Məhkəmə qərarları › İş №2(102)-1460/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1460/2021

10.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1460/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh4, Bakı şəhəri 23 saylı notariat ofisi və Bakı şəhəri 15 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi İddia tələbi: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Açar sözlər: subyektiv hüquq, qanun üzrə vərəsə, miras əmlak Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh1, vəkili və n ümayəndəsi Vəkil2, İddiaçı, nümayəndəsi Nümayəndə, vəkili və nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Baba Şıxəli oğlundan qalmış XXXküçəsində yerləşən 4 saylı fərdi yaşayış evi onun qızı X4 tərəfindən qəbul olunmuşdur. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X1 vərəsələri Cavabdeh1 və Cavabdeh4 miras əmlakı qəbul etmiş, sonradan sonuncu fərdi yaşayış evindəki miras payını bacısı Cavabdeh1 bağışlamışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh4, Bakı şəhəri 15 saylı notariat ofisi, Bakı şəhəri 23 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakın ilkin mülkiyyətçisi onun mərhum atası olmuşdur, özü də doğulduğu vaxtdan hazırki vaxta qədər həmin evdə fasiləsiz olaraq yaşayır. İş üzrə cavabdehlərin anası olan, xx.xx.2000-ci il tarixdə vəfat etmiş bacısı Səkinə qanunsuz yolla həmin əmlakı öz adına rəsmiləşdirmiş, nəticədə isə onun əmlak hüquqları po zulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-600/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, nə İddiaçı, nə də cavabdehin anası X4 qanunla müəyyən olunan müddət ərzində mirasın qəbuluna dair ərizə ilə notariat kontoruna ərizə verməmişlər. Buna baxmayaraq X4 1991-ci ildə belə bir ərizə ilə notariat kontoruna müraciət etmiş,ona qanun üzrə vərəsəlik barədə şəhadətnamə verilmişdir. İddiaçı hazırkı iş istisna olmaqla nə notariat kontoruna müraciət etməmiş, nə də mirasın bir hissəsini faktiki olaraq qəbul etməsi barədə məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquq u yoxdur. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnamədən apellyasiya şikayət verərək, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla bərabər, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarına düzgün hüquqi qiymət verilməməsini də göstərmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4832/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – E.C.Kazımov, A.Ə.İsgəndərov, İ.Ə.Kərimli) Cavabdeh4 öldüyündən ona münasibətdə icraata xitam verilmiş, qətnamə ona aid hissədə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4832/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakiml ər – E.C.Kazımov, A.Ə.İsgəndərov, İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, mərhum Baba Şıxəli oğlundan miras qalmış əmlaka, XXXküçəsindəki 4 nömrəli evə dair Bakı şəhəri 23 saylı notariat kontorunda xx xxxxxx 1991-ci il tarixdə X2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin- X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh4 adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab etməklə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mərhum anası Səkinə Şıxəliyeva miras əmlakı qəbul edərkən özündən başqa vərəsələrin olması barədə notariat orqanına ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat orqanı isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Buna görə iddiaçı miras evdə doğulduğu vaxtdan hal-hazıradək yaşayaraq, yəni vərəsəlik açıldığı açıldığı gündən mirasdan imtina etmək barədə müvafiq notariat orqanına ərizə vermədiyindən vərəsəliyi qəbul etmiş hesab olunur. İddiaçının atasının vəfatından keçən 72 il ərzind ə mübahisəli evdə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün məhkəməyə müraciət edilməsi haqqında nəticə əsaslı hesab oluna bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassator şikayətini onunla əsaslandırmışdır ki, sadalanan faktlar məhkəmənin öz səlahiyyətindən kənara çıxmaqla qəbul etdiyi qərəzli qətnamə bununla əlaqədar maddi və prosessual hüquq normalarının pozulması həmin qətnamənin ləğv edilməli olmasını şərtləndirir. Məhkəmə kollegiyasının iclasında kassator, vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı, nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2- ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mübahisə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlıdır. Həmin əmlak 1948-ci ildə vəfat etmiş Baba Şıxəli oğlundan miras qalmışdır. Miras qoyan arvadı ilə rəsmi nikahda olmamış, onun iddiaçı və cavabdehlərin mərhum anası da daxil olmaqla övladları qanun üzrə vərəsələri olmuşlar. Cavabdehlərin mərhum anası Səkinə Şıxəliyeva xx xxxxxx 1991-ci il tarixdə notariat orqanına müraciət etməklə, mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Səkinə Şıxəliyeva xx xxxxxx 2000-ci il tarixdə vəfat etmiş, bundan sonra onun vərəsələri, yəni hazırki iş üzrə cavabdehlər mirası bərabər paylarla qəbul etmiş, sonradan isə Cavabdeh4 miras əmlakdakı payını Cavabdeh1 bağışlamışdır. İddiaçı hazırda xx.xx.1937-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıra qədər, daimi olaraq sözügedən fərdi yaşayış evində yaşadığına, atasının vəfatından sonra bacısı Səkinə Şıxəliyevanın digər vərəsələri gizlətməklə, xx xxxxxx 1991-ci il tarixdə miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etdiyinə, bu zaman özünü miras qoyanın tək vərəsəsi kimi göstərib, ona və digər vərəsələrə çatası payları da tam qanunsuz olaraq əldə etməklə, xx xxxxxx 1991-ci il tarixdə isə həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığına və həmin şəhadətnamə əsasında əmlakı öz adına qeydiyyatda n keçirdiyinə, bu hallar barədə isə sonradan məlumat əldə etməsinə istinad edərək, hazırki iddanı qaldırmaqla, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və onun hüquqi nəticələrinin ləğv edilməsini tələb edir. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan SSR-in 1923-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə, - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə, qardaş-bacıları hesab olunurlar. Qeyd. Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxta sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. (Azərbaycan SSR X8 Heyətinin 1947-ci il 14 noyabr tarixli fərmanı). Həmin Məcəllənin 490-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə vərəsəlik əmlakı 488-ci maddənin birinci və ikinci hissəsində göstərilən qaydada, vərəsəliyə çağırılan şəxslər arasında bərabər hissəyə bölünür. İrs buraxan şəxsin 488-ci maddənin ikin ci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri və nəticələri onların vəfat etmiş ata-anasına çatmalı olan payı həcmində bərabər pay alarlar. (Azərbaycan SSR X8 Heyətinin 1947-ci il 14 noyabr tarixli fərmanı). Apellyasiya məhkəməsi iddiaçının doğulduğu vaxtdan hal-hazıradək mübahisəli evdə fasiləsiz yaşamasına, bununla da miras əmlakı faktiki olaraq qəbul etməsinə və Səkinə Şıxəliyevanın digər vərəsələr barədə notariat orqanına məlumat verməməklə aldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz olduğuna istinad edərək hesab etmişdir ki, şəhadətnamə etibarsız hesab edilməli və ondan irəli gələn bütün hüquqi nəticələr ləğv edilməlidir. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçının miras qoyanın vərəsələrindən biri olması işin mübahisə olunmayan halıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edi ldikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu halda, iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququ haqqında şəhadətnamənin iddiaçının miras payına aid olmayan hissədə onun hüquqlarını pozması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən halına ümumiyyətlə hüquqi qiymət verməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şika yəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar