Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-146/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinın QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə tərkibi - hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət məhkəmə tərkibində, ərizəçi Maraqlı şəxs və vəkili Vəkil müraciətini öyrənərək, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 2017-ci il 29 dekabr tаrixli, 2(039)-3642/2017 qətnaməsi ilə (hakim T.Əliyev) İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax 1 saylı Xüsusi Notariat Konturuna qarşı mərhum X3 miras qalmış Yevlax şəhəri, Firdovsi küçəsi 64-də yerləşən, ümumi sahəsi 55.80 kv.m o lan, yaşayış sahəsi 47.80 kv.m olan fərdi yaşayış evi və 450 kv.m olan torpaq sahəsinə vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və onun əsasında həmin fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 7 iyun tarixli, 2(107)1120/18 nömrəli qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), G.Q.Abbasov və E.Ş.Hüseynovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tаrixli, 2(039)3642/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax 1 sayl ı Xüsusi Notariat Konturuna qarşı mərhum X3 miras qalmış Yevlax şəhəri Firdovsi küçəsi 64-də yerləşən, ümumi sahəsi 55.80 kv.m olan, yaşayış sahəsi 47.80 kv.m olan fərdi yaşayış evi və 450kv.m torpaq sahəsinin 1/3 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ, İddiaçı Məşədi qızının mərhum həyat yoldaşı X2 ümumbirgə mülkiyyətində olan 450 kv.m olan torpaq sahəsinin digər 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ müəyyən edilmiş və onun əsasında həmin fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Maraqlı şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 7 iyun tarixli, 2(107)-1120/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ünvanlamışlar. Ə rizəçi müraciətində göstərmişdir ki, uzun müddət ünvan 1 ünvanda pasport qeydiyyatındadır. İş üzrə İddiaçı vəfat etmişdir. İddiaçı qohumları qanunsuz olaraq mübahisəli evə daxil olaraq orada yaşayır və ərizəçini həmin evdə yaşamağa qoymurlar. Mübahisəli evə dair yeganə hüquq sahibi odur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. MPM-in 403.2-2.-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil ol an 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir. MPM-in 403.2-3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə tərkibi məruzəçini dinləyib, ərizədə göstərilən əsasları və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə Əliyev Aydın adlı şəxsdən miras qalmiş evə vərəsəlik hüququnun m üəyyən edilməsi ilə bağlıdır. İş üzrə İddiaçı X4 atası X6 ilə 2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. X6 2007-ci ildə, X8 isə 2009-cu ildə vəfat etmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi X1, X4 və X2 ümumbirgə mülkiyyətində, həmin torpaq sahəsi üzərində yerləşən ev isə X4 mülkiyyətində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qonşuların iştirakı ilə tərtib edilmiş vəsiyyətnaməni əsas tutaraq İddiaçı evin və torpaq sahəsinin 1/3 hissəsinə mülkiyyət hüququnu tanımışdır. Ərizəçi verdiyi ərizədə mirası qəbul etdiyini və vərəsələrin dairəsinə aid olduğunu göstərsə də onun adına vəsiyyətnamə müəyyən olunmamış, həmçinin ərizəçi işdə iştirak etməyə cəlb edilməli şəxs olduğunu əsaslandırmalı olduğu halda bu halı əsaslandırmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 403.2-2-ci maddəsini rəhbər tutaraq məhkəmə tərkibi Qərara aldı: Ərizəçi Maraqlı şəxs və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-cı il 7 iyun tarixli, 2(107)-1120/2016 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(102)-146/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-146/2023
15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver