid abunə məlumatına əsasən ona illər üzrə elektrikdən istifadəyə görə ümumilikdə 6401,20 manat borc yazılmış, 22.07.201427.01.2019-cu il tarixlər üzrə ümumilikdə 2000 manat ödəniş edilmişdir. Ümumilikdə 3 dəfə 20.11.2009-cu ildə, 15.09.2014-cü ildə, 16.01.2019-cu ildə iddiaçıya məxsus ünvanda sayğac dəyişdirilmələri baş vermişdir. Mübahisənin əsasını təşkil edən sayğac 16.01.2019-cu il tarixində cavabdeh təşkilat tərəfindən dəyişdirilib yerinə yeni sayğac quraşdırılmışdır.
22. Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 22846 saylı müşayət məktubu ilə mülki iş ekspertiza aparılması və rəy verilməsi mümkün olmaması səbəbi ilə geri qaytarılmışdır. Səbəb kimi göstərilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında istismar edilən 63401792M520564№ li elektrik sayğacının işlədiyi illər ərzində elektrik enerjisinə görə sərfiyyatın düzgün hesablanıb-hesablanmaması ilə əlaqədar, həmin sayğacın stenddə yoxlanılması məqsə dilə 16 sentyabr 2019-cu il tarixdə ekspertin iştirakı ilə “xxxx” ASC-nin Enerji Satışı Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Sayğac və Təmir Labaratoriyasına gedilmişdir və müəyyən edilmişdir ki, yuxarıda göstərilən X№ li elektrik sayğacı hazırda laboratoriyada yoxdur, belə ki, 21 may 2019-cu il tarixdə sayğacda təkrar yoxlama aparıldıqdan sonra Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən qeyri-əhali sektorunda quraşdırılmışdır. Qeyd olunan məlumat ekspert xovun və laboratoriyanın rəisi xnın iştirakı ilə 16 sentyabr 2019-cu il tarixdə aktlaşdırılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğvi və iddianın rədd olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləni iddiaçı ilə bağlamış və istehlak olunan elektrik enerjisinə görə iddiaçının hər hansı bir məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
24. İkincisi, cavabdeh şikayətində yaranmış borcun sərf edilmiş, lakin ödənilməmiş elektrik enerjisinin dəyəri ilə bağlı olduğunu bildirsə də, həqiqətən tələb etdiyi məbləğdə elektrik enerjisinin iddiaçı tərəfindən sərf edilməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə iş üzrə təyin edilmiş mühəndis-texniki ekspertizanın keçirilməsi üçün zəruri tədqiqat predmeti olan sayğacın artıq qeyri-əhali sektoruna quraşdırılması səbəbindən ekspertə təqdim etməmiş, bununla da ekspertiza təyin edilən faktı, yəni sayğacın həqiqətən düzgün hesablama aparıb-aparmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla da, cavabdeh Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin imperativ tələblərini pozmuşdur. Ona görə də iddiaçının sərf etdiyi elektrik enerjisinə görə borcu yaranması təsdiq edilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Kollegiya cavabdehin dəlillərinə apelyasiya instansiyası məhkəməsinin verdiyi qiymətlə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə ko llegiyası Qərara aldı: “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.